Yusif səFƏrov naxçivan aşiqlari



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix13.11.2017
ölçüsü0,92 Mb.
#10049
1   2   3   4   5   6   7   8   9   10   ...   25

GETDİ
Adəm ata, Həvva gəldi, 
Dünya səndə qaldı, getdi. 
Ömr eylədi neçə illər, 
Dərdə-qəmə daldı, getdi.
Səndə gəzdi neçə xanlar,
Kəmərbəstə qəhrəmanlar,
Neçə-neçə  Süleymanlar,
Gözü yaşla doldu, getdi.
%
Pərixanım, Abbas hanı? 
Haqq aşığı o Qurbani, 
Tərk eylədi bu dünyam, 
Muradını aldı,  getdi.
Ağ Aşıq çağır allahı, 
Yetər dada şahlar-şahı, 
Çox zülümkar padşahları, 
Fələk taxtdan saldı, getdi.
ÇATMADIM
Sevda məni  çətin yola çağırdı,
Dərələri aşdım yara çatmadım.
Pir yaşımda intizardan zar oldum,
Tuş oldıım çovğuna, qara çatmadım.
Gözəllərdə min dil gördüm, min də fel, 
%
Kəmənd oldu boğazımda qara tel, 
Görüş vaxtı tufan qopdu, əsdi yel,
Atdı məni uzaqlara çatmadım.


Baxdım bəmə çəkdi, qalxanda zilə. 
Gözü, könlü ac, gedirəm mənzilə, 
Ağ Aşıq həsrətdi bir şirin dilə, 
Keçdi günüm, düz ilqara çatmadım.
DÜŞDÜ
Yenə yada düşdü nakam eşqimiz,
O gözün oduna bir daha yandım. 
Məhəbbət ötəri hal da deyilmiş,
Hu çəkdim, Kərəm təkin, aha yandım.
Yarım hələ  sağalmayıb qaysardı,
O səs məni  ötən günə qaytardı, 
Varlığımı haray sardı, hay saldı,
Od tutdu şirin can, daha oysandım.
Vəfalı dilbərim üzümə güldü,
Şux baxdı gözümə, qəlbimi bildi.
Ağ Aşıq,  Süsənbər bir əhli-dildi, 
Görüncə üzünü, ilahə sandım.
MƏNİ
Cəsədin möhnətdə narə qalandı, 
Yandırıb döndərib küllərə məni. 
Dərdin dərya kimi coşub, bulanır, 
Qərq edib timmanə, sellərə məni.
Əyibdi  işimi  qəzavü-qədər,
Dolandım dünyam, tamam sərasər, 
Gedər bu dərdi-qəm mənlə bərabər, 
Axıdar çaylara, göllərə məni.


Ağ Aşıq həsrətdi biçarə yara,
Görəsən olarmı dərdimə çara? 
Müddətdir düşmüşəm qürbət diyara, 
Fələk saldı qərib ellərə məni.
SƏNİ
Aşıq Alı, nə sevdaya düşmüsən,
Bir gözəl salıbdı azara səni.
Xoş gəlib əzizim, səfa gəlmisən, 
Aparram, bir yaxşı bazara səni.
Qəza-qədər heç kimsəni tapmasın,
Fələk kəməndini  bizə atmasın, 
Toy-nişanda adın-samn batmasın, 
YetiiTəm dövlətə, o varə səni.
Ağ Aşığam, ustadlara mən tayam, 
Aşıqlıq elmində dolu bir payam,
Araz kimi daşan, coşan bir cayam, 
Qoymaram kamalda avara səni.
QIRDIM QOL
Leyli-nahar yeddi ağac getdim yol, 
Xırman boyda yer şumladım, qırdım qol. 
Darı, arpasını əkdim bolhabol,
Biçdim əvəzində dəvə qanqalı.
Sürünməkdən dizlərimdə yox taqət, 
Əllərimin içi oldu qabar-qat,
Dərviş babam da istər xiimsü-zəkat, 
Yetdi harayıma şəyirdim Ah.
Əltərəz, rüzumuz oldu üç batman,
29


Çatınca növbətim sındı dəyirman, 
Yerdə qalanımı apardı  siçan,
Güldü Ağ Aşığa Göyçə mahalı.
BİLMİRƏM
Ay ağalar belə dərdə neyləyim?
Fələk çox veribdi çəkə bilmirəm. 
Qoşdum qəm kotanı, daşa ilişdi, 
Qalmışam naəlac əkə bilmirəm.
Qocalıq üz verdi, yatdı iqbalım, 
Zəhrimara döndü ağzımda balım, 
İmran dilli sazı hicrana çalım,
Tale üz döndərib bəlkə bilmirəm.
Ağ Aşığam  gözdə qaldı muradım, 
Bəynişan toylarda çəkilir adım, 
Qırılıbdı qolum,  sınıb qanadım, 
Qalmayıb taqətim çəkə bilmirəm.
DEYƏ-DEYƏ
Yığmadım dövləti, yığmadım malı, 
Ümidlə gəlmişəm var deyə-deyə. 
Sevməyən şöhrəti, sevməyən alı, 
Tapmadım, qalmışam, nar deyə-deyə.
Göydə Günəş şöləsini saçıbdır, 
Çəmənzarlar son ömrünə çatıbdır. 
Qoça şahin dağ başında yatıbdır,
Od tutub alışam, qar deyə-deyə.
Kim keçdi candan, ərən kim oldu? 
Becərən kim oldu, dərən kim oldu?


Ömrünü badlara verən kim oldu?
Kərəm tək alışam, yar deyə-deyə.
Qürbət diyarda ömür çıxdı başa,
Əlim çatmır istəkli yar-yoldaşa,
Cəhənnəm əzabıdı bu tamaşa,
Ağ Aşıq, qalmışam, zar deyə-deyə.
USTADNAMƏLƏR
NƏ BİLƏR
Nadan məclisində,  naşı yanında,
Ləl xırdala, gövhəri  seç, nə bilər?
Bir damlanı sel anlayan qanmaza,
Bütün ümman dəryanı keç, nə bilər?
Axtarsan da yerin yeddi  qatını,
Hər kəs göstərəcək öz isbatını,
Namərdə bağışla köhlən atını,
Ya yolunda sən zəhər iç, nə bilər?
Özünü böyüdüb dağ edənlərə,
Şorunu ərinmiş yağ edənlərə,
Ağ Aşığın sözün ağ edənlərə,
Xəznədar ol, xəzinə aç, nə bilər?
ÇƏTİNDİ
Libasnan, duruşnan,  boyun-buxunnan, 
insanı tanıyıb bilmək çətindi. 
Qanaıman-qanmaznan dolanmaq olar, 
Yarımçığı başa salmaq çətindi.
Mətləbini söylə, mətləb qanana,
İşarə lazımdı arif olana,
31


Tərəqqidən-tənəzzülə enənə,
Bəh-bəh deyib, qəh-qəh gülmək çətindi.
Allahverdi, işin yox fıtnə-felnən,
İnsanı qarşıla şirin dilinən,
Ayrılma yoldaşdan, bir ol elinən,
El  olmasa, tək ucalmaq çətindi.
TƏCNİS
%
AYƏ MƏNDƏDİR
Bu gün seyraqubdan bir söz eşitdim,
Bu dostundan deyil, ayə məndədi.
Dedim: Nədir sədrin üstə bəslənən?
Dedi:  Tifil ikən ayə məndədi.
Sevdiciyim təzə geymiş buxara,
İnsafdımı, bülbül baxa bu xara.
Keşt eylədim Bəsrə, Bağdad, Buxara,
İndi  də gəlmişəm ay Yaməndədi.
Allahverdi pirdən içdi nə cami.
Nə axunddu, nə molladı, nə cami,
Nə Firdovsi, nə Hafizi, nə Cami,
Təcnis, sinədəftər, ayə məndədi.


DEYİŞMƏLƏR
AŞIQ ALI İLƏ DEYİŞMƏ 
DAL-DALA
Ağ Aşıq
Bahar olcaq çıxar çəmən seyrinə 
Bülbül tək çək çiçək qəhrin dal-dala.
Məcnun olub  qatlaş yarın qəhrinə,
Leyli tək sən də çək qəhrin dal-dala.
Aşıq Alı
İsmin iiç həriflə eylərəm bəyan,
Mimdi, çimdi, nun yazılıb dal-dala. 
Seyraqubla, müxənnətlə işim yox,
Əlif qəddin bəd yazılıb dal-dala.
Ağ Aşıq
Təşnə ciyər, yar əlindən yaralı,
Haqqı çağır, yara yetsin yar əli.
Siyah telə şana çəksin yar əli,
Çin-çin etsin o, əsmərin dal-dala.
Aşıq Alı
Səyyadısan, dağlar sənin, gəz dolan,
Alışıban yar oduna, az qalan,
Ovun gəlir, keç bərəndə daldalan,
Neştər xədənginə düzüb dal-dala.
Ağ Aşıq
Keçən keçdi, daş atınca yara sən,
Qəza gəldi, həsrət qaldın yara sən.
Ya rəbb, eylə məlhəm ona,  çara sən,
Allah, Alımın da qəhrin dal-dala.
33


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə