Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə24/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   20   21   22   23   24   25   26   27   ...   38

edirlər:  Niyə  bu  sitatı  yazıblar?,  Sitat  onlarda  hansı  fikirləri  oyadıb?,  Bununla  bağlı 

hansı suallar meydana çıxmışdır?  



 

Şeirdən götürülən sitat 

Verilən şərhlər. Nəyə görə bu sitat 

yazılıb? 

1. 


2. 

3. 


4. 

1. 


2. 

3. 


4. 

 

     Şagirdlər  şeri  oxuyub  iki  hissəli  gündəlikdə  qeydlər  edirlər.  Sonra  müzakirəni 



bütün  siniflə  aparmaq  lazımdır.  Cütlərdən  biri  qaldırılır,  yazdıqlarını  söyləyirlər, 

digərləri  isə  öz  fikirlərini  əlavə  edirlər.  Müzakirə  qurtardıqdan  sonra  müəllim 

şagirdlərdən  xahiş  edir  ki,  10  dəqiqə  ərzində  “Vətən”  mövzusuna  aid  düşüncələrini 

yazsınlar. (Bu metod 10 dəqiqəlik ESSE adlanır.) 

Bu dərs zamanı müəllim proqramda verilmiş şeri sadəcə olaraq əzbər söyləmir, 

şagirdlərdən  də  həmin  anda  şeri  evdə  əzbərləməyi  tələb  etmir.  Şagirdlərdə  əsər 

üzərində apardıqları iş vasitəsi ilə maraq yaradır və sonra əzbərləməyi tapşırır. 

 

Karusel strategiyası 

 

Qruplara ayrılandan sonra müəllim hər qrupa sual yazılmış bir kağız və vatman 



verir. Qrupların sayı 4-sə 4 müxtəlif sual qoyulur. Hər qrupun üzvləri sualı oxuyur və 

ona cavab yazırlar. Sonra müəllimin köməkliyi ilə kağızları saat əqrəbi istiqamətində 

bir-birinə  ötürürlər.  İkinci  dairə  ilə  gələn  suala  da  cavab  yazılır,  yenə  də  qruplar 

kağızı  dəyişdirirlər  və  beləliklə  “karusel”  kimi  1-ci  qrupdakı  kağız  bütün  digər 

qruplardan keçərək, axırda özünə qayıdır (eləcə də digər qrupların kağızları da digər 

qruplardan keçərək, axırda özünə qayıdır). Deməli hər qrup hər bir suala öz cavabını 

verir. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və sualların cavabları üzərində 

işləyirlər. 

 

 

 



                            

7. Qiymətləndirmənin nəzəri məsələləri 

 

 



Yuxarıda vurğulandığı kimi,  yeni qiymətləndirmə sisteminin yaradılmasını 

zəruri edən amillər bunlardır

1.

 

Təhsil fəaliyyətinin səmərəlilik səviyyəsinin müəyyən edilməsi. 

2.

 

Təhsil  standartlarının  tələbata  uyğunluğunun  monitorinqinin  həyata 

keçirilməsi. 

3.

 

Ölkə üzrə şagirdlərin nailiyyətləri barədə obyektiv məlumatların əldə edilməsi. 


4.

 

Təlim prosesinin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi

         Burada  xüsusi  olaraq  vurğulamaq  yerinə  düşər  ki,  qiymətləndirmə  və 

təlim  proseslərinə  təhsilin  qaşılıqlı  əlaqədə  olan  iki  tərəfi  kimi  baxmaq 

məntiqidir.Sistemli  proses  olan  qiymətləndirmə-təlim  nəticələri  ilə  maraqlı 

tərəflər  arasında  səmərəli  əks-  əlaqə  vasitəsi  kimi  aşağıdakı  komponentləri 

əhatə etməklə qurulur: 

  

-Qiymətləndirmə məlumatları;  

          -Məlumatların toplanması; 

   

-Qiymətləndirmə nəticələri;  

   

-Qiymətləndirmə standartları. 

Müasir qiymətləndirmə siyasəti.  

 

Qiymətləndirmə  təhsilin  keyfiyyətinin  yüksəldilməsinə  yönəldilir  və  onu  idarə 



edən vacib amil kimi meydana çıxır.  

 

Cari  qiymətləndirmənin  aradan  qaldırılması  məzmun  standartlarının 



bütövlükdə mənimsənilməsini və qiymətləndirmənin obyektivliyini təmin edir.  

 

Tədris prosesinin bütün mərhələlərində tətbiq edilir. 

 

Şagirdin  nailiyyəti  (qazanılan  dəyərlər)  qiymətləndirilir,  inkişafı  sistemli 

şəkildə izlənilir. 

 

Məzmun 



standartlarının 

mənimsənilməsi 

səviyyəsini 

ölçmək 

üçün 

qiymətləndirmə standartları müəyyənləşdirilmişdir.  

          Dünya  təcrübəsində  qiymətləndirmənin  aşağıdakı  ümumi  prinsipləri 

özünə yer almışdır: 

▪  qiymətləndirmə  təlim  prosesinin  mühüm  tərkib  hissəsidir  və  bütün  təlim 

prosesi ərzində aparılmalıdır; 

▪ qiymətləndirmə prosesində şəraitdən və şagirdlərin inkişaf səviyyəsindən asılı 

olaraq müxtəlif metodlardan istifadə edilməlidir; 

▪ qiymətləndirmə təlimin keyfiyyətini korrektə edən proses olmalı, şagidlərdə öz 

bacarıqlarını  qiymətləndirmək  qabiliyyəti  formalaşdırmalı  və  öz  təlim  nəticələrini 

daim yaxşılaşdırmaq istəyi, arzusu yaratmalıdır; 

▪  qiymətləndirmə  təlimin  son  nəticələrinə  və  ictimai  həyata  girişə  yönələn 

qabaqlayıcı (önləyici) standarta əsaslanmalıdır; 

▪ qiymətləndirmədə ədalətlilik, şəffaflıq və obyektivlik təmin olunmalıdır; 

▪ qiymətləndirmə kriteriyaları ölçülə bilən və etibarlı olmalıdır.  



Qiymətləndirmənin aparılmasında riayət edilməli prisiplərə bunları aid etmək olar:  


  –məqsədəuyğunluq;   

  -nailiyyətlərin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi;  

 -toplanmış  məlumatların  keyfiyyətcə  müvafiqliyinin  və  etibarlılığının  təmin 

olunması; 

-qiymətləndirmədə şəffaflıq,ədalətlilik,qarşılıqlı razılaşma və əməkdaşlıq;  

 -təlim  fəaliyyətində  qiymətləndirmə  nəticələrinin  inkişafetdirici  rolunun  təmin 

olunması. 

Qiymətləndirmənin istiqamətləri, növləri və formaları

 

Qiymətləndirmənin istiqamətləri dedikdə, ayrı-ayrı forma, məzmun və məqsədə 

malik olan qiymətləndirmələr nəzərdə tutulur.  

Ölkəmizdə qiymətləndirmə aşağıdakı istiqamətlərdə aparılır: 

 

Beynəlxalq qiymətləndirmə



 

Milli qiymətləndirmə; 

 

Məktəbdaxili qiymətləndirmə. 



-

 

Milli  və  beynəlxalq  qiymətləndirmə  təhsildə  perspektivləri  müəyyənləşdirmək 



üçün  aparılan  qiymətləndirmə  tədqiqatlarıdır  və  xüsusi  qurumlar  tərəfindən 

həyata keçirilir.  

-

 



Məktəbdaxili qiymətləndirmə rəsmi qiymətləndirmədir və şagirdlərin sinifdən-

sinfə,  bir  təhsil  səviyyəsindən  digər  təhsil  səviyyəsinə  keçirilməsinə  xidmət 

edir.  

Beynəlxalq qiymətləndirmə

 

Beynəlxalq standartlara əsaslanır. 

 

Cəmiyyətdə inteqrasiya proseslərinin nəticəsidir.  

 

Hər bir ölkənin vətəndaşına digər ölkələrdə təhsil almaq imkanı yaradır. 

 

Beynəlxalq və milli ekspertlər tərəfindən keçirilir. 

Milli qiymətləndirmə

 

Milli qurumlar tərəfindən keçirilir. 

 

Bütün pillələr və səviyyələr üzrə təlim nəticələrinin səviyyəsini müəyyən etmək 

məqsədilə aparılır. 

Məktəbdaxili qiymətləndirmənin növləri



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə