Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə20/42
tarix24.10.2017
ölçüsü2,82 Kb.
#6499
1   ...   16   17   18   19   20   21   22   23   ...   42

 
63 
qalın  olmur,  təmiz  olur,  lianlar  oradakı  ağacları  aşağı  qurşaqlarda 
olduğu kimi boğa bilmirlər, meşədə hərəkət etmək və gəzmək yaxşı 
təsəvvür  bağışlayır.  Bu  qurşaqda  meşə  cinsləri  yaxşı  inkişaf  edirlər, 
hündür boylu, 20-25 m, bə’zən də 30 m-ə çatır. Meşə çox işıqlı olur. 
Ağacların diametri normal olduğu üçün ən aşağı mərtəbələrə, torpaq 
yanı ot bitkilərinə çox yaxşı şərait yaradırlar ki, onlar da qazon tipli, 
taxıl  bitkiləri  hesabına  çəmənlik  yarada  bilirlər.  Turistlər  üçün  bu 
qurşaq bitkiliyi çox önəmli ola bilər.  
Orta  qurşaqların  şimal  yamaclarında 
Fagus  orientalis  birinci  plana 
keçərək  yenə  qarışıq  Hirkan  meşəliyi  yaratmaqla  bərabər  meşəaltı 
bitkilər  çoxluq  təşkil  edirlər.  Burada 
Hedera  pastuchowii  meşənin  iri 
ağaclarına dolaşmaqla lian tipli mühit yarada bilir. Meşəaltı bitkilərdən bu 
yamacında 
İlex,  Danae,  Mespilus,  Grataegus  cinslərinin  bir  neçə 
növlərinə  rast  gəlinir.  Bunlardan  başqa  şimal  yamacda  tək-tək 
Sorbus 
torminalis, Cydonia oblonga, Pyrus, Roza, Rubus və başqa kol bitkilərinin 
bir-iki növləri rast gəlir. Ot bitkiləri isə bu yamacda bolluq təşkil edirlər. 
Taxus  baccata  –  iynə  yarpaqlılar  nümayəndələrindən  olmaqla  – 
Qafqaz  meşələrində  geniş  yayılmışdır.  Bu  növ  iynə  yarpaqlı  ağac  və 
kollar Hirkan qarışıq meşəliyində yayılmaqla bərabər özü təklikdə Siyov 
kəndi  yaxınlığında  qaraçöhrə  meşəliyi  yaradır.  Burada 
Taxus  baccata-
dan başqa 
Carpinus schuschacnsis və Lonicera iberica-nın, ot bitkilərinin 
32  növ  olduğunu  A.A.Qrossheym  1926-cü  ildə,  müəlliflərdən  biri  isə 
(akademik V.Hacıyev) 1979-cu ildə 45 növ olduğunu göstərmişdir. Çox 
düzgün  olaraq  A.A.Qrossheym  bu  meşəliyin  sonradan  bərpası  ilə  izah 
edir. Görünür Siyov ətrafında vaxtı ilə meşələr qırıntıya məruz qalmışdır. 
Qaraçöhrənin  isə  bir  hissəsi  yandırılmışdır.  Məhz  ona  görə  sonradan 
bərpa  olunan  bitkilərin  əksəriyyəti  kserofit  təmayüllü  bitki 
nümayəndələrindən ibarət olmuşdur. 
Dəniz  səthindən  hündürlüklərə  qalxdıqca  relyef  sərtləşir, 
qayalıqlar  artır,  dağların  mailliyi  çoxalır,  meşəlik  isə  öz  normal 
inkişafını  davam  etdirir.  Ancaq  landşaftda  bir  qədər  dəyişiklik  hiss 
olunur.  Meşələr  aşağı  qurşaqlarda  olduğu  kimi  yox,  geniş  ləkələr 
formasına düşür. Görünür bütün bunlar sərt dağ qayalıqlarının, kasıb 
qruntlu  yamacların,  torpaq  qatının  kasıb  və  daşlı,  qayalı  olmasından 
irəli  gəlir.  Bu  tip  meşəliklərdə 
Quercus  macranthera  birinci  yerdə, 
Carpinus orientalis isə ikinci yerdə durmaqla, çox komponentli qarışıq 
meşəliklər  yaradırlar.  Bu  tip  meşəliklərdə  3  növ  ağcaqayın 
(Acer 
laetum,  A.  velutinum,  A.  campestre,  Carpinus  caucasica,  Quercus 
costaneifolia, Fraxinus excelsior, İlex hyrcana, Mespilus germanica, 3 
növ 
Grataegus,  Euonymus  latifolius,  Pyrus,  Rubus  və  Lonicera 


 
64 
cinslərinin  bir  neçə  növləri  rast  gəlinir.  Sarmaşıqların  (Lian)  bu 
meşələrdə olmaması ilə yanaşı ot bitkiləri həddən artıq çoxdur. Məs.: 
taxıllardan  – 
Poa  nemoralis,  Dactylis  glomerata,  Poa  pratensis, 
Brachypodium  silvaticum,  Agrostis  tenuis,  müxtəlif  otlardan  isə 
Dryopteris  filix  mas,  Sanicula  europaea,  Campanula  rapunculoides, 
Digitalis  nervosa,  Geum  urbanum,  Fragaria  vesca,  Orobus,  Stachys, 
Carex,  Primula,  Stellaria,  Calamintha,  Silene,  Asplenium,  Luzula, 
Centaurea,  Lilium,  Melica,  Trifolium,  Briza,  Bromus  cinslərinin  bir-iki 
növləri  rast  gəlinir.  Bu  tip  meşələrdə  ot  örtüyü  55  növdən  ibarət 
olduğu göstərilmişdir 
(Гаджиев В.Д. и др., 1979). Tək Trifoliumun bu 
tip meşəliklərdə 5 növü mövcuddur. Ot bitkilərinin bu tip meşəliklərdə 
az-çox  rast  gəlmələri  edifikatorların  bolluğundan  və  meşənin  dağın 
hansı cəhətində olmasından və tərkibindən asılı olur. Endemik 
Paeonia 
mlokosewitschii  və  Lilium  ledebourii  də  bu  tip  meşəlikdə  tez-tez  rast 
gəlinir.  
Yuxarı qurşaqlarda, o yerdə ki, meşələr tükənir - qayalıqlarda kol 
cəngəlliyi  çoxillik  ot  bitkiləri  ilə  birlikdə  özlərinə  məxsus  cəngəlliklər 
yaradırlar. Bu cəngəlliklərdə demək olar ki, meşə ağaclarının bərpası 
hiss  olunmur.  Baxmayaraq  ki,  meşə  toxumları  bu  cəngəlliklərə 
düşürlər, ancaq çim qatı toxumların cücərməsinə şərait yarada bilmir, 
məhz ona görə də bərpa hiss olunmur. Meşə yerə yayılan və yaxud 
frigana tipli dağ-kserofit kollarla və çoxillik otlarla əvəz olunur. 


 
65 
V BÖLMƏ 
 
Friqana və ya dağ-kserofit bitki örtüyü 
 
Bu  bitkilik  tipləri  ən  çox  relyefi  sərt,  mürəkkəb  yamaclı  sıldırım 
dağlarla,  qayalarla  örtülü  quru  yamaclarda  rast  gəlinir.  Dağ-kserofit 
və  friqana  tipli  bitkiliklər  ərazinin  bütün  qurşaqlarında,  ən  çox  isə 
cənub  və  cənub-şərq  yamaclarında  müxtəlif  tərkibdə  formalaşırlar. 
A.A.Qrossheymə  (1948)  görə  bu  tip  bitkiliyə  ən  qədim  –  üçüncü 
dövrün  qalıqları  kimi  baxılmalıdır.  L.İ.Prilipkoya  görə  Hirkan 
yüksəkliyində,  açıq  dağ  mühitində,  bu  tip  bitkilik  ən  çox  təbaşir 
tərkibli  yamaclarda  formalaşırlar.  Erkən  yazda  (terofitlər)  yamacda 
çiçəkləməyə  başlayırlar.  Xüsusilə,  soğanaqlılar  və  kökü  yumrular 
(Gagea,  Ophrus,  Crocus,  Orchis,  Allium,  Colchicum,  Puschkinea, 
Muscare,  Merendera,  Ornitogalum  və  b.).  Yaz  fəslində  dağ  ərazinin 
yamacları  müxtəlif  rəngli  (sarı,  qırmızı,  ağ  və  b.)  çiçəklərlə  bəzənir. 
Yaz çiçək landşaftı ilin 55-60 yaz gününü əhatə edir. Yaz spektri yay 
spektri  ilə  əvəz  olunanda  çiçəkli  bitkilərdə  bir-birini  əvəz  edirlər. 
Frigana  tipli  yamaclarda 
Allium  və  İris  növləri  onların  çiçək  qrupları 
və  rəngləri  bir-birini  əvəz  etməklə  yaşıllığı  gülçülüyə  çevirir.  Burada 
4-5  növ  süsənə 
(İris  zuvandicus,  İ.  hyrcana,  İ.  medwedewii  və  İ. 
lineolata)  rast  gəlinir.  Azərbaycanın  44  yabanı  Allium  növlərindən 
yalnız  17-18  növə  ərazimizin  quru  dağ  yamaclarında  rast  gəlir  ki, 
bunların  da  5-i  endemik  bitkidir 
(Allium  virida  Grossh.,  A. 
dictyoprasum 
C.A.M., 
A. 
transcaucasicum 
Grossh., 
A. 
synthamanthum C. Koch., A. lenkoranicum Misch.), Qaz soğanlardan 
isə bu yamaclarda 2 növ endemik 
(Gagea alexeenkoana Miscz. və G. 
caroli-kochii  Grossh.)  bitkiyə  rast  gəlinir.  Dekorativ  çoxillik  kserofit 
kollardan  və  çoxillik  otlardan 
–  Acontholimon,  Hedysarum,  Stachys, 
Salvia,  Dianthus,  Roza  cinslərinin  bir  çox  dekorativ  növləri  bu 
bitkiliyin əsas komponentlərindən sayılırlar. 
Dağ-kserofit  və  friqana  –  tip  bitki  örtüyü,  iki  formasiyada  özünü 
formalaşdırır:  Trakakantlı  və  Akontolimonlu  formasiyalar.  Sahənin 
ekoloji, geomorfoloji quruluşlarına görə hər iki formasiya eyni floristik 
tərkibdə olmaqla, ekoloji varlıqda demək olar ki, eynidir. Bunları bir-
birindən  ayıran  torpaqların  tərkibidir.  Trakakant  torpağı  təbaşir 
önəmli  olsa  da,  torpaq  xırda  daşlıqlardan  və  kasıb  torpaqdan 
ibarətdir.  Akontolimon  bitən  torpaqların  isə  bir  qədər  humus  qatı 
vardır.  Flora  tərkibləri  eyni  olsa  da  Akontolimonlu  növlərin  sayı 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə