Belə dövran, belə vaxtda,
Gözəl rəhbər düşüb baxta.
El sevən əyləşib taxtda,
Naxçıvana gün doğubdur!
Köhnə nə ki var sökülür,
Yerində güllər əkilir.
Təzə binalar tikilir,
Naxçıvana gün doğubdur!
Aşıq
F
əitux
görür bunu,
Gözəl olar işin sonu.
Gündə dəyişilir donu,
Naxçıvana gün doğubdur!
De, nə vaxtdır sən burdasan?
Heç dinmirsən, xəyaldasan,
Sən ulusan, sən ustasan,
Gəl Aydınla barış, dağlar.
KÖNLÜM
Çiçək kimi büzüşmüşəm,
Novbaharı solan, könlüm.
Yenə qəmlə görüşmüşəm,
Var-dövləti talan, könlüm.
Yada düşür köhnə günlər,
Dəmli-qəmli xatirələr.
Düşünürəm bir də gələr,
O günlərdə qalan, könlüm.
Bir yarpağam od almışam,
Qar altında qaralmışam,
Aydm deyir qoçalmışam,
Qəm sazını çalan könlüm.
YAVAŞ-YAVAŞ
Şimşək kimi alov saçmır,
Yeriyəndə su tək axmır,
Şahin kimi qıya qalxmır,
Qoçalıram yavaş-yavaş.
Aydm deyir yavaş-yavaş,
Sarayımdan düşür bir daş,
Keçirirəm hərdən təlaş,
Qocalıram yavaş-yavaş.
AŞIQ RƏVAYƏTLƏRİ VƏ
DEYİŞMƏLƏRİ
%
ŞƏMKİRLİ AŞIQ HÜSEYNİN
NAXÇIVAN SƏFƏRİ
Aşıx Hüseyn_Mənim_əslim_gəncəlidi,_Şəmkirbasan_elim_mənim._Siyasətlər_çəkib_başım,_Düşüb_bura_yolıım,_mənim._Cahan'>Hüseyn gəlirmiş Reyhan xanımla deyişməyə. Edal-
ağa gölü yaxıımığında Qızılqışlaxda görür bir oğlan, bir qız,
oımardan da aralıda bir dəstə qız per-pencər yığır. Ancaq bu
pencər yığan qız heç oğlandan o yana getmir, hey oğlanı danış
dırır. Oğlan qıza məhəl qoymur. Yan-yörəsindən yığdığı buğa
qanqallarından soyub şirin-şirin yeyir. Deyir aşıx tayfasıki var,
gördüyün çağırar. Bını görən kimi sazı köynəhdən çıxartdı.
Dedi:
Əzizim budamaxda,
Bu çağda, bu damaxda,
Maya nər sövdasında
Nər qanqal budamaxda.
Demə qız da arif imiş. Başa düşdü ki, aşıx sözdəri
bunnara deyir. Odu ki, dildən qalmadı.
Gedən aşıx dayan, dur,
Sirrim sənə əyandır,
Aləmə şəms eyləmə
Oz nərim, öz mayamdır.
Aşıx Hüseyn_Aşıqlıq_elmindən_mən_xəbərdaram,_Aşmışam_hər_yerdə_meydanı_bir-bir,_Yüz_on_dörd_kitabdan_almışam_dərsim,_Gəl_sənə_göstərim_ayəni_bir-bir._Reyhan'>Hüseyn baxdı qız onun cavabın verdi. Sonra da
oğlanı arxasında gizdətdi. Götürdü sözün bu xanasın dedi:
Nərgizdər, ay nərgizdər
Qızılgüllər, nərgizdər,
Bədrlənmiş maya gördüm,
Daldasında nər gizdər.
Aşıx Hüseyn yoluna davam etdi. Per-pencər yığan bir
dəstəni də ötmək isdiyəndə qızdardan biri ondan xəbər aldı:
-Aşıx qardaş, hardan gəlib hara gedirsən?
Aşıx Hüseyn dedi:
85
-Qızım, Şəmkir elinnən gəlib Naxçıvan şəhərinə gedirəm.
ш
Kalbalıxan namə yazıb. Ireyhanla deyişməyə çağırıb.
Qız dedi:
-Xoş gəlibsiniz. Amma sənə bir qatar sözüm var. Deyə
cəm, qabağın desən, keş get. Deməsən, gedib onnan deyişmə
yinə dəyməz.
Aşıx Hüseyn şair idi. Bütün Şəmkir elində ad çıxarmışdı.
Qızın bu sözü onu tutdu. Ürəyində dedi, buna bax, deyənsən
elə Ireyhana deyərdin də. Amma fikrindən daşındı. Dedi:
-Qızım, de görüm nə deyəcəhsən?
Qız dedi:
Aşıx bənəh bənəhdi,
Xalın bənəh-bənəhdi,
Sənnən soruşum aşıx
Araz neçə sənəhdi?
Aşıq Hüseyn dedi:
Ay qız, bənəh-bənəhdi,
Xalın bənəh-bənəhdi,
Çağır dayansın Araz
Ölçüm neçə sənəhdi.
Qız aşığa sağ ol,- dedi. Aşıx Hüseyn gəlib Naxçıvan
şəhərinə çatdı.
86
NAXÇIVANDA CAHAN QARI İLƏ
ŞƏMKİRLİ AŞIQ HÜSEYNİN
DEYİŞMƏSİ
Cahan
Söylə görüm haralısan?
Danış indi sözün oğlan,
Ağlı, göylü, qaralısan,
Çıxart baxım sazın, oğlan.
Hüseyn
Mənim əslim gəncəlidi,
Şəmkirbasan elim mənim.
Siyasətlər çəkib başım,
Düşüb bura yolıım, mənim.
Cahan
Danışıxda nacaı* olsan,
Bağlamalar açar olsan,
Gecə durub qaçar olsan,
İzlədərəm izin, oğlan.
Hüseyn
Dostun yolunda naçaram,
Çox bağlamalar açaram,
Ölüncə çətin qaçaram,
Kəssələr də dilim mənim.
Cahan
Reyhan sinəni dağladar,
Qollarını dar bağladar,
Anaçığmı ağladar,
Çəkən olmaz nazın, oğlan.
Hüseyn
Dəryalara dalaram mən,
Canım oda salaram mən,
O Reyhanı alaram mən,
Ona çatsa əlim mənim.
ф
Cahan
Xoş gəlibsən Naxçıvana,
Dərdini söylə Cahana,
Səni yetirrəm Reyhana,
Onu görər gözün, oğlan.
Hüseyn
Aşıq Söyün, aç meydanı,
Gəldim görüm Naxçıvanı,
Birçə qucsaydım Reyhanı,
Dərdim yoxdu ölüm, mənim.
NAXÇIVANDA REYHAN XANIMLA
ŞƏMKİRLİ AŞIQ HÜSEYNİN DEYİŞMƏSİ
Reyhan
■
iki aşıq bir meydanda tapılsa,
Əyləşib sazların düzəllər bir-bir.
Sual verib, cavabını alanda,
Duruban meydanı gəzəllər bir-bir.
Hüseyn
Aşıqlıq elmindən mən xəbərdaram,
Aşmışam hər yerdə meydanı bir-bir,
Yüz on dörd kitabdan almışam dərsim,
Gəl sənə göstərim ayəni bir-bir.
Reyhan
Müxəıınəs gözlərə mənəm bir pıçax,
Çoxların salmışam meydandan qaçax,
Hanı mənim kimi bir kəndi qoçax,
Gələnlər yolların azallar bir-bir.
Hüseyn
Sona kimi sığal verib telinə,
Nə cumubsan sən bu eşqin gölünə,
Düşməyibsən kamil ustad əlinə,
Sənə dar elərəm dünyanı bir-bir.
Reyhan
Mən Reyhanam, tapmamışam tayımı,
Mərdlər itirməsin haqqı-sayımı,
Götürmüşəm ərənnərdən payımı,
Dediyim sözləri yazallar bir-bir.
Hüseyn
Yetmək olmaz Aşıq Söyün işinə,
Belə sözlər çətin girər guşuna,
Alım qucağıma, basım döşümə,
Dərim ağ sinəndən püstəni bir-bir.
Dostları ilə paylaş: |