11
görəcəksən, ya yox; deyirdi, savad öyrənərsən, ya mirzə olub
baban kimi rahat yaşayarsan, ya da sarayda mustoufi olub pul-
para hesablayarsan. Atamın arzusuna onun yoxluğunda əməl
elədim, saraylarda yaşadım, amma pul-para yox, söz hesabıyla
məşğul oldum.
6. Həftədə bir dəfə anamla Şeytanbazar meydanındakı Sərin
hamama enirdik. Anam fitə sərib bizi kisələyir, sabunlayır, çir-
kimizi-pasımızı tökür, sonra özüylə məşğul olurdu. Biz də ha-
mamın divarlarından qaynaya-qaynaya hovuza tökülən kükürdlü
suya, lampaların zəif işıqlandırdığı salona, taxtların üstündə uza-
nıb saçlarını, dırnaqlarını boyadan, üzlərinə ənlik-kirşan çəkdirən
qadınlara, bir-birinə su atıb zarafatlaşan qız-gəlinə baxırdıq. Biz
ancaq üçtağlı salondakı ilıq sulu hovuzda çimirdik, böyüklər
qaynar sulu axırıncı salona keçirdilər. Hamamdan çıxandan
sonra canımızdakı kükürd qoxusu, az qala, növbəti həftəyəcən
çəkilib getmirdi. Qardaşım beş yaşına keçəndə qadın hamamın-
da çimməkdən məhrum oldu, mən də elə o yaşda eyni aqibətlə
üzləşdim, daha bizi atam evdə olduğu günlərdə şəhər məliyi
Eynalı bəyin təzəcə tikdirdiyi hamama aparırdı, onun səfəri çox
çəkəndəsə, anam su qızdırıb evdəcə çimizdirirdi. Bəzən də əli
gətirəndə atam bizi gəzməyə aparırdı. İki dəfə Qarpız meyda-
nında qoç döyüşünə, bir dəfə xoruz döyüşünə, bir neçə dəfə də
ilan və meymun oynadanlara tamaşa elədiyim yadımdadı. Bir
dəfə də iki dəstənin bir-birinə xəncər çəkdiyini gördük: nə üstəsə
sözləri çəp gəlmişdi. Amma ağaya oxşayan bazburudlu bir nəfər
iki tərəfi də sakitləşdirdi, bununla belə, basılan qoçun yiyəsi bir
göz qırpımında heyvanını yıxıb xəncəri boğazına çəkdi: «Cama-
atın içində papağımı yerə soxan qoç mənə lazım deyil!» – bunu elə
qəzəblə elədi ki, qorxumdan qıçlarım tutuldu. Bir dəfə də çarın
doğum günündə Çar bağına getməyimiz yadımdadı: bağdakı
gözəl ağaclar, qalaya doğru qalxan pilləkən, bir də al-əlvan ge-
yinmiş adamlar gözümün qabağındadı.
7. Yeddiyaşlı uşağın yadında atalı-analı günlərdən daha nə
qala bilər?!. Qonşumuz çərkəz Şamilin təkbətək döyüşdə kürd
Memonu qanına qəltan elədiyi yadımdadı; erməni Mamikonun
evdə arvadını yad kişiylə tutub hönkür-hönkür ağladığı yadım-
dadı, gürcü İvanenin evinin yanması yadımdadı, mən doğulan-
12
dan bir il qabaq Tiflisə firəng səyyahın gəlməsi barədə danışı-
lanlar (deyirdilər, yaxşı şəkil də çəkirmiş) yadımdadı, fars Mehranın
türk qızı Səlmanın dərdindən dəli-divanə olub özünü Kürə at-
ması yadımdadı, bir il bərk qıtlıq olub yaza çətinliklə çıxmağı-
mız yadımdadı – amma bütün bunların təfərrüatlarına varmaq
niyyətində deyiləm, qorxuram ömür möhlətim tükənər, söyləmək
istədiklərim yarımçıq qalar. Bununla belə, anamın əndişələrini
yenə xatırlatmalıyam: ərinin səfərlərə çıxması onu heç açmırdı,
neçə dəfə eşitmişdim, atama deyirdi, əlindəkini-ovcundakını yı-
ğışdır, elə meydandanca dükan al, həm külfətinə yaxın olarsan,
həm də ayağın yollardan çəkilər; atam da gülüb deyirdi, a sərrac
qızı, bu bir azardı ki, hələm-hələm canımdan çıxmaz, Allah ya-
zan qisməti bəndə dəyişdirə bilməz, alnımıza nə yazılıbsa, o da olacaq.
Anam gözlərinin yaşını axıdanda atam ona ürək-dirək verirdi,
Sonam, deyirdi, Allaha sığın, o gözəgörünməz məsləhət görübsə,
dünyanın odu, seli, tufanı heç nə eləməz. Amma Sonası özünə
rahatlıq tapmırdı, qar yağanda, yağış tökəndə, gün şaxıyanda
eyvanın bir küncündə oturub gözlərini yollardan çəkmirdi. Ağ-
ladığını da görürdüm, amma bizim yanımızda üzə vurmamağa
çalışırdı. Bəzən gecələr yatağından dik qalxıb səksəkə içində
bayırı dinşədiyinin də şahidi olmuşdum.
Bu həqiqətmiş ki, yalnız bir şeyi itirəndən sonra qədrini bilməyə
başlayırıq, nəyəsə gecikəndə tələsirik, yalnız ölümü görəndə yaşamağı
öyrənirik...
13
II
DÖRD GÜN ƏVVƏLİN YUXUSU
Yuxuyozan duşunda əlini Günəşə uzadıb
dörd yuxa alan adama deyir:
– Get vəsiyyətini elə, ölümünə dörd
gündən çox qalmayıb.
– Bunu nədən bildin? – kişi soruşur.
– Haqq-taala kəlamından dörd yuxa almağın
ömründən cəmi dörd gün qalmasıdı.
Əbülfəzl Hübeyş TİFLİSİ,
«Kamili -təbir» (XII yüzil)
8. Yeddi yaşım tamam olub qardaşımla axund yanına gedəndə
bəlkə də dünyanın ən xoşbəxti olmuşdum. Atamla namaza dur-
maq bir yana, Axund Səməndərdən yazıb-oxumağı öyrənmək
məndən ötrü yeni bir aləmin qapısını açmağıydı. Yadımdadı
ki, hərfləri tanıyanda, höccələyə-höccələyə oxuyanda, hesablama-
ğı öyrənəndə qardaşımın köməyilə doğum tariximi təxmini də
olsa dəqiqləşdirdim: əgər bizim, az qala, yarım günlük haqq-
hesabımızın, höcətləşib-dalaşmağımızın, barışıb-razılaşmağımızın
nəticəsinə inansaq, həm də Axund Səməndərin dəqiqləşdirməsini
qəbul eləsək (dediyinə görə, firəng səyyahı Pyer dö Şardənin gəlişindən
bir il sonraya düşür, o hicri 1085-ci ildə gəlibmiş), hicri 1086-cı il
Novruz bayramına on gün qalmış, yəni yazın əvvəlində do-
ğulmuşdum. Yaxşı ki, sonralar Firəngistanda milad hesabını
öyrənəndə bunun təxmini də olsa, 1673-cü il mart ayının onuna
uyğun gəldiyini hesablayıb yadımda saxladım. Axundun yanına
yeddi yaşıma bir-iki ay qalmış getmişdim, atam bunu elm-mərifət
öyrənməyə marağımla izah eləyib, səxavət kisəsindən bir abbası
vermişdi, qardaşımla özümüzü dərhal şirniyyat dükanına salmış-
dıq. Anam gözəl bir darbalaq tikib, dağarcıq tədarük eləmişdi,
həmin dağarcığa mürəkkəb-qələmimi, kağızlarımı qoymalıydım.