Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə25/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   21   22   23   24   25   26   27   28   ...   38

 

Diaqnostik qiymətləndirmə (ilkin səviyyənin qiymətləndirilməsi); 

 

Formativ qiymətləndirmə (inkişafın izlənməsi); 



 

Summativ (yekun) qiymətləndirmə. 

Dərsliyin  XXII  fəslində  qeyd  olunduğu  kimi,ümumtəhsil  məktəblərinin  təlim 

təcrübəsində  müasir  qiymətləndirmənin  növlərindən,  əsasən,    aşağıdakı  suallara 

cavab tapmaq məqsədilə istifadə olunur: 

1)

 



İlkin  səviyyənin  qiymətləndirilməsi  (diaqnostik  qiymətləndirmə)  –  şagirdər 

əsas  bilik  və  bacarıqlara  hansı  dərəcədə  malikdirlər?  Şagirdlər  tədris  olunan 

materialın hansı hissəsini bilirlər? 

2)

 



İrəliləyişlərin  monitorinqi  (formativ  qiymətləndirmə)  –standartların 

mənimsənilməsinə doğru şagirdlər kifayət qədər irəliləyə bilirlərmi? 

3)

 

Yekun  (summativ)  qiymətləndirmə-şagirdlər  verilmiş  standart  və  ya 



standartlar qrupunda müəyyən edilmiş məqsədlərə çatmışlarmı? 

Qiymətləndirmə  formaları-qiymətləndirmənin  keçirilmə  mexanizmini  nəzərdə 

tutur.  Məsələn,  yekun  qiymətləndirmənin  mərhələsi  olan  buraxılış  imtahanları 

mərkəzləşdirilmiş,  kiçik  summativ  qiymətləndirmə  sinifdaxili,  böyük  summativ 

qiymətləndirmə məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə tədqiqatları seçim 

yolu ilə məktəbdaxili formada aparılır.  

Təbii  ki,  ilkin  səviyyənin  qiymətləndirilməsi  (diaqnostik  qiymətləndirmə) 

şagirdin artıq nələri bildiyini müəyyən edir və təlimin düzgün qurulmasında müəllimə 

yol  göstərir.  Təlim  prosesində  düzgün  istiqamətləşdirilmiş  şagird  öyrənilmiş 

materialın  təkrarına  vaxt  itirmir,  həmçinin  onun  üçün  başa  düşülməyən  və  ya  tanış 

olmayan material qalmır. 

İlkin  səviyyənin  qiymətləndirilməsində  suallar  bir-biri  ilə  elə  əlaqələndirib 

tənzimlənməlidir ki, onların bəziləri şagirdin hansı biliklərə malik olduğunu, digərləri 

isə yeni materialı mənimsəmədiyi güman olunan şagirdləri müəyyən etsin. Əgər ilkin 

səviyyənin qiymətləndirilməsi şagirdlərin sinifdəki fəaliyyətini müqayisə etmək və ya 

sonrakı inkişafını qiymətləndirmək üçün ilkin məlumat bazasını yaratmaq məqsədilə 

istifadə olunursa, onda bu suallar əsas psixometrik tələblərə cavab verməlidir. 

Şagirdlərin  irəliləyişinin  monitorinqi  (formativ  qiymətləndirmə)  vasitəsi  ilə 

tədrisin düzgün istiqamətləndirilməsi həyata keçirilir, alternativ üsul və mənbələrdən 

istifadə və ya şagirdin daha da irəliləməsi üçün ona əlavə impulsun verilməsi barədə 

ehtiyaclar müəyyənləşdirilir. Qəbul edilmiş standartların reallaşmasına istiqamətlənən 

irəliləyişlərin  monitorinqi  (formativ  qiymətləndirmə)  sinifdə  hər  bir  şagirdin 

inkişafının  hərəkətverici  amilinə,  təlimin  həlledici  komponentinə  çevrilir.  Müəllim 

yalnız  belə  monitorinq  vasitəsilə  tədris  prosesini  tənzimləyir,  bütün  şagirdlərin 

irəliləyişlərini  təmin  edir,  eyni  zamanda  uğur  qazana  bilməyən  şagirdlərin 

ehtiyaclarını  öyrənərək  onlara  əlavə  kömək  göstərir.  Bu  mənada  şagirdlərin  faktiki 

fəaliyyətinin nəticələri müəllim üçün real indikatora çevrilir . Monitorinqlər müəyyən 

anlayışların  mənimsənildiyini  müşahidə  etmək  və  ev  tapşırıqlarını  nəzərdən 

keçirməklə,  yaxud  başqa  formal  qiymətləndirmə  tipindən  istifadə  etməklə  aparıla 



bilər. Monitorinqlərin hansı formada aparılmasından asılı olmayaraq, onlar müntəzəm 

xarakter daşımalıdır. 

Yekun (summativ) qiymətləndirmə standart və ya standartlar qrupunda müəyyən 

olunmuş məqsədlərə şagirdlərin hansı səviyyədə nail olduqlarını müəyyən edir. Yekun 

(summativ)  qiymətləndirmə  standartların  mənimsənilməsi  istiqamətində  şagirdlərin 

əldə  etdiyi  irəliləyişləri  dəyərləndirir.  Bu  qiymətləndirmə  növü  mövzunun,  bəhs  və 

bölmənin,  yaxud  da  tədris  ilinin  sonunda  eyni  qaydada  keçirilir.  Yekin  (summativ) 

qiymətləndirmənin 

mühüm  cəhəti  şagirdlərin  mənimsədiklərini  tətbiqetmə 

qabiliyyətinə nə dərəcədə malik olduqlarını aşkara çıxarmaqdır. 



 

 

  Yeni 



məktəbdaxili 

qiymətləndirmənin 

əsas 

mahiyyətini 

formativ 

qiymətləndirmə  təşkil  edir.  Formativ  qiymətləndirmə  şagirdin  təlim  fəaliyyətinin 

daim  izlənməsi  və  prosesin  hər  hansı  bir  mərhələsi  üçün  müəyyən  olunmuş 

məzmun  standartlarından  irəli  gələn  bilik  və  bacarıqlara  yönəlməsi  səviyyəsinin 

qiymətləndirilməsidir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qiymətləndirmə sisteminin “sistem-struktur” interpretasiyası. 

 

Kəmiy



yət 

Beynəlxalq 




                                            

 

                                                                                              

 

 

 



 

 

Müasir qiymətləndirmənin ənənəvi qiymətləndirmə ilə müqayisəsi 

        

Ənənəvi qiymətləndirmə 

Müasir qiymətləndirmə 

-Qiymətləndirmə zamanı şagirdə qiymət 

yazmaq  kimi  qəbul  olunurdu;  şagird 

yalnız qiymət almaq xatirinə oxuyurdu. 

-  Cari  qiymətləndirmə  formalizmə 

gətirib  çıxarırdı;  müəllimin  subyektiv 

rəyinə əsaslanırdı. 

-  Tədris  prosesinin  yalnız  müəyyən  bir 

hissəsində tətbiq edilirdi. 

Əsasən, 



bilik 

səviyyəsi 

qiymətləndirilirdi. 

-  Qiymətləndirmə  təhsilin  keyfiyyətinin 

yüksəldilməsinə  yönəldilir  və  onu 

idarəedən  vacib  amil  kimi  meydana 

çıxır. 



Cari 



qiymətləndirmənin 

aradan 


qaldırılması  məzmun  standartlarının 

bütövlükdə 

mənimsənilməsini 

və 


qiymətləndirmənin  obyektivliyini  təmin 

edir. 


-Tədris  prosesinin  bütün  mərhələlərində 

tətbiq edilir.  

- Şagirdin naliyyəti (qazanılan dəyərlər) 

qiymətləndirilir, inkişafı sistemli şəkildə 



Qiymətlən

dirmə 

Növləri 


Xüsusiy

yətləri 


Məqsədi 

Formaları 

Meyar  

və 


normativlər 

Rolu və 


vəzifələri 

Milli 


Məktəb 

daxili 


Diaq-

nostik 


Formativ 

Summati


Metod 


və 

vasitəri 

Keyfiyyət 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə