Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə27/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   23   24   25   26   27   28   29   30   ...   38

Qeydiyyatın aparıldığı yer

 

Formativ  qiymətləndirmənin  nəticələri  şagirdin  portfoliosunda,  müəllimin 

formativ qiymətləndirmə dəftərlərində və şagirdin məktəbli kitabçasında sözlə və ya 

rəqəmlə qeyd olunur. 



Summativ qiymətləndirmə 

 

Summativ  qiymətləndirmə  kiçik, böyük  və  yekun  summativ  qiymətləndirmədən 



ibarətdir.  Kiçik  və  böyük  summativ  qiymətləndirmə  təlim  prosesində  müəyyən 

mərhəlyrə  yekun  vurmaqla  müvafiq  məzmun  standartlarına  uyğun  qiymətləndirmə 

standartları  əsasında  hazırlanmış  vasitələrlə  şagirdin  nailiyyət  səviyyəsini  ölçmək 

məqsədilə aparılır. 

 

Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (bəhs və ya 

bölmənin, yarımilin və ilin sonunda) şagirdlərin standartlar üzrə əldə etdikləri 

nailiyyətlərin qiymətləndirilməsidir. Summativ qiymətləndirmənin ən mühüm cəhəti 

şagirdlərin əldə etdiyi biliklərin tətbiqinə hansı səviyyədə nail olduğunu aşkar 

etməkdən ibarətdir. Summativ qiymətləndirmə məzmun standartlarının 

mənimsənilmə səviyyəsinin etibarlı göstəricisidir.  



 

Məqsədlər:  

 

Hər hansı mərhələ üzrə şagirdin nailiyyətinin səviyyəsini müəyyən edib qiymət 



yazmaq; 

 

Təlim  və  tədris  prosesinin  monitorinqini  həyata  keçirmək  (irəliləmə  və 



geriləməni müəyyənləşdirmək); 

 

Müəllimin tədris fəaliyyətini izləmək; 

 

Məktəbdə təlimin təşkili işinin səviyyəsini müəyyənləşdirmək. 

Summativ qiymətləndirmənin keçirilmə vaxtı

 

Kiçik  summativ  qiymətləndirmə  fənn  kurikulumları  tətbiq  olunan  siniflərdə 

bəhs  və  ya  bölmələrin  sonunda,  altı  həftədən  gec  olmayaraq,  müəllim 

tərəfindən  keçirilir.  Onun  nəticələri  yarımillik  qiymətlərin  hesablanmasında 

nəzərə alınır.  



 

Böyük  summativ  qiymətləndirmə  yarımillərin  sonunda  ümumi  təhsil 

müəssisəsinin  rəhbərliyinin  və  ya  orada  yaradılan  müvafiq  komissiyanın 

nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır. 

 

Yekun  summativ  qiymətləndirmə  buraxılış  siniflərində  təhsil  səviyyələrinin 

sonunda yekun attestasiya (buraxılış imtahanları) şəklində aparılır. 

Summativ qiymətləndirmənin nəticələrinin qeyd olunduğu yer:  

 

Summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd 

olunur.  

 

 Qiymətləndirmənin komponentlər üzrə şərhi 



Komponentlər 

Ənənəvi qiymətləndirmə 

Müasir qiymətləndirmə 

Məqsədlər 

Bilik, 

bacarıq, 



vərdişlərin 

inkişafına yönəlmiş sayılırdı : 

Reallıqda, 

əsasən, 


bilik 

səviyyəsi qiymətləndirilirdi. 

Bilik,  bacarıq,  vərdiş, 

dəyər-lərin, 

şəxsiyyətin 

inkişafına 

yönəlmişdir: 

şagirdin 

nailiyyəti 

(qazanılan 

dəyərlər) 

qiymətləndirilir,  inkişafı 

sistemli şəkildə izlənilir.  

Rol və vəzifələr 

Qiymətləndirmə 

şagirdə 


qiymət  yazmaq  kimi  qəbul 

olunurdu; şagird yalnız qiymət 

almaq naminə oxuyurdu; tədris 

prosesinin  yalnız  müəyyən  bir 

hissəsində tətbiq edilirdi. 

Qiymətləndirmə  təhsilin 

keyfiyyətinin 

yüksəldilməsinə 

yönəldilir 

və 


onu 

idarəedən vacib amil kimi 

meydana  çıxır,  tədris 

prosesinin 

bütün 

mərhələlərində 



tətbiq 

edilir.  

Növlər və 

istiqamətlər 

Məktəbdaxili  cari  və  yekun 

qiymətləndirmə 

Beynəlxalq, 

milli, 


məktəbdaxili 

qiymətləndirmə. 

Diaqnostik, 

formativ, 

summativ qiymətləndirmə 

Xüsusiyyətlər 

Daha 

formal, 


qeyri-dəqiq, 

müəllimin  subyektiv  rəyinə 

əsaslanırdı, sistemsiz idi.  

Standart  əsasında  qurulur. 

Daha  obyektiv,  dəqiq, 

adekvat, sistemlidir/. 




Meyarlar, 

göstəricilər 

Mövzulara 

əsaslanan 

nailiyyətlərin 

qiymətləndirilməsidir.Dahaçox 

kəmiyyət  göstəriciləri  nəzərə 

alınır.  

Qiymətləndirmə 

standartlarına 

əsaslanır.Keyfiyyət 

göstəriciləri nəzərə alınır.  

Üsul və vasitələr 

Məhdud  və  qeyri-çevik  (şifahi 

cavab, yoxlama işləri, testlər) 

Daha  müxtəlif  və  çevik 

(müsahibə, 

söhbət, 


müşahidə, 

rubriklər, 

tapşırıqlar,  valideyn-lərlə 

və  digər  fənn  müəllimləri 

ilə əməkdaşlıq, şagirdlərin 

şifahi 


cavabları, 

şagirdlərin  yazı  işlərinin 

təhlili,  test  tapşırıqlarının 

nəticələri). 

Formalar 

Sinifdaxili, məktəbdaxili 

Sinifdaxili,  məktəbdaxili, 

mərkəzləşdirilmiş. 



 

 

 

  Məktəbdaxili qiymətləndirmənin üsul və vasitələri 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Məlumatların  toplanması  üçün  qiymətləndirmə  üsulları  və  vasitələrindən  istifadə 

olunur.  

Məlumatların 

toplanması 

Nə üçün 


Məqsəd 

Necə 


Qiymətləndir-

mə vasitələri 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə