Yusif səFƏrov naxçivan aşiqlari



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix13.11.2017
ölçüsü0,92 Mb.
#10049
1   2   3   4   5   6   7   8   9   ...   25

məlumdur.  Bəzi  araşdırmalara görə XIII,  əksərinə  görə  isə  geci 
XVI  əsrdən  bu  el  sənətkarları  Azərbaycan  və  Anadolu 
ərazilərində  “aşıq”  adlanırlar.  Beləliklə,  XVI  əsrdə  Qurbani, 
Dədə  Yedigar,  XVII  əsrdə  Dədə  Turab,  Abbas  Tufarqanlı, 
XVIII 
əsrdə 
Xəstə 
Qasım 
aşıq 
sənətinin 
məşhur 
nümayəndələri kimi tanınmışlar.
XVI-XVIII  əsrlərdə  aşıq  poeziyası  o  qədər  yüksək  sə­
viyyədə  inkişaf etmiş  ki,  belə  demək  mümkünsə, yazılı ədəbiy­
yatın  milli  ruhda  inkişafına  güclü  təsir  etmişdir.  Yazılı  ədəbiy­
yatda  aşıq  şeiri  tərzində  yazıb-yaradan  şairlərin  sayı  xeyli  art­
mış  və  bu ənənə  şəklini  almışdır.  Belə  şərait təbii  ki,  Naxçıvan 
aşıq  mühitinin  inkişafı  üçün  də  əlverişli  olmuşdur.  Bu  əsrlər­
dəki  aşıq  və  el  şairlərinin  çoxunun  adları  əlyazma və  cünglərə 
salınmasa  da,  az  halda  bəziləri  haqqında  məlumatlara  təsadüf 
etmək  mümkündür.  Orta  əsrlərdə  yaşamış  belə  sənətkarlardan 
Aşıq  Məhəmməd  və  Aşıq  Abbas  Ordubadiləri  göstərmək 
olar  (15,  s.  23).  Eləcə  də  bu  əsrlərdə  Ordubadı  tərk  edib  yad 
ölkələrdə yaşamış el  şairləri  haqqında məlumatlar var  (3,  s.  92- 
93).  Araz  sahilinin  “Ölən  şəhər”  qəbiristanlığında  baş  daşında 
saz  təsviri  olan  məzar  XVI  əsrdə  yaşamış  digər  bir  aşıq- 
sənətkarı  nişan  verir.  XVIII  əsr  Naxçıvan  aşıq  mühitinin 
tanınmış  sənətkarlarından  biri  isə  Aşıq  Süleyman  olub.  Onun 
Qarabağda  Abdalgülablı  Aşıq  Valehlə  görüşüb  deyişdiyi 
məlumdur.  Bu  deyişmə  onun  ustad  sənətkar  olmaqla 
Naxçıvandan  kənarda  da  tanındığını  göstərir.  Aşıq  Süleyman 
haqqında  tanınmış  folklorşünas  alimlərdən  M.Qasımlı  (11,  s. 
199-200)  və  M.  Allahmanlı  maraqlı  məlumat  vermişlər  (2,  s. 
28, 29).
Naxçıvan  aşıq  mühiti  keçdiyi  inkişaf mərhələlərində  öz 
yaradıcı  ənənələri  və  tanınmış  sənətkarları  ilə  Azərbaycan  aşıq 
sənətinə dəyərli töhfələr vermişdir.  Bu sırada adları çəkilənlərlə 
yanaşı,  Ordubadlı  Kərim,  Kosacanlı  Ağ  Aşıq  Allahverdi, 
Aşıq  Cəlil,  Aşıq  Əli  Xanxanmıoğlu,  Aşıq  Məmmədcəfər, 
Çobankərəli Aşıq  Cəfər,  Aşıq  Abbas  Dəhri,  Aşıq  Fətulla  və
9


Aşıq  Nabatın  əməyi  çoxdur.  Azərbaycan  aşıq  musiqisinin 
“Ağır  şərili”,  “Orta  şərfli”,  “Yüngül  şərfli”,  “Cəlili”,  “Baş 
cəlili”, 
“Orta 
cəlili”,’’Naxçıvan 
gülü”, 
“Naxçıvani”, 
“Ordubadi”,  “Dərələyəz gəraylısı” və digər saz və aşıq havaları 
Naxçıvan  aşıq  mühitilə  bağlı  yaranmışdır(13,  s.  248). 
“Ordubadlı  Kərimin  nağılı”,  yaxud  “Kərim-Süsən”,  “Hüseyn- 
Reyhan”,  “Ağ  Aşıq-Süsənbər”,  “Ziyad-Şövkət”  dastanlarından 
eləsi  var  ki,  həm  müəllifinə,  həm  də  tarixi  coğrafiyasına  görə 
müəyyən qədər Naxçıvan və ona yaxın bölgələrlə bağlıdır(12, s. 
75).  “Dədə  Qorqud”  boylarında  bir  sıra  hadisə  və  epizodlar, 
“Uşun  Qoca  oğlu  Səkrək  boyu”,  “Koroğlu”  dastanının 
“Dəmirçioğlunun  Çənlibelə  gəlməsi”  qolu  da  bölgənin  ozan- 
dədə-aşıq  mühitinin  keçdiyi  uzun  bir  tarixi  mərhələnin 
məhsuludur.  Bu barədə əvvəlki  illərdə akad.  H. Araslı,  prof.  M. 
Təhmasib,  Ş.  Cəmşidov,  S.  Əliyarov,  S.  Babayev,  eləcə  də  bu 
sətrlərin  müəllifi  maraqlı  məlumatlar  vermişlər.  “Qaçaq  Nəbi” 
dastanında da regionla bağlı  süjet və məlumatlar üstünlük təşkil 
edir.
Qeyd  edək  ki,  sovet  dövründə  muxtar  respublikanın 
aşıq  mühitilə  bağlı  toplama,  nəşr və  araşdırma işləri  az  da olsa 
aparılmışdır.  Folklorçu H.  Əlizadə “Koroğlunun  Ballıca səfəri” 
qolunu  1930-cu  ildə  Ordubadda  Aşıq  Muxtardan  yazıya 
almışdır(4,  s.  371-377).  Prof.  M.Həkimov  Kosacanlı  Ağ  Aşıq 
Allah verdinin  şeirlərinin  bir  qismini,  Aşıq  Alı  ilə  deyişməsini 
və  “Ağ  Aşıq-Süsənbər”  dastanını  çap  etdirmiş,  aşığın  qısa  tər­
cümeyi-halını  vermişdir  (17,  s.  50-101).  Ə.  Axundov  M.Təh- 
masiblə  birlikdə  Ələsgərin  “Naxçıvan  səfəri”  rəvayətini  (4,  s. 
422-443)  və  “Ordubadlı  Kərimin  nağılı”  dastanın  “Kərim- 
Süsən” adı ilə çap etdirmişdir (10, s.  199-215).
Azərbaycan  müstəqillik  qazandıqdan  sonra  aşıq  sənəti­
nin  tədqiqi  yeni  mərhələyə  qədəm  qoydu.  Naxçıvan  folkloru 
nümunələri  əsasında  Azərbaycan  folkloru  antologiyasının  ilk 
cildinin  çap  olunması  ilə  respublikanın  digər  bölgələri  üzrə  də 
folklor  antologiyalarının  nəşrinə  başlanıldı.  Ulu  öndər  Heydər
%
10


Əliyevin  rəhbərliyi  ilə  aşıq  sənətinə  dövlət  qayğısı  artırıldı, 
ölkə  Prezidenti İlham  Əliyevin bu siyasəti uğurla davam etdir­
məsi  gözəl  nəticələr  verdi.  Aşıqlar  Birliyi  yaradıldı.  Azərbay­
can  aşıqlarının  5-ci  qurultayı  keçirildi.  Heydər  Əliyev  Fondu-
__  


nun  prezidenti,  YUNESKO-nun  və  ISESKO-nun  xoşməramlı 
səfiri,  millət  vəkili  Mehriban  xanım  Əliyevanın  səyilə  bu 
sənətin  YUNESKO-nun  qeyri-maddi  irs  siyahısına  daxil 
edilməsi  aşıq  sənətinin  inkişafı  üçün  əlverişli  mühit  yaratdı. 
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri  Vasif 
Talıbovun  7  fevral  2009-cu  il  tarixli  “Naxçıvan  Muxtar 
Respublikasında  Xalq  yaradıcılığı  günlərinin  keçirilməsi 
haqqında”  Sərəncamı  da  bölgədə  aşıq  sənətinin  inkişafı, 
tədqiqi,  nəşri  və  təbliği  işində  canlanma  yaratdı,  nəticədə  az 
müddətdə  xeyli  işlər  görüldü.  Bu  sətirlərin  müəllifi  tərəfindən 
Naxçıvan  aşıq  mühitinin  tədqiqilə  bağlı  ilk  monoqrafiya  (12) 
və  bir neçə  sanballı elmi  məqalə  çap etdirildi  (14).  ’’Naxçıvan” 
jurnalının  22-ci  sayının  böyük  bir  hissəsi  aşıq  yaradıcılığına 
həsr  olundu.  Bununla  eyni  vaxtda  işıq  üzü  görmüş  Naxçıvan 
folkloru  antologiyasının  I  cildində  bir  neçə  aşıq  haqqında  qısa 
məlumat və şeirlərindən bəzi  nümunələr verildi  (9,  с.,  I,  s.  415- 
457).
“Naxçıvan  aşıqları  və  el  şairləri”  adı  ilə  nəşr  edilən  bu 
kitab  isə regionun aşıq yaradıcılığı ilə  bağlı  keçmiş  sovet dövrü 
də  nəzərə  alınmaqla  müstəqillik  illərimizdə  yuxarıda  adı  çəki­
lən monoqrafiyadan sonra çap olunmuş  ikinci  kitabdır.  Kitabda 
müxtəlif əsrlərə  və  müasir  dövrümüzə  aid  böyük  bir  qrup  aşıq
və el  şairlərinin qısa tərcümeyi-halları,  şeirlərindən  nümunələr,
• •
aşıq  rəvayətləri  və  deyişmələri  toplanmışdır.  Ondə  əməkləri 
dəyərləndirilən  aşıqlarla yanaşı,  heca  vəznində  qoşub-yaratmış 
el  sənətkarlarından  Ululu  Kərim,  Qönçəbəyim,  Kalba  Molla 
İsmayıl,  Yamin  İsmayıl  və  Sərraf  Qasımın  adlarını  qeyd 
etmək  vacibdir.  Özündə  50-dən  artıq  aşıq  və  el  şairinin  haq­
qında  məlumatı,  yaradıcılıqlarından  nümunələri  və  aşıq 
rəvayətlərini  toplamış  bu  kitab  regionun  aşıq  mühitinin
%
11


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə