Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə28/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   24   25   26   27   28   29   30   31   ...   38

1.

 

Qiymətləndirmə 

üsulları  şagirdlərin  təlim  fəaliyyəti  haqqında 

məlumatları toplamaq üçün istifadə olunan prosedurlardır. 

2.

 

Qiymətləndirmə  vasitələri  həmin  üsulu  həyata  keçirmək  üçün  istifadə 

olunan alətlərdir.  

3.

 



Qiymətləndirmənin  növündən  asılı  olaraq  üsul  və  vasitələr  fərqli  olur.  

Məsələn, formativ qiymətləndirmə zamanı müəllimin məqsədi şagirdin riyazi məsələ 

həll  etmək  bacarığının  yoxlanılmasıdırsa,  onun  istifadə  edəcəyi  üsul  tapşırıqvermə, 

qiymətləndirmə  vasitəsi  isə  riyazi  çalışmalardır.  Qiymətləndirmənin  məqsədindən 

asılı olaraq üsul və vasitələr fərqli olur.  

 

 

 

 

 

 

 

 

Diaqnostik qiymətləndirmədə istifadə olunan üsul və vasitələr 

                                                                                               

     

Üsullar 

Vasitələr 

Tapşırıqvermə 

Çalışmalar 

Müsahibə  

Müəllimin qeydiyyat vərəqi 

Valideynlərlə və digər fənn müəllimləri 

ilə əməkdaşlıq 

Söhbət və müəllimin sorğu vərəqi 



Formativ qiymətləndirmədə istifadə olunan üsul və vasitələr 

    


 

Üsullar 

Vasitələr 

Şifahi və yazılı tədqimat 

Müşahidə vərəqləri, 

özünüqiymətləndirmə vərəqi 

Tədqiqat layihəsi 

Meyar cədvəli 

Rubrik (sxem) 

Meyarlar üzrə qiymətləndirmə şkalası 

Test 

Test tapşırıqları 



Özünüqiymətləndirmə  

Özünüqiymətləndirmə vərəqləri 

Oyunlar 

Müşahidə vərəqləri 

 

Summativ qiymətləndirmədə istifadə olunan üsullar və vasitələr 



 

                                                                                    

Üsullar 

Vasitələr 

Layihə 


Təqdimat 

Şifahi sorğu 

Sual-cavab 

Test 


Test tapşırıqları 

Tapşırıqvermə 

Tapşırıq, çalışma, laboratoriya işləri 

 

 



Test tapşırıqları qiymətləndirmə vasitəsi kimi hal-hazırda papulyarlıq qazansa 

da,  fənni  tədris  edən  müəllim  diaqnostik,  formativ  və  hətta  summativ 

qiymətləndirmədə test tapşırıqlarına aludəçilik göstərməməlidir.  

 

Şagirdlərin şifahi və yazılı nitq bacarıqlarını, məntiqi və təfəkkürünü, müstəqil 



düşünmə  qabiliyyətini  inkişaf  etdirən  üsullardan-layihə  (qiymətləndirmə 

vasitəsi-şagirdlərin  təqdimatı  və  müəllimin  tərtib  etdiyi  meyar  cədvəli),  şifahi 

sorğu (qiymətləndirmə vasitəsi- şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi)

yoxlama yazı işlərindən (məsələ və misal həlli) geniş istifadə etməlidir.  

 

Test  tapşırıqlarından  davamlı  olmamaqla,  yeri  gəldikcə  ,  summativ 



qiymətləndirmədə isə tərəddüdsüz istifadə etmək tövsiyə  olunur.  

 

Qiymətləndirmə standartları.  

  

  Qiymətləndirmə standartları qiymətləndirmə sxemləri (QS) şəklində hazırlanır. 



QS  xüsusi  növ  qiymətləndirmə  şkalasıdır.  QS  qiymətləndirmənin  daha  ədalətli, 

obyektiv,  etibarlı  və  ardıcıl  həyata  keçirilməsinə  imkan  verir,  müəllimləri  tədrisin 

səmərəliliyi ilə, faydalı məlumatlarla təmin edir və tələb edir ki, hər bir müəllim mü-

vafiq  şərtlər  üzrə  öz  meyarlarını  müəyyənləşdirsin.  QS  şagirdin  işini  qiy-

mətləndirmək  üçün  müəllimin  sərf  etdiyi  vaxtı  azaldır.  Keyfiyyət  səviyyələri 

vasitəsilə  müxtəlif  qabiliyyətə  malik  şagirdlərin  təhsil  aldığı  sinifləri  nəzərə  almağa 

şərait  yaradır.  QS  fəaliyyətin  qiymətləndirilməsi  zamanı  istifadə  olunan  meyarlarla 

bağlı şagirdlərin məlumatlandırılmasını, onların işinin necə qiymətləndiriləcəyini və 

onlardan  nələrin  tələb  olunacağını  aydın  şəkildə  göstərməklə  konkret  məqsəd  və 

tələbləri  (meyarları)  müəyyən  edir.  QS  şagird  işlərinin  keyfiyyətini  daha  yaxşı 

qiymətləndirməklə  təlim  prosesində  irəliləyişlərin  qiymətləndirilməsi  üçün  çərçivə 

təyin edir, işlərin keyfiyyəti ilə bağlı əks tərəfə məlumat verilməsini təmin edir. 

QS-in elementləri bunlardır: 

-

 



qiymətləndiriləcək əsas sahələr; 

-

 



nailiyyətin  müxtəlif  səviyyələrini  dəyərləndirmək  üçün  qiymətləndirmə 

şkalası; 




-

 

səviyyə üzrə etiket: nailiyyət səviyyəsini təsvir edən söz və ya rəqəm; 



-

 

səviyyə  deskriptoru:  nailiyyət  səviyyəsini  daha  müfəssəl  təsvir  edən  söz 



(ifadə); 

-

 



səviyyə  indikatorları:  hər  bir  nailiyyət  səviyyəsi  üzrə  diqqət  yetiriləcək 

məsələyə aid konkret nümunələr; 

-

 

standart: nail olunması nəzərdə tutulan nəticə. 



QS vasitəsilə qiymətləndirmə  standartlarının hazırlanması  aşağıdakı  ardıcıllıqla 

aparılır: 

-

 

təlim  məqsədi  təyin  edilir  (bilik,  bacarıq,  münasibət,  nəticə),  şagirdlərin  nəyi 



bilməsi və bacarması barədə mülahizələr dəqiqləşdirilir; 

-

 



qiymətləndirmə məqsədi seçilir (diaqnostik, formativ, summativ); 

-

 



hansı  növ  qiymətləndirmə  sxemlərindən  istifadə  edilməsi  barədə  qərar  verilir 

(holistik, analitik); 

-

 

qiymətləndirmənin  aspektləri  (bilik,  bacarıqlar,  onların  əldə  olunması  yolları, 



tətbiqi və s.), yaxud əsas sahələri müəyyənləş-dirilir və təsvir edilir

-

 



müxtəlif nailiyyət səviyyələri keyfiyyət baxımından müəyyənləşdirilir və təsvir 

edilir; 


-

 

nailiyyət səviyyələrinin qiymətləndirmə ballarına görə sayı dəqiqləşdirilir; 



-

 

səviyyə  deskriptorlarının  (təsviri  indikatorlar)  növləri  (kəmiyyət,  normativ, 



deskriptiv) seçilir. 

Deskriptiv növ seçilərsə, bütün nailiyyət səviyyələrinin sözlə təsviri verilir; 

-

 

hər bir səviyyə üzrə müxtəlif nümunəvi şagird tapşırıqları hazırlanır; 



-

 

zərurət  yaranarsa,  qiymətləndirmə  sxemi  nəzərdən  keçirilir  və  lazımi 



dəyişikliklər edilir. 

Qiymətləndirmə  standartlarının  hazırlanmasında  baza  rolu  oynayan  və  təlim 

standartlarını, göstərilən təlim nəticələrini təyin edən hər bir fənn kurikulumu, adətən, 

qiymətləndirmə standartları toplusundan daha əhatəli və geniş hazırlanır. 

Bəzən  də  bir  sıra  qiymətləndirmə  standartları  kurikulumda  aşkar  əks  olunmasa 

da, müxtəlif qiymətləndirmə tədbirlərində onlardan istifadə edilir. Qiymətləndiriləcək 

bacarıqların  təyin  olunması  prosesində  onların  idraki  xarakterdə  olması  xüsusilə 

nəzərə  alınır  ki, bu  da  qiymətləndirmə  tapşırıqlarının  mürəkkəblik  səviyyəsinin  mü-

əyyən  olunmasında  vacib  şərt  hesab  olunur,  mənimsəmənin  əsas  xüsusiyyətlərini 

(məntiqi  düşünmə,  prosedurların  yerinə  yetirilməsi,  anlayışların  dərk  edilməsi, 

problemlərin həlli) əhatə edir. 

Nəzərə  alınmalıdır  ki,  aşağı  səviyyəli  suallar  yalnız  sadə  prosedurların  yerinə 

yetirilməsinə,  elementar  konsepsiyaların  dərk  edilməsinə,  sadə  problemlərin  həllinə 

yönəldilir.  Yüksək  səviyyəli  suallardan isə  şagirdlərdə  məntiqi düşünmək,  anlayışları 

hərtərəfli  dərk  etmək,  mürəkkəb  prosedurları  yerinə  yetirmək  və  qeyri-standart  prob-

lemləri həll etmək bacarıqlarının formalaşmasında istifadə olunur. 

Şagirdlərin  məzmun  standartlarına  nə  dərəcədə  nail  olduğunu  ölçmək  və 

qazanılmış  bacarıqlar  üzrə  yekun  (summativ)  qiymətləndirmələr  aparmaq  üçün 

qiymətləndirmə vasitələri (testləri) hazırlanır. 

Rubriklər qiymətləndirmə (formativ) üsulu və vasitəsi kimi 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə