Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə12/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   8   9   10   11   12   13   14   15   ...   38

fəaliyyətinin  əsas  mərhələlərini  və  komponentlərini,  nailiyyət  qazanmaq  üçün 

amilləri dərk etmiş olur. 

Yuxarıda  göstərildiyi  kimi,  interaktiv  təlimin  mühüm  xüsusiyyətlərindən  biri 

şagirdlərin  müstəqil  təlim  (öyrənməyi  öyrənmək),  müstəqil  özünüinkişaf,  müstəqil 

düşünmə  bacarıq  və  vərdişlərinə  yiyələnməsinə  imkan  yaratmaqdır.  Dərs  başa 

çatdıqdan sonra göstərilmiş fəaliyyətlərdən birini - qiymətləndirmə və ya refleksiyanı 

həyata  keçirərkən  müstəqil  öyrənmə  proseslərinin  nəzərdən  keçirilməsi  və  bunun 

nəticəsində öz öyrənmə fəaliyyətinin təkmilləşdirilməsi məqsədəuyğun olardı. Bəzən 

qiymətləndirmə və refleksiyanı dərsin müxtəlif mərhələlərinə daxil etmək olar, bunun 

özü də təlim prosesinin daha uğurla keçməsinə kömək edər. 

Şagirdlərin  işi  effektivlik  dərəcəsinə  görə  həm  kəmiyyət,  həm  də  keyfiyyətcə 

qiymətləndirilə bilər və bu müxtəlif metodlarla və müxtəlif formalarla həyata keçirilə 

bilər. Lakin müəllim yadda saxlamalıdır ki, qiymətləndirmə ilk növbədə şagird üçün 

özünüqiymətləndirmə və özünənəzarət vasitəsi rolunu oynamalıdır. 

Özünüqiymətləndirmə  vərdişlərini  formalaşdırmaq  məqsədilə  bütün  sinfin  və 

müəllimin  qarşısında  şagirdlərin  özlərinə  qiymət  verməsi  təcrübəsindən,  habelə 

qarşılıqlı  qiymətləndirmədən  istifadə  etmək  olar.  Bundan  əlavə,  qiymətləndirmə 

meyarlar  üzrə  aparılmalıdır,  yəni  konkret  meyarlara  əsaslanmalıdır.  Müəllim 

şagirdləri  öncədən  bu  meyarlarla  tanış  edə  və  ya  qiymət  verməklə  onu  əsaslandıra 

bilər. 


İnteraktiv dərsin mərhələlərinə müvafiq nəticələrin dəyərləndirilməsi

İnteraktiv metodla aparılan dərsin quruluşunu ümumi, sistemli şəkildə qavramaq 

üçün və dərsi apararkən onun məqsədə uyğun olub-olmadığını müəyyən etmək üçün 

müəyyən pedaqoji meyarlar da lazımdır. «Hər mərhələdə əsas hadisələr hansılardır?» 

və «Hər mərhələnin nəticəsində nə alınmalıdır?» sualları məhz bu meyarlar kimi çıxış 

edə bilər. 

Təlim  prosesində  fasilitasiya  qaydalarına  əməl  olunmalıdır  ki,  o  qaydaları 

ümumi şəkildə aşağıdakı kimi ümumiləşdirmək olar: 



Fikri təhriketmə qaydaları

 

Motivasiya mərhələsində şagirdləri dərsin mövzusunun müəyyənləşdirilməsinə 



cəlb etməli. 

 

Dərsə  məntiqi,  tənqidi  və  yaradıcı  təfəkkürü  və  elmi-tədqiqat  vərdişlərini 



inkişaf etdirən tapşırıqları daxil etməli. 

 

Qapalı suallardansa, açıq suallardan daha çox istifadə edilməlidir. 



 

İştirakçılar tərəfindən ifadə olunan fikirləri anlamağa çalışmaq və öyrəndiyiniz, 

oxuduğunuz, yaratdığınız fikirləri zorla qəbul etdirmək olmaz. 

 

Fasilitasiya zamanı konkret misallardan, müqayisə və qarşılaşdırma, analogiya 



üsullarından  istifadə  etmək,  istiqamət  verməyən  “kar”  sualları  az  sayda  verməyə 

çalışmaq lazımdır. 

 

Mənaca  yaxın  olan  yönəldici  suallardan  istifadə  etməli,  lakin  bilavasitə 



yönəldici suallardan istifadə edilməməlidir. 

 

İştirakçının deyə biləcəyi sözü və ya fikri onun əvəzinə ifadə etməməli, mətndə 



əsas  fikri  müəyyən  etmək  və  onu  öz  sözləri  ilə  ifadəsi,  ümumiləşdirmə,  öz  fikrini 

ifadə  və  yenidənifadəetmə  bacarığı  üzərində  işlənməlidir.  Öz  fikirlərini  daha  dəqiq 




ifadə etməyə iştirakçıları təhrik etmək və onlara köməklik göstərmək lazımdır. Bunun 

üçün  sərf  edilən  vaxta  təəssüflənmək  lazım  deyil!  Bu  prosesi  nümayiş  etdirmək  və 

iştirakçıların diqqətini buna cəlb etmək lazımdır. 

 

İştirakçıların  əvəzinə  onların  məhsulunu  izah  etməməli,  digər  iştirakçıların 



işinə öz fikir və münasibətlərini ifadə etməyə hər bir iştirakçıya imkan yaradılmalıdır. 

 

İştirakçıların cavablarının formal dinlənilməsinə yol verilməməli, iştirakçıların 



əsas fikirlərini ümumiləşdirib, digərlərini onların şüuruna çatdırmaq lazımdır. 

 

Fasilitasiya  zamanı  iştirakçıların  cavablarını  dəqiqləşdirib  şərh  etməli 



(qiymətsiz,  məzmununa  görə),  problemli  hallarda  onların  həllinə  iştirakçılar  cəlb 

edilməlidir.   



Fasilitasiya zamanı psixoloji dəstəkləmənin qaydaları: 

 

Müsbət  dil  ifadələrindən  istifadə  etmək,  müzakirədə  və  qrup  işində  iştirak 



etmələrinə  görə  iştirakçılara  minnətdarlıq  bildirmək  lazımdır  (pozitiv  münasibət  və 

hörmət). 

 

Danışanları diqqətlə dinləmək, hər bir iştirakçıya öz fikrini söyləməyə imkan 



yaratmaq  lazımdır.  Qrupun  yalnız  yüksəkdən  danışan  iştirakçılarını  deyil,  bütün 

qrupun  iştirakçılarını  diqqətlə  dinləməyə  hazır  olmağı  nümayiş  etdirmək  lazımdır 

(fəal dinləmə vərdişi). 

 

İştirakçılarla  birlikdə  işləyib  hazırlanan  qaydalara  riayət  etmək  lazımdır. 



Unutmaq olmaz ki, treninq zamanı məşqçi davranış nümunəsi kimi çıxış edir. 

 

İştirakçılara adları kimi müraciət etmək və onların gözlərinə baxmaq lazımdır 



(fərdi yönəlmə). 

 

Konstruktivliyi dəstəkləyib qarşıdurmaya şərait yaradılmalıdır. 



 

İştirakçıların fikirləri ilə səmimi maraqlanmaq lazımdır. 

 

Yalnız  liderlərin  və  ən  fəalların  yox,  bütün  iştirakçıların  nöqteyi-nəzərinə 



eyni dərəcədə diqqətlə yanaşılmalıdır. 

 

Hər hansı bir fikirlərin qiymətləndirilməsinə, məzəmmət və lovğalığa imkan 



verilməməlidir. 

 

Lazımsız  olaraq  qrupun  işi  qiymətləndirilməməlidir.  Fasililatorun  qiyməti 



onun  şəxsi  fikrini  əks  etdirməli  və  qiymətləndirmə  üçün  yox,  fasilitasiya  üçün  bir 

vasitə  olmalıdır!  O,  iştirakçıların  fikirləri  ilə  razı  olmadıqda  bunu  onlarla  müzakirə 

etməyi təklif etməlidir. Lakin fasililator işi mütləq qiymətləndirməli olduqda, o bunu 

meyarlar əsasında etməlidir. 



Təşkilati dəstəkləmənin qaydaları

1. Müzakirəni təşkil etdikdə yeni biliyi əldə etmək üçün hər kəsin fikrinin vacib 

ola  bilməsini  bütün  şagirdlərə  çatdırmaq  lazımdır.  Bunu  həyata  keçirmək  üçün 

iştirakçıları  aşağıdakı  suallar  vasitəsilə  müzakirəyə  cəlb  etmək  olar:  “”Bu  haqda  siz 

nə  fikirləşirsiniz?”,  “Kim  razıdır,  kim  razı  deyil?,  “Başqa  cür  bunu  demək  (və  ya 

etmək) olardımı?” və s. 

2.  Dərsdə  öz  fəaliyyətlərini  planlaşdırmağı  və  təşkil  etmək  bacarığını 

formalaşdırmaq lazımdır. 

3.  Lövhədə  və  ya  kağız  üzərində  qrup  işi  zamanı  müəyyən  edilən  əsas  halları 

qeyd  etmək  məqsədəuyğundur.  Unutmaq  olmaz  ki,  qrup  işinin  nəticələri  sonrakı 

mərhələdə məlumatın müzakirəsi üçün lazımdır (“körpülərin”quraşdırılması). 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə