8
Biosfer rezervatların bazasında davamlı inkişaf konsepsiyası 1995-ci
ildə Sevilyada keçirilmiş beynəlxalq konfransda özünün sonrakı inkişafını
əldə etdi. Nümayəndələr bioloji rezervatların idarə olunmasında on əsas
məsələni müəyyənləşdirdi, qarşıdakı məqsədlərin icrası zamanı zəruri
parametrlərin siyahısını tərtib etdikdən sonra onların funksiyaları daha
aydın şəkil aldı
(Batisse M., 2001). Qeyd edildi ki, biosfer rezervatlar
ərazilərində ancaq yerli əhali ilə cəmiyyət arasındakı razılıq nəticəsində
davamlı inkişafa nail olmaq mümkündür. Bu addım cəmiyyətdə onların
rolunu yeni bir mərhələyə qaldırdı. Sevilya konfransında hazırlanmış
«Biosfer Rezervatlar Qovşağının Dünya Şəbəkəsinin yaradılması
haqqında» Əsasnamə sonradan YUNESKO üzvü ölkələri tərəfindən qəbul
edilərək bir növ MAB Nizamnaməsinə çevrilib onu hüquqi cəhətdən
möhkəmləndirdi, cəmiyyətdə yeni bir baxışlar sistemi yaratdı.
Son zamanlarda yaranmış Sərhədyanı biosfer rezervatlarını isə
keyfiyyətcə yeni mərhələ hesab etmək olar. Bu gün artıq Fransa –
Almaniya, Çexiya – Polşa, Polşa – Slovakiya, Rumıniya – Ukrayna, Polşa
– Slovakiya – Ukrayna və s. sərhədyanı biosfer ərazilər buna misaldır.
İnformasiya mübadiləsi sahəsində də xeyli nailiyyətlər əldə edilmişdir. Bu
mübadilələr əsasən MAB-ın Avropa, Afrika, Cənub-Şərqi Asiya və digər
regional mərkəzlərində təşkil edilən mütəmadi görüşlər nəticəsində əldə
edilir. Sonda onu demək lazımdır ki, biosfer rezervatlar artıq nəinki
dünyada özünə yer tutmuş, o, eyni zamanda Beynəlxalq Təbiəti
Mühafizə Cəmiyyətinin 2000-ci ildə Omanda keçirilmiş Konqresində
«ekosistem yanaşmasının ən yaxşı nümunəsi» adlandırılmışdır. Hal-
hazırda biosfer rezervatlar nadir təbiət ərazilərinin mühafizəsi
məsələsindən tutmuş çeşidli ekosistemlərdə bioloji və mədəni
müxtəlifliyin qorunması məsələsinə qədər uzun bir inkişaf yolu
keçmişdir. Gələcəkdə, şübhəsiz ki, biosfer rezervatlar insanla təbiətin
barışıq yaratdığı nümunəvi ərazilər olacaqdır.
Xronoloji baxımdan İnsan və Biosfer Proqramının inkişaf tarixindəki
əsas mərhələlər aşağıdakılardır:
•
1970: YUNESKO-nun Baş Konfransı. Nümayəndələr İnsan və
Biosfer Proqramının yaradılmasını dəstəklədilər. Proqramın məqsədinin
kənd əhalisi ilə ətraf təbii mühitin harmonik birgə yaşayışını müdafiə
etməkdən ibarət olduğu qeyd edildi.
•
1971: Beynəlxalq Koordinasiya Komitəsinin birinci iclası.
Bu iclas İnsan və Biosfer Proqramının yaranma tarixi hesab edilir.
İclasda 14 tədqiqat proqramının təsis edilməsi qərara alındı. Bu
9
proqramların məqsədi insanın müxtəlif təbiət sistemlərinə təsirini
öyrənməkdən ibarət oldu.
•
1972: İnsanı əhatə edən Ətraf Təbii Mühit üzrə BMT-nin
Konfransı, Stokholm. Planetin ekosistemlərinin etalon nümunələrinin
mühafizəsi məqsədi ilə qorunan təbiət ərazilərində qlobal şəbəkənin
yaradılması üzrə tövsiyələr verildi.
•
1976: YUNESKO-nun Biosfer Rezervatları anlayışının
müəyyənləşdirilməsi üzrə iclası. Dünyanın 8 ölkəsində 59 biosfer
rezervat yaradıldığı qeyd edildi.
•
1983: Biosfer Rezervatlar üzrə Birinci Beynəlxalq
Konqres. Nümayəndələr elmi-tədqiqat, monitorinq, maarifləndirmə,
təhsil və yerli icmalarla münasibətlərin yaradılması məsələləri də daxil
olmaqla biosfer rezervatların inkişafı üzrə hərəkət planının detallarını
hazırladı.
•
1992: Yer Planetinin Sammiti, Rio-de-Caneyro. Bioloji
müxtəliflik üzrə Konvensiya «ekosistem yanaşması»nı təqdim edərək
ətraf təbii mühit problemlərinin analizi ilə yanaşı sosial və iqtisadi
problemlərin də öyrənilməsinin zəruriliyini qeyd etdi. Belə ki, Hərəkət
Planının 21-ci paraqrafında lokal təbii mühitin mühafizəsi və inkişafına
yerli əhalinin cəlb olunması ideyası irəli sürüldü.
•
1995:
YUNESKO-nun
Sevilya
Konfransı.
Biosfer
Rezervatların yaradılması və idarə olunmasında davamlı inkişafın vacibliyi
haqqında Sevilya Strategiyası, biosfer rezervatlar haqqında Əsasnamə
qəbul edildi. Bu Əsasnamədə ərazilərin təsdiqi, şəbəkənin yaradılması,
dövrü müşahidələr və biosfer rezervatların YUNESKO-nun biosfer
rezervatları siyahısından çıxarılması qaydaları müəyyənləşdirildi.
•
2000: Sevilya+5 İclası, Pamplone. Nümayəndələr son 5 il
müddətində beynəlxalq səviyyədə Sevilya Strategiyasının müddəalarının
reallaşdırılması məsələlərini nəzərdən keçirdi.
•
2004: Daim duman şəraitində olan dağ meşələrinin
mühafiz əsi və idarə olunmasının tədqiqinə həsr edilmiş
beynəlxalq simpozium, Vayme, Havay (ABŞ). Dünyanın tanınmış
mütəxəssislərinin və mühafizəçi-ekspertlərinin çox vacib olan bu tip
meşələrin mühafizəsinin daha da gücləndirilməsi üzrə fikir mübadiləsinin
keçirilməsi planlaşdırılır. YUNESKO-nun MAB proqramı və YUNESKO-nun
Beynəlxalq Hidrologiya Proqramı bu tip meşələrin mühafizəsi və idarə
olunmasındakı qarşılıqlı əməkdaşlıq üzrə birgə iclas planlaşdırır.
Ölkəmizdə Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri mədəniyyəti çox
qədim tarixə malikdir. Ata-babalarımız hər zaman təbiətlə harmonik
Dostları ilə paylaş: |