Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


) 3. Ər-arvaıiın əmlak münasibətləri zamant tətbiq edilən qanun



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə82/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   78   79   80   81   82   83   84   85   ...   124

1) 3. Ər-arvaıiın əmlak münasibətləri zamant tətbiq edilən qanun 
boşanmalar  zamanı  səlahiyyətli  hüquq  normasının  seçilməsi  ilə 
əlaqədar  daha  təkmil  qayda  müəyyənləşdirilmişdir.  Məsələn,  5 
avqust  1997-ci  il  tarixdə  Qırğızıstan  Respublikası  ilə  imzalanmış 
hüquqi yardım haqqında müqaviləyə görə nikahın xitam edilməsində 
ər-arvadın  ərizə  verdikləri  vaxtda  vətəndaşları  olduqlan  Razılığa 
Gələn  Tərəfin  qanunvericiliyi  tətbiq  edilir  və  onun  orqanlan  belə 
işlərə baxmağa səlahiyyətlidir. Əgər ər-arvadın digər Razılığa Gələn 
Tərəfin ərazisində  yaşayış  yeri vardırsa, bu Razılığa Gələn Tərəfin 
idarələri  də  səlahiyyətlidir.  Ər-arvad  vətəndaşlıq  baxımından  ayrı- 
ayrı  Tərəflərə  mənsubdursa  və  onlardan  biri  Tərəflərdən  birinin, 
ikincisi isə digər Razılığa Gələn Tərəfin ərazisində yaşayırlarsa, bu 
halda Razılığa Gələn Tərəflərin hər ikisinin idarələri səlahiyyətlidir. 
Bu  zaman  onlar  öz  dövlətlərinin  qanunvericiliyini  tətbiq  edirlər 
(28-cİ maddənin birinci və ikinci hissələri). 
§ 3. Ər-arvadın əmlak münasibətləri 
zamanı tətbiq edilən qanun 
Ər-arvadın 
əmlak 
münasibətləri 
ilə 
əlaqədar 
milli 
qanunvericiliklərdə  nəzərdə  tutulan  kollizion  normalar  məzmun 
baxımından bir-birindən fərqlənir. Bu istiqamətdə daha çox təsadüf 
edilən kollizion norma ər-arvadın birgə vətəndaşı olduqlan dövlətin 
qanunudur. Avstraliya, Macarıstan, Polşa, Portuqaliya, Çexiya və s. 
dövlətlərin  qanunvericiliyində  xarici  elementli  belə  münasibətlər 
zamanı  ilkin  olaraq  ər-arvadın  birgə  vətəndaşı  olduğu  dövlətin 
qanununa  İstinad  edilir.  Ər-arvad  vətəndaşlıq  baxımından  ayn-ayrı 
dövlətlərə  mənsub  olduqda,  onların  axırıncı  dəfə  birgə  vətəndaşı 
olduqlan dövlətin qanununa, bu da olmadıqda ərin vətəndaşı olduğu 
ölkənin qanununa və ya ər-arvadın adi halda birgə yaşadıqları yerin 
qanununa üstünlük verilir. 
Ər-arvadın 
əmlak 
münasibətləri 
bir 
sıra 
dövlətlərin 
qanunvericiliyində  nəzərdə  tutulan  nikah  müqaviləsi  institutuna 
əsasən onlann 
251 


Fosil 14. Beynəlxalq xüsusi hüquqda ailə münasibətləri 
qarşılıqlı  razılığı  ilə  (lex  voluntatis)  müəyyən  edİlə  bilər.  Nikah 
müqaviləsi  nikaha  daxil  olan  şəxslər  arasında  bağlanan,  nikah 
dövründə  və  nikah  pozulduqda  ər-arvadın  əmlak  hüquqlarını  və 
vəzifələrini  müəyyən  edən  sazişdir.  Ər-arvad  belə  müqavilə 
bağlayarkən,  digər  məsələlərlə  yanaşı  onlar  arasında  əmlak 
münasibətlərinə  tətbiq  ediləcək  qanunu  da  müəyyən  edə  bilərlər. 
Bəzi  dövlətlərdə  ər-arvadın  daşınmaz  əmlakına  münasibətdə 
İstisnaya yol verilir və bu zaman əmlakın olduğu yerin qanunu (lex 
rei sitae) tətbiq edilir. 
Ər-arvadın  əmlak  münasibətlərinə  tətbiq  edilən  qanunun 
müəyyən edilməsi ilə əlaqədar əksər dövlətlərin qanunvericiliyində 
alternativ  kollizion  bağlanmalardan  istifadə  edilir.  Bəzi  dövlətlərin 
qanunvericiliyində isə onların sayı daha çoxdur. Bu mənada 1987- ci 
il  İsveçrə  beynəlxalq  xüsusi  hüquq  haqqında  qanunun  müvafiq 
norması  maraq  kəsb  edir.  Qeyd  edilən  qanunun  52  və  54-cü 
maddələrinə  görə ər-arvadın  əmlak münasibətlərinin rejimi onların 
seçdiyi hüquqa (lex voluntatis) əsasən müəyyən edilir. Əgər ər-arvad 
tətbiq  ediləcək  hüququ  seçməyiblərsə,  onda  əmlak  münasibətləri 
onların birgə yaşadığı yerin hüququ ilə, onlann yaşayış yerləri fərqli 
olduqda isə, onların axırıncı dəfə birgə yaşadıqlan yerin hüququ ilə 
tənzimlənir. Ər-arvadın, ümumiyyətlə birgə yaşayış yeri olmayıbsa, 
onlann bİrgə vətəndaşı olduğu dövlətin hüququ (lex patriae), axırıncı 
da olmadıqda - İsveçrə hüququ tətbiq edilir. 
28 
dekabr 
1999-cu 
ildə  qəbul  edilmiş  Azərbaycan 
Respublikasının  yeni  Ailə  Məcəlləsində  əvvəlkindən  fərqli  olaraq 
ər-arvadın  əmlak  münasibətlərinin  kollizion-hüquqi  tənzimi 
müəyyən  edilmişdir.  Ailə  Məcəlləsinin  151-ci  maddəsinə  görə 
"ər-arvadın  şəxsi  qeyri-əmlak  və  əmlak  hüquq  və  vəzifələri 
ərazisində birgə yaşadıqları ölkənin qanunvericiliyi ilə müəyyənləşir, 
həmin ölkədə onların birgə yaşayış yeri olmadıqda, ər-arvad axınncı 
dəfə  hansı  Ölkənin  ərazisində  birgə  yaşayıblarsa,  həmin  ölkənin 
qanunvericiliyi  ilə  müəyyən  edilir.  Birgə  yaşayış  yeri  olmayan 
ər-arvadın  şəxsi  qeyri-əmlak  və  əmlak  hüquq  və  vəzifələri 
Azərbaycan Respubli 
252 


§ 3. Ər-arvadın əmlak münasibətləri zamanı tətbiq edilən qanun 
kasının  ərazisində  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 
müəyyən 
edilir". 
Beləliklə, 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyində ər-ar\'adın şəxsi qeyri-əmlak və əmlak hüquq və 
vəzifələrinə  münasibətdə  alternativ  kollizion  bağlanmalar  nəzərdə 
tutulub.  İlkin  olaraq  onlann  birgə  yaşadıqları  ölkənin 
qanunvericiliyinə  (lex  (Jomicilii),  bu  olmadıqda  axınncı  dəfə 
ərazisində  birgə  yaşadıqları  ölkənin  qanunvericiliyinə,  bu  da 
olmadıqda işin Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının 
icraatında 
olduğu 
zaman 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyinə istinad edilməlidir (lex fori). 
Yeni  Ailə  Məcəlləsi  nikah  müqaviləsi  institutunu  nəzərdə 
tutduğundan  iradələrin  muxtariyyəti  (lex  voluntatis)  prinsipinə  də 
istinad  etmişdir.  Məcəllənin  151-ci  maddəsinin  2-cİ  hissəsinə  görə 
"ər-ar\'adın  ümumi  vətəndaşlığı  və  birgə  yaşayış  yerləri  olmazsa, 
onların  aliment  tutulması  barədə  sazişdəki  və  ya  nikah  müqavilə- 
sindəki  hüquq  və  vəzifələrinin  müəyyənləşdirilməsi  üçün  tətbiq 
olunan qanunvericiliyi özləri seçə bilərlər". Ər-arvad belə razılıq əldə 
etməyiblərsə, aliment tutulması barədə sazişə və nikah müqaviləsinə 
Ailə  Məcəlləsinin  151-ci  maddəsinin  1-ci  hissəsində  nəzərdə 
tutulanlar tətbiq edilir. Sitat gətirilən nonnanın mətnindən göründüyü 
kimi  tərəflər  (ər-arvad)  yalnız  müəyyən  çərçivədə  "iradələrin 
muxtariyyətinə" malikdirlər. Bunun üçün onların ümumi vətəndaşlığı 
və birgə yaşayış yerləri olmamalıdır. 
Ailə  hüququnun  digər  məsələləri  kimi  ər-arvadın  şəxsi  qeyri- 
əmlak  və  əmlak  münasibətlərində  kollizion  məsələlər  Azərbaycan 
Respublikasının bağladığı hüquqi yardım haqqında müqavilələrdə də 
öz  həllini  tapmışdır.  Məsələn,  8  mart'1996-cı  ildə  imzalanmış 
Azərbaycan  Respublikası  ilə  Gürcüstan  arasında  mülki,  ailə  və 
cinayət işləri üzrə hüquqi  yardım və hüquqi münasibətlər haqqında 
Müqaviləyə görə ər-arvadm şəxsi və əmlak münasibətləri ərazisində 
birgə yaşayış yeri olduqları Razılığa Gələn Tərəfin qanunvericiliyi ilə 
müəyyən edilir. Ər-arvaddan biri Razılığa Gələn Tərəflər 
253 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə