Feyzıılla:
O buluddur yaşıllanır, allanır,
O yağışdır göydən yerə sallanır,
O uşaxdır hər nə versən allanır,
O meyitdir qatarlanıb gedir hey.
Sonra Feyzulla Aşıx Əsədə deyir ki, indi də mən bir iki
qatar deyim siz açın.
Feyzulla:_Araz_qırağı_çimdi,_Goynum_goynuna_himdi,_Sənnən_soruşum_açıx_Tanrı_atası_kimdi_Aşıx_Əsəd'>Feyzulla:
Araz qırağı çimdi,
Goynum goynuna himdi,
Sənnən soruşum açıx
Tanrı atası kimdi?
Aşıx Əsəd:
Araz qırağı çimdi,
Goynum goynuna himdi,
Sən göyə nərdivan qoy,
Görüm atası kimdi?
•
1
Feyzulla:
İnsan oğlu çaşıbdır,
Vırıb həddin aşıbdır,
De görəli bu daş bura
Neçə ildi düşübdü?
Aşıx Əsəd:
İnsan oğlu çaşıbdır,
Vırıb həddin aşıbdır,
Dediyin bu daş bura '
Yeddi min il düşübdür.
Aşıx Əsəd Feyzullaya əhsən, dedi. Dedi gəl mənə şəyird
ol. Feyzulla dedi sağ ol. Məylis xatirinə bir-iki qatar dedim.
EL ŞAİRLƏRİ
113
ULULU KƏRİM
Ululu Kərimin XVIII əsrin 80-85-ci illərində Zəngəzur
bölgəsinin Ululu kəndində anadan olduğu ehtimal olunur. O,
tarixi rəvayətlərə görə, ahıl və qoca yaşlarında Şahbuz bölgə-
ж
sində yaşayıb, istedadlı el şairi olub. Aşıqlıq etməsə də, sazı
yaxşı çaldığı söylənir. Aşıq şeirinin gəraylı, qoşma, təcnis,
müxəmməs, qıfılbənd və s. şəkillərində gözəl şeirlər yaradıb.
Nəsihətvari şeirləri onu el arasında daha da məşhurlaşdırıb.
El şairi güman ki, XIX əsrin 90-cı ilindən sonra vəfat
edib.
YAYLAĞINDA
Ay camaat, möcüz gördüm,
Mən Keçilin yaylağında.
Süsən, sünbül, tər bənövşə,
Qız Keçilin yaylağında.
Üst yanıdı Toxlu qaya,
Axar-baxarları çaya,
Gözəlləri ağca maya,
Söz Keçilin yaylağında.
Üst yam Nursdu, Külüsdü,
Mollası yox, işi pisdi,
Kərimdən də qızdar küsdü,
Düz Keçilin yaylağında.
GƏRAҮЫ
114
BENAMAZ
istədim ki, bir bağ salam, oturam,
Burdan gəldi keçdi, bir yol benamaz.
Bir bağça bəslədim, barın yemədim,
Səbəb ona su bağladı, benamaz.
Köç-köç edib bu dünyadan köçəndə,
O dünyada ağ şərbətin içəndə,
Altı polad qıl körpünü keçəndə,
Onda kimdi havadarın, benamaz.
Köçün uymaz köçənlərin köçünə,
Halın o dünyada necə keçinə,
• Səndən bir muy düşdü dərya içinə,
Nəhəngləri zara getdi, benamaz.
Adəmdən olmusan, yoxsa insandan,
Ölərsən bir günü olarsan candan.
Yeddi ev o yandan, yeddi bu yandan,
Atəşinə yandırarlar, benamaz.
Gəl vacibat öyrən, bəlalı dilim,
Əcəldə mürvət yox, qorxuram ölüm,
Bu sözləri dedi Ululu Kərim,
inanmırsan çat namaza, benamaz.
DAĞLAR
Bayat ellər ətrafında qaralır,
El gələndə yerin, yurdun daralır,
Payız olcax gültək rəngin saralır,
Heyif ki, şənniyin az olur dağlar.
Hər tərəfin sarı çiçək, ağ çiçək,
Dəhanmda sədəf, yanağı göyçək,
Çəkər həsrətini top qarabirçək,
Ayyarım qoynunda yaz olur dağlar.
Dağların başında qurulu göllər,
Döşünə düzülüb uy ağır ellər,
Ağ üzə tökülüb zərövşan tellər,
Sonalarında çox naz olur dağlar.
Dağların döşündən axır bulaqlar,
Haram oldu mənə süddər, qaymaqlar,
Körpə tək qucaxda əzizlər, şaxlar,
Üç ayı səninlə saz olur dağlar.
Dərdi fil eylədim həddən ziyada,
Dərd çəkəndə yar gəlib düşər yada,
Kərim deyir mən də gəzdim piyada,
Dövlətliynən dağılbaz olur dağlar.
USTADNAMƏLƏR
OLMAZ
Fürsət əldə ikən yaxşılıq eylə,
Həmişə əlində ixtiyar olmaz!
Gəl güvənmə dövlətinə, malına,
Mala, mülkə, ömrə ehtibar olmaz.
Dörd yanımız bağça ola, bağ ola,
Sinəm üstü düyün ola, dağ ola,
Bir kiçik ki, böyüyünə ağ ola,
Düşər el gözündən, bəxtiyar olmaz.
Özündən böyüyün gözlə yolunu,
Soruşub xəbər al, hal-əhvalını,
Əmanət saxla sən, qonşu malını,
Qonşu istəməyən özü var olmaz.
Ululu Kərim der, axtaran tapar,
Bir könülü yapan Kəbəni yapar,
Sən çalış işini haqq ilə apar,
Haqdan qeyri-kimsə sənə yar olmaz.
YAXŞIDIR
Salam verib bir məclisə varanda,
Yaxşı əyləş, yaxşı otur, yaxşı dur.
Dindirəndə kəlmə-kəlmə cavab ver
Görən desin bərəkallah, yaxşıdır.
Mənəm deyənləri tanı elində,
İgidin səxası gərək dilində,
Pis övladın yaxşı ata yerində
Qalmamağı qalmağından yaxşıdır.
Ay Ululu Kərim, söz yerdə qalmaz,
Nakəs təkəbbürlər dost qədri bilməz,
Namərdin başından dövlət tökülməz
Bu hikmətdən olmaq agah yaxşıdır.
GETDİ
Şikayət var bu dünyanın əlindən,
Neçə Süleymanlar var idi, getdi.
Qışı hikmətindən əsnəmir dağlar,
Bax dağları tutan qar idi, getdi.
Mülkü Süleymana vəfa qılmadı,
Loğman da dərdinə çarə qılmadı,
Neçə padşah gəldi, səndə qalmadı
Kəfənin belinə sarıdı, getdi.
Uz tutarıq Sübahana, Səttarə,
Müşkülə düşəndə etginən çarə,
Çəhdi ziilfıqarı vurdu kafərə,
Zülfıqarı vuran var idi, getdi.
Bə görmürsən bu bivəfa dünyanı,
Neynədin Rüstəmi-Zal pəhləvanı,
Ərəsət ayağı, haqqın divanı,
Kərim ondan xəbərdarıdı, getdi.
TƏKATƏK
TƏCNİS
Ay həzarat, dərdim həddən aşıbdı,
Ərzi-halım sizə deyim, təkatək.
Gah hazır ərənlər, qırxlar sultanı,
Müşkülüm var, yet dadıma, təkatək.
Bülbülün harayı bu dağa düşmüş,
Sinəm çalın-çarpaz budağa düşmüş,
Məcnun tək məskənim bu dağa düşmüş,
Nəs eylərəm pünhan yerdə təkatək.
Sərindən tökülüb siyah tellərin,
Buxağından dəstə-dəstə güllərin,
Yadıma düşəndə şirin dillərin,
Çünun ollam mən gəzərəm, tətatək.
Kərim deyər, yarələrim yarədən,
Xəstə cismim sızıldarsan yarədən,
Yeri, göyü, ərkü-kürsü yaradən,
Müşkülüm var, yet dadıma, təkatək.
Dostları ilə paylaş: |