%
bilirik. Müxtəlif folklor ansambl və qrupları da bu gün milli
geyimlərimizi yaşadır və təbliğ edirlər.
Xalq yaradıcılığının ən qədim sahələrindən biri də şifahi
poetik yaradıcılıq kimi dəyərləndirilən folklordur. Azərbaycan
ərazisində folklorun tarixi ilk insan məskənlərinin meydana
gəlməsi dövrü ilə bağlıdır. Xalqımızın həyatında elə bir əhə
miyyətli hadisə yoxdur ki, o, şifahi yaradıcılıqda, aşıq poezi
yasında, xalq musiqisində bu və ya digər şəkildə öz əksini tap
masın. Diinyanm qədim və mədəni xalqlarından olan Azərbay
can xalqı ən qədim dövrlərdən başlayaraq xalq yaradıcılığında
öz tarixini bu və ya digər şəkildə əks etdirmişdir. Xalqımızın
mifoloji-bədii dünyagörüşünün izləri indi də folklorda özünü
büruzə verməkdədir. Müxtəlif ayin, mərasim və əmək proses
lərinin nəticəsi olaraq meydana gələn Azərbaycan folkloru ilk
növbədə janr baxımından rəngarəngliyi ilə diqqəti cəlb edir.
Xalqımızın yaradıcı düşüncəsinin məhsulu olan miflər, əfsanə
lər, nağıl və rəvayətlər, zərb-məsəllər, tapmacalar, dastanlar,
aşıq yaradıcılığı, meydan tamaşaları, xalq musiqi və rəqsləri
nəsildən-nəsiə, əsrdən-əsrə Azərbaycan türklərinin ruhunu ya
şadaraq zəmanəmizə qədər gətirib çıxartmışdır.
Ənənəvi xalq bayramları, Novruz və Xıdır Nəbi məra
simləri Azərbaycan folklorunun zənginliyini nümayiş etdirir.
Yurdumuzun qədim sakinlərinin, əcdadlarımızın dünyagörüşü
nün, bədii-estetik təfəkkürünün təzahür forması olan folklorun,
musiqi və rəqs sənətinin ən qədim qaynaqlan eramızdan əvvəl
4-cii - 1-ci minilliklərə aid Gəmiqaya təsvirlərində, “Avesta”
və “Kitabi-Dədə Qorqud” kimi qədim qaynaqlarda öz əksini
tapmışdır. Dünyanın ən qədim kollektiv ifa növlərindən olan
Azərbaycan xalq yallıları xoreoqrafıya, instrumental və vokal
musiqisini özündə birləşdirən nadir yaradıcılıq nümunəsidir.
Qədim rəqs və musiqi mədəniyyəti ilə sıx bağlı olan,
vaxtilə geniş yayılmış qədim çalğı alətlərimizin də bu gün ge
niş təbliğinə və gənc nəslə, eləcə də beynəlxalq ictimaiyyətə ta
nıdılmasına ciddi ehtiyac vardır. Cəng, ud, təbil, tənbur, qanun,
5
qopuz, rübab, tulum, kərənay, ney, zurna, balaban kimi çalğı
alətlərimizin adlarına musiqi tarixinə dair mənbələrdə, “Kitabi-
Dədə Qorqud”, “Koroğlu” dastanlarında, eləcə də klassik şair
lərimizin əsərlərində rast gəlinir. Qədim çalğı alətlərinin bir
çoxu bərpa olunmuş və yenidən musiqi alətlərinin sırasına da
xil edilmişdir.
Xalqımızın müstəqillik yoluna qədəm qoyduğu indiki
şəraitdə xalq yaradıcılığının, əsrlər boyu yaranan mənəvi və
maddi mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət
sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ
olunması mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığının
inkişafı və qorunub saxlanması istiqamətində bir sıra işlər gö
rülmüş, folklor kollektivlərinin və xalq teatrlarının fəaliyyəti
gücləndirilmiş, onlar milli geyim dəstləri ilə təmin olunmuşdur.
Hal-hazırda muxtar respublikada mövcud olan 50 folklor kol
lektivinin 600-ə yaxın üzvü xalq yaradıcılığının bu və ya digər
sahələrini qoruyub yaşatmaqdadır.
Xalqların, ölkələrin bir-birinə daha çox inteqrasiya olun
duğu, dərin qloballaşma proseslərinin getdiyi indiki şəraitdə
azərbaycanlıların milli kimlik pasportu olan xalq yaradıcılığı
nın qorunub saxlanması və inkişaf etdirilməsi, xalq sənəti nü
munələrinin, milli mətbəxin, folklorun, milli rəqs və mahnı sə
nətinin daha geniş, sistemli şəkildə təbliğ olunması, böyümək
də olan gənc nəslə milli-mənəvi dəyərlərin aşılanması məqsədi
ilə qərara alıram:
1.
“Novruz bayramı” şənliklərində Xalq yaradıcılığı
günləri keçirilsin.
2.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçı
van Bölməsi:
2.1.
Naxçıvan Muxtar Respublikası ərazisində mövcud
olan etnoqrafik və folklor materiallarının yenidən toplanması,
sistemləşdirilməsi və elmi tədqiqatlara cəlb olunması üçün
6
tədbirlər görsün, əldə olunmuş materiallar əsasında “Naxçıvan
folkloru antologiyasını hazırlayıb nəşr etdirsin;
2.2. Naxçıvan folkloru atlasını işləyib hazırlasın;
2.3. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi ilə birlikdə xalq yaradıcılığı nümunələrinin
sistemli şəkildə təbliği üçün təsirli tədbirlər görsün;
3. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Bəstə
karlar Təşkilatı xalq mahnı və rəqslərinin, Naxçıvanla bağlı saz
havalarının tədqiqinə və təbliğinə, qədim çalğı alətlərinin tət
biqinə diqqəti artırsınlar.
4. Muxtar respublikada mövcud olan xalq teatrlarının
və folklor ansambllarının fəaliyyətinə hərtərəfli köməklik gös
tərilsin.
5. Bu sərəncam dərc olunduğu gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri:
VASİF TALIBOV
Naxçıvan şəhəri, 7 fevral 2009-cu il
7
ÖN SÖZ
Azərbaycan şifahi xalq ədəbiyyatının ən zəngin qolunu
təşkil edən ozan-aşıq sənəti geniş və çoxşaxəli olmaqla qədim
köklərə malik yaradıcılıq sahəsidir. Ozan-qopuz sənətinin
qədim iz və əlamətləri təxminən e.ə. II minillikdən özünü
göstərir. Manna hakimiyyəti illərindən isə bu sənətin varlığı
şübhə doğurmur. Arxeoloji, tarixi-etnoqrafık və fıloloji
materialların tədqiqi Mannanın türkdilli maldar tayfaları
arasında qopuz musiqisini yaradan və ifa edən sənətkarların
fəaliyyət göstərdiyini
təsdiqləyir.
Ozanı xatırladan bu
sənətkarların bir qədər sonrakı dövrlərdə Azərbaycanda ozan,
dədə, sonra varsaq, yanşaq, aşıq adlandığı elmə məlumdur.
Qədim türk dastanlarının m. ö. VII əsrdən b. е. V əsri-
nədək (”А1р Ər Tonqa”, “Şu”, “Oğuz Kağan”, “Boz qurd”,
“Törəyiş”, “Köç” və s.) yaranıb yaşamasında ozanların rolu az
___
m
olmamışdır. “Bu ozan-dədələrin eradan əvvəl VII əsrdə iran
ordularına qarşı döyüşən Alp Ər Tonqanın (“Şahnamə”də Əf
rasiyab) ölümü münasibətilə qoşduqları ağıdan bir parça hələ
XI əsrdə Mahmud Kaşğari tərəfindən yazıya alınmışdır” (1, s.
6). Ozan-dədə sənətkarlar varsağa, yanşağa qədər mürəkkəb
ictimai-tarixi bir yol keçərək dəyərli sənət nümunələri yarat-
mışlar. islamiyyətdən çox əvvəl II əsrdən VI əsrə qədər Azər
baycan türklərinin adət-ənənələrini saxlamış “Dədə Qorqud”
boyları isə ozan yaradıcılığının ən mükəmməl nümunəsidir.
Dədə Qorqud da bu mühitin yetirdiyi böyük bir sənətkar,
ozanlar ozanıdır. VII-IX əsrlərdə də fəaliyyət göstərmiş dədə-
ozan sənəti təxminən X əsrdən xalq şeiri tərzində aşıq yaradı
cılığının yaranmasında əsas qaynaq olmuşdur. XI əsrdə Nizami
Gəncəvinin əsərlərində saz və aşıq sözlərinin işlənməsi də bunu
deməyə imkan verir. Bundan sonrakı orta əsrlərdə yaradılmış
oynaq heca vəznli xalq şeirimizin gözəl örnəklərini Əhməd
Yasəvi, Yunis İmrə kimi qüdrətli sənətkarların yaradıcılığında
görürük. XIII əsrin sonu - XIV əsrin əvvəllərində yaşamış Aşıq
Əli Paşanın “aşıq” ad-titulunu daşımış ilk sənətkar olduğu
8
Dostları ilə paylaş: |