Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə23/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   19   20   21   22   23   24   25   26   ...   38

1. Azərbaycanın tarixi ərazisidir. 

2. Ermənilər bura köçürülüblər. 

 (XIX əsrin I yarısında)  

3.və s. 


1. 

2. 


3. 

 

Cədvəl  tərtibindən  sonra  iş  cütlərlə  gedir.  10  dəqiqə  vaxt  verilir  ki,  səbəblər 



yazılsın, birinci 5 dəqiqə ərzində cədvəlin sol tərəfində qoyulan suala cavablar yazılır, 

ikinci  5  dəqiqə  ərzində  isə  cədvəlin  sağ  tərəfindəki  sualla  əlaqədar  səbəblər  yazılır. 

Sonra hər cüt özünə yaxın olan cütlə fikir mübadiləsi edir. Axırda müəllim yazı löv-

həsində bütün sinif üçün T- sxemi tərtib edir, bütün cütlərin fikirlərini ümumiləşdirir 

və nəticə çıxarır. 

 

Semantik əlamətlərin təhlili 

 

Semantika  fransızca  “semantiq”ue,  yunanca  semantikos  –  işarə  edən,  “sema” 



işarə  deməkdir,  semantikanın  tədqiqat  obyekti  işarənin  (sözün)  üçüncüsünün 

(işarələyən,  denotat,  işarələnən)  vəhdətidir.  İşarələyən  (zahiri  ünsür,  səslərin  yaxud 

qrafik işarələrin ardıcıllığı) denotat (adlandıran predmet və gerçəklik hadisələri) işa-

rələnənlə  (predmet  və  hadisələrin  insan  şüurunda  əksi)  bağlıdır.  Bu  üç  əlaqə 

semantikanın məna kateqoriyasını təşkil edir. 

Bu  strategiyadan  şagirdlərdə  əsas  biliklərin  formalaşdırılması  və  inkişafı  üçün 

istifadə etmək olar. Semantik əlamətlərin təhlili metodu şagirdlər üçün tanış olmayan 

mövzunun tədrisi  zamanı  daha  əhəmiyyətlidir.  Bu  metodun  tətbiqi  zamanı  keçilmiş 

mövzu ilə yeni mövzu müqayisə edilir. 

Bunun  üçün  müəllim  yazı  lövhəsində  sxem  çəkir.  Sxemin  sol  tərəfində 

yuxarıdan  aşağıya  üç  müqayisə  olunacaq  obyektin  adı  yazılır.  Kağızın  yuxarı 

hissəsində,  soldan  sağa  müqayisə  olunan  xüsusiyyətlər  yazılır.  Şagirdlər  də  bunu 

özləri üçün qeyd edirlər, uşaqlar iki və ya üç tanış obyekti müqayisə edərək, semantik 

əlamətlərin altında hər bir obyektə müvafik işarə və qeydlər qoyurlar. (“Hə” üçün +, 

“yox”  üçün  -,  tam  əmin  olmadıqları  üçün  ?  işarəsi  qoyurlar).  Məsələn,  aşağıdakı 

cədvəldə göstərildiyi kimi: 




 

 

 



Ölkələr 

Harada yerləşir 

Sərvətləri 

Konsorsu


ma 

qoşulması 

barədə 

Avrop


Asiy


Afrik


nef


qızı


kömü


 

1.Azərbayc



an 

2.Türkiyə 

3.Norveç 















 

Bundan  sonra  şagirdlər  mütaliə  yolu  ilə  mətni  öyrənməyə  başlayırlar  və 



müzakirə  edirlər.  Mətnlə  tanış  olduqdan  sonra  lazım  gəlsə  öz  sxemlərində  düzəliş 

aparırlar.  Sonda  müəllim  özünün  hazırladığı  sxem  üzərində  şagirdlərin  köməyi  ilə 

düzəliş edir və ya cavabları təsdiq edir. 

 

Venn diaqramı 

 

Venn  diaqramı  kəsişən  iki  və  ya  daha  artıq  çevrə  üzərində  qurulur.  Çevrələrin 



üst-üstə  düşdüyü  hissədə  yazmaq  üçün  kifayət  qədər  yer  olmalıdır.  Həmin  hissədə 

sözü gedən məsələnin oxşar yaxud ümumi cəhətləri qeyd olunur. Tutaq ki, şagirdlər 

coğrafiyadan və ya tarixdən iki ölkəni müqayisə edirlər. (Hər bir fənnə aid müqayisə 

olunan  məsələ,  obyekt  ola  bilər).  Venn  diaqramı  vasitəsi  ilə  oxşar  və  ya  fərqli 

cəhətləri vermək olar. Sinif qruplara bölünür, mövzuya aid mətn paylanılır. Müəllim 

qruplara  tapşırır  ki,  mətnlə  tanış  olsunlar  və  onlara  təqdim  olunan  ağ  kağızlar 

üzərində  Venn  diaqramı  qursunlar.  Bu  zaman  müəllim  diaqramı  yazı  lövhəsində 

qurur.  Diaqramın  kənar  hissələrində  (çevrələrin)  fərqli  cəhətlər,  üst-üstə  düşən 

hissədə  isə  oxşar  cəhətlər  yazılır.  Qruplarda  iş  bitdikdən  sonra  hər  qrup  öz  işini 

təqdim  edir.  Dərsin  sonunda  müəllim  fikirləri  ümumiləşdirərək  lövhədə  qurulmuş 

Venn  diaqramında  qeydlər  edir  və  son  nəticəni  söyləyir.  Bu  diaqramdan  bütün 

fənlərin tədrisi zamanı istifadə etmək əlverişlidir. 

 

 

 



 

 

 



Venn diaqramından həm öyrədici, inkişafetdirici, həm də ümumiləşdirici dərsdə 

istifadə etmək olar. 

Müqayisə  olunacaq  obyektin,  məsələnin  sayından  asılı  olaraq  çevrələrin  kəsiyini 

artırmaq olar. Məsələn aşağıdakı kimi . 

 

 

 



Oxşar 

               Fərqli 




 

 

 

Məqsəd: 

1.

 



Cisim  və  ya  hadisələri  müqayisə  etmək  və  onların oxşar və fərqli  cəhətlərini 

müəyyənləşdirmək; 

2.

 

Biliklərin aktuallaşması; 



3.

 

Təhlil proseslərinin inkişafı; 



4.

 

Qiymətləndirmə prosesinin inkişafı; 



 

Alqoritm: 

1.

 



Müqayisə olunacaq cismin və hadisələrin müəyyənləşdirilməsi; 

2.

 



Kəsişən dairələrin çəkilməsi (ortada yazmaq üçün yer saxlamaq); 

3.

 



I və II dairədə müqayisə olunacaq obyektləri qeyd etmək; 

4.

 



Şagirdlərə təlimat vermək (təlimatda nəyin müqayisə olunacağı və dairələrdə 

oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı barədə deyilir); 

5.

 

Müqayisə  olunan  obyektlər  təsvir  olunur:  fərqli  cəhətlər  sol  və  sağ  tərəfə, 



oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur

6.

 



Müqayisə nəticəsində şagirdlər ümumiləşdirmə aparırlar; 

Şərtlər: (hər cür ola bilər) 

A)

 



İş forması- böyük və kiçik qruplarda və cütlərdə; 

B)

 



Auditoriyanın  bilik  səviyyəsi  –  müqayisə  olunacaq  cisim  və  ya  hadisələrin 

xüsusiyyətləri haqqında biliklər olmalıdır; 

C)

 

Vaxt – maksimum 15 dəqiqə (materiallardan asılı olaraq); 



D)

 

Dərs tipi – ümumiləşdirici dərs, bilik və bacarıqların formalaşdırılması; 



E)

 

Dərs  mərhələsi  –  yeni  materialın  təqdimatı  -  motivasiya, tədqiqat  mərhələsi, 



nəticələrin çıxarılması, tətbiq etmə; 

Vəsaitlər: Lövhə, flomaster, kağız, əlavə ədəbiyyat və material; 

Yarana biləcək problemlər: 

1.

 



Ümumi cəhəti müəyyənləşdirməkdə çətinlik; 

2.

 



Vaxtın uzanması; 

3.

 



Nəticənin çıxarılmasında çətinlik. 

 

İki hissəli gündəlik strategiyası 

 

Sinifdəki  şagirdləri  cütlərə  ayırırıq.  Hər  birisinə  tapşırırıq  ki,  “Vətən  həsrəti 

nədir?”  mövzusuna  aid  fikirlərini  qısa  şəkildə  qeyd  etsinlər.  Hər  iki  yoldaş  (cütlər) 

yazıb  qurtardıqdan  sonra  fikirlərini  bir-birilə  bölüşürlər.  Bütün  siniflə  müzakirə 

aparmaq üçün bir şagirdi qaldırır, öz fikirlərini soruşuruq və digər şagirdlər də deyi-

lənlərə əlavələr edə bilərlər. Sonra şagirdlərə Almas İldırımın “Əziz Azərbaycanım” 

şeirini  oxumağı  tapşırırıq,  şeiri  oxuduqca  onlar  iki  hissəli  gündəliyə  uyğun  qeydlər 

etməlidirlər. 

İki  hissəli  gündəlik  tərtib  etmək  üçün  şagirdlər  ağ  vərəqi  şaquli  xətlə  iki  yerə 

ayırırlar.  Vərəqin  sol  tərəfində  onlar  mətndən  yadda  qalan,  onlara  çox  təsir  etmiş, 

nəyi isə xatırladan sitatları qeyd edirlər. Vərəqin sağ tərəfində isə onlar fikirlərini şərh 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə