Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə29/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   25   26   27   28   29   30   31   32   ...   38

 

Rubrik-meyar  əsasında  şagirdin  nailiyyəti  səviyyəsinin  qiymətləndirmə 

şkalasıdır. O, iki əsas suala cavab verir: 

1.

 

Mən nəyi qiymətləndirməliyəm (bacarıq meyarları)? 

2.

 

Bu meyar üzrə hansı nailiyyət səviyyələri ola bilər? 

 

Rubrik  bacarıq  və  ya  nəticəni  artan  keyfiyyət  kontinuumunda  (aşağı 



səviyyədən yuxarı səviyyəyə qədər) təsvir edir. 

 

Rubrik qiymətləndirmənin həm üsulu, həm də vasitəsi kimi çıxış edə bilər.  



 

Qiymətləndirmə  şkalası  nailiyyət  səviyyəsinə  qiymət  (balla  və  ya  sözlə) 

verilməsi üçün mexanizmdir. 

 

Rubrik-formativ qiymətləndirmənin ən faydalı üsullarından biridir.Ondan həm 



də diaqnostik və summativ qiymətləndirmədə istifadə oluna bilər.  

Rubriklərin əsas elementləri

1.

 



Rubrikin adı( hansı bacarıq və ya kompetensiya qiymətləndirilir). 

2.

 



Qiymətləndiriləcək  bacarığın  və  ya  kompetensiyanın  hansı  bacarıqlardan 

ibarət olmasının təsviri (aspektlər, meyarlar). 

3.

 

Nailiyyətin  müxtəlif  səviyyələrini  qiymətləndirmək  üçün  qiymətləndirmə 

şkalası-keyfiyyət  səviyyələri  intervalı.Müəllimin  istəyindən  asılı  olaraq  -

səviyyələr üzrə qiymətləndirmə balları və ya qiymətin sözlə ifadələri. 

4.

 



Səviyyə üzrə göstəricilər- nailiyyət səviyyəsini təsvir edən söz və ya rəqəm. 

5.

 



Səviyyə deskriptor- nailiyyət səviyyəsini daha müfəssəl təsvir edən sözlü ifadə. 

Rubrikdən istifadə zərurəti

 

Rubriklər  qiymətləndirmə  zamanı  şagirdlərdə  hansı  bacarıqların  inkişaf 



etdirilməsinin tələb edildiyini göstərir. 

 

Rubriklərdən,  əsasən,  formativ  qiymətləndirmə  zamanı,  həmçinin  diaqnostik 



və summativ qiymətləndirmədə də istifadə olunur.  

 

Rubriklər nailiyyət səviyyələrini sözlə təsvir edir və iki əsas suala cavab verir: 



Nə qiymətləndirilir? Nailiyyət səviyyələri necə ifadə olunur? 

Rubriklərin üstün cəhətləri vardır

 Bunlar aşağıdakılardır


1.

 

Rubriklər  qiymətləndirmənin  daha  ədalətli,  obyektiv,  etibarlı  və  ardıcıl 



olmasına imkan verir. 

2.

 



Rubrikləri  hazırlamaq  üçün  müəllimlər  müvafiq  şərtlər  üzrə  öz  meyarlarını 

müəyyənləşdirir və bununla təlim məqsədlərini daha yaxşı təsvir edir. 

3.

 

Rubriklər  müəllimlərin  şagirdin  işini  qiymətləndirməyə  sərf  etdiyi  vaxtı 



azaldır. 

4.

 



Rubriklər tədrisin səmərəliliyi ilə bağlı müəllimləri faydalı məlumatlarla təmin 

edir.  


5.

 

Rubriklər  keyfiyyət  səviyyələri  intervalı  vasitəsilə  telerogen  (müxtəlif 



qabiliyyətə  malik  şagirdlərin  olduğu)  siniflərində  qiymətləndirmə  aparmağa 

kömək edir. 

 

Rubriklərin hazırlanması üçün addımlar: 

Addım 1Mən hansı bacarığı qiymətləndirməliyəm? 

-

 



təlim məqsədini təyin etməklə rubrikin adını müəyyənləşdirmək. 

Addım 2.  Bacarığın hansı  əsas tərkib  hissələri  (aspektləri,  meyarları) ola bilər?-

aspektləri (meyarları) təsvir etmək (Təsviri sxem formasında ifadə etmək). 

Addım  3.  Nailiyyətin  müxtəlif  səviyyələrini  qiymətləndirmək  üçün  hansı 

qiymətləndirmə  şkalasından  istifadə  ediləcəkdir?-nailiyyət  səviyyələrinin  sayını 



(4-6 səviyyə) və ifadəsini (göstəriciləri) dəqiqləşdirmək. 

Addım 4. Bu aspektlər üzrə hansı nailiyyət səviyyələri ola bilər?-bütün nailiyyət 

səviyyələrinin  deskriptorlarının  sözlü  təsvirini  yazmaq,  bunun  üçün  əvvəl 

şkalanın  ən  yüksək  və  ən  aşağı  səviyyəsini,  sonra  isə  onların  arasında  olan 

şkalaları müəyyənləşdirmək. 

Rubriklər iki növə ayrılır: 

-

 



Holistik rubrik-şagirdin fəaliyyətinə verilən tələbləri meyar şəklində təsvir edir 

və onların nailiyyət səviyyələrini göstərir. 

-

 

Analitik  rubrik-şagirdin  fəaliyyətinə  verilən  tələblərdən  irəli  gələn  meyarları 



bir neçə aspektə ayıraraq nailiyyət səviyyələrini müəyyən edir. 

 


 

 

 

 

 

 

Şagirdlərin bacarıqlarının qiymətləndirilməsi üzrə holistik rubrik 

                                                                        

 

  



Göstəricilər 

(səviyyə) 

Meyarlar 

Qeyd 

4. 


 

 

3. 



 

 

2. 



 

          1. 

Təqdimat 

yaxşı 


təşkil  olunub.  Məzmun 

bütünlüklə  əhatə  olunub  və  həqiqətən  şagirdlərin 

birgə əməyinin məhsuludur. 

 Təqdimatın 

təşkili  qənaətbəxşdir.  Məzmun 

müəyyən qədər əhatə olunub və şagirdlərin onun 

üzərində birgə çalışdığı məlum olur.  

Təqdimatın  təşkilatçılığı  zəifdir.  Məzmun  bir 

qədər əhatə olunub və qrupun kollektiv işlədiyi az 

hiss olunur.  

Təqdimat  qoyulmuş  məzmunu  əhatə  etmir. 

Təqdimatın  kollektiv  işin  nəticəsi  olduğu  hiss 

olunmur.  

 

 

 

Holistik və analitik rubriklərin müqayisəsi 

1.

 



Holistik qiymətləndirmə şagird nailiyyətləri üzrə ümumi mənzərəni təsvir edir. 

Analitik  qiymətləndirmə  isə  şagirdin  ayrı-ayrı  fəaliyyət  sahələri  üzrə 

qiymətlərini  təyin  edir,  şagirdlərin  fəaliyyəti  ardıcıl  qiymətləndirilməklə, 

onların nailiyyətləri haqqında daha ətraflı informasiya verir. 

2.

 

Holistik  qiymətləndirmə  sürətli,  analitik  qiymətləndirmə  üçün  daha  çox  vaxt 



tələb olunur. 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə