Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə2/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   2   3   4   5   6   7   8   9   ...   38

-  tədris  prosesi  hər  birinin  öz  rolu  və  statusu  olan  bir  neçə  fərdlərin 

əməkdaşlığından  irəli  gələn  sosial  bir  proses  olub  inkişaf  rejimində  fəaliyyət 

göstərməlidir; 

-  tədris  prosesi  qarşılıqlı  əlaqələrin  xarakterindən,  mühitin  xüsusiyyətlərindən, 

təhsil  müəssisələrinin  əhatəsindən  asılı  olub  onların  daxili  quruluşundan  irəli  gələn 

verbal və sensor davranışların məcmusunu özündə birləşdirməlidir . 

Müəllimlər yeni texnologiyalardаn istifаdə еtməklə dərsləri daha maraqlı edən, 

şagirdləri,  əsasən,  sağlam  mühakimələr  irəli  sürməyə,  sonradan  real  həyata  tətbiq 

edəcəkləri  məzmunu  başa  düşməyə  yardım  edən  mühüm  vasitələrə  çevirə  bilərlər. 

Deməli, yeni təlim metodları təhsilin məzmununu daha yaxşı mənimsəmək və şagird-

lərin  müstəqil  cavab  vermək  məqsədi  ilə  tələb  olunan  təfəkkür  prosesini  inkişaf 

etdirmək üçün çox faydalıdır. 

Yeni  təlim  texnologiyalarının  üstün  cəhətlərini  prof.  Ə.Ə.Ağayev  belə  göstərir: 

“...dərs  tam  fəallıq  şəraitində  keçir,  təkcə  müəllim  deyil,  şagirdlər  də  yaradıcılıq 

axtarışında  olurlar,  müstəqil  düşüncə  tərzi  formalaşır,  təşəbbüskarlıq,  yeniliyə  meyllilik 

güclənir” . 

Təlim  prosesini  aktivləşdirmək  üçün  düşünmə  qabiliyyətini  inkişaf  etdirmək, 

yaradıcılığa həvəsləndirmək və öyrənməyə maraq yaratmaq məqsədini güdən müəllim, 

şagirdi  təlimə  cəlb  edəcək  müəyyən  metod,  texnika  və  proseduralardan  istifadə 

etməlidir. Şagird təliminin fəal iştirakçısı olmaq üçün hazırlanmalıdır. Müəllim şagirdə 

dünyanı  başa  düşməkdə  və  qazandığı  bilikləri  real  həyat  şəraitinə  tətbiq  etməkdə 

yardım  göstərməlidir.  Yeni  texnologiyalar  tədris  strategiyasının  yerinə  yetirilməsinə 

istiqamətləndirildiyindən, onlar nəzərdə tutulmuş təlim məqsədlərinə nail olmaqda əsas 

alət rolu oynayır. 

Yeni  texnologiyalar  bir  sıra  xüsusiyyətləri  ilə  ənənəvi  təlim  metodlarından 

fərqlənir:  şagirdlərin  tədqiqat  fəaliyyətinə  cəlb  edilmələri,  müəllim  tərəfindən 

problemli  şəraitin  yaradılması,  biliklərin  şagirdlər tərəfindən  müstəqil  əldə  edilməsi 

və  s.  Qeyd  edilən  xüsusiyyətlər  bəzi  ənənəvi  təlim  metodlarında  da  olmuşdur, lakin 

yeni təlim metodları bütövlükdə göstərilən xüsusiyyətlərə əsaslanır. 

Araşdırmalar  göstərir  ki,  yeni  təlim  texnologiyaları  aşağıdakı  prinsiplərə 

əsaslandıqda şagirdlərin yaradıcılıq qabiliyyətini inkişaf etdirməyə imkan verir: 

 

təfəkkürün inkişafına səbəb olacaq konstruktivizmə; 



 

şagirdlərin sosial inkişafına səbəb olacaq kooperativ təlimə; 

 

biliklərin müstəqil əldə edilməsi üçün şəraitin yaradılmasına; 



 

bilik və bacarıqların müstəqil şəkildə əldə edilməsinə; 

 

müəllimin təşkilatçı, koordinator, bəzi hallarda arbitr rolunda çıxış etməsinə. 



D.Kappana  görə,  konstruktivizm  –  öyrənənlərin  biliklərə  özlərində  əvvəllər 

mövcud  olan  və  təcrübələrdən  əldə  etdikləri  yeni  ideya  və  ya  nəzəriyyələrlə 

əlaqələndirməklə  yiyələnməsi  prosesidir.  Konstruktivizm  bəzən  yaradıcılıq  kimi  də 

səciyyələndirilir. Konstruktivizm belə bir ideyaya əsaslanır ki, bilik qurulur, kəşf edilir, 

yaradılır.  Bilik  passiv  şəkildə  alına  bilməz,  bilik  fəal  öyrənmə  prosesində  əldə  edilə 

bilər. Konstruktivizm nəzəriyyəsinin həyata keçirilməsi üç şeyi tələb edir: fəal şagird, 

sosial şagird və yaradıcı şagird. 



Yaradıcı (konstruktiv) mühitin təmin edilməsi üçün müəllim aşağıdakılara əməl 

etməlidir: 

- bilik vermək yox, biliyi əldə etməyə həvəs yaratmalı; 

- hazır cavablı suallar yox, problemli suallar verməli; 

- öyrənənin gələcək inkişafını təmin etməli ; 

-  informasiya  verməkdənsə,  öyrənəni  biliklərin  əldə  edilməsi  prosesinə cəlb 

etməli; 

- öyrənmə prosesini düzgün planlaşdırmalı. 

Kooperativ (əməkdaşlıq əsaslı) təlimdən fərqli olaraq ənənəvi didaktikada təlim 

tapşırıqlarının üç formada verilməsi göstərilir: frontal, qrup, fərdi. 

Yeni  təlim  texnologiyalarının  tətbiq  edildiyi  dərslərdə  qrup  forması  üstünlük 

təşkil edir. Burada mahiyyət də dəyişir, qrupu təşkil edən şagirdlər qarşılıqlı ünsiyyət, 

mülahizə zəminində verilmiş tapşırığı icra edirlər. 

Kooperativ  təlim  zamanı şagirdlər  yalnız  birgə  fəaliyyət  göstərdikləri 

digər şagirdlərlə eyni vaxtda öz məqsədlərinə çata bilərlər. Kooperativ əsaslı öyrənmə 

təlim  tapşırığının  elə  təşkilini  tələb  edir  ki,  şagirdlər  dərsin  məqsədinə  özünün  və 

kiçik  qruplardakı  yoldaşlarının  səyləri  nəticəsində  nail  olsunlar.  Kooperativ  təlimə 

aid  öyrənmə  modeli  D.Conson  və  R.Conson  tərəfindən  yaradılmışdır.  Onlar 

kooperativ öyrənməyə daxil edilməli beş komponent müəyyən etmişlər: 

 

müsbət qarşılıqlı asılılıq (şagirdlər səmərəli nəticələrə nail olmaqla digər qrup 



üzvlərindən  eyni  dərəcədə,  qarşılıqlı şəkildə  asılı  olduqlarını  bilməli  və  buraya 

məqsəd, tapşırıq, ehtiyat (material, məlumat), rol, mükafat, qarşılıqlı asılılıqlar daxil 

edilməlidir); 

 

şagirdlərin üz-üzə qarşılıqlı fəaliyyəti; 



 

fərdi  məsuliyyət  (hər  qrup  üzvü  məsuliyyət  barədə  aydın  təsəvvürə  malik 

olmalıdır); 

 

şagirdlərin  müvafiq şəxsiyyətlərarası  və  kiçik  qrup  bacarıqları  ilə 



təlimatlandırılması (qrupdaxili davranış qaydaları); 

 

qrupun  fəaliyyəti (şagirdlərin  qrupun  necə  işləməsini  qiymətləndirmək, 



üzvlərin işlərinin faydalı olub-olmamasını müzakirə etmək üçün vaxtı olmalıdır). 

Yeni  təlim  texnologiyaları  əsasında  tədris  edilən  dərslərdə  müəllimin  rolu 

aşağıdakı sxemdə göstərilən funksiyaların yerinə yetirilməsi ilə bağlı ola bilər: 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Müəllim 

rəhbər 

təlimatçı 

təşkilatçı 

dizayner 

fasilitator 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə