Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə20/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   16   17   18   19   20   21   22   23   ...   38

o

 

İştirakçılarla  birgə  mübahisənin  qaydalarını  müəyyənləşdirir  və  ya  sadəcə 



olaraq şagirdləri mövcud qaydalardan xəbərdar edir. 

o

 



Mübahisələrəd iştirak edir və lazım gəldikdə müdaxilə edir. 

o

 



Şagirdlərin əldə etdiyi nəticə və ya həlli yollarını birləşdirir. 

b)

 



ŞAGİRD: 

 

Lehinə və əleyhinə arqumentləri müəyyənləşdirir. 



 

Qruplardan birinə qoşulur. 

 

Müzakirənin hər bir səviyyəsində fəal iştirak edir. 



 

Əməkdaşlıq edir və ünsiyyət saxlayır. 



Vəsaitlər: kağız, marker, məlumat mənbəyi. 

Yrana biləcək problemlər: bax müzakirə xəritələrinə. 

  


Debatlar (çarpaz müzakirə) 

 

Debatlar (çarpaz müzakirə) hər bir kəsin müzakirədə iştirakını təmin edilməsi 

ilə nəticələnən xüsusi sxemdən istifadə edən strategiya formalarından biridir. 



Məqsəd: 

Diskussiyanın  yalnız  bir-birlərinə  opponentlik  (etiraz)  edən  tərəflərin  arasında 

keçdiyi mübahisə, müzakirə, rəy mübadiləsi kimi məlum formalarından fərqli olaraq, 

debatlar opponentini deyil, üçüncü tərəfi inandırma prosesini nəzərdə tutur. Üçüncü 

tərəfin  vəzifəsi  hər  bir  tərəfin  mövqeyini  dinləyib,  öz  seçimini  etməkdir.  Bu  seçim 

yalnız bir şeyə - “bu tərəf məni inandırdı!”- təsdiqinə əsaslanır. Beləliklə, debatlarda 

iştirak  edən  tərəflərin  əsas  məqsədi  öz  dəlil  və  sübutlarının  köməyi  ilə  üçüncü 

tərəfi  öz  mövqeyinin  düzgünlüyünə  inandırmaqdır.  Bu  prosesin  yekunları 

əsasında ona həmçinin ,qərarların qəbulu kimi baxmaq olar. 



Debat  prosesində  şagirdlər  aşağıdakı  bacarıq  və  keyfiyyətlərə  nail  ola 

bilərlər: 

 

mövzunun araşdırılması; 



 

əsas anlayışlarla iş; 

 

dəlillərlə iş; 



 

“çarpaz sualların” hazırlanması; 

 

natiqlik məharəti; 



 

hamilik və ya qərarları necə qəbul etməli. 



Aiqoritm: 

1.

 

Mövzunun  müəyyənləşdirilməsi.  Çarpaz  müzakirə  mətndə  qaldırılan 

məsələni açıqlayan, birmənalı cavab tələb edən sual (yəni elə bir sual ki, ona müsbət 

və  ya  mənfi  cavab  verilə  bilər)  hazırlanmasını  tələb  edir.  “Debatlarda”  mövzu  sual 

yox təsdiq formasında ifadə edilir. 



2.

 

Rolların  müəyyənləşdirilməsi  (“A”  və  “B”  spiker  komandaları,  hakim, 

“taym-kipper”).  Debat  iştirakçıları  və  ya  debatçılar  çıxış  zamanı  spiker  adlanırlar. 

Debatlar  üçüncü  tərəfi  təmsil  edən  hakimlər  qarşısında  spiker  komandaları  (“A” 

mövqeyi və “B” mövqeyi) arasında keçirilir. 

a)

 



Təsdiqedici  “A”  mövqeyinin  spikerləri  debatların  mövzusunu  onun  ifadə 

edildiyi kimi təsdiq edirlər 

b)

 

Təkzibedici  “B”  mövqeyinin  spikerləri  “A”  mövqeyini  təkzib  etməyə 



borcludurlar-bu  onların  başlıca  vəzifəsidir.  Həm  də  onlar  təkzibetmədən  sonra  öz 

meyar və dəlillərini təklif edirlər. 

c)

 

Hakimin vəzifəsi bu mövqelərdən hansının daha inandırıcı olduğunu öz şəxsi 



mövqeyindən asılı olmayaraq müəyyən etməkdir. 

d)

 



Debatlar  prosesində  çixişların  vaxt  rejimini  təmin  edən  “taym-kipperlər” 

iştirak edirlər. 



3.

 

Dəlillərin  hazırlanması.  Arqument  (dəlil)-  faktlar  əsasında  çıxarılan 

nəticədir;  mövzunun  tədqiqinin  nəticəsidir.  İştirakçılar-spikerlər  (cütlər  və  ya  kiçik 

qruplar)  sualın  müzakirəsinə  başlayır  və  əvvəlcə  müsbət,  sonra  mənfi  cavabları 

əsaslandıran 4-5 dəlil göstərirlər. Tərəflər öz mövqelərinin müdafıəsi üçün ən güclü 




arqumentləri  toplamalıdırlar.  Hər  qrupa  özlərinin  ən  yaxşı  arqumentlərini  müəyyən 

etmək üçün 7-8 dəqiqə vaxt ayrılır. 

Arqument üzərində iş prosesi aşağıdakı hərəkətlərdən ibarətdir: 

 

arqument irəli sürülür; 



 

arqument izah edilir; 

 

arqument sübut edilir; 



 

nəticə çıxarılır. 

Hər  iki  cavaba  dair  dəlillərin  siyahıları  tamamlandıqdan  dərhal  sonra  qrupların 

hər  biri  digər  qrupla  öz  siyahılarını  tutuşdurur  və  hər  iki  qəbildən  olan  dəlilləri 

nəzərdən keçirirlər. 

4.

 

Debat  və  çarpaz  suallar.  Sonra  iştirakçılardan  öz  mövqelərini  müəyyən 

etmək  və  iki  böyük  qrupa  bölünmək  xahiş  edilir.  Hər  2  tərəf  arasında  polemika 

(müzakirə) aparılır. Debatlar zamanı bir mövqeyin spikerlərinin suallarından və digər 

mövqeyin  spikerlərinin  cavablarından  ibarət  olan  və  xüsusi  fərqləndirən  raunddur. 

Debatların  spikerləri  arqumentləri  irəli  sürərkən,  sübut-dəlilləri-onların  mövqeyini 

təsdiq edən faktları, statistik göstəriciləri, mütəxəssislərin ekspert rəylərini də təqdim 

etməlidirlər. 

5.

 

Nəticə  çıxarma  və  qiymətləndirmə.  Hakim  daha  inandırıcı  mövqelərdən 

çıxış edən komandanı seçir. O yalnız eşitdikləri əsasında nəticə çıxarır və öz seçimini 

edir.  Çox  vacibdir  ki,  o  öz  seçimini  etdikdən  sonra  onu  əsaslandıra  bilsin.  Verilən 

sualların  və  alınan  cavabların  keyfiyyəti  iştirakçıların  debatların  mövzusunu  nə 

dərəcədə dərindən və hərtərəfli mənimsədiklərini göstərir. Bu zaman həm də spikerin 

alınmış  cavabları  nə  dərəcədə  ustalıqla  opponentin  mövqeyini  zəiflətmək  və  öz 

mövqeyini gücləndirmək üçün istifadə edə bilməsi qiymətləndirilir. 

Şərtlər: 

1.

 



Qrupda şagirdlərin sayı 20 nəfərdən çox olmamalıdır. 

2.

 



Mövzu  qısaca  ifadə  edilən  zaman  aşağıdakı  prinsiplərə  riayət 

olunmalıdır. 

 

mövzu aktual olmalıdır; 



 

mövzu maraqlı olmalıdır; 

 

mövzu  “münaqişəli”  olmalıdır,  məsələn,  əgər  A  mövqeyi  mövcuddursa,  bu  o 



deməkdir ki, əks fikir də (B mövqeyi) mövcuddur; 

 

mövzu elə ifadə edilməlidir ki, heç kəs bir mövqeyin üstünlüyünü hiss etməsin; 



 

mövzu  nə  çox  dar,  nə  də  çox  geniş  olmalıdır.  Məsələn,  “Evtanasiya  xərçəng 

xəstəliyinə  tutulmuş  insanlar  üçün  leqallaşdırılmalıdır”-dar,  “Təhsil  rəsmi  dövlət 

dilində olmalıdır” isə geniş mövzudur. 

3.

 

Hazırlıq  prosesində  debatçılar  idrak  prosesinin  mühüm  ünsürlərindən 



olan sualların ifadə texnikası və məharətinə yiyələnməlidirlər. 

4.

 



Şagirdlərin  mənbələrlə  işləyə  bilməsi,  dəstək  və  sübutların  məntiqi, 

mövzuya, problemə uyğun seçilməsi vacibdir. 



Vasitələr:  Müzakirə  üçün  əvvəlcədən  hazırlanmış  suallar,  müxtəlif  məlumat 

mənbələri. 



Yarana biləcək problemlər: 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə