Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə19/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   15   16   17   18   19   20   21   22   ...   38

Vasitələr:  Əvvəlcədən  hazırlanmış  hadisələrin  misalları.  Bu  cür  əhvalat, 

nümunələri cari reportajlarda və digər mənbələrdə tapmaq olar. 



Yarana biləcək problemlər: 

 

Şagirdlər modelləşdirməyə başlayarkən, inanırlar ki, konkret məqsədə nail ola 



biləcəklər,  lakin  çox  vaxt  başları  oyuna  qarışdığından  ilkin  məqsədi  unudur, 

qarşılarına yeni məqsədlər qoyurlar. 

 

Rolların zəif oynanılacağı ehtimalı. 



 

Auksion 

 

Məqsəd: 

1.

 



Cisim və hadisələrin xüsusiyyətlərini öyrənmək; 

2.

 



Bilik və anlamanı müəyyənləşdirmək; 

3.

 



Bilikləri aktuallaşdırmaq; 

4.

 



Təhsil proseslərini inkişaf etdirmək

5.

 



Qiymətləndirmə prosesini inkişaf etdirmək; 

6.

 



Dinləmə  mədəniyyətini  inkişaf  etdirmək.  (şagirdlərin  keçmiş  biliklərinin 

müəyyənləşdirilməsi, qaydaları izah etmək). 



Alqoritm: 

1.

 



Müəllim öyrənilən cisim və ya hadisəni müəyyən edir

2.

 



Şagirdləri auksionun keçirilmə qaydaları haqqında təlimatlandırır: 

 

Öyrənilən cisim və ya hadisənin xüsusiyyətlərini ardıcıl şəkildə adlandırmaq 



 

Hamı  növbə  ilə  cisim  və  ya  hadisə  haqqında  fikir  söyləyir,  hər  bir  fikirdən 

sonra 2 sayılır. Bu zaman başqa iştirakçı təklif verə bilər. 

 

Sonda sonuncu təklif qalib sayılır (Axırıncı cavabı verən udur) 



 

Fikirlər bir-birini təkrarlamamalıdır. Bunun üçün hamı bir-birini dinləyir. 



Misal: 

M: Lampanın xüsusiyyətlərini adlandırın! 

Ş.:- İşıq saçır! 

- Şüşə və metaldan düzəldilib! 

- Üstünə vursan, səslənir! 

- Formasına görə armuda oxşayır. 

- Şəffafdır. 

M.: Şəffafdır-bir, Şəffafdır-iki, və s. 

Ş.: - Sınır 

M.: Sınır-bir, sınır-iki, və s. 



Şərtlər: 

1.

 



İş forması-böyük qrupla; 

2.

 



Auditoriyanın bilik səviyyəsi –cisim və ya hadisə haqqında məlumatlıdır; 

3.

 



Vaxt - 5-7 dəqiqə; 

4.

 



Dərs tipi - ümumiləşdirici, yeni bilik verən; 

5.

 



Dərs mərhələsi - motivasiya, nəticələrin çıxarılması; 

Vasitələr: qonq, hədiyyə (müvafiqdirsə, əşyanın özü); 

Yarana biləcək problemlər: 


1.

 

Səs-küy, 



2.

 

Mövzudan yayınmaq və yayındırmaq, 



3.

 

Vaxtın uzanması, 



4.

 

Təkrarlanma. 



 

                  Müzakirə xəritələri 

 

Məqsəd: 

Bu  metoddan  daha  çox  humanitar  fənlərdə  istifadə  edilir.  Müzakirə  xəritəsi 

debat  üçün  hazırlıq  rolunu  oynaya  bilər.  Arqumentin  təhlili  şagirdlərə  müzakirə 

olunan məsələ barəsindəki mövqeləri haqqında düşünmək imkanı verir. 



 

Alqoritm: 

1.

 



Mövzunu  müəyyənləşdirmək;  Mövzu  ziddiyyətli  yanaşmalardan  istifadə 

etməyə imkan verməlidir. 

2.

 

Mövzuya dair problemin üzə çıxarılması, ziddiyyətli sualın qoyulması; 



3.

 

Mövqelərin müəyyənləşdirilməsi (fərdi); 



4.

 

Mövqelərin  təsdiqi  (mənbələrlə  iş,  arqumentlərin,  fakt  və  sübutların 



tapılması); 

5.

 



Şagirdlər arqumentləri müəyyənləşdirirlər. Lehinə və əleyhinə arqumentlərin 

siyahılaşdırırlar; 

6.

 

Uyğun  mövqelərin  cütlükdə  birləşdirilməsi,  arqumentlərin  təhlili,  oxşar  və 



fərqlərin  üzə  çıxarılması.  Şagirdlər  cüt-cüt  işləyərək  iki  ən  uzun  lehinə  və  əlehinə 

siyahısı tərtib edir. 

7.

 

Hər bir cüt başqa cütlə birləşərək siyahıdakı bəndləri bir-birinə əlavə edirlər. 



8.

 

Sinif  bu  arqumentlər  barəsində  düşünür  və  lehinə,  yaxud  da  əlehinə  qərar 



qəbul edir. 

9.

 



Bir 

mövqelərin 

(cütlərin) 

qruplarda 

birləşməsi, 

arqumentlərin 

dəqiqləşdirilməsi. 

10.


 

Problemə dair mövqelərin dinlənilməsi (siniflər); 

11.

 

Müzakirənin aparılması (siniflə). Arqumentlərin təhlili; 



12.

 

Qərarın qəbul edilməsi; 



13.

 

Ümumiləşdirmə; 



Şərtlər: 

1.

 



İş forması: cütlərlə və bütün siniflə; 

2.

 



Auditoriyanın səviyyəsi: 

o

 



Bilik dairəsi; 

o

 



Mənbələrlə işləmək bacarığı; 

o

 



Müzakirə, dinləmə bacarığı; 

o

 



Tədqiqat aparmaq bacarığı; 

3.

 



Problemin düzgün qoyulması; 

4.

 



Problemin aktuallığı; 

5.

 



Şagirdlərin cəlb olunması; 

6.

 



Problemin həll oluna bilən olması; 

7.

 



Şagirdlərin mövqeləri qısa, konkret, məntiqi çatdıra bilməsi. 


Vasitələr: kağız, marker, məlumat mənbəyi. 

Yarana biləcək problemlər: 

o

 



Ünsiyyət ilə bağlı problemlər (bir-birini dinləməmək, şəxsi rəqabətin işə təsiri 

və s.) 


o

 

Müzakirənin uzanması, 



o

 

Artıq səs-küy, aqressivlik, 



o

 

Tolerantlılığın olmaması, 



o

 

Şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı, 



o

 

Düzgün nəticənin çıxarılması çətinliyi. 



 

Digər variant:  

 

Debatla müşayiət olunan müzakirə xəritəsi 

 

Məqsəd:  Güman  edilən  aspektlər  barəsində  mübahisə  etməklə  mövzuya  daha 

dərindən yanaşma. 



Alqoritm: 

1.

 



Müzakirə  mövzusu  barəsində  qərarın  qəbul  edilməsi.  Müəllim-təlimatçı 

arqument dəstəyi tələb edən “bəli” və ya “xeyr”  sözlərindən faydalanır. 

2.

 

İştirakçılar arqumenti müəyyənləşdirirlər: 



a.

 

Hər bir şagird( iştirakçı) lehinə və əlehinə arqumentlər siyahısı tərtib edir, 



b.

 

Şagirdlər cüt-cüt işləyərək iki ən uzun lehinə və əlehinə siyahı tərtib edir. 



3.

 

Şagirdlər lehinə və ya əlehinə cavab seçirlər. 



4.

 

Təlimatçı sinfi iki əks qrupa bölür: 



a.

 

Bir  qrupdakı  şagirdlər  arqumentləri  nəzərdən  keçirir  və  nəticəyə  gətirib 



çıxaracaq qərar verir. 

b.

 



Qərarsız şagirdlər digər qrupu təşkil edir. 

5.

 



Şagirdlər müzakirə olunan mövzu barəsində mübahisə edirlər: 

o

 



Bir qrup dəstəkləyici arqument verərək öz mövqeyini bildirir. Digər qrup əks-

arqumenti irəli sürür; 

o

 

Digər qrup da bunu etməyə dəvət olunur; 



o

 

Mübahisə  aşağıdakı  təlimatlara  əsasən  arqument  və  əks-arqumentləri 



dəyişərək davam edə bilər: 

o

 



Hər qrup oponentlərin fikrinə diqqətlə yanaşmalıdır; 

o

 



İştirakçı əks tərəfin arqumenti ilə inandırılırsa, o, istənilən vaxt qrupu dəyişə 

bilər; 


o

 

Qrup üzvləri ən çox inandırıcı arqumentləri qeyd etməlidirlər. 



Şərtlər: 

1.

 



İş forması: cütlərdə və ya qruplarda. 

2.

 



Şagirdlərin optimal sayı 20 

3.

 



Fəaliyyət  zamanı  iştirakçılar  öz  rollarına  uyğun  olaraq  onların  aşağıdakı 

vəzifələrini bilməlidirlər: 

a)

 

APARICI: 



o

 

Mövzunu təklif edir və ya mövzunun seçilməsinə nəzarət edir. 



o

 

Qrupların təşkil olunmasına nəzarət edir. 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə