Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə22/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   18   19   20   21   22   23   24   25   ...   38

Ola  bilsin  ki,  müəllim  tətbiq  etmədə,  yəni  düşünmə  mərhələsində  də  klaster 

metodundan  istifadə  etsin.  Mətndən  aldığı  yeni  bilikləri  klasterdə  qeyd  etsinlər.  Bu 

zaman onlar qeydlərini yaxşı olardı ki, başqa rəngli qələmlə etsinlər (Əvvəlki bilikləri 

yeni  aldığı  bilikdən  ayırmaq  məqsədi  ilə).  Bu  metoddan  istənilən  fənnin  tədrisi  za-

manı istifadə etmək əlverişlidir. 

 

Ziq-zaq metodu 

 

Əvvəlcə şagirdləri dörd nəfərlik qruplara bölün. Qruplar müəyyənləşdirildikdən 

sonra hər bir qrupdakı şagirdlərə təklif edin ki, hərəsi bir rəqəm söyləməklə 1-dən 4-ə 

qədər saysınlar. Beləliklə, hər bir kəsin söylədiyi rəqəm onun nömrəsi olacaqdır. 

Sonra  şagirdlərə  mətn  verilir.  İzah  edilir  ki,  mətni  araşdırmaq,  məzmunu  dərk 

etmək və məğzinə varmaq lazımdır. 

Şagirdlərin  diqqətinə  çatdırmaq  lazımdır  ki,  mətn  4  hissəyə  bölünmüşdür.  Hər 

bir  qrupdakı  1  nömrəli  iştirakçı  birinci  hissə,  2  nömrəli  iştirakçı  ikinci  hissə,  3 

nömrəli iştirakçı üçüncü, 4 nömrəli iştirakçı dördüncü hissə üçün cavabdeh olacaqlar. 

Bu qaydanı izah etdikdən sonra şagirdlərdən xahiş edin ki, eyni nömrəli iştirakçılar 

bir yerə toplansınlar. Eyni nömrəli iştirakçılardan təşkil olunmuş qruplar indi ekspert 

qrupları  adlanır,  onların  vəzifəsi,  mətnin  öhdələrinə  düşən  hissəsinin  materialını 

diqqətlə öyrənməkdən ibarətdir. Onlar həmin hissəni oxumalı, məzmununu müzakirə 

etməli və materialı lazımınca qavramalıdırlar. Ekspert qrupunun hər bir üzvü öyrən-

diyi  hissənin  materialını  dərsin  əvvəlində  yaranmış  qrupun  üzvlərinə  izah  etməlidir. 

Şagirdlərə  çatdırmaq  lazımdır  ki,  sonradan  onların  bəzilərinə  öyrəndikləri  hissəni 

bütün sinfə izah etmək təkilf olunacaq. Ekspert qruplarının işi başa çatdıqdan sonra, 

onlar öz əvvəlki qruplarına qayıdıb materialın məzmununu həmkarlarına izah edirlər. 

Şagirdlər bilməlidirlər ki, yekunda bütün qrup üzvlərinin materialın məzmununu tam 

mənimsəmələri zəruridir. 

Bu  metoddan  istifadə  zamanı  müəllim  əvvəlcədən  mövzunu  4  hissəyə  (hissəyə 

ayırmaq qrupların sayından asılıdır) ayırır. Məsələn, mövzu: Azərbaycan. Bu zaman 

onun coğrafi mövqeyi və təbii şəraiti – birinci; relyefi - ikinci; iqlimi və daxili suları - 

üçüncü; əhalisi və nəqliyyatı - dördüncü ekspert qrupuna tapşırılır. Hər ekspert qrupu 

ona  düşən  hissəni  öyrənir,  müzakirə  edir,  sonra  əvvəlki  qruplara  qayıdır,  orada 

öyrəndikləri hissəni qrup üzvlərinə izah edirlər. Beləliklə, mövzunun hər bir hissəsi 

haqqında qrupun hər bir üzvü bilik alır və o barədə qrup üzvlərinə məlumat verir. 

İlkin  qrup  üzvləri  qeydlər  etməli,  meydana  çıxan  sualları  yazmalı,  sonra  bu 

suallar hər bir hissə üçün məsul olan ekspertlərə ünvanlanmalıdır. 

Müəllim  informasiyanın  dəqiq  verildiyinə  və  qarşıya  çıxan  sualların  düzgün 

cavablandırıldığına əmin olmalı və nəzarət etməlidir. 

 

Dəyirmi masa 



 

Müəllim  sinfi  qruplara  bölür.  Hər  qrupa  bir  vatman  kağızı  və  qrupun 

şagirdlərinin sayı qədər rəngli flamaster verir. Hər şagird ona verilən rəngli flamaster 

ilə yazmalıdır. 




Yazılı “Dəyirmi masa” elə metoddur ki, bu zaman vərəq qrupun daxilində dairə 

üzrə daim bir nəfərdən digərinə ötürülür. Məsələn, müəllim mövzuya aid hansısa bir 

fikri yazır, sonra şagird öz fikirlərini əlavə edərək vərəqi sol tərəfdəki “qonşusuna” 

verir.  O  da öz növbəsində  bu  fikrə  yeni mülahizələr  əlavə  edir  və  vərəqi başqasına 

ötürür. Şagirdlərin hər biri öz fikirlərini ayrı rəngli qələmlə və ya flamasterlə yazırlar. 

Bu  zahirən  bütün  şagirdlərin  yoldaşlarından  geri  qalmamaq  hissini  gücləndirir  və 

müəllimə  imkan  verir  ki,  mövzunun  hər  bir  şagird  tərəfindən  mənimsənilməsini  və 

hər bir kəsin nə dərəcədə iştirak etdiyini müəyyənləşdirsin. 

Məsələn, ədəbiyyat dərsində Nizami Gəncəvinin yaradıcılığı mövzusunun tədrisi 

zamanı müəllim vatmanda bir söz yazır: “Xəmsə”. Qrupun üzvlərinin hər biri sıra ilə 

öz  əlavələrini  edirlər.  Şagirdin  biri  yazır  “Beşlik”,  digəri  “Sirlər  xəzinəsi”,  o  biri 

“Leyli və məcnun” və s. beləliklə, bütün üzvlər xəmsə ilə əlaqədar bildiklərini sıra ilə 

qeyd  edirlər.  Qruplar  işlərini  bitirdikdən  sonra  hər  qrup  öz  işini  təqdim  edir.  Hansı 

qrupun mövzunu nə dərəcədə mənimsəməsi aydın olur. Sonda müəllim ümumi nəticə 

çıxarır. 

Bu metoddan bütün fənlərin tədrisində istifadə etmək olar. 



 

                                Qrafik göstəricilər 

 

Tədris  zamanı  zehni  prosesləri  əyaniləşdirmək  üçün  qrafik  göstəricilərdən 

istifadə  edilir.  Konseptual  cədvəllər,  T-sxemlər  və  Venn  diaqramı  qrafik 

göstəricilərin ən səmərəli formalarıdır. 

 

Konseptual cədvəl 

 

Bu  üsul  üç  və  ya  daha  çox  obyekt,  yaxud  cəhətin  müqayisəsi  nəzərdə  tutulan 



zaman səmərəli sayılır. Cədvəli düzəltmək üçün vərəqin sol tərəfində, şaquli qrafada 

müqayisə  ediləcək  obyektlər,  üfüqi  qrafalarda  isə  onların  müqayisə  olunacaq 

xüsusiyyətləri  göstərilir.  Konseptual  cədvəldən  ədəbiyyat  dərslərində  surətləri, 

müxtəlif peşələri müqayisə edərkən istifadə etmək olar. Bu cədvəldən yazı işləri üçün 

hazırlıq  mərhələsində,  ibtidai  sinifdə  və  dil-ədəbiyyat  dərslərində  də  istifadə  etmək 

olar. 


Ədəbiyyat  dərslərində  müqayisə  ediləcək  cəhətlərə  hansı  aspektdən  yanaşmağı 

müəllim aydınlaşdırmalıdır. Cədvəldə mövzu ilə əlaqədar dəyişiklik edə bilər. 



 

T-Sxemlər 

 

Müzakirə  zamanı  müsbət-mənfi  cavablar  üçün  (razıyam,  etiraz  edirəm),  yaxud 

müqayisəli  fikirlərin  qeyd  edilməsi  üçün  T-sxemlər  adlanan  qrafik  göstəricilərdən 

istifadə  olunur.  Müəllim  müəyyən  bir  mətni  şagirdlərə  verir,  onlar  razıyam  və  ya 

etiraz edirəm prinsipi ilə oxuyurlar və aşağıdakı kimi cədvəl tərtib edirlər. (Yaxşı olar 

ki, mövzu Qarabağ hadisələri, qaçqınlar haqqında olsun). 

 

Yuxarı Qarabağı Azərbaycandan ayırmaq 



olmaz (səbəblər) 

Yuxarı Qarabağı Azərbaycandan ayırmaq 

olar (səbəblər) 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə