Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə16/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   12   13   14   15   16   17   18   19   ...   38

2.

 

Müəllim nəzərdən keçirilən problemə dair situativ praktikumu hazırlamalıdır. 



O  hər  bir  problemli  vəziyyətə  dair  müzakirə  üçün  məqsədyönlü  sualları  öncədən 

düşünməli və hazırlamalıdır. 

3.

 

Vəziyyətlərdən hər biri ayrıca kartda yazıla bilər. 



4.

 

Şagirdləri hər biri 4-5 nəfərdən ibarət qruplara bölürlər. Hər qrup təklif edilən 



vəziyyətlərdən birini müzakirə etməlidir. 

5.

 



Şagirdlər  hadisəni  tədqiq  edir  və  öz  münasibətini  bildirir.  Şagirdlərə  kömək 

etmək  üçün  aşağıdakı  sualları  verin:  Nə  baş  verdi?  Mühüm  elementlər  hansılar  idi? 

Faktların  təqdimatında  çatışmayan  bir  şey  var  idimi?  Nə  üçün  maraqlı  tərəflər  bu  cür 

hərəkət edirlər? 

6.

 

Bu  mərhələdə  iştirakçılar  öz  şəxsi  və  subyektiv  qavrayışlarına  əsasən  həll 



yollarını  ifadə  edirlər.  Şagirdlərdən  ilk  təəssüratlarını  söyləməyi  xahiş  edin.  Hər 

şagird hadisənin həlli yollarını göstərir. Bu həll yollarına hadisənin bütün elementləri 

daxil olmur. Bu səbəbdən də fikirlər müxtəlif və bir-birinə zidd ola bilər. 

7.

 



Müəllim konkret hadisəyə yenidən qayıdır, problemlə bağlı bütün məlumatları 

nəzərdən keçirir, onu konseptləşdirir, qaydaya salır və sistemləşdirir. Hadisənin həlli 

yolunda  meydana  çıxan  lehinə/əleyhinə  olan  arqumentlərə  münasibəti  aydınlaşdırır. 

Müəllim belə suallar verə bilər: lehinə və əleyhinə olan cəhətlər hansılardır? Siz hansı 

arqumentləri  dəstəkləyəcəksiniz?  Digərinin  nəticəsi  nə  ola  bilər?  Alternativlər 

hansılardır? Şagirdlər öz arqumentlərini gətirərək konkret hadisəyə istinad edir. 

8.

 

Şagirdlər konkret hadisə ilə bağlı son qərarı verməlidirlər. Əgər onların qərarı 



rəsmi həll ilə üst-üstə düşmürsə, eybi yoxdur. 

9.

 



Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə başlanır. 

 Müzakirə mərhələsi aşağıdakı istiqamətlərə yönəldilməlidir: 

 

Konkret hadisənin şəraiti və məzmunu ilə bağlı “arxaya baxmaq”; 



 

Ümumiləşdirilə biləcək əməliyyat prinsipləri üçün “aşağıya baxmaq”; 

 

Başqa oxşar situasiyalar üçün “ətrafa baxmaq”; 



 

Bu  cür  hadisələri  səmərəli  şəkildə  həll  etmək  istəyiriksə,  öz  şəxsi 

münasibətimizi dəyişmək üçün “irəli baxmaq”. 

10.  Sonda  şagirdlər  hadisənin  həlli  üzrə  son  qərar  verirlər,  başqa  situasiyalar 

üçün də yararlı olan nəticələrə gəlirlər. 

Şərtlər: 

1.

 



İş forması: böyük qruplarla iş, bütün siniflə; 

2.

 



Auditoriyanın bilik səviyyəsi (hadisə haqqında məlumat); 

3.

 



Vaxt: 35 dəqiqə; 

4.

 



Dərsin mərhələsi: tədqiqat, nəticənin çıxarılması (bütün mərhələlərdə); 

Konkret  hadisə  meyarlara  əsasən  seçilir.  Heç  də  bütün  situasiyalar  konkret 

hadisə  olmur.  Konkret  hadisə  olması  üçün  situasiyanın  aşağıdakı  xüsusiyyətləri 

olmalıdır: 

 

Gerçək olmalıdır; 



 

Dərhal  müdaxilə  tələb  etməlidir:  maraq  doğura  biləcək  problemi 

vurğulamalıdır; 

 

Qrupların  maraqları  ilə  əlaqəli  olmalıdır  ki,  hadisəni  həll  etməyə  çalışan 



iştirakçılar lazımi informasiyaya malik olsunlar və həll yollarını tapsınlar; 

 

Tam olmalıdır. Onun təqdimatında həlli üçün tələb olunan bütün detallar əks 



olunmalıdır. 

Vasitələr:  Lövhə,  iş  vərəqləri,  kağız,  flomaster,  video,  televizor  (motivasiya 

mərhələsi üçün); 



Yarana biləcək problemlər: 

1.

 



Hamının iştirak etməməsi; 

2.

 



Arqumentlərin inandırıcı olmaması; 

3.

 



Arqumentlərin qanunla əsaslanmaması; 

4.

 



Düzgün nəticə çıxarılmaması. 

 


Anlayışın çıxarılması üsulu 

 

MəqsədYeni anlayışların müstəqil olaraq çıxarılması. 

Hər  hansı  vacib  anlayışın  dərk  edilməsi  müəllimdən  çox  zaman  böyük  zəhmət 

tələb  edir.  Təklif  olunan  üsul  anlayışın  çıxarılması  və  daha  dərindən 

mənimsənilməsini  təmin  edir.  Bu  üsul  oyun-tapmaca  formasında  keçirildikdə 

şagirdlərdə  həmişə  yüksək  fəallıq  yaradır  və  onların  həm  məntiqi,  həm  də  tənqidi 

təfəkkürü fəallaşır. 



Alqoritm: 

Addım  1.  Lövhədə  3  müxtəlif  rəngli  dairəvi  kartoçkalar  asılır.  Müəllim 

gizlənilmiş  anlayışların  altında  onlara  aid  2  və  ya  3  yönəldici  söz  (anlayışların 

xüsusiyyətləri) yazır. 

Müəllim:  “Bu  kartoçkaların  arxa  tərəfində  3  anlayış  yazılıb.  Siz  bu  sözləri 

tapmalısınız. Sizə kömək etmək üçün mən hər bir anlayışa məxsus olan 1 xüsusiyyət 

yazıram.” 

Anlayışlar  müvəqqəti  olaraq  ya  nömrələnir,  ya  da  öyrənilən  anlayış  “bəli”  və 

ona əks olan anlayışı “xeyr” sözləri ilə adlandırılır. 

 

1 variant: 

 

 

2 variant: 



 

 

Addım 2. Şagirdlərdə ilk fərziyyələrin yaranması. 

Müəllim: “Bu xüsusiyyətlərin əsasında siz gizlətdiyim sözləri tapa bilərsinizmi? 

Sizdə hər hansı fərziyyələr yarandımı?” 

Addım  3.  Müəllim  tərəfindən  gizlənilmiş  anlayışlara  aid  yeni  xüsusiyyətlərin 

təqdim edilməsi və şagirdlər tərəfindən onların təsnifatı (anlayışlara aid edilməsi). 

Müəllim şagirdlərin cavablarını dinləyəndən sonra yeni xüsusiyyətləri səsləndirir 

və  xahiş  edir  ki,  şagirdlər  bu  xüsusiyyətləri  öz  fərziyyələrinə  uyğun  olaraq  dairələrin 

(anlayışların) birinə aid etsinlər. 

Addim  4.  Şagirdlərdə  yeni  fərziyyələrin  yaranması.  Müəllim  bu  sözlərin 

düzgün olub-olmamasını qiymətləndirdikdən və şagirdlərin vasitəsi ilə onları lazımi 

dairələrə aid etdikdən sonra yenə bu anlayışların tapılmasını xahiş edir və fərziyyələri 

dinləyir. 



Addım  5.  Şagirdlər  tərəfindən  anlayışa  (fərziyyəyə)  uyğun  olan  yeni 

xüsusiyyətlərin  təklif  edilməsi  və  müəllim  tərəfindən  düzgün  olub-olmamasının 

qiymətləndirilməsi. 

Bəli 


?

 

Xeyr 












Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə