Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə5/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   2   3   4   5   6   7   8   9   ...   179

17

ğım  məsləhətdi.  Ardınca  əlavə  elədi  ki,  olan-qalanımı  cəmləyib 

bir  həftəyə  neyləyə  biləcəyimi  deyərəm,  bəlkə  elə  Meydanda 

qumaş  dükanı  açdım,  tanış  çarvadarlar  Təbrizdən,  Gəncədən, 

Bərdədən  qumaş  gətirirlər,  satıb  külfətimizi  dolandıraram.  Üzü-

nü  görməsəm  də,  anam,  yəqin,  azacıq  rahatlanmışdı,  bir  qədər 

toxtaq  səslə,  Allah  ağzından  eşitsin,  dedi,  bu  vaxt  geri  dönəndə 

nəzərləri  qapının  arasından  mənə  sataşdı.  Sonrakı  dörd  gündə 

anamı  dəfələrlə  görsəm  də,  nədənsə  yadımda  eləcə,  yarıaçıq  qa-

pının  arasından  baxdığı  görkəmdə  qalıb.  Ardınca  eyvana  çıxdı, 

örpəyini  düzəldib  gözlərini  gizləyə-gizləyə  ağartısatanın  gəlib-

gəlmədiyini  soruşdu,  özü  də  aşağı  boylandı.

13.  Sonrakı  dörd  gündən  yadımda  açıq-aydın  bir  əhvalat  qal-

mayıb,  yaddaşıma  hopan  ancaq  həmin  anlaşılmaz  duyğuyla  bağ-

lıydı.  Atam  hər  gün  Meydana  enib  tanış-bilişlə  görüşür,  fikrində 

tutduğunu  gerçəkləşdirməyə  çalışırdı.  Qardaşımla  axundun  ya-

nından  qayıdandan  sonra  eyvandakı  balaca  taxtda  oturub  yaz-

dığımızı  oxuyub-əzbərləyir,  arabir  Görgü  ağanın  külafirəngisinə 

baxırdıq.  Davidlə  Ketino  günün  dəqiq  vaxtlarında  görünürdülər, 

mürəbbiyələri  də  mütləq  yanlarında  olur,  tez-tez  anlamadığımız 

firəng  dilində  onlara  nəsə  deyirdi.  Qalan  vaxtlar  qulluqçu  qadın 

Dariya  görünür,  xalça-palaz  çırpırdı.  Gündə  bir  neçə  dəfə  də 

tanış  kintoların  evə  meyvə,  ağartı,  çərəz,  çörək  gətirdiklərini  gö-

rürdük.  O  tutqun  günlərin  ağırlığı,  elə  bil,  canımıza  hopmuşdu, 

nə Meydana enməyə həvəsimiz vardı, nə də Mələyin oxuduqları-

mız  barədə  suallarına  cavab  verməyə.  Eləcə  taxtın  üstündən  Şah 

Abbas  məscidinin  ayparalı  minarəsinə,  Narınqalanın  bəzi  yerləri 

uçmuş divarlarına, çayın bulanıq suyuna, Hallavar yoluna, Metex 

qalasına  baxır,  axşamın  düşməyini  gözləyirdik.  Elə  bil  nəsə  ağır 

bir  şey  duyğularımıza  çökür,  şəffaf  olduğu  qədər  də  qatı  hava 

evimizin  havasına  qarışırdı.  Anam  da  işi  olmayanda  əlini  qoy-

nuna  qoyub  eyvandan  aşağı  baxırdı,  bir  neçə  kərə  qorxu  içində 

əllərini  qoynundan  çəkib  qoymağa  yer  tapmadığını  sezmişdim. 

Atam  özünü  dik  saxlamağa  çalışsa  da,  oturaq  həyatın  ona  nə 

qədər  ağır  başa  gəldiyini  duyurdum.  Əlbəttə,  o  məqamlarla  bağ-

lı  təfərrüatları  sonralar  Görgü  ağanın  himayəsində  olanda  da, 

firəng  macəraçısına  qoşulub  Firəngistana  gedəndə  də,  pansion 

deyilən  yerdə  ömrümün  on  ilini  keçirəndə  də,  yolları  əriş-arğac 




18

eləyəndə  də  dönə-dönə  yaşayıb,  hətta  xırda-para  qeydlər  apar-

mışdım,  ona  görə  belə,  az-çox  yerli-yataqlı  danışıram. 

14.  O  məşum  gecədə  yerimdən  dik  atılanda  əvvəl  elə  bildim, 

göy  guruldayır.  Sonra  atamın  “Namərdlər!”  bağırdığını  eşitdim. 

Ardınca  pəncərəmiz  işıqlandı,  deyəsən,  alova  oxşayırdı.  Bir  an 

sonra  anamın  fəryadını  eşitdik.  Qəriblə  Mələk  qorxudan  qıc  ol-

muş  halda  yerə  çökmüşdülər,  aradabir  boğuq  iniltiləri  gəlirdi. 

Necə  qaçıb  eyvana  çıxdığım  yadımda  deyil.  Atamı  pilləkənin 

üstünə  yıxılmış  gördüm,  anam  da  onu  qucaqlayıb  qaldırmağa 

çalışa-çalışa  fəryad  qoparırdı.  Aşağıda  iki  nəfər  dayanmışdı,  cu-

mub  anamın  qollarından  yapışdılar,  həmin  anda  birinin  bağırtısı 

eşidildi,  görünür,  zavallı  anam  o  qansızın  əlindən  qurtulmaq 

üçün  əlini  dişləmişdi.  O  biri  qulaylanıb  xəncəri  anamın  kürəyinə 

saplayanda get-gedə böyüyən yanğının ziyasında çaqqal kimi pa-

rıldayan  gözlərini,  sağ  qulağının  yerinə  bağlı  əski  parçasını  gör-

düm.  Bilmirəm,  niyə  özümü  anamın  üstünə  atmadım,  sonralar 

ağlım  kəsəndə  özümə  bu  sualı  çox  verdim,  amma  dəqiq  cavab 

tapa  bilmədim,  görünür,  əsl  səbəb  həmin  məqamda  hisslərimin 

qıc  olmasıyla  bağlıydı.  Qulağıkəsik  xəncəri  geri  çəkəndə  məni 

gördü,  çaqqal  sifətindən  ürəkbulandıran  həzz  dalğası  keçdi.  O 

pilləkənə  cumanda  mən  eyvandan  aşırılıb  dirəklə  aşağı  sürüş-

düm,  pilləkənin  arxa  tərəfindəki  çəlləyin  dalına  sindim.  Bir  an 

sonra  bacımın  bədəni  başımın  üstündən  keçib  bir  neçə  addım-

lıqdakı  uçurumda  yox  oldu.  Sonra  eyvanda  qardaşımın  qısa  qış-

qırtısını  eşitdim.  Ardınca  ayaq  səsləri  gəldi,  Görgü  ağanın  evi 

tərəfdən  səs-küy  eşidildi,  evimizi  söndürməyə  çalışan  adamların 

harayı  qaçanların  dalınca  düşənlərin  bağırtılarına  qarışdı.  Başı-

mın  üstündə  eyvanın  döşəməsi  od  tutanda  yerimdən  tərpəndim. 

Bu  vaxt  qolumdan  kimsə  yapışdı.  Əl  sahibinin  Görgü  ağa  ol-

duğunu  dərhal  anışdıra  bilmədim.  Sonralar  fikirləşdim  ki,  görü-

nür,  Allah  adama  istədiyi  adamları  yox,  ehtiyacı  olan  adamları  verir; 

o  adamlar  sizi  sevir,  həyatın  dolanbaclarından  keçirir,  ömür  yolunu 

müəyyənləşdirirlər... 



19

III


ALLAHIN  HİFZİ

  Bu  bəlanı  mənə  Allah  özü  göndərdi,  fəqət,

  Özü  də  hifz  eləyər,  etsə  bəladan,  əlbət.

Musa  ŞƏHƏVAT

(VIII  yüzil)

15.  Görgü  ağanın  hələ  gözəlliyini,  dəbdəbəsini  duya  bilmə-

diyim böyük salonunda buxarının qabağına uzadılanda, Rusudan 

xanımın  qulluqçu  Dariyaya  öz  dilimizdə  «su  gətir,  tifil  yaman 



qorxub»  deyəndə  fərqinə  vardım  ki,  yatağımdan  dik  atılandan 

indiyəcən  nə  qışqırmışam,  nə  ağlamışam,  eləcə  qax-qurut  olub 

qalmışam.  Bu  müddət  nə  qədər  çəkmişdi,  bir  namaz  vaxtı  boy-

damı,  axundun  dərsi  qədərmi,  bilmirəm,  hisslərim  qıc  olmuşdu, 

gözlərimin  qabağındakıları  tanıyırdım,  amma  dərk  eləmirdim, 

dediklərini  eşidirdim,  bununla  belə,  mənə  aid  olduğunu  tam 

qavramırdım.  Artıq  ikigözlü  yarıtaxta  evimiz  tamam  yanandan, 

Görgü  ağa  qayıdandan  sonra  nələr  baş  verdiyi  aydın  oldu.  Gör-

gü  ağa  yatdığımı  zənn  eləyib  yarıpıçıltıyla  arvadına,  yəqin,  bir 

də  qulluqçuya  deyirdi,  xatakarlar  iki  nəfərmiş,  rəhmətliklə  (bu 



şübhəsiz,  atama  aiddi)  çəkişmələri  varmış,  qaçıb  aradan  çıxdılar; 

sonra  əlavə  elədi  ki,  meyitləri  (bunlar  da  anama,  qardaşıma,  bacıma 



aiddi)  məscidə  göndərtdim,  sabah  günorta  namazından  sonra 

müsəlman  qəbiristanlığında  dəfn  eləyirik.  Bəs  bu  tifil  nolacaq, 

Dariya  soruşdu,  Görgü  ağa  da  dedi,  bir  çarə  taparıq,  yaxın  qo-

humu-filanı  olmasa,  elə  bilərəm,  üç  övladım  var,  qalar  burda. 

Sonra  Rusudan  xanım  Dariyaya  dedi,  sən  uşağın  yanında  yat, 

gecə  oyanıb  qorxar.  Az  sonra  Dariyanın  nəfəsini  boynumda  hiss 

eləyəndə  gözlərimin  çeşməsi  qaynadı-qaynadı,  üzüaşağı  axdı, 

amma  səsim  çıxmadı.  Dariya  nəsə  duyub  elə  qaranlıqdaca  əlini 

yanağıma  çəkdi,  sonra  başımı  sinəsinə  sıxdı,  deyəsən,  mənim 

müsibətimə  o  da  ağlayırdı.  Amma  hələ  tamam  anlamadığım  bir 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə