Embawood MMC
Konsolidə edilmiş maliyyə hesabatlarına aid Qeydlər
(Azərbaycan Manatı ilə)
(15)
3
Əsas Uçot Prinsiplərinin Xülasəsi (Davamı)
Gəlirlərin tanınması. Gəlirlər onlar ilə əlaqədar gələcək iqtisadi səmərənin Qrupa daxil olacağı ehtimal
olunduğu və bu səmərənin dəyərinin etibarlı səviyyədə qiymətləndirilə biləcəyi anda Mənfəət və zərər
haqqında hesabatda tanınır. Gəlir yalnız Qrupun hesabına daxil olmuş və ya daxil olacaq iqtisadi
səmərənin ümumi mədaxilini özündə əks etdirir. Üçüncü tərəfin adından yığılan vəsaitlər Qrupa daxil
olan iqtisadi səmərə hesab edilmir və Qrupun kapitalının artması ilə nəticələnmir. Bu səbəbdən, belə
vəsaitlərin daxil olması gəlir hesab edilməyərək Mənfəət və zərər haqqında hesabatda və kapitalda
tanınmır.
Əməliyyatdan yaranan gəlirin məbləği, adətən Qrupa və aktivin alıcısı və ya istifadəçisi arasındakı
razılaşma əsasında müəyyənləşdirilir. Bu gəlir Qrup tərəfindən aktivin satılması nəticəsində, təqdim
olunan hər hansı satış endirimləri nəzərə alınmaqla, əldə olunmuş və ya əldə edilməsi gözlənilən
ödəmənin ədalətli dəyəri ilə qiymətləndirilir. Bu gəlir pul vəsaitləri və ya onların ekvivalentləri, qeyri-pul
(qeyri-monetar) aktivləri, habelə Qrupun öhdəliklərinin azalması şəklində əldə edilə bilər.
Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları – müəssisələr qrupunun vahid mühasibat uçotu
subyekti kimi təqdim etdiyi maliyyə hesabatlarıdır.
Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayarkən müəssisə, analoji aktiv, öhdəlik,
kapital, gəlir və xərc maddələrini sətirbəsətir toplamaqla əsas müəssisənin və onun törəmə
müəssisələrinin maliyyə hesabatlarını birləşdirir. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə
hesabatlarında qrup haqqında maliyyə məlumatlarının vahid iqtisadi subyekt kimi təqdim edilməsi üçün
aşağıdakı addımlar atılmalıdır:
(a) əsas müəssisənin hər bir törəmə müəssisəyə qoyduğu investisiyanın balans dəyəri və əsas
müəssisənin hər bir törəmə müəssisənin kapitalındakı payı ləğv edilir;
(b) birləşdirilmiş (konsolidə edilmiş) törəmə müəssisələrin hesabat dövrü üzrə mənfəət və ya
zərərində azlıqların payı müəyyənləşdirilir; və
(c) birləşdirilmiş (konsolidə edilmiş) törəmə müəssisələrin xalis aktivlərindəki azlıqların payı əsas
müəssisənin onlarda olan səhmdar payından ayrıca olaraq müəyyənləşdirilir. Xalis aktivlərdəki
azlıqların payı aşağıdakılardan ibarətdir:
(i) ilkin birləşmə tarixində hesablanmış həmin azlıqların payı; və
(ii) birləşmə tarixindən etibarən azlıqların kapitalda dəyişikliklər üzrə payı.
Azlıqların payı – əsas müəssisənin birbaşa və ya törəmə müəssisələr vasitəsilə dolayı yolla sahib
olmadığı, lakin kapital payılarına aid olan törəmə müəssisənin mənfəət və ya zərərinin və xalis
aktivlərinin bir hissəsidir.
Törəmə müəssisə - əsas müəssisənin nəzarəti altında olan və onun tərəfindən idarə olunan kommersiya
təşkilatıdır.
Əhəmiyyətli təsir müəssisənin maliyyə və əməliyyat siyasəti ilə bağlı qərarların verilməsində iştirak
etmək səlahiyyətidir, lakin həmin siyasət üzərində nəzarəti və ya birgə nəzarəti təmin etmir.
Embawood MMC
Konsolidə edilmiş maliyyə hesabatlarına aid Qeydlər
(Azərbaycan Manatı ilə)
(16)
3
Əsas Uçot Prinsiplərinin Xülasəsi (Davamı)
Əgər investor, birbaşa və ya dolayı olaraq (məsələn, törəmə müəssisələri vasitəsilə), investisiya
obyektinin səsvermə hüququ verən səhmlərinin 20 və ya daha çox faizinə sahib olarsa, onun əhəmiyyətli
təsirə malik olduğu hesab olunur. Lakin buna baxmayaraq, səhmlərin 20 və ya daha çox faizinə sahib
olmaqla yanaşı əhəmiyyətli təsirə malik olmamaq mümkündür.
Digər tərəfdən, əgər investor, birbaşa və ya dolayı olaraq (məsələn, törəmə müəssisələri vasitəsilə),
investisiya obyektinin səsvermə hüququ verən səhmlərinin 20 faizindən az faizinə sahib olarsa, onun
əhəmiyyətli təsirə malik olmadığı hesab olunur. Lakin buna baxmayaraq, səhmlərin 20 faizindən az
faizinə sahib olmaqla yanaşı əhəmiyyətli təsirə malik olmaq mümkündür. Səhmlərin mühüm hissəsinin və
ya nəzarət paketinin digər investora məxsus olması, investorun əhəmiyyətli təsirə malik olmasına mütləq
şəkildə maneə yaratmır.
İştirak payı metodu. İştirak payı metoduna əsasən asılı təsərrüfat cəmiyyətinə qoyulmuş investisiya
məbləği əvvəlcə ilkin dəyəri ilə tanınır və investisiya obyektinin alış tarixindən sonra əldə etdiyi mənfəət
və ya zərərində investorun payını tanımaq üçün investisiyanın balans dəyəri artırılır və ya azaldılır.
Investorun investisiya obyektinin mənfəət və ya zərərindəki payı investorun mənfəət və ya zərərində
tanınır. İnvestisiya obyektindən əldə olunan bölüşdürmələr investisiyanın balans dəyərini azaldır. Balans
dəyərinə düzəlişlər həmçinin, investisiya obyektinin kapitalında baş vermiş dəyişikliklərdən irəli gələn və
ivestisiya obyektinin mənfəət və ya zərərində hələ tanınmayan məbləğlərin investorun investisiya
obyektindəki mütənasib iştirak payına təsirini əks etdirmək üçün tələb oluna bilər. Bu dəyişikliklərə
torpaq, tikili və avadanlıqların yenidən qiymətləndirilməsindən və məzənnə fərqlərindən yaranan
dəyişikliklər aiddir. İnvestorun bu dəyişikliklərdəki payı birbaşa investorun kapitalında tanınır.
Əlaqəli tərəflər və onlarla əməliyyatlar. Hüquqi və ya fiziki şəxs aşağıdakı şərtləri ödədikdə,
müəssisə ilə
əlaqəli tərəf hesab edilir:
(a) birbaşa və ya dolayı yolla bir və ya bir neçə vasitəçi ilə:
(i) müəssisəyə nəzarət edir, müəssisə tərəfindən nəzarət olunur və ya müəssisə ilə birlikdə ümumi
nəzarət altındadırsa (bura əsas müəssisə, törəmə müəssisə və eyni əsas müəssisəyə aid olan törəmə
müəssisələr daxildir);
(ii) müəssisədə əhəmiyyətli təsirə malik olmasını təmin edən paya malikdirsə; və ya
(iii) müəssisəyə birgə nəzarət edirsə;
(b) müəssisənin asılı müəssisəsidirsə;
(c) müəssisənin sahibkar olaraq iştirak etdiyi birgə fəaliyyətdirsə;
(ç) müəssisənin və ya onun əsas müəssisəsinin idarə heyətinin üzvüdürsə;
(d) (a) və ya (ç) bəndlərində göstərilən şəxslərin yaxın ailə üzvüdürsə;
(e) (ç) və ya (d) bəndlərində göstərilən şəxslərin nəzarət etdiyi, onlarla birgə nəzarət edilən və ya
həmin şəxslərin əhəmiyyətli təsirə malik olduğu müəssisədirsə, ya da birbaşa və ya dolayı yolla
həmin müəssisədə əhəmiyyətli səsvermə hüququna malik olduğu müəssisədirsə; və ya