Embawood MMC
Konsolidə edilmiş maliyyə hesabatlarına aid Qeydlər
(Azərbaycan Manatı ilə)
(7)
1
Qrup və Onun Əməliyyatları
Hazırkı konsolidə edilmiş maliyyə hesabatları 31 dekabr 2015-ci il tarixində bitən il üzrə, bundan sonra
birlikdə “Qrup” adlandırılacaq, Embawood MMC (“Şirkət”) və onun törəmə müəssisəsi olan Masallı
Konserv Zavodu ASC (“Törəmə müəssisə”) üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 iyul
2007-ci il tarixli I-73/1 nömrəli əmri ilə təsdiq edilmiş Kommersiya təşkilatları üçün Milli Mühasibat
Uçotu Standartlarına (“MMUS”) uyğun şəkildə tərtib edilmişdir.
Şirkət Azərbaycan Respublikasında yaradılmış və payçılarının məhdud məsuliyyət daşıdığı məhdud
məsuliyyətli cəmiyyət olaraq Azərbaycan qanunvericiliyinə uyğun şəkildə təsis edilmişdir.
Şirkət hazırda Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət
göstərir və Azərbaycan Respublikasında fəaliyyət göstərən mebel istehsalçısı və pərakəndə satıcısıdır.
Şirkətin istehsal obyektləri əsasən Azərbaycan Respublikasının müxtəlif regionlarında yerləşdirilmişdir.
31 dekabr 2015-ci il tarixinə Şirkətin qeydiyyatdan keçmiş hüquqi ünvanı və əsas fəaliyyət yeri aşağıda
göstərilmişdir:
Hüquqi ünvan: Dadaş Bünyatzadə küç. 1A, Lökbatan qəsəbəsi, Bakı AZ1063, Azərbaycan Respublikası.
Əsas fəaliyyət yeri: Bəsti Bağırova küç. 15B, Bakı AZ1065, Azərbaycan Respublikası.
31 dekabr 2015-ci il və 31 dekabr 2014-cü il tarixlərinə Şirkətin aşağıdakı pay sahibləri olmuşdur:
Pay sahibləri
31 dekabr 2015-ci il
31 dekabr 2014-cü il
Elşad Abbasov
36%
36%
Məşhur
Məmmədov
32%
32%
Bəşir
Sultanov
32%
32%
100%
100%
Şirkət 2010-cu ildən Törəmə müəssisənin səhmlərini əldə etməyə başlamışdır və 2015-ci ilədək
müəssisənin 93.39% səhmlərinə malik olmuşdur. 31 dekabr 2015-ci il tarixinə Şirkət Törəmə müəssisənin
93.45% səhmlərinə malikdir. Səhmlərin qalan 6.55% hissəsi müxtəlif fiziki şəxslərə məxsusdur.
2
Qrupun Əməliyyat Mühiti
Azərbaycan Respublikasında inkişaf etməkdə olan bazar iqtisadiyyatına xas xüsusiyyətlər mövcuddur.
Vergi, valyuta və gömrük qanunvericiliyi ölkədə fəaliyyət göstərən şirkətlərin üzləşdiyi hadisələrlə bağlı
müxtəlif izahatlara və əlavələrə məruz qalır.
Hazırda maliyyə bazarlarında mövcud qeyri-müəyyənlik və dəyişkənlik, o cümlədən Şərqi Ukrayna və
Orta Şərqdə mövcud şərait, regiondakı bir sıra ölkələrin valyutalarının devalvasiyası və dünya bazarında
neft qiymətlərindəki azalma kimi amillər ölkənin maliyyə və korporativ sahələrinə mənfi təsir göstərə
bilər. Qrupun rəhbərliyi ölkə iqtisadiyyatına təsir göstərə biləcək bu cür bütün amilləri və müvafiq olaraq
bu amillərin Qrupun gələcək maliyyə vəziyyətinə necə təsir göstərə biləcəyini əvvəlcədən proqnozlaşdıra
bilmir. Lakin rəhbərlik hesab edir ki, Qrupun fəaliyyətinin davamlılığını və inkişafını təmin etmək üçün
bütün zəruri tədbirləri həyata keçirir.
Embawood MMC
Konsolidə edilmiş maliyyə hesabatlarına aid Qeydlər
(Azərbaycan Manatı ilə)
(8)
3
Əsas Uçot Prinsiplərinin Xülasəsi
Konsolidə edilmiş maliyyə hesabatlarının tərtib edilməsinin əsas prinsipləri. Hazırkı konsolidə edilmiş
maliyyə hesabatları Azərbaycan Respublikasının Kommersiya Təşkilatları üçüb Milli Mühasibat Uçotu
Standartlarına (“MMUS”) uyğun olaraq hazırlanmışdır.
Qeyd olunan konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən əsas uçot
prinsipləri aşağıda göstərilir. Həmin uçot prinsipləri bütün dövrlərə müvafiq şəkildə tətbiq edilmişdir.
Təqdimat valyutası. Hazırkı konsolidə edilmiş maliyyə hesabatlarında, başqa cür qeyd edilmədiyi halda,
bütün məbləğlər Azərbaycan manatı (“AZN”) ilə ifadə edilmişdir.
Maliyyə alətləri - əsas qiymətləndirmə üsulları.. Maliyyə aləti bir müəssisənin maliyyə aktivinin və ya
maliyyə öhdəliyinin yaranmasına səbəb olan hər hansı müqavilədir. Təsnifat formalarından asılı olaraq
maliyyə alətləri ədalətli dəyərdə və ya amortizasiya olunmuş maya dəyərində qeydə alınır. Həmin
qiymətləndirmə üsulları aşağıda əks etdirilir.
Ədalətli dəyər. Ədalətli dəyər bir-birindən asılı olmayan, yaxşı məlumatlandırılmış və bu cür əməliyyatı
həyata keçirməkdə maraqlı olan tərəflər arasında aktivin dəyişdirilə, öhdəliyin isə yerinə yetirilə biləcəyi
məbləğdir. Ədalətli dəyər fəal bazarda alınıb satılan maliyyə aktivləri üzrə cari tələb qiymətini və maliyyə
öhdəlikləri üzrə cari təklif qiymətini əks etdirir. Bazar riskləri qarşılıqlı şəkildə əvəzləşdirilən aktiv və
öhdəliklər ilə əlaqədar Qrup qarşılıqlı surətdə əvəzləşdirilən risklər üzrə ədalətli dəyər göstəricilərinin
müəyyən edilməsi üçün orta bazar qiymətlərindən istifadə edə bilər və xalis açıq mövqeyə müvafiq tələb
və təklif qiyməti tətbiq edə bilər.
Maliyyə aləti fəal bazarda o zaman sərbəst surətdə alınıb satıla bilən aktivlər kimi qəbul edilir ki, onların
qiymətləri haqqında məlumat fond birjasında və ya digər maliyyə təşkilatından sərbəst və müntəzəm
şəkildə əldə edilə bilsin və bu zaman həmin qiymətlər könüllü şəkildə bazar şərtləri çərçivəsində həyata
keçirilən real və müntəzəm əməliyyatları əks etdirsin.
Bazar qiymətləri mövcud olmayan maliyyə alətlərinin ədalətli dəyərini müəyyən etmək üçün diskont
edilmiş pul vəsaitlərinin hərəkəti modeli, könüllü şəkildə həyata keçirilən ən son əməliyyatlar haqqında
məlumata əsaslanan modellər kimi qiymətləndirmə üsulları, eləcə də investisiya qoyulan müəssisələr
haqqında maliyyə məlumatlarının təhlilindən istifadə edilir. Qiymətləndirmə üsulları müşahidə edilə bilən
bazar məlumatları ilə dəstəklənməyən təxminlər tələb edə bilər.
İlkin dəyər. Aktivin ilkin dəyər əsasında qiymətləndirilməsi onun əldə edilməsi zamanı pul vəsaitlərinin
və ya pul vəsaitlərinin ekvivalentlərinin ödənilmiş məbləği və ya verilmiş əvəzləşdirmənin (mübadiləyə
verilmiş qeyri-monetar aktivlərin, qəbul edilmiş öhdəliklərin, buraxılmış kapital alətlərinin) ədalətli
dəyəri ilə qiymətləndirilməsini nəzərdə tutur. Öhdəliyin ilkin dəyər əsasında qiymətləndirilməsi Qrupun
adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsi məqsədilə ödənilməsi gözlənilən pul vəsaitlərinin və ya
onların ekvivalentlərinin məbləği, yaxud borc öhdəliyi əvəzinə alınmış pul vəsaitlərinin və ya onların
ekvivalentlərinin məbləği, yaxud alınmış digər vəsaitlərin ədalətli dəyəri ilə qiymətləndirilməsini nəzərdə
tutur. İlkin dəyər ilə qiymətləndirmə yalnız elan edilmiş bazar qiymətinə malik olmayan və ədalətli dəyəri
etibarlı şəkildə qiymətləndirilə bilinməyən kapital alətlərinə investisiyalar üçün tətbiq edilir.
Əməliyyat xərcləri. Əməliyyat xərcləri əlavə xərcləri əks etdirir və birbaşa olaraq maliyyə alətinin alışı,
buraxılması və ya satışı ilə əlaqəlidir. Əlavə xərclər əməliyyatın həyata keçirilmədiyi təqdirdə
yaranmayan xərclərdir.