21
«Ləngəkəran» – «ləngidən yer» deməkdir. Onu da demək lazımdır ki,
bu ərazidə «kəran» sonluqlu adlar çoxdur: Səpinəkəran, Şıxəkəran,
Gilokəran, Sufridkəran, Seydəkəran və s. Digər yerli versiya Lənkəran
sözünün «lankon» ləngimək (farsca «ləng konət», talışca «lanq
kon») mənasını daşıdığını bildirir. Bu baxımdan əsas landşaftı
qumsallıq, bataqlıq, qamışlıq və çəltiklik elementlərindən olan, isti
iqlim və dənizdən gələn ifrat rütubət ilə xarakterizə olunan Astara
adının da «asta hərəkət»dən yaranması kimi yozulmasına əsas verir.
Bəzi mütəxəssislər «talış» sözünün mənasını da ərazinin bu
xüsusiyyəti ilə bağlayırlar. Bu fikrə görə «talış» talış dilində - «toloş,
tülüş» - torpaq, zığ sözündən yaranmışdır. «Kəran» sonluğu isə çox
güman ki, «yer», «oba» mənasını daşıyır.
Bəzi qaynaqlar indiki Lənkəranın yaxınlığında Lankon adlı kəndin
olduğunu, Lənkəranın böyüdükcə həmin kəndin şəhərə qarışdığını
bildirir. İndiki Lənkəranın tarixinə gəldikdə isə Nadir Şahın
ölümündən sonra Talış Xanı Qaraxanın xanlıq mərkəzini Astaradan
Lənkərana-indiki yerə köçürməsi ilə yaranmışdır.
Lənkəran Gülüstan sülh müqaviləsi əsasında 1813-cü ildə
Rusiyaya qatılmışdır. O, 1840-cı ildən Talış uyezdinin mərkəzi kimi
Kaspi vilayətinə, 1846-cı ildən Şamaxı quberniyasına, 1859-cu ildən
isə Bakı quberniyasına daxil idi. 12 may 1843-cü ildə Kaspi vilayətinin
digər uyezdləri kimi Talış uyezdinin də gerbi təsdiq edilir. Gerbin
konturu qalxan formasında olub yuxarı hissəsinin fonu qızılı, aşağı
hissəsininki isə yaşıl rəngdədir. Qızılı fon iki hissəyə bölünərək soldakı
hissədə pələng, sağdakı hissədə isə üç ədəd alovdan ibarət yanar
torpaq təsvir edilmişdir. Yaşıl fonda gümüşü rəngli mala (tarla
dırmıxı)
Talış torpaqlarının məhsuldar olduğunu, qıvrılmış ilanlar burada
ilanların çoxluğunu göstərir (Gerb bütün vilayəti əhatə etdiyindən
ilanlar daha çox Muğan düzünə aiddir). 1876-cı ildə Lənkəran
şəhərinin yeni gerbi tərtib edildi. Qalxanın ortasında əks
istiqamətlərdə gərilmiş iki balıq təsvir edilmişdir. Qalxanın yuxarı
hissəsində Bakı quberniyasının gerbi, «müqəddəs Aleksandr» lenti ilə
bir-birinə bağlanmış qızılı rəngli iki ədəd çarpaz lövbər təsvir
edilmişdir.
Azərbaycanda yeni rus hakimiyyətinin yaranması ilə Avropanın
müxtəlif xalqlarının bu ərazilərə, o cümlədən Talışa gəlməsi prosesi
başlanmışdır. Bunlar əsasən almanlar, ruslar və ukraynalılar idilər.
Lənkəran qəzasına gələn koloniyalar əsasən ruslardan ibarət idi.
22
Bunlar «andı, kilsəni, dini mərasimi və ali hakimiyyəti qəbul
etməyən» insanlar kimi çar hökuməti tərəfindən buraya sürgün
edilmiş müxtəlif xristian təriqətçiləri (molokanlar, duxoborlar,
yəhudipərəstlər, babtistlər, subbotniklər və s.) idilər. Lənkəran
qəzasına sürgün edilənlər subbotniklər olub Andreyevka, Astraxanka,
Novoqolskoye, Pravoslavnoe, Privolnoe, Prişib, Vel və Nikolayevkada
məskunlaşdırılmışdılar. 1914-cü ildə Bakıda çap olunmuş «Очерк
сельского и лесного хозяйства Ленкоранского уезда Бакинской
губернии» əsərində burada 13 rus kəndinin olduğunu; Privolnoyenin
1838-ci ildə, Andreyevka, Petrovskoe və Prişibin 1840-cı ildə,
Nikolayevkanın 1841-ci ildə, Astraxankanın 1842-ci ildə,
Novoqolkanın 1844, Vel kəndinin 1862, Pravoslavnoyenin 1864,
Aleksyevka, Qriqoryevka və Pokrovkanın 1904, Burcalı kəndinin isə
1905-ci ildə yaradıldığını bildirir. Əsərdə ərazinin etnik
rəngarəngliyinə toxunularaq qəza əhalisinin sayının 154 443 nəfər,
onlardan 14 317 nəfərin rus, 77 066 nəfərin talış, 63 060 nəfərin isə
azəri türkü olduğu bildirilir, qəzanın başlıca torpaq sahibkarlarının
Talışinskilər və Talışxanovların olduğu qeyd edilir
(Cavadov Q.C.,
2004).
23
II BÖLMƏ
Biosfer Rezervatlar konsepsiyası haqqında
Yuxarıda qeyd edildiyi kimi, Biosfer Rezervat konsepsiyası 1974-cü
ildə YUNESKO-nun hazırladığı «İnsan və Biosfer» proqramı əsasında
hazırlanmış, 1976-cı ildən isə həyata keçirilmişdir. Yaradılmış bu
şəbəkə insanla təbiət arasında davamlı tarazlığın yaradılmasında,
bioloji müxtəlifliyin qorunması və iqtisadi inkişafa kömək sahələrində
çox mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, biosfer rezervatlar elə
həssas bir institutdur ki, burada davamlı inkişafın təklif olunan
prinsipləri sınaqdan keçirilir, dəqiqləşdirilir və alınmış müsbət təcrübə
digər ərazilərdə yayılaraq genişləndirilir. Adi qoruq ərazilərindən fərqli
olaraq biosfer ərazilər spesifik ərazi zonalarına bölünürlər: ərazinin
mərkəzində ciddi qoruq reciminin şamil edildiyi
nüvə zonası yerləşir.
Nüvənin ətrafında müəyyən fəaliyyət növlərinin icazə verildiyi
bufer
zonası yerləşir. Bu zonalar dəqiq sərhədlərə malik olurlar. Bu zonada
ancaq konkret və müəyyənləşdirilmiş şəkildə məhdud fəaliyyətlərə –
monitorinq və digər elmi tətqiqatlara, ekoloji turizmə icazə verilir.
Biosfer rezervatın üçüncü zonası isə keçid zonası adlanır. Bu zonaya
bəzən tranzit zona və ya əməkdaşlıq zonası da deyilir. Bu zona
yuxarıda adı çəkilən zonalardan fərqli olaraq dəqiq sərhədlərə malik
olmur və əsas xarakterik cəhəti ondan ibarətdir ki, bu ərazidə təbiətə
qarşı loyal olan istənilən təsərrüfat fəaliyyəti həyata keçirilə bilər.
Burada yaşayış məntəqələri, bəzi hallarda hətta liman da olur. Bəzi
ölkələrdə buraya dördüncü zona da – sanasiya zonası əlavə edilir.
Hal-hazırda dünyanın 97 ölkəsində 442, o cümlədən Rusiya
Federasiyasında 31 biosfer rezervat fəaliyyət göstərir.
Biosfer ərazi öz fəaliyyəti zamanı əsasən üç funksiyanı həyata
keçirir:
•
mühafizə funksiyası;
•
inkişaf funksiyası;
•
elmi-texniki yardım funksiyası.
Birinci funksiyaya əsasən landşaftın, ekosistemlərin, bioloji və
genetik müxtəlifliyin qorunması məsələləri aiddir. İkinci funksiya
əsasən iqtisadi və sosial rifahın yüksəlməsini, sosial-mədəni və ekoloji
cəhətdən davamlı inkişafa kömək məqsədini daşıyır. Üçüncü funksiya
isə:
Dostları ilə paylaş: |