Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə30/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   26   27   28   29   30   31   32   33   ...   38

Holistik  rubrik.  Holistik  rubrik  qeyd  olunduğu  kimi,  şagirdin  işi  ilə  bağlı 

ümumi təəsürat yaradır və əksər hallarda fəaliyyət səviyyələrini əks etdirən 4-6 ballıq 

şkalaya əsaslanır.  

Üstün  cəhətləri:  sürətli  qiymətləndirmədir,  şagird  nailiyyəti  haqda  ümumi 

mənzərəni təsvir edir. 



Zəif  cəhətləri:  təfərrüatlı  informasiya  vermir,  bir  ümumi  qiymətin  verilməsi 

çətin ola bilər. 

Aşağıdakı hallarda holistik rubriklərdən istifadə etmək məsləhətdir: 

1.

 



Nailiyyətin ani mənzərəsini əldə etmək istəyəndə; 

 

2.



 

Keyfiyyətin müəyyən olunması üçün tək bir aspekt adekvatlıq təşkil edərsə. 



Analitik rubrik

Analitik  rubrik  qeyd  olunduğu  kimi,  şagirdin  işinin  (fəaliyyətinin)  çoxşaxəli 

aspektləri  üzrə  ayrı-ayrı  qiymətlər  təyin  edir.  Hər  bir  aspektin  qiymətləndirilməsi 

üçün, əsasən, 4-6 ballıq şkaladan istifadə olunur. 



Üstün cəhətləridaha təfərrüatlı informasiya verir, hər bir şagird, sinif  və illər 

üzrə daha ardıcıl qiymətləndirmə aparılır. 



Zəif cəhətləri: qiymətləndirmə üçün çox vaxt tələb olunur (vaxt aparır). 

Aşağıdakı hallarda analitik rubrikdən istifadə olunması məsləhətdir

a)  Nisbi üstünlüyü və zəifliyi görmək istədikdə; 

b) Təfərrüatlı məlumat (əks-əlaqə) əldə etmək istədikdə; 

c) Mürəkkəb fəaliyyəti və ya nəticəni qiymətləndirmək istədikdə; 

ç) Şagirdlərin öz qavramanlarını və ya fəaliyyətlərini qiymətləndirmələrini istədikdə. 

Rubriklər əsasında qiymətləndirmə üçün tövsiyyələr

1.

 



Təlim  məqsədini  təyin  edin  (bilik,  bacarıq,  münasibət  və  s.).  Şagirdlərin  nəyi 

bilməsini və bacarmasını müəyyənləşdirmək istədiyiniz  barədə fikirləşin

2.

 

Qiymətləndirmə məqsədini seçin (diaqnostik, formativ, summativ); 



3.

 

Hansı növ rubrikdən istifadə edəcəyinizə qərar verin (holistik, analitik); 



4.

 

Sizin  üçün  maraqlı  olan  aspektləri  (meyarları)  müəyyənləşdirin  və  bu 



aspektləri təsvir edin; 


5.

 

Müxtəlif nailiyyət səviyyələrinin necə ifadə olunmasını müəyyənləşdirin; 



6.

 

Nailiyyət səviyyələrinin sayını dəqiqləşdirin ( və ya qiymətləndirmə ballarıni); 



7.

 

Səviyyə deskriptorlarını ifadə edin; 



8.

 

Bütün nailiyyət səviyyələrinin deskriptorlarının sözlü təsvirini yazın. 



   Qeyd:  Dərslik  komplektinə  daxil  olan”Müəllim  üçün  metodik  vəsait”lərdə 

rubrik  nümunələri  verilmiş  və  onların  tətbiqi  məqamları  göstəril  mişdir.Həmin 

rubriklərə  aid  nümunələri  və  onların  real  pedaqoji  prosesə  daxil  edilməsi 

texnologiyalarını nəzər-nöqtəsi seçməklə brada təqdim etdiyimiz nəzəri materialları 

daha  aydın  şəkildə  anlamaq  mümkündür.Odur  ki,rurik  nümunələrinin  təqdimatına  

xüsusi yer ayırmağa lüzum görmürük.   İnanırıq ki,bu dərs vəsaitindən faydalananlar 

bizim mövqeyimizlə ortaq olacaq və sözügedən istiqamətdə  “Müəllim üçün metodik 

vəsait”ləri    diqqətlə  nəzədən  kçirəcək  və  qiymətləndirmənin  həm  nəzəri,həm  də 

praktiki məsələlərini daha da dərindən öyrənə biləcəklər. 

 

 



Qiymətləndirmənin “keyfiyyət” üsulları 

Yalnız  “kəmiyyətcə  qiymətləndirmə”  üsullarından  istifadə  etmək  kifayət  deyil. 



Onunla  yanaşı aşağıdakı  “keyfiyyətcə  qiymətləndirmə” üsullarından  da istifadə 

etmək məqsədəuyğundur: 

 

Yazı və yoxlama işlərində konstruktiv qeydlər



 

“Portfolio” sistemi; 

 

Verbal (sözlə); 



 

Qarşılıqlı qiymətləndirmə; 

 

Özünüqiymətləndirmə; 



 

Reytinqin çıxarılması; 

 

Emosional münasibət yolu ilə qiymətləndirmə; 



 

Meyar cədvəli. 



Formativ qiymətləndirmə həm şagirdə, həm də valideynə yönəlmiş ola bilər. Bundan 

asılı olaraq formativ qiymətləndirmənin nəticələri müxtəlif formada çatdırılır: 


 

Şagird üçün dəftərində və ya digər iş vərəqlərində konstruktiv şərhlər (qeydlər) 

yazılır  və  nəticələri  təkmilləşdirmək  üçün  konkret  göstərişlər  və  tapşırıqlar 

verilir; 

 

Şagirdlə əks-əlaqə formativ qiymətləndirmənin müxtəlif keyfiyyət üsullarından 



istifadə edərək yaradıla bilər; 

 

             Qiymətləndirmənin portfolio vasitəsi 

 

Qiymətləndirmənin  portfolio  adlı  vasitəsi  və  onun  xarici  ölkələrdə  tətbiqi, 



istifadə  dairəsi  olduqca  fərqli  və  əlverişlidir.  ABŞ-ın  əksər  ştatlarında  geniş  tətbiq 

dairəsinə  malik  bu  vasitə  şagirdlrədə  öz  təhsillərinə  qarşı  məsuliyyət  hissi  aşılayır. 

Rusiya  Federasiyasında  portfolio  şagirdlərin  müəyyən  mövzu  və  fənn  üzrə 

bilmədikləri  və  bacarmadıqlarından  bilik  və  bacarıqlarına,  pedaqoji  vurğunun  qiy-

mətdən  özünü  qiymətləndirməyə  keçidindən,  kəmiyyət  və  keyfiyyət  qiymətlərinin 

inteqrasiyasından  ibarətdir.  Portfolio  şagirdlərin  fərdi  təlim  nailiyyətlərinin 

sənədləşdirilmiş (sertifikatlaşdırılmış) məcmusudur. 

Portfolionun funksiyaları aşağıdakılardır: 

▪ diaqnostik – müəyyən edilmiş müddət ərzində dəyişiklikləri və inkişaf həddini 

yoxlayır; 

▪ məqsədəmüvafiq – təlim məqsədlərini təmin edir; 

▪ təqdimat – görülən işlərin məzmununu açıqlayır; 

▪ inkişafetdirici – ildən-ilə təlimin davamlılığını təmin edir; 

▪ reytinqli – bilik və bacarıqların əhatə dairəsini göstərir. 

 

 

Diaqnostik qiymətləndirmənin müşahidə sxemi 



Əsas inkişaf sahələri

1.

 

İdraki (koqnitiv) inkişaf (bilmə, anlama, tətbiq, təhlil, dəyərləndirmə və sintez 

bacarıqları); 

2.

 



Şəxsi  inkişaf  (özü  və  bacarıqları  barədə  danışmaq,  özünə  inamı  nümayiş 

etdirmək, müxtəlif situasiyalarda öz davranışını idarə etmək bacarıqları); 

3.

 

Sosial-emosional inkişaf (qrupda pozitiv münasibət qurmaq, ünsiyyətə girmək, 

yaxşı-pis  hərəkətləri  seçmək,  davranışının  səbəblərini  izah  etmək  və 

məsuliyyətini anlamaq); 

4.

 

Hərəki  (psixomotor)  inkişaf  (təqlid  etmək,  tapşırıqları  başa  düşmək,  yerinə 

yetirmək, tətbiq etmək və uyğunlaşmaq). 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə