Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə26/42
tarix24.10.2017
ölçüsü2,82 Kb.
#6499
1   ...   22   23   24   25   26   27   28   29   ...   42

 
83 
Cədvəl 15 
Rekreasiya diqressiyalarının stadiyaları 
 
Mineral təbəqəyə qədər tapdalanmış torpaqüstü örtük 
səthinin sahəsinin ölçmələrin aparıldığı ümumi sahəyə 
olan faiz nisbəti, % 
Birinci 
İkinci 
Üçüncü 
Dördüncü 
Beşinci  
1.0- qədər 
1.1 – 5.0 
5.1 – 10.0  10.1 – 25.0 
25.0-dən 
çox 
  
Hava  komfortu  –  rekreasiya  üçün  əlverişli  olan  mikroiqlim 
şəraitidir.  Meşəlik  ərazilər  üçün  havanın  komfortluq  dərəcəsi 
aşağıdakı cədvəldə verilmişdir: 
 
 
Komfortlu havanın mikroiqlim şəraitinin 1.5 m  
yüksəklikdəki göstəriciləri 
 
Havanın 
temperaturu, 
0

Havanın 
nisbi 
rütubətliyi, 

Küləyin 
sürəti, 
m/san 
Atmosfer 
yağıntıları 
+15 və +25 
intervalında 
 
 
-5 və –15 
intervalında 
30 –70 
 
 
 
30 - 70 
5-ə qədər 
 
 
 
5-ə qədər 
Olmur, yaxud 
qısamüddətli 
olur 
 
olmur, yaxud 
qısamüddətli 
olur 
  
Rekreasiya  təzyiqinin  müəyyənləşdirilməsinin  metodları 
və  ölçü  vahidləri.  Rekreasiya  təzyiqinin  ölçülməsi  zamanı 
sınaq 
sahələri,  transekt,  riyazi-statistika  və  qeydiyyat-ölçü  metodlarından 
istifadə edilir.  
Sınaq sahələri metodu rekreasiya təzyiqinin ərazi üzrə dəyişməsini 
ölçməyə  imkan  verir  və  əvvəlcədən  seçilmiş  sınaq  sahələrindəki 
ölçmələrə əsaslanır. 


 
84 
Transekt  metod  rekreasiya  diqressiyalarının  stadiyalara  ayrılması 
üçün  nəzərdə  tutulmuşdur.  O,  hərəkət  cığırlarındakı  torpaq  səthinin 
torpağın  mineral  təbəqəsinə  qədər  tapdalanmış,  yalın  hissəsinin 
uzunluğunun  cığırın  ümumi  uzunluğuna  olan  nisbəti  əsasında 
müəyyənləşdirilir.  
Riyazi-statistika  metodu  sınaq  sahələrində  rekreasiya  təzyiqini 
ölçmək 
məqsədi 
ilə 
seçmə 
müşahidələrin 
aparılmasının 
planlaşdırılmasına xidmət edir və tələb olunan xətalar çərçivəsindəki 
zəruri müşahidələrin sayını müəyyənləşdirir.  
Qeydiyyat-ölçü  metodu  müşahidələrin  aparılması  üçün  nəzərdə 
tutularaq sınaq sahələrindəki iştirakçıların və onların sınaq sahəsində 
qalma  müddətinin  qeydiyyatı  üçün  aparılır.  Rekreasiya  təzyiqini 
ölçmək  məqsədi  ilə  bir  sıra  sistemdən  kənar  vahidlərdən  istifadə 
edilir.  Rekreasiya  təzyiqinin  ölçülməsi  zamanı  istifadə  olunan  əsas 
sistemdən kənar və törəmə vahidlər 16-cı cədvəldə verilmişdir. 
Rekreasiya  təzyiqini  hesablayarkən 
Rd  -  rekreasiya  sıxlığı 
kəmiyyətindən  istifadə  edilir. 
Rekreasiya  iştirakı  (Re)  və  rekreasiya 
intensivliyi (Ri) isə aşağıdakı düsturlar vasitəsi ilə hesablanır: 
Re = Rd
 ∙ T/t 
 
Ri = Rd ∙ 
 
Burada,  
T – rekreasiya təzyiqinin ölçüldüyü zaman periodu, saat; 
t-  ölçmə  zamanı  bir  nəfər  iştirakçının  sərf  etdiyi  orta  zamandır, 
saat.
  
 
Cədvəl 16 
 
Kəmiyyətlər  
Vahidi 
 
Adı  
 
Yazı 
qayd. 
 
Ölçüs
ü 
 
Adı 
 
Ölçüsü 
Əsas vahidlər 
Sahə 


hektar 
ha 
İştirakçıların sayı 

N  nəfər 
nəf. 
Zaman, period 
t, T 
t, T  saat, sutka, ay, il  saat, sut., ay, 
il 
 


 
85 
Törəmə vahidlər 
Rekreasiya sıxlığı 
Rd 
N/S  hektara düşən nəfər  nəf./ha 
Rekreasiya  
iştirakı 
Re 
N/S/T  Hektar-ilə düşən 
nəfər, hektar-aya 
düşən nəfər, hektar-
sutkaya düşən nəfər 
nəf./ha/il, 
nəf./ha/ay, 
nəf./ha/sut. 
Rekreasiya  
intensivliyi 
Ri 
Nt/S/T  Hektar-ilə düşən 
nəfər-saat, hektar-
aya düşən nəfər-
saat, hektar-sutkaya 
düşən nəfər-saat 
nəf.-
saat/ha/il, 
nəf.-
saat/ha/ay 
nəf.-
saat/ha/sut. 
 
Xüsusi 
Mühafizə 
Olunan 
Təbiət 
Ərazilərində 
təbiət 
komplekslərindən  rasional  istifadə  və  mühafizə  məqsədi  ilə 
turist  resurslarının  rekreasiya  potensialının  hesablanması 
çox 
mühüm 
məsələlərdən 
biridir. 
Rekreasiya  Resurs 
Potensialının  (RRP)  hesablanması  üçün  bir  sıra  metodlar 
mövcuddur.  Bu  göstərici  əsasən  sahə  müşahidələri  və  ölçmələri 
əsasında aparılır. Hesablamaların daha dəqiq olması üçün 
rekreasiya 
diqressiyası  stadiyasında  olan  turist  obyektləri  seçilir.  Turist 
mövsümü başlamazdan əvvəl nəzərdə tutulmuş sahənin fiziki-coğrafi 
təsvirinin  analizi  aparılır.  Səthin  mailliyi,  süxur  tərkibi,  rütubətlik 
xarakteristikası,  torpaq-bitki  örtüyünün  xüsusiyyətləri  xüsusi  qeyd 
edilərək nəzərə alınır.  
RRP–ni  müəyyənləşdirməzdən  öncə  ərazinin 
Ekoloji-Rekreasiya 
Tutumu  (ERT)  və  Rekreasiya  Təzyiqinin  Zərərsiz  Həddi  (R
TZH

müəyyənləşdirilməlidir.  
Rekreasiya  Təzyiqinin  Zərərsiz  Həddi  rekreasiya  təzyiqinin  elə  bir 
elastik  həddidir  ki,  ekosistem  öz  daxili  imkanları  hesabına  əvvəlki 
vəziyyətini bərpa edə bilir. Bu göstərici vahid sahəyə düşən rekreantların 
sayı,  onların  həmin  sahədə  olduqları  zamanın  müddəti  və  keçirdikləri 
istirahət (fəaliyyət) növü ilə təyin olunur. Başqa sözlə, rekreasiya təzyiqi 
vahid zaman ərzində, vahid sahədəki insanların sayı və fəaliyyət növü ilə 
təyin  edilir.  Bunun  üçün  bir  saat  zaman  ərzində  turistlərin  sıxlığının 
dəyişməsi  və  bu  dəyişmənin  zaman  intervalı  qeyd  edilir.  Rekreantların 
orta vahid sıxlığı aşağıdakı düstur vasitəsi ilə hesablanır: 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə