Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə18/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   14   15   16   17   18   19   20   21   ...   38

“Yağış zamanı Siz özünüzü necə hiss edirsiniz?” kimi suallar verir. 

 

Tapşırıq 5. Sualların yaradıcı şəkildə dəyişdirilməsi. 

Təlimat: “Qapalı” sualı “açıq” suala çevir. 

 

Tapşırıq 6. Tədqiqata yönələn suallar: “Bu nədir?” 

Təlimat: “Fotoşəklə baxın. Bunun nə olmasını başa düşmək üçün suallar verin. 

Daha çox müxtəlif suallar verməyə çalışın”. 



Qiymətləndirmə meyarları1) “Bu nədir?”, “Harada?”, “Nə zaman?”, “Haraya 

Haradan?”,  “Necə?”,  “Nəyə  görə?”  suallar  sistemsiz,  xaotik  şəkildə  və  ya  əşyada 

olmayan  əlamətlərini  (xüsusiyyətlərini)  qeyd  edir;  2)“Bu  nədir?”,”Necədir?”, 

“Harada?”, “Nə zaman?”,“Haraya?”,Haradan?”,“Necə?”,”Niyə?”, “Nəyə görə?” sual-

lar  sxemi  üzrə  verilir  və  həmçinin  əşyaların  əlamətlərini  qeyd  edir;  3)  Suallar 

tədqiqatı və ümumiləşdirilmiş xarakter daşıyır, açar sözlərlə bağlıdırlar. 



Məsələn: 

 

Hansı növ hadisələrə aiddir? 



 

Hansı xüsusiyyətlərə malikdir? 

 

Hansı məna daşıyır? 



 

Harada istifadə olunur? 

 

Necə dəyişir? 



 

Nəyə görə dəyişir? 

 

Nəyə təsir göstərir? 



 

Başqa hadisələrlə necə bağlıdır? 



 

Tapşırıq 7. Problemi ifadə et. 

Təlimat: “İnsanda təbiətlə bağlı yaranan bir neçə problemi adlandır”. 

Qiymətləndirmə  meyarları:  1)  Problemlərin  miqdarı  çox  deyil,  standart 

məzmunludur.  2)  Standart  olmayan,  orijinal  problemlərin  daxil  edilməsi  ilə  onların 

miqdarı çox və müxtəlifdir. 

 

Tapşırıq 8. Sərbəst mövzuya yönələn sualların verilməsi 

Təlimat:  “Açarları  və  mövzunu  sərbəst  seçərək  “açar  sözlər”  dən  istifadə  edib 

sual qur” 



Qiymətləndirmə meyarları: 

1)  Mövzu  ilə  əlaqədar  açarların  xaotik  istifadə  olunması.  Mövzunun  həm 

məlum, həm də naməlum aspektlərini əks etdirir. 

2)  Mövzunun  əhəmiyyətli  aspektlərini  əks  etdirən  sualların  sistem  şəklində 

verilməsi. 

 

Modelləşdirmə 



 

Modelləşdirmə  –  ciddi  problem  qoyan  hər  hansı  bir  mücərrəd  və  ya  uydurma 

hadisənin  canlandırılması  və  bunun  vasitəsilə  problemin  həllidir.  Bu  hadisə  çox 

zaman  real  həyatda  baş  verən  hadisənin  sadələşdirilmiş  lakin  canlı  nümunəsi  olur. 



Problemi həll etmək üçün iştirakçılar həyatda və bu hadisədə rast gəldikləri müəyyən 

rolları  ifa  edirlər.  Lakin  rolların  ifası  tam  sərbəstdir  və  onun  nəticəsində  alınan 

problemin həllini heç kəs əvvəlcədən proqnozlaşdıra bilmir. Nəticələr rolun ifasından 

asılıdır.  Modelləşdirmə  zamanı  şagirdlərə  bu  rolun  ifasında  öz  nöqteyi-nəzərindən 

çıxış etməyə icazə verilir. 

Məqsəd: 

1.

 



Yaradıcı  qabiliyyətləri  və  təxəyyülü  inkişaf  etdirmək  üçün  şagirdləri  zəruri 

əsaslarla təchiz etmək; 

2.

 

Cütlük şəklində öz baxışlarını və dəyərlərini müzakirə etmək üçün şagirdlərə 



sərbəst diskussiya təklif etmək

3.

 



Şagirdləri  problemi  tapmağa  və  onu  real  həyatı  modelləşdirən  şəraitdə  həll 

etməyə həvəsləndirmək; 

4.

 

Şagirdlərə təhlil aparmaq və alternativ hərəkətləri qiymətləndirmək bacarığını 



aşılamaq; 

5.

 



Şagirdləri ictimai və ya qrup fəaliyyətinin tərkib hissəsi olan qərarların qəbul 

edilməsi prosesinə cəlb etmək; 

6.

 

Məşğələ  ərzində  qəbul  edilmiş  qərarlara  yenidən  baxmaq  və  təhlil  etmək, 



habelə uydurma situasiyanı gerçək vəziyyətlə müqayisə etmək üçün şagirdlərə imkan 

yaratmaq. 

Modelləşdirməni  əyləncəli  və  maraqlı  edən  onun  qeyri  müəyyənliyi, 

məchulluğudur,  çünki  ən  yaxşı  halda  da  nəticələri  qabaqcadan  yalnız  qismən 

müəyyən etmək olur. Məhz bu bilinməzlik əsl həyata daha çox oxşayır, onu daha çox 

xatırladır  ki,  bu  da  nəticələri  qəti  müəyyən  edilmiş  tamaşalar  və  ya  oyunlarla 

müqayisədə modelləşdirmənin xeyrinə çox əsaslı dəlil ola bilər. 

Alqoritm:  1.  Şagirdlər  qarşısında  ciddi  dilemma  və  problem  qoyulur.  Onlara 

təklif  olunur  ki,  bu  problemi  təklif  edilmiş  şəraitdə  -  sinif  yoldaşları  ilə  birlikdə 

həyatda rast gəlinən müəyyən rolları oynamaqla həll etsinlər. 

2.  Hadisə  bölünmüş  rollar  vasitəsilə  inkişaf  etdirilir.  Beləliklə,  sinif  bir  növ 

miniatür  və  ciddi  tamaşaya  çevrilir.  Modelləşdirmədə  müəyyən  mənada  oyunun  və 

tamaşanın  bir  çox  cəhətləri  müşahidə  olunur.  Lakin  oyundan  və  həqiqi  tamaşadan 

fərqli  olaraq, modelləşdirmənin  maraqlı  cəhəti qeyri  müəyyənlik faizinin  yüksək ol-

masıdır.  Modelləşdirmə  bu  mənada  sərbəstdir,  belə  ki,  heç  kəs  əsl  həqiqətdə  son 

nəticəni görə bilmir, heç kəs deyə bilməz ki, əhvalat nə ilə bitəcək, çünki son nəticə 

əsasən rolların necə oynanılacağından asılı olur. Modelləşdirmə yalnız eskizi, rolun 

qısa  təsvirini  təklif  edir,  rolun  ifaçısı  bu  müxtəsər  məlumata  əsaslanaraq,  öz  həyat 

duyumunu yaratmalı, öz nöqteyi-nəzərini inkişaf etdirməlidir. 

3. Alınan tamaşanın müzakirəsi. 

4. Nəticələrin çıxarılması və problemin həlli yollarının ümumiləşdirilməsi. 



Şərtlər: 

 

Mübahisə və diskussiyalar üçün mövzunu özündə daşıyan əhvalat seçilməlidir; 



 

Modelləşdirmə gerçək həyatı əks etdirən problem üzərində cəmlənməlidir; 

 

Mövzunu seçdikdən sonra bir neçə problemi müəyyənləşdirmək lazımdır, əks 



halda oyun maraqlı olmaması səbəbindən öz mənasını itirər; 

 

Oyun  onun  yerli  şəraitə  uyğunlaşdırılması,  rolların  artırılması  və  ya  ixtisar 



edilməsi, problemin əvəzlənməsi yolu ilə dəyişdirilə bilər. 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə