Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə76/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   72   73   74   75   76   77   78   79   ...   124

$ 2 AR-in qanunvericiliyində müqavilədən kənar öhdəliklərin kollizion tənzimi 
edilə  bilər:  1)  istehlakçının  yaşadığı  və  ya  adətən  olduğu  ölkənin 
hüququ; 2) istehsalçının və ya xidmət göstərən şəxsin yerləşdiyi və ya 
yaşadığı  ölkənin  hüququ;  3)  istehlakçının  malı  aldığı  və  ya  ona 
xidmət göstərildiyi ölkənin hüququ. 
Mülki  qanunvericiliyə  görə  malın,  işin  və  ya  xidmətin 
konstruksiya,  resept  və  ya  digər  qüsurları  (keyfiyyətsiz  məhsul) 
nəticəsində,  habelə  mala  (işə,  xidmətə)  dair  yanlış  və  ya  yarımçıq 
informasiya  nəticəsində  fiziki  şəxsin  həyatına,  sağlamlığına  və  ya 
əmlakına, yaxud hüquqi şəxsin əmlakına dəyən zərərin əvəzini malın 
satıcısı  və  ya  istehsalçısı,  işi  görmüş  və  ya  xidməti  göstənniş  şəxs 
(icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə 
münasibətlərində  olub-olmadığına  baxmayaraq,  ödəməlidirlər.  Bu 
zaman  vurulan  zərərin  əvəzini  zərərçəkmişin  seçimi  üzrə  ya 
məhsulun (işin) satıcısı (işi görən), ya da istehsalçı ödəməlidir. Əgər 
meydana gələn belə öhdəlikdə xarici element mövcuddursa və edilən 
müraciətdə  tətbiq  ediləcək  hüquqla  bağlı  qeyd  yoxdursa,  onda 
hüququ  tətbiq  edən  orqan  istehlakçıya  (dəyən  zərərin  ödənilməsi 
tələbi  ilə  çıxış  edən  şəxsə)  yuxanda  qeyd  edilən  kollizion 
bağlanmalann  istinad  etdiyi  hüquq  sistemlərindən  birini  seçməyi 
təklif etməlidir. 
Müqavilədən  kənar  öhdəliklərin  bir  növü  də  əsassız  varlanma 
hesab  edilir.  Qeyd  edilməlidir  ki,  əsassız  varlanma  halları  milli 
qanunvericiliklərdə  müxtəlif  şəkildə  müəyyən  edilir.  Bundan  irəli 
gələrək  “Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Azərbaycan 
Respublikası Qanununda "əsassız varlanma" anlayışının Azərbaycan 
Respublikasının  hüququ  ilə  müəyyən  edilməsi  haqqında  müddəa 
nəzərdə tutulub. 
Mülki qanunvericiliyə görə əsassız varlanma yalnız o zaman baş 
verir  ki,  bu  cür  varlanmaya  haqq  qazandıran  qanuni  əsas  və  ya 
müqavilə əsası  olmur.  Hüquqi  əsas olmadan varlanma, həmçinin  o 
hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş 
əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 
233 


Fasil 13. Müqavilədən kənar öhdəliklər 
Xarici elementli əsassız varlanmaya qarşı verilən iddiaya baxılan 
zaman tətbiq ediləcək hüququ müəyyən etməklə bağlı Qanunun 28-ci 
maddəsində iki kollizion bağlanma nəzərdə tutulmuşdur: 
1)
 
əgər əsassız varlanma özgənin əmlakına edilən qəsd nəticəsində 
yaranırsa,  bu  zaman  qəsdin  baş  verdiyi  ölkənin  hüququ  tətbiq 
edilməlidir;  2)  digər  hallarda  İsə  əsassız  varlanmanın  baş  verdiyi 
dövlətin hüququ tətbiq edilir. 
§ 3. Müqavilədən kənar öhdəliklərin 
beynəlxalq hüquqi tənzimi 
Elmi-texniki  tərəqqinin  inkişafı  nəticəsində  delikt  öhdəliklərin 
də forma və məzmunu dəyişmişdir. Yüksək təhlükə mənbəyi olan elə 
obyektlər  meydana  gəlmişdir  ki,  çox  vaxt  onların  vurduğu  ziyanın 
qarşısını  almaq  ayrıca  bir  dövlətin  imkanları  xaricində  olur.  Bu 
mənada  müasir  delikt  münasibətləri  beynəlmiləlləşmiş,  onlann 
tənzimi  milli  hüquq  çərçivəsindən  kənara  çıxaraq  beynəlxalq 
xarakter kəsb etmişdir. 
Bir  qayda  olaraq  dövlətlər  səylərini  birləşdirməkdən  ötrü  öz 
aralarında  beynəlxalq  müqavilə  bağlayırlar.  Müqavilədən  kənar 
Öhdəliklərin beynəlxalq hüquqi tənzimi ilə əlaqədar da çoxtərəfli və 
ikitərəfli beynəlxalq müqavilələr mövcuddur. 
Çoxtərəfli  beynəlxalq  müqavilələr  müxtəlif  sahələr  üzrə 
bağlanmışdır. Onların bir qismi nüvə fəaliyyəti nəticəsində vumlan 
ziyana  görə  məsuliyyət  müəyyən  edİr.  Bura  1963-cü  il  “Nüvə 
fəaliyyəti  nəticəsində  vurulan  ziyana  görə  mülki  məsuliyyət 
haqqında”  Vyana  Konvensiyası,  1971-ci  il  “Nüvə  materiallarının 
dəniz daşımaları sahəsində mülki məsuliyyət haqqında” Konvensiya, 
1962-ci il “Nüvə gəmilərinin operatorlarının məsuliyyəti haqqında” 
Bnıssel  Konvensiyası,  1960-cı  il  “Nüvə  enerjisi  sahəsində  üçüncü 
tərəf qarşısında məsuliyyət haqqında” Paris Konvensiyası aiddir. 
234 


^ 3, Müqavilədən kənar öhdəliklərin beynəlxalq hüquqi tənzimi 
NÜVƏ 
fəaliyyəti nəticəsində vurulan ziyanın ödənilməsi ilə əla* 
qədar  qaldırılan  iddialara  münasibətdə  məhkəmənin  yurisdiksİya- 
smı  müəyyən  etmək  üçün  Vyana  və  Paris  konvensiyalarında  əsas 
kollizion  bağlanma  kimi  "nüvə  insidentinin  baş  verdiyi  yer" 
meyarından, subsidiar kollizion bağlanma kimi isə "nüvə qurğusuna 
görə məsuliyyət daşıyan dövlət" (Vyana Konvensiyası) və ya "nüvə 
qurğusunun  yerləşdiyi  dövlət"  (Paris  Konvensiyası)  meyarından 
istifadə  edilmişdir.  Hər  iki  konvensiyaya  görə  ödəmənin  xarakteri, 
forması  və  həcmi  ilə  bağlı  məsələlər  səlahiyyətli  məhkəmənin 
qanunu üzrə həll edilir. 
1963-cü  il  Vyana,  1962-ci  il  Brüssel  konvensİyalannda  nüvə 
fəaliyyəti  nəticəsində  vurulan  ziyana  görə  məsuliyyəti  istisna  edən 
hallar  da  nəzərdə  tutulmuşdur.  Belə  ki,  sİlahlı  münaqişə,  hərbi 
əməliyyat, vətəndaş müharibəsi və üsyan zamanı nüvə insidentinin 
vurduğu ziyana görə nüvə qurğusunun operatoru məsuliyyətdən azad 
olunur.  Bəzi  hallarda  isə  təbii  fəlakət  halının  mövcudluğu  belə 
məsuliyyəti aradan qaldırmır. 
Delikt öhdəliklərlə əlaqədar olan çoxtərəfli müqavilələrdən biri 
də 1969-cu il “Dənizin neftlə çirklənməsindən vurulan ziyana görə 
mülki  məsuliyyət  haqqında”  Brüssel  Konvensiyasıdır.  Konvensiya 
gəmilərdən dənizə neft axını İlə əlaqədar ciddi məsuliyyət müəyyən 
etmişdir. Yalnız Konvensiyada nəzərdə tutulan hallarda mülkiyyətçi 
məsuliyyətdən azad ola bilər. 
Müqavilədən  kənar  öhdəliklərin  tez-tez  təsadüf  olunduğu 
sahələrdən  biri  də  beynəlxalq  daşımalarla  bağlıdır.  Bu  istiqamətdə 
bağlanmış  çoxtərəfli  beynəlxalq  müqavilə  kimi  1971-ci  il 
“Yol-nəqliyyat  hadisələrinə  tətbiq  edilən  hüquq  haqqında”  Haaqa 
Konvensiyasını  qeyd  etmək  olar.  Yol-nəqliyyat  hadisələrinə  tətbiq 
ediləcək hüquqla bağlı əsas prinsip kimi "lex loci deücti commissi"yə 
istinad  edən  Konvensiya  həmin  bağlanmaya  əsasən  hətta  onun 
iştirakçısı  olmayan  dövlətin  hüququnun  tətbiqini  də  nəzərdə  tutur. 
Konvensiyada  "daha  sıx  bağlı  olan  hüquq",  "nəqliyyat  vasitəsinin 
qey 
235 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə