Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə17/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   13   14   15   16   17   18   19   20   ...   38

Müəllim  seçilən  anlayışlara-fərziyyələrə  aid  olan  daha  çox  yeni  xüsusiyyətləri 

təklif etməyi şagirdlərdən xahiş edir. 



Addım 6. Şagirdlər tərəfindən anlayışın çıxarılması və müzakirəsi. Şagirdlər 

öz  xüsusiyyətlərini  dedikdən  sonra  müəllim  bu  tapmacanın  tapılıb-tapılmamasını 

hamıya çatdırır və kartoçkalarda yazılan sözləri açır. 

Addım  7.  Anlayışın  müəllim  tərəfindən  təsdiq  və  ya  daxil  edilməsi,  onun 

tərifinin verilməsi. Müəllim xahiş edir ki, şagirdlər bu anlayışlara daha da geniş tərif 

vermək üçün onlara aid olan yeni xüsusiyyətlər və misallar əlavə etsinlər. 

Şərtlər: 

 

Anlayışlar təxminən, şagirdlərə tanış olmalıdırlar, lakin onların tam tərifi aydın 



olmamalıdır. 

 

Müəllim  tərəfindən  seçilən  xüsusiyyətlər  şagirdlərə  fərziyyələr  irəli  sürməyə 



imkan verməlidir, lakin anlayışı bir başa tapmağa qoymamalıdır. 

 

Bu üsula təxminən 10-15 dəqiqə vaxt ayrılmalıdır. 



 

Üsul bütün siniflə aparılır. 



Vasitələr: Rəngli dairəvi kartoçkalar, anlayışın açıqlaması üçün xüsusiyyətlər. 

Yarana biləcək problemlər: 

 

Səs-küy; 



 

Anlayışın çətin olması; 

 

Müzakirənin uzanması. 



 

Kub strategiyası 

 

Kublaşdırma  (Kovan  E.  və  Kovan  C.,  1980)  mövzunun  hərtərəfli  öyrənilməsi 

məqsədilə şagirdləri onu təsvir və müqayisə, əlaqələndirmə, təhlil, tətbiq və mübahisə 

etməyə istiqamətləndirir. 

 

Məqsəd: 

1.

 



Mövzuya müxtəlif cəhətlərdən nəzər salmağın planlaşdırılması; 

2.

 



Məntiqi və tənqidi təfəkkürün inkişafı; 

3.

 



Cisim və ya hadisəyə hərtərəfli baxışın formalaşdırılması; 

4.

 



Qiymətləndirmə bacarığının formalaşdırılması; 

5.

 



Təhlil prosesinin inkişaf etdirilməsi

6.

 



Əməkdaşlıq vərdişlərinin formalaşdırılması; 

Bu metod müəllim mövzusunu, situasiyanı və s. tədqiq etmək istədikdə istifadə 

olunur.  Bununla  da  şagirdlər  mürəkkəb  və  inteqrativ  yanaşmalar  üçün  tələb  olunan 

bacarıqları inkişaf etdirmək imkanı əldə edirlər. 



 

Alqoritm: 

1.

 



Kub düzəltmək (kiçik, 15-20sm tili olan, kağızdan hazırlanır) 

2.

 



Kubun  hər  üzünə  verilən  altı  qısa  göstərişdən  birini  yazmaq:  Təsvir  et; 

Müqayisə et; Əlaqələndir; Təhlil et; Tətbiq et; Lehinə yaxud əleyhinə mübahisə et. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

3. Müzakirə olunan cisim və ya hadisəni müəyyənləşdirmək



4.  Sinfi  6  qrupa  bölmək  və  tapşırıq  mövzuları  vermək.  Hər  qrup  kubun  1 

göstərişi üzrə iş aparır. 

5. Şagirdləri təlimatlandırmaq (nümunə, hər bir addımın izahı); 

6. Şagirdlər təsvir, müqayisə, əlaqələndirmə, təhlil, tətbiq, mübahisə edir: 

a) Təsvir etmək: rənglər, formalar, ölçülər və s. 

b) Müqayisə etmək: oxşar və fərqli cəhətlər hansılardır? 

c)  Əlaqələndirmə  (assosasiya  yaratmaq):  Bu  sizi  nə  haqda  düşünməyə  vadar 

edir? Nəyi xatırladır? 

d) Təhlil etmək: onun nədən və necə hazırlandığını təsvir et. 

e)  Tətbiq  etmək:  Sən  onunla  nə  edə  bilərsən?  Sən  ondan  necə  istifadə  edə 

bilərsən? 

f)  Onun  lehinə  və  ya  əleyhinə  çıxış  et  və  öz  mövqeyini  dəstəkləmək  üçün 

arqumentlər təqdim et: O yaxşıdır yoxsa pisdir? Niyə? 

7. Təqdimat edirlər; İştirakçılar mövzu haqqında sonradan təqdim edəcəkləri bir-

iki paraqraflıq təqdimata daxil edə biləcəkləri yeni ideyalar axtara bilərlər. İştirakçılar 

yekun paraqraflar ilə bölüşə bilərlər. 

8. Nəticə çıxarırlar, ümumiləşdirmə aparırlar; 

9. Yekun iş lövhədən və ya sinif otağının divarlarından asıla bilər. 



Şərtlər: 

1.

 



Kiçik qruplar və bütün siniflə

2.

 



Bilik və bacarığının səviyyəsinin mövcudluğu; 

3.

 



20-25 dəqiqə (materialdan və yaş səviyyəsindən asılı olaraq); 

4.

 



Ümumiləşdirmə, inteqrativ blok dərs; 

5.

 



Dərsin mərhələləri – tədqiqat mərhələsində; 

Vasitələr: lövhə, markerlər, iş  vərəqləri, kağız, paylayıcı  materiallar, tablolar  – 

anlayışları  açmaq  üçün,  ensiklopediya,  dərslik,  əlavə  ədəbiyyat,  maqnitofon, 

audiokaset, şəkillər, videofilm, qutular; 

Yarana biləcək problem: 

1.

 



Vaxt çatışmazlığı; 

2.

 



Nəticə çıxarılmasında problemlər; 

3.

 



Tam əhatə olunmaması. 

 

 

1.Təsvir 

et 

2.Müqa-


yisə et 

3.Assosi-

asiya yarat 

4.Təhlil et 

5.Tətbiq 

et 


6.Lehinə və 

ya əleyhinə 

çıxış

 

et 




Suallar 

 

Məqsəd: 

Şagirdlərdə idrak fəallığının artırılması və həmçinin təfəkkürün inkişafı üçün bu 

tapşırıqların  böyük  rolu  var.  Biliyin  əldə  edilməsində  və  xüsusən  tədqiqatın 

aparılmasında sualların böyük əhəmiyyəti var. O tədqiqat zamanı tədqiqat işinə təkan 

verən amil kimi çıxış edir. 

Dəqiq  sualı  vermək  və  alınan  məlumatları  tutuşdurmaq  bacarıqları,  məntiqi  və 

tənqidi təfəkkürü formalaşdırır. 

 

Sual verməyin keyfiyyətini bilmək üçün aşağıdakı meyarlardan istifadə etmək 



olar: 

1.

 



Sualların sayı; 

2.

 



Məntiqi ardıcıllığı; 

3.

 



Orijinallığı; 

4.

 



Təsviri və ya “dərin” suallar; 

5.

 



Sualın məzmununun əhəmiyyətliliyinin dərəcəsi; 

6. Açıq və qapalı suallar; 



Təlimat:  Bu  tapşırıqları  yerinə  yetirərkən  siz  sualların  təlim  prosesində  olan 

əhəmiyyətini  daha  da  aydın  hiss  edəcək  və  sualların  arasında  olan  fərqi  dərk 

edəcəksiniz, çünki sualların çətinlik dərəcəsi fərqlidir. Hər tapşırığı yerinə yetirəndən 

sonra  sizə  verilən  qiymətləndirmə  meyarları  əsasında  onların  yerinə  yetirilməsinin 

səviyyəsini müəyyənləşdirə bilərsiz. 

 

Tapşırıq 1. Sən nə öyrənmək istərdin

TəlimatHansı suallara sən cavab tapmaq istərdin? 

Qiymətləndirmə meyarları:  1)  Aşağı:  Sualların  az  miqdarı. Suallar  stereotipdir 

(oxşar və təkrarlanan). 

2) Orta: Sualların çox olması. Suallar xüsusiyyətlərə, funksiyalara, növlərə və s. 

görə fərqlənir. Suallar faktoloji xarakter daşıyır: “Nə?”, “Harada?”, “Nə zaman?” 

3)Yüksək: Sualların çox olması. Suallar  əşyalar və hadisələr arasında əlaqələrin 

seçilib ayrılmasına yönəlib. (“Necə?”, “Nəyə görə?”, “Hansı əlaqə var?”) 



Tapşırıq 2. Açar sözlərin köməyi ilə sual ver. 

Təlimat:  “Hansısa  bir  əşya  və  ya  hadisə  seç  və  bu  əşya  və  ya  hadisə  haqqında 

hansısa yeni bir şey öyrənmək üçün açarların köməyi ilə sual ver”. 



 

Tapşırıq 3. Şəkil üzrə sualları ver. 

Təlimat: “şəkilə bax və bu şəkil üzrə hekayə qurmaq üçün sualları ver”. 

Qiymətləndirmə meyarları: 1) Suallar xaotik xarakter daşıyır. 

2) Suallar şəklin əsas anlarını qeyd edir. 



 

Tapşırıq 4. Sualları başqa cür ifadə et. 

Təlimat“İlkin sualı necə dəyişdirmək olar?” 

Məsələn: Siz yağışa necə yanaşırsınız? 



Qiymətləndirmə meyarları: 1) Tapşırığın mənasını başa düşmür. 

2)“Yağış yağanda Sizdə hansı hisslər oyanır?, 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə