Yusif səFƏrov naxçivan aşiqlari



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix13.11.2017
ölçüsü0,92 Mb.
#10049
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

Ustad dili yügrəy olar.  Tez libası tikdirib,  Miişkünazgilə 
üz qoydular.
Göy  üzün  duman  bürüdü,  bu  halda  yağış  yağdı,  palçıx 
dizə  çıxdı.  Ələsgər  babanın  hər  ayağında  bir  duvaxlıx  palçıx, 
Müşkünaz xanımın qapısını döydülər.
Müşkünaz  qapını  açıb,  Nağını  tanıdı,  əmə  yanındakın 
kim  olacağın  bilmədi,  fikir  elədi  ki,  qardaşım  Məhəmməd  bəy 
qardaşdığı  Ələsgərin  dalınca  Nağını  göndərib,  bəlkə  bı  odu, 
yox,  əmə  Ələsgər  deyilən  kimi  alim  təhər  bir  insandı,  axı  bu 
insana  da oxşamır.  Müşkünaz xanım Nağını  içəri  qoydu,  Ələs­
gəri  yox.  Nağı  ayağın  çıxardıb,  döşəyin  üstə  bardaş  qurdu. 
Müşkünaz xanım dedi:
-A Nağı, o kimdi? Adı nədi?
Nağı dedi:
-Adı  Solaxqəydi,  özü  də  qoca  aşıx,  mənim  də  şəyir-
dimdi.
-De buyursun  o  da içəri.  Ancax qapının ağzııman əyləş­
sin, paltarın üstə keçməsin.
Ələsgər  “buyur”  kəlməsin  eşidəndə  salamsız-kəlamsız 
düz döşəyin  üstə  addımladı.  Palçığın  biri  qapının ağzına düşdü 
ayağından, biri  də əyləşdiyi yerə.
Burasın  da  deyim  ki,  Ələsgər  Nağıya  demişdi:  “Nağı, 
mən neyləsəm,  sən  deyib  danışmazsan!  Denən  qoca  aşıxdı,  alt­
mış  yaşında  adamdı,  ağlı  zayıldı,  kərrən-kərrən  gəlir,  birdən də 
yaxşı olur”.
Sənə deyim Müşkünazdan, Müşkünaz dedi:
-Nağı,  dur  bu  palçığın  birin  salax  çölə,  o  birisi  isə  qoy 
qalsın,  bir  duvaxlıx  elərik,  qalanını  da  kərpiç  kəsdirib,  toyux 
damı tihdirərik.
Bəli, palçığın birin köməhləşib güc-bəla ilə atdılar çölə.
Müşkünaz dedi:
-Nağı,  sənin  xatrın  olmasaydı  bu  qonağa  bir  istəkan  su 
da  verməzdim,  ancax  odu  ku,  əyləşin,  sənin  xatrına  samavar 
salım, yol gəlmisiniz.
98


Müşkünaz  xanım  samovarı  saldı.  Ələsgər  Müşkünazın 
samavar saldığın görcəyin dedi:
-Bacı,  odu  da  ordan  tökürsən,  suyu  da,  bəs  onu  içmək 
olarmı?
Müşkünaz eşitçəyin bu sözü dedi:
-Nağı, bu nə qanmaz adamdı.
-Ay qız, dinmə, ağlı kəsəndə yaxşı söz də danışacax.
Müşkünaz əlini atıb bir nimçə düyü götürüb, arıtdamağa 
başladı.  Düyünü görən qoca dedi:
-Bacı, o nədi?
Müşgiınaz xanım dedi:
-Qonax, görmürsənmi, sənə xörək qayırıram, düyüdü.
Qoca dedi:
-Bacı,  o  qarışqa  boyda  şeydən  də  qonağa  hörmət 
olarmı?
Müşkünaz xanım dedi:
-Nağı,  bu nə  axmaxdı,  bunu  lıansı  meşədən  tutub  gətir­
misən? Avandma da döy, tərsinə də.
Müşkünaz xanım çayı, çörəyi hazırlayıf, qabağa gətirdi.
Qonaxlar  başladılar  çörək  yeməyə.  Müşkünaz  xanım 
qocanın adam kimi çörək yediyin görüb təəççübləndi, dedi:
-A Nağı, gör bu qoca necə də adam kimi çörəh yeyir.
Nağı dedi:
-Bacı,  bu  qocanı  çox  tənqid  eləmə,  sənə  dedim,  ağlı 
kəsəndə yaxşı söz də danışır.
Bunlar  burada  qalsmnar,  indi  sizə  kimnən  deyim,  Mə­
həmməd bəydən, Aşıq Çəfərullahdan, Aşıq Əsədullahdan.
Aşıq  Əsədullah  eşitdi  ki,  Nağı  bir  aşıx  gətirib,  özü  də 
tərsinə.  Ançax əlində  bir sazı  var ki,  özündən  qiymətdidi.  Əsə­
dullah dedi:
-Ədə,  Cəfər,  qızıl,  mal,  mülk  nə  qədər  alsax,  bölərik, 
əmə saz mənimki di.
Bəyləmən danışıb, aşxama məclis qurdurdular.
Məclis quruldu.
99


#
Aşıxlar  hamısı  gəlib  məclisdə  əyləşdi.  Bu  məclisə 
Qazaxdan  İsrafil  ağa  da  öz  dəstəsiylə  dəvət  olunmuşdu.  Hamı 
öz yerində əyləşdi, Məhəmməd bəy dedi:
-Gedin, Nağıya deyin şəyirdini  də götürüb gəlsin.
Qasid gəlib xəbəri Nağıya yetirdi.
Nağı qocaya dedi:
-Qoca, dur gedək!
Müşkünaz xanım dedi:
-A  Nağı,  bu  qojuyu  hara  aparırsan?  Qoy  bu  uşaxları 
saxlasın biz gedək.
Nağı:
-Yox,  Müşkünaz,  bu  mənim  şəyirdimdi,  bunsuz  mən 
məclisə  getmərəm,-deyə,  qocanı  da  götürüb  məclisə  gəldi. 
Hamı  Nağıya  yol  görsətdi.  Qocam  isə  “çölə  qovun”  işarəsi 
elədilər.
Qocanı  görən kimi, İsrafil ağa yaxınlaşıb, yavaşca dedi:
-Qardaşım, xoş gördük!
Qoca dedi:
-Qardaş,  üstünü  vurma.  Məsələ  ayrıdı.  İsrafil  ağa  arif 
adamıydı, tez başa düşüb,  üstünü vurmadı.  İsrafil  ağa öz yerin­
də  əyləşib,  qəlyanı  doldurdu,  çəkməyə  başladı.  Qoca  isə  heç 
salam  da  verməyib,  düz  başa keşdi.  Bəyin  birin  otərəfə  itələdi, 
birin bu tərəfə dirsəyilə, aralarında oturdu.
Qəzəblənmiş  bəy  tez tapançaya əl  atdı,  israfil  ağa bəyin 
əlin tutub dedi:
-Bu  pis  olsa,  qanmaz  olsa,  nə  xərci  olsa,  mənim  boy­
numa.  Mənə  bağışlayın, vurmayın!
Bundan sonra hamı  öz yerində  əyləşdi.  Ancax Aşıq  Cə- 
fərullah əyləşmədi,  sazın alıb, meydana girdi, İsrafil ağa dedi:
-Məhəmməd bəy, bu nə işdi, məclis bir cür görünür.
Məhəmməd  bəy  işarə  elədi  Aşıq  Əsədullaha  ki,  di 
cavab ver.
Əsədullah dedi:
ф


-Heç  bir  şey,  bu Nağıynan  Aşıq  Cəfərullahın  bi  az  çə­
kilməmiş yarması var, çəkib qurtarsınlar, sonra söhbət elərik.
Nağıya dedilər:
-Ay  abırsız,  səni  bağlayıb,  özünün  də  sazını  almışıq, 
özün  nə  bilirdin  ki,  indi  də  gedib  bu  qanmazı  gətirmisən,  hələ 
bir bəyi xərcə saldığın da bəs deyil?!
Solaxqəy dilləndi:
-Ustalar, siz deyişirsiniz, ya döyüşürsünüz?
Cəfərullah dedi:
-Yox, deyişirik,
Solaxqəy dedi:
-Onda gəlin deyişək, əmə deyin görək nə təhər deyişək.
Cəfərullah dedi:
• •
-Elə  söz deyək ki,  “Ay  nədən  oldu”  olsun.  Ozü  də  kim 
bağlasa, ustasıynan da deyişəcək.
Sazlar,  köynəhdən  çıxdı.  Birinci  söz  çatdı  Aşıq 
Cəfərullaha. Aldı Cəfərullah görəh nə dedi:
Əzəldən can deyib, can eşidən yar, 
indi beybafalıx ay nədən oldu?
Deyirdin ölüncə dönmərəm səndən,
Yadınan aşnalıq ay nədən oldu?
Solaxqəy dedi:
-Oğul,  bir  kəs  ki,  bağ  becərə,  zəhmətini  cəkə,  saxlaya, 
meyvənin  yetişən  vədəsi  ola,  bağbandan  ixtiyarsız  bar  qopar­
dasan,  bə  bağ  sahibi  deməzmi mənim barımı niyə  qopardırsan? 
Yəni bu söz sənin döy, özgənin sözün öz adma niyə deyirsən?
Aşıq Ələsgər bunu deyib, aldı görəh necə cavab verdi:
Yerin, göyün, ərşin, kiirşün, asmanın 
Günhü, bünövrəsi ay nədən oldu?
Yeri göydən, göyü yerdən kim seçdi,
Hikmətin dəryası ay nədən oldu?
Hamı bir ağızdan dedi:
-Əyə, bu nə mərifətli qoca imiş...
Müşkünaz xanım da öz-özünə dedi:


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə