6
və hərbçilərin uzun-uzadı hesabatlarını və xarici qonaqları qəbul edərkən
şahın yorulmaması üçün taxtın oturacağı qu tükü ilə doldurularaq yaşıl
rəngli məxmərlə üzlənmişdir. 1501-ci ildə Şah İsmayıl Xətai I İbrahimin
nəvəsi Fərrux Yasarı məğlub edərək taxtı Təbrizə gətirmiş, Fərəhabadın
hakimi olan qardaşı Müzəffər xana hədiyyə etmişdir. Təxminən yüz il
sonra dəniz qulduru olan rus kazakı Stepan Razin (1630 – 1671)
Fərəhabadı qəfil basqınla qəsb edərək taxtı Samaraya gətirmişdir. Razin
Quldur Hərəkatı yatırıldıqdan sonra taxt əldən-ələ keçmiş, nəhayət rus
milyonçusu Savva Morozov tərəfindən alınaraq Romanovlar sülaləsinin
hakimiyy ətinin 300 illiyi münasibəti ilə rus çarı II Nikolaya hədiyyə
edilmişdir. Taxt bu minvalla çarın Qış Sarayına (Ermitac muzeyi) düşərək
hal-hazırda orada saxlanır. Çox böyük təəssüf hissi ilə qeyd edirik ki,
YUNESKO-nun dünya mədəni irsi abidələri sıyahısına salınmış Şirvanşah
sarayı öz əsas atributunun yolunu hələ də gözləyir.
Aleksandr Düma Talış meşələrində məskən salmış pələnglərin Araz
çayından keçib Qarabağa qədər gedib çıxdıqlarını, bu ərazilərdə
bəbirlərin geniş yayıldığını, insanların bəbirləri əhliləşdirərək onları
yəhərin qaşına bağlayıb ceyran ovuna çıxdığını qeyd edir
(Düma A.,
1985).
Biosfer rezervatlarla bağlı 1970-ci ildə YUNESKO-nun Baş
konfransının 16-cı sessiyasında hökumətlərarası «İnsan və Təbiət»
(«Man and Biosphere», MAB) proqramı qəbul edilmişdir. Bu proqramın
qəbul edilməsində əsas məqsəd təbii ehtiyatların idarə olunmasının və
insanla təbiət arasındakı davamlı münasibətlərin yaradılmasında əsas
problemlərini öyrənməkdən ibarət idi. MAB-ın ali orqanı Beynəlxalq
Koordinasiya Şurası (BKŞ) hesab edilir. Bu proqramın həyata keçirilməsi
məqsədi ilə
Biosfer Rezervatların Beynəlxalq Şəbəkəsi yaradıldı.
Biosfer rezervatlar insan və təbiətin qarşılıqlı əlaqələrinin optimal
modelinin
hazırlanmasında,
elmi-tədqiqat
və
maarifləndirmə
məsələlərində, ekoloji monitorinqin aparılması üçün istifadə olunur.
Biosfer rezervatlar üç funksional zonaya bölünür:
1 – qoruq recimi statusuna malik əsas zona; bu zonanın əsas
funksiyaları – ekosistemlərin və bioloji müxtəlifliyin qorunması, tədqiqi və
bərpasından ibarətdir.
2 – təbiətdən istifadəyə ciddi məhdudiyyətlər qoyulmuş
bufer zonası;
onların əsas funksiyaları isə əsas zonaya edilən təsirin nizamlanması
hesab edilir.
3 –
keçid zonası (tranzit zona) – bir növ davamlı inkişafın
mexanizmlərinin sınaq poliqonudur.
7
Biosfer Rezervatların yaradılması zamanı əsas məqsədlərdən biri də
kənd əhalisi ilə ətraf təbii mühitin harmonik əlaqəsini yaratmaqdan
ibarət idi. BKŞ-nın 1971-ci ildə keçirdiyi ilk iclası MAB-ın yaranma tarixi
hesab edilir. Bu andan etibarən demək olar ki, «insan və təbiət»
konsepsiyası «insan» anlayışına sistemdə ətraf təbii mühitə zərərli təsir
edən aqressiv elementi kimi baxmağa başladı. Məhz buna görə
proqramın əsas mövzusu ekosistemlərin mühafizəsi məsələsidir. BKŞ
əsas təbii sistemlərə – ekvatorial və tropik meşələrə, sahilyanı və dağ
ekosistemlərinə, mülayim qurşaq meşələrinə, bozqır və səhralara insan
təsirinin miqyas və nəticələrini müəyyənləşdirən layihələrə yardım
etməyə başladı.
1974-cü ildə amerika alimləri uzunmüddətli elmi tədqiqatlara
əsaslanan ilk biosfer rezervat yaratdılar. Əgər 1976-cı ildə 8 dövlətdə 59
biosfer rezervat yaradılmışdısa, növbəti 5 il ərzində «insan və biosfer»
proqramının on illiyi ərəfəsində artıq dünyanın 55 ölkəsində 200 biosfer
rezervat fəaliyyət göstərirdi. Biosfer rezervatların böyük əksəriyyəti
əvvəllər yaradılmış milli parkların və digər xüsusi mühafizə olunan təbiət
ərazilərinin sahələrində yaradılırdı. Burada əsas fərq ondan ibarət idi ki,
indi alimlər və mütəxəssislər tədqiqatları MAB çərçivəsində aparırdılar.
Biosfer rezervatların inkişafındakı növbəti mühüm addım 1983-cü ildə
Minsk şəhərində keçirilmiş biosfer rezervatlar üzrə birinci beynəlxalq
konqresdə atıldı. Konqres üzvləri biosfer rezervatların çoxfunksiyalılığını
qəbul edərək tədqiqat, monitorinq, təlim, maarifləndirmə və yerli
icmalarla əlaqə məsələlərini xüsusi qeyd etdi. «İnsan və Biosfer»
proqramı 1992-ci ildə Rio-de-Caneyroda keçirilmiş BMT-nin ətraf təbii
mühit və inkişaf üzrə Konfransında yeni mərhələyə qədəm qoydu. Bu
konfrans təbiəti mühafizə üzrə beynəlxalq proqramlara çox böyük təkan
verdi. Məsələn, Bioloji müxtəlifliyin qorunması üzrə Konvensiya
biomüxtəlifliyin mühafizəsində «ekosistem yanaşmasını» irəli sürərək
ətraf təbii mühitin problemlərinin qlobal tədqiqi zamanı sistemin ayrı-ayrı
hissələrinə də diqqət yetirməyin vacibliyini, onları birləşdirən proseslərin
dinamikasının izlənməsinin mühümlüyünü qeyd etdi, «ekosistem
yanaşma» metodunun təkcə təbii sistemlərə deyil, sosial və iqtisadi
sistemlərə də tətbiqinin mümkünlüyünü vurğuladı. MAB Proqramı
sonralar bu yanaşmanı təqdirəlayiq hesab edərək bu konsepsiyanın
biosfer rezervatlara tətbiqində 5 müddəa irəli sürdü. Bundan əlavə, XXI
əsrin Proqramının «Hərəkət planı»nda ətraf təbii mühitin keyfiyyətinin
yaxşılaşdırılması ilə bərabər yerli ictimaiyyət ilə də qarşılıqlı
münasibətlərin yaradılmasının vacibliyi qeyd edilir.
Dostları ilə paylaş: |