Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə10/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   6   7   8   9   10   11   12   13   ...   38

ortaya çıxır. Buna – şagirdləri irəli sürülmüş problemin həllinə məqsədyönlü şəkildə 

aparan,  özündə  yeni  informasiyanı  və  yeni  sualları  daşıyan  müxtəlif  çalışmalar  kö-

mək  etməlidir.  Məhz  yeni  faktların  öyrənilməsi  və  bu  suallara  cavabların  tapılması 

gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır. 

 

Bunun üçün problem fərziyyələrlə həll edilməyə başlayır. 



 

 

 



 

 

 

 

 

 



 

 

 



 

 

 



 

Tədqiqat  müxtəlif  formalarda:  bütün  siniflə  birgə,  kiçik  qruplarda,  cütlük 

şəklində  və  ya  fərdi  şəkildə  aparıla  bilər.  Lakin,  interaktiv  təlim  anlayışının  özü 

ənənəvi təlimdə tətbiq edilən frontal və ya fərdi formalarla müqayisədə daha fəal iş 

formalarının  mövcudluğunu  özündə  ehtiva  edir.  Təlimin  interaktiv  xarakteri  kiçik 

qruplarda və ya cütlük şəklində aparılan işlərdə daha qabarıq formada təzahür edir. 



Dərsin  III  mərhələsi:  “İnformasiya  mübadiləsi”  adlanır.  Bu  mərhələdə 

iştirakçılar  tədqiqatın  gedişində  əldə  etdikləri  tapıntıların,  yeni  informasiyanın 

mübadiləsini  aparırlar.  Qoyulmuş  suala  cavab  tapmaq  zərurəti  tədqiqatın  bütün 

iştrakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir. Təqdimat bir növ yeni 

biliklərin  dairəsini  cızır  və  hələlik  bu  biliklər  natamam  və  xaotik  xarakter  daşıyır. 

Məhz  bu  mərhələdə  yeni  bir  tələbat  -  həmin  bilikləri  qaydaya  salmaq, 

sistemləşdirmək,  müəyyən  bir  nəticəyə  gəlmək  üçün  tədqiqat  sualına  cavab  tapmaq 

zərurəti yaranır.  

Bu  mərhələnin  əsas  məqsədi  bütün  şagirdləri  yeni  faktlar  və  tapıntılarla  tanış 

etməkdir.  İnformasiya  mübadiləsi  yalnız  o  zaman  səmərəli  ola  bilər  ki,  sinif  fəal 

dinləməyə və əks-əlaqə yaratmağa köklənmiş olsun. 

 Bunun üçün müəllim

PROBLEM 

Fərziyyə 1 

Fərziyyə 2 

Fərziyyə 3 

Tədqiqat sualı 

FƏRZİYYƏNİN YOXLANILMASI 

İrəli sürülmüş fərziyyələri təsdiq və ya təkzib 

edən faktların tapılması 



 

Sinifdə nizam-intizam yaradılmasına nail olur,işgüzarlıq mühitini tənzimləmək 

yönümlü işlər görür; 

 

İnformasiya  olunan  material  qrup  işidirsə,  bütün  iştirakçılardan  xahiş  edir  ki, 



üzlərini təqdimatın keçirildiyi yerə yöəltsinlər; 

 

Onları  təqdimata  öz  münasibətlərini,  razılıqlarını  və  ya  razı  olmadıqlarını 



bildirməyə sövq edir; 

 

Ardıcıllığı  müəyyən  edir  və  təqdimatın  keçirilməsi,  rəylər  mübadiləsi  və 



informasiyanın təsdiqlənməsi qaydalarını bəyan edir. 

Əgər bu, qrup təqdimatıdırsa, o zaman qrupun bütün üzvlərinin (tərkibində 5 

şagirddən çox olan böyük qruplar istisna edilməklə) iştirakı yerinə düşər. Bunun üçün 

hələ  təqdimatın  başlanğıc  mərhələsində  şagirdlərə  təqdimat  mərasimindəki  vəzifə 

bölgüsü barədə təlimat verilməlidir. 

Daha çox şagirdin sözügedən prosesdə fəal iştirakını təmin etmək üçün onlara 

(şagirdlərə) təqdimatı keçirən öyrəcilərə sual vermələrini təklif etmək olar. Ən yaxşı 

sualı verən şagirdi hansısa şəkildə mükafatlandırmaq da olar.  

Təqdimatın 

nəticələrinin  qeydedilmə  formalarını  müəllim  öncədən 

planlaşdırmalıdır.  Əgər  təqdimat  zamanı  iş  vərəqlərindən  istifadə  edilirsə,  bunlar 

lövhədən asılmalıdır. Mövcud mərhələnin sonunda təqdimatların əks olunduğu bütün 

iş  vərəqləri  lövhədən  asılmalı  və  tapılmış  əsas  faktlar  lövhədə(və  ya  digər  yerdə 

məqsədəuyğun  şəkildə)  qeyd  edilməlidir.  Bu  sonrakı  mərhələnin  –  informasiyanın 

müzakirə və təşkilinin ilkin məcburi şərtidir. Təqdimatın keçirilməsi zamanı müəllim 

tərəfindən bir sıra səhvlərə yol verilə bilər, belə səhvlər işin səmərəliliyinə mənfi təsir 

göstərir. 

 Sözügedən səhvlər bunlardır

Səhv 1. Təqdimat zamanı müəllim diqqəti yalnız çıxış edənlərə yönəltmiş olur. 

Halbuki  müəllim  bütün  sinfi  diqqət  mərkəzində  saxlamalı,  çıxış  edənlərin 

fikirlərini,  eləcə  də  digər  şagirdlərin  dinləmə  prosesini  izləməyə  çalışmalıdır.  Bu 

müəllimə  işini  səmərəli  qurmağa,ən  azı  sinifdə  nizam-intizamı  qorumağa  kömək 

edər.  



Səhv  2.  Müəllim  vaxta  qənaət  etmək  məqsədilə  bütün  təqdimatlara  ardıcıl 

qulaq asır, fikir mübadiləsi üçün vaxt və imkan vermir.  

Yadda  saxlamaq  lazımdır  ki,  hər  bir  təqdimat  şagirdlərin  şüurunda  iz 

buraxmalı və sonrakı təhlil üçün material olmalıdır. Bütün şagirdləri fəal dinləməyə 

sövq  etmək,  onlara  öz  fikirlərini  sözlə  deyil,  jestlərin  köməyilə  ifadə  etməyi  təklif 

etmək,  bir-iki  nəfərə  isə  təqdim  edilmiş  informasiyaya  əlavələr  və  düzəlişlər  etmək 

imkanı vermək gərəkdir. 



Səhv 3. Təqdimat zamanı qrup üzvləri iş vərəqlərini lövhədən asır və lövhənin 

önündə  toplaşaraq  arxaları  sinfə  tərəf  öz  qeydlərini  ucadan  oxuyurlar.  Bu  halda 

müəllim də arxasını sinfə(şagirdlər çoxluğuna) çevirməyə məcburdur ki, iş vərəqi ilə 

tanış  olsun.  Bunun  nəticəsində  təqdimatı  izləməli  olan  şagirdlərin(əslində  prosesin 

həmin  məqamı  üçün  daha  maraqlı  tərəfin)    diqqəti  və  informasiyanı  qavraması 

pozulur.  

Təqdimat  zamanı  iş  vərəqlərini  şagird  və  müəllim,  eləcə  də  bütün  sinif  aydın 

görə  bilməlidir.  Buna  görə  də  vərəqləri  əldə  tutmaq  (iri  plakat  vərəqləri  istisna 

edilməklə) və təqdimat başa çatdıqdan sonra lövhədən asmaq lazımdır. 

Səhv  4.  Müəllim  təqdimata  bir  növ  rəsmiyyət  xatirinə  qulaq  asır,  ifadələrin 

yığcamlığı və aydınlığı üçün düzəlişlər etməyə çalışmır, yəni təqdimat mədəniyyətini 

formalaşdırmağa səy göstərmir.  

Yadda saxlamaq lazımdır ki, həm şagirdin təfəkkür və nitqinin fərdi inkişafı, 

həm  də  informasiyanın  daha  yaxşı  qavranılması,  mənimsənilməsi  və  tərtibi  üçün 

təqdimat mədəniyyəti ən vacib şərtlərdən biridir.  



Səhv 5. Hər bir təqdimatdan sonra müəllimin özü onu şərh edir, qiymətləndirir 

və ya tapılmış cavablara öz münasibətini bildirir. 

Öyrəncilərə  digər  şagirdlərin  (təqdimat  edənlərin)  işləri  barədə  öz  fikir  və 

münasibətlərini bildirmək imkanı verilməlidir. Fikir mübadiləsi prosesində müəllimin 

rolu aparılmış tədqiqat haqqında öünəməxsus fikrini söyləmək deyil, informasiyanın 

şagirdlər tərəfindən daha yaxşı qavranılması və başa düşülməsi üçün optimal şəraiti 

təmin etməkdən ibarətdir. Bu zaman  müəllim keçirilən təqdimatın keyfiyyəti barədə 

öz qiymətverici rəyini söyləyə bilər (əks-əlaqə yaradar).  




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə