Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə80/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   76   77   78   79   80   81   82   83   ...   124

§ 2. Xarici elemcntli nikahlar 
dövlətlərdə  (Lixtenşteyn,  Kipr,  Yunanıstan,  bİr  sıra  müsəlman 
ölkələri)  nikahın  yalnız  dinİ  qaydada  bağlanması  mümkündür. 
Üçüncü  qrup  dövlətlərdə  İsə  (İngiltərə,  İsveç,  Danimarka,  Norveç, 
Avstraliya, Braziliya və s.) hər İki fonnada bağlanmış nikahlar tanınır. 
Bir  sıra  dövlətlərdə  (İtaliya,  İsveç,  Macarıstan,  Hindistan  və  s.) 
xaricilərlə nikahın bağlanması üçün xüsusi razılıq tələb olunur. 
Nikahın  bağlanması  zamanı  qanunların  kolliziyası.  Milli 
qanunvericiliklərdə nikahın istər maddi, istərsə də formal şərtləri ilə 
bağlı  qeyd  edilən  fərqlər  onlar  arasında  baş  verə  biləcək  kollizion 
situasiyanı  qaçılmaz  edir.  Bununla  əlaqədar  olaraq  hər  bir  dövlətin 
milli  qanunvericiliyində  səlahiyyətli  hüququn  seçilməsilə  bağlı 
kollizion nonnalar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının 
Ailə  Məcəlləsinin  "Ailə  qanunvericiliyinin  əcnəbilərin  və 
vətəndaşlığı  olmayan  şəxslərin  iştirakı  ilə  ailə  münasibətlərinə 
tətbiqi"  adlanan  VII  bölməsində  də  müvafiq  normalar  təsbit 
edilmişdir. 
Bütövlükdə, bu istiqamətdə nikahın forması ilə bağlı əsas prinsip 
kimi  nikahın  bağlandığı  yerin  qanunu  -  lex  loci  celebrationis  çıxış 
edir.  Nikahın  formasına  münasibətdə  onun  bağlandığı  yerin 
qanununun  əsas  götürülməsi  Azərbaycan  Respublikasının  Ailə 
Məcəlləsində bir neçə şəkildə ifadə olunmuşdur. Məcəllənin İ 46-cı 
maddəsinin  !-ci  hissəsində  deyilir  ki,  Azərbaycan  Respublikasında 
nikahın 
bağlanmasının 
forma 
və 
qaydaları 
Azərbaycan 
Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilir.  Bununla  yanaşı 
Məcəllənin  148-ci  maddəsinin  1-ci  hissəsində  göstərilir  ki, 
Azərbaycan  Respublikasının  hüdudlanndan  kənarda  Azərbaycan 
Respublikasının  vətəndaşlan  arasında,  Azərbaycan  Respublikasının 
vətəndaşlan ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 
həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah
həmin  Məcəllənin  12-ci  maddəsində  nəzərdə  tutulan  hallar  (orada 
nikahın  bir  sıra  maddi  şərtləri  sadalanıb)  olmadıqda,  Azərbaycan 
Respublikasında etibarlı hesab edilir. Daha sonra, məcəllənin 148-ci 
maddəsinin  2-ci  hissəsinə  görə  isə  Azərbaycan  Respublikasından 
kənar 
245 


Fosil 14. Beynolxalq xüsusi hüquqda ailə münasibətləri 
da  əcnəbilər  arasında  onların  ölkəsinin  qanunvericiliyinə  əməl 
etməklə bağlanan nikah Azərbaycan Respublikasında tanınır. 
Nikahın fonnasına münasibətdə lex loci celebrationis prinsipi RF, 
Polşa, Macanstan və s. dövlətlərin qanunvericiliyində, Busta- mant 
Məcəlləsində, habelə Azərbaycan Respublikasının digər dövlətlərlə 
bağladığı  hüquqi  yardım  haqqında  müqavilələrdə  Özünə  yer 
almışdır.  Azərbaycan  Respublikası  və  Litva  Respublikası  arasında 
mülki,  ailə  və  cinayət  işləri  üzrə  hüquqi  yardım  və  hüquqi 
münasibətlər  haqqında  Müqavilənin  24-cü  maddəsinin  2-ci 
hissəsində  deyilir:  "Nikahın  bağlanması  forması  ərazisində  nikah 
bağlanan  Razılığa  Gələn  Tərəfin  qanunvericiliyi  ilə  müəyyən 
olunur". 
Nikahın  bağlanmasının  maddi  şərtlərinin  müəyyən  edilməsi  ilə 
əlaqədar isə əsas kollizion prinsip kimi müasir dövrdə nikaha girən 
şəxslərin  şəxsi  qanunu  (lex  patriae)  çıxış  edir.  Polşa,  Çexiya, 
Macanstan, İspaniya, Latın Amerikasının əksər ölkələri, ABŞ-ın bir 
çox ştatlarında qarışıq  nikah (yerli vətəndaşlarla  xaricilər arasında, 
xaricilərin  öz  aralarında  bağlanan  nikahlar)  bağlanan  zaman  onun 
mahiyyət etibarı ilə həqiqi olması üçün şəxsi qanuna istinad etməni 
vacib  hesab  edirlər.  Məsələn,  beynəlxalq  xüsusi  hüquq  haqqında 
Polşa qanununun 14-cü maddəsinə görə tərəflərə münasibətdə nikah 
bağlanmasının imkanları onların vətəndaşı olduğu ölkənin qanununa 
əsasən həll edilir. 
Azərbaycan  qanunvericiliyi  də  bu  məsələdə  şəxsi  qanun 
prizmasından çıxış edir. Bu zaman xarici vətəndaşlara münasibətdə 
onların  vətəndaşı  olduğu  ölkənin  qanunu,  vətəndaşlığı  olmayan 
şəxslərə  münasibətdə  isə  onlann  daimi  yaşadığı  yerin  qanunu  (lex 
domicilii)  əsas  götürülür.  Bu  barədə  Azərbaycan  Respublikasının 
Ailə Məcəlləsinin 146-cı maddəsinin ikinci  və üçüncü  hissələrində 
birbaşa göstəriş vardır. Orada deyilir ki, Azərbaycan Respublikasının 
ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin 
qanunvericiliyi  ilə  (lex  patriae)  və  həmin  Məcəllənin  12-  ci 
maddəsindəki tələblərə əməl olunmaqla müəyyən edilir. Nikah 
246 


§ 2. Xarici elemcntli nikahlar 
bağlayan  şəxsin  vətəndaşlığı  yoxdursa,  nikahın  bağlanması  şərtləri 
onun daimi yaşadığı ölkənin qanunvericiliyi (domicilii) ilə müəyyən 
edilir. 
Azərbaycan  Respublikasının  ərazisində  xaricinin  tərəf  olduğu 
nikahm maddi şərtlərinin qanuniliyi müəyyən edilən zaman xaricinin 
şəxsi  qanunu  ilə  yanaşı  Ailə  Məcəlləsinin  12-ci  maddəsinə  istinad 
edilməsi  hüquqi  baxımından  xaricinin  şəxsi  qanununun  tətbiqinin 
məhdudlaşdırılması kimi görünə bilər. Əslində isə Ailə Məcəlləsinin 
12-ci  maddəsində  nəzərdə  tutulanlar  yalnız  "başqa  nikahda  olma" 
şərti (bir sıra müsəlman ölkələrində çoxarvadlılığa yol verilir) istisna 
olmaqla  beynəlxalq  standartdır  və  ailə  hüququnda  ümumqəbul 
edilmiş norma kimi qiymətləndirilməlidir. 
Azərbaycan Respublikasının bağladığı hüquqi yardım haqqında 
müqavilələrdə  də  bu  mövqe  öz  əksİni  tapmışdır.  Bu  baxımdan 
nikahın  istər  maddi,  istərsə  də  formal  şərtlərinin  hüquq  sistemində 
fərqli qaydada müəyyən edildiyi İran İslam Respublikası ilə 21 fevral 
1998-ci  ildə  bağlanmış  hüquqi  yardım  haqqında  Müqavilədə 
məsələnin həlli fonnası maraq kəsb edir. Həmin müqavilənin 24- cü 
maddəsinə  görə  nikaha  girən  şəxslərdən  hər  biri  üçün  nikalıın 
bağlanması  şərtləri  onun  vətəndaşı  olduğu  Razılığa  Gələn  Tərəfin 
qanunvericiliyi ilə müəyyən edilir. Nikah bağlanmasının forması isə 
ərazisində nikah bağlanan Razılığa Gələn Tərəfin qanunvericiliyinə 
uyğun  olaraq  müəyyən  edilir.  Deməli,  nikahın  maddi  şərtlərinə 
münasibətdə  lex  patriae,  formal  şərtlərinə  münasibətdə  isə  lex  loci 
celebrationis  prinsipləri  əsas  götürülmüşdür.  Beləliklə,  forma 
baxımından  dini  nikah  kimi,  o  cümlədən  Azərbaycan  Respublikası 
vətəndaşının  İştirakı  ilə  İranda  bağlanan  nikahlar  Azərbaycan 
Respublikasında  tanınır.  Eyni  zamanda,  Azərbaycan  Respublikası 
qanunvericiliyinin  tələblərinə  əsasən,  başqası  ilə  nikahda  olan  İran 
vətəndaşının  Azərbaycan  Respublikasının  vətəndaşı  ilə  bağladığı 
nikahlar  mahiyyət  baxımından  harada  bağlanmasından  asılı 
olmayaraq qanundan kənar hesab edilməlidir. 
247 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə