Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə85/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   81   82   83   84   85   86   87   88   ...   124

Fasil 15. Vərosəlik hüququ 
ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar 
sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Təbiİ ki, öz hərəkətləri 
barədə şüurlu mühakimə yürüdə bilən və öz iradəsini ^ aydın ifadə edə 
bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyətnaməni 
tərtib edə bilər. 
Milli  qanunvericiliklərdə  vəsiyyətnamənin  forması  İlə  bağlı  ciddi 
tələblər  irəli  sürülür.  Həmİn  tələblərə  riayət  etməmə  tərtib  edilmiş 
vəsiyyətnamənin etibarsızlığına səbəb olur. “Beynəlxalq xüsusi hüquq 
haqqında”  Azərbaycan  Respublikası  Qanununun  30-cu  maddəsində 
vəsiyyətnamənin  formasının  hansı  qanunla  müəyyən  edilməsi  ilə 
əlaqədar üç alternativ kollizion hüquq norması nəzərdə tutulub: forma 
baxımından  vəsiyyətnamə  ya  tərtib  olunduğu,  ya  miras  qoyanın 
vəsiyyət elədiyi anda və ya vəfat etdiyi anda yaşadı--^ ğı və ya olduğu, 
ya  da  haqqında  vəsiyyətnamə  olan  daşınmaz  əmlakın  olduğu 
Ölkələrdən  birinin  hüququnun  tələblərinə  cavab  verdikdə  etibarlı 
sayılır.  Qanuna  görə  miras  qoyanın  vəsiyyət  etmək-  -  qabiliyyəti, 
vətəndaşlığı,  digər  şəxsi  keyfiyyətləri  və  ya  şəxsi  keyfiyyətləri 
haqqında  tələb  ediləcəyi  mümkün  olan  göstərişlər  forma  üçün  zəruri 
hesab edilir. 
Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  tələblərinə 
görə (1179- 1192-ci maddələr) vəsiyyətnamə yazılı formada tərtib 
edilməlidir.  Həm  notariat  formasında,  həm  də  onsuz  yazılı 
vəsiyyətnaməyə  yol  verilir.  Notarius  forması  tələb  edir  ki, 
vəsiyyətnaməni  vəsiyyət  edən  tərtib  etsin  və  İmzalasın,  notarius, 
notariusun olmadığı yerlərdə isə yerli özünüidarə orqanı təsdiqləsin. 
Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin 
yanında  yazmasına  da  yo!  verilir.  Bu  zaman  vəsiyyətnaməni 
vəsiyyət,  edən  oxumalı  və  notariusun,  şahidlərin  yanında 
imzalamalıdır.  Yetkinlik  yaşına  çatmayanlar,  fəaliyyət  qabiliyyəti 
olmayan  sayılmış  şəxslər,  vəsiyyət  üzrə  vərəsələr  və  onların 
yüksələn  və  enən  xətt  üzrə  qohumları,  bacıları,  qardaşları,  arvadı 
(əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola 
bilməzlər. 
260 


§ 1.Vərəsəlik münasibətləri sferasında qanunların kolliziyası 
AFR beynəlxalq xüsusi hüquq haqqında qanununa görə vəsiyyət 
üzrə  vərəsəlik  prosesinə  vəsiyyət  edənin  vətəndaşı  olduğu  ölkənin 
•qanunu  tətbiq  edilməlidir.  Deməli,  AFR  vətəndaşı  harada 
olmasından asılı olmayaraq, vəsiyyətnaməni forma baxımından AFR 
qanunvericiliyinə uyğun tərtib etməlidir. AFR qanunvericiliyinə görə 
də  vəsiyyətnamə  vəsiyyət  edən  tərəfindən  tərtib  edilir  və  notariusa 
şahidlərin  iştirakı  ilə  təqdim  edilir.  Notarius  vəsiyyətnaməni  çap 
olunmuş formada alır və onun gizliliyini təmin etməlidir. 
İsveçrə  beynəlxalq  xüsusi  hüquq  haqqında  qanununa  görə 
vərəsəlik  münasibətlərinə  vəsiyyət  edənin  axırıncı  yaşadığı  yerin 
qanunu  tətbiq  edilməlidir.  İsveçrə  qanunvericiliyinə  görə 
vəsiyyətnamə  notariusun  iştirakı  ilə  İki  şahidin  yanında  tərtib 
edilməlidir. 
Böyük Britaniya qanunvericiliyinə görə Böyük Britaniyada daimi 
yaşayan şəxs vəsiyyətnamə tərtib etmək fikrinə düşsə, onu şəxsən öz 
xətti ilə yazılı formada yazmalıdır. Vəsiyyət edən ən azı iki şahidin 
İştirakı ilə sənədə imza atmalıdır. Lakin vəsiyyət edənin iştirakı ilə 
başqa  şəxslər  tərəfindən  də  vəsiyyətnamə  imzalana  bilər.  Böyük 
Britaniya  qanunvericiliyinə  nisbətən  oxşar  olan  Kanada 
qanunvericiliyi 
digər 
şəxslər 
tərəfindən 
vəsiyyətnamənin 
imzalanmasım istisna edir. 
Fransa qanunvericiliyi isə vəsiyyətnamənin müxtəlif formalarını 
müəyyən edir. Bu ölkədə vəsiyyətnamə şəxsin öz xətti ilə, həm açıq, 
həm  də  gizli  formada  tərtib  edilə  bilər.  Vəsiyyətnamə  hətta  gizli 
formada  tərtib  edildikdə  belə  notarius  və  şahidlər  tərəfindən 
imzalanmalıdır.  Analoji  normaya  Azərbaycan  Respublikasının 
qanunvericiliyində 
də 
rast 
gəlinir. 
Əvvəla, 
Azərbaycan 
Respublikasının  Mülki  Məcəlləsinin  1185-ci  maddəsinə  görə 
notarius,  vəsiyyətnaməni  təsdiqləmiş  digər  şəxs,  şahid,  habelə 
vəsiyyətnaməni  vəsiyyət  edənin  əvəzinə  imzalamış  şəxslər 
vəsiyyətnamənin  məzmununa,  tərtibinə,  dəyişdirilməsinə  və  ya 
ləğvinə aid məlumatlan miras açılanadək açıqlaya bilməzlər. Bundan 
əlavə,  vəsiyyət  edənin  arzusu  ilə  şahidlər  vəsiyyətnaməni  onun 
məzmunu  ilə  tanış  olmadan  təsdiqləməlidirlər.  Bu  halda  şahidlər 
vəsiyyətnamənin tərtibi zamanı vəsiyyət edənin yanında olmalıdırlar. 
261 


Fəsii 15, Vorosulik hüququ 
Miras  qoyandan  vərəsələrə  əmlak  hüquqlannm  keçməsi  ilə 
əlaqədar  yaranan  münasibətlərin  hüquqi  tənzimi  də  milli 
qanunvericiliklərdə  müxtəlif  cür  tənzimlənir.  Bu  ilk  növbədə 
vərəsəliyin ob- - yekti kimi çıxış edən daşınar və daşınmaz əmlakın 
hüquqi  statusunun  müxtəlifliyi  ilə  əlaqədardır.  Məsələn,  Böyük 
Britaniyanın 1925-ci il mülkiyyət haqqında qanununa görə daşınmaz 
əmlakla əlaqədar vərəsəlik münasibətləri daşınmaz əmlakın yerləşdiyi 
ölkənin hüququ ilə tənzimlənir. Daşınar əmlakla bağlı isə belə əmlaka 
miras qoyan şəxsin axırıncı yaşadığı yerin qanunu tətbiq edilir. 
Fransa  hüquq  doktrinası  da  məsələyə  bu  mövqedən  yanaşır. 
Yəni daşınmaz əmlaka münasibətdə əmlakın olduğu yerin qanunu, 
daşınar  əmlakla  əlaqədar  isə  miras  qoyanın  şəxsi  qanunu  tətbiq 
edilir. 
AFR qanunvericiliyinə görə isə həm daşınar, həm də daşınmaz* 
əmlaka münasibətdə miras qoyanın vətəndaşı olduğu ölkənin 
hüququna üstünlük verilir. Lakin miras qoyan vəsiyyətnaməsində 
alman hüququnu seçə bilər, 
“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası 
Qanununun  29-cu  maddəsinə  görə  vərəsəlik  üzrə  münasibətlər 
miras  qoyanın  öz  vəsiyyətnaməsində  vətəndaşı  olduğu  ölkənin 
hüququnu seçdiyi  hallar  istisna olmaqla, onun son daimi  yaşadığı 
ölkənin hüququ ilə müəyyən edilir. Vətəndaşlığı olmayan şəxslərlə 
əlaqədar vərəsəlik münasibətlərində onların axırıncı daimi yaşadığı 
ölkənin  hüququ  tətbiq  edilir.  Bunu  müəyyən  etmək  mümkün 
olmadığı hallarda Azərbaycan Respublikasının hüququ tətbiq edilir. 
Əlbəttə,  istər  vərəsəlik  münasibətlərinin  məzmun  baxımından 
hüquqi  tənzimi,  istərsə  də  vərəsəlik  münasibətlərinə  tətbiq  edilən 
hüquqla  bağlı  ayn-ayn  milli  qanunvericiliklərdə  nəzərdə  tutulan 
normaların bir-birindən fərqlənməsi təcrübədə bir sıra çətinliklərin 
meydana  çıxmasına  səbəb  olur.  Xarici  elementli  vərəsəlik 
münasibətlərinin  hüquqi  tənzimi  ilə  bağlı  belə  fərqli  məqamların 
aradan  qaldırılması  yalnız  dövlətlərarası  beynəlxalq  müqavilələr 
bağlamaqla mümkündür. 
262 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə