Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Füsil J3. MüqavİIixfon kənar öhdəliklər



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə75/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   71   72   73   74   75   76   77   78   ...   124

Füsil J3. MüqavİIixfon kənar öhdəliklər 
mından  hüquqa  zidd  olması  həmin  hərəkətin  törədildiyi  ölkənin 
hüququna  əsasən  müəyyən  edilməlidir.  Qeydiyyatdan  keçən 
nəqliyyat  vasitələrində və  ya hava  gəmisində milli  yurisdiksiyadan 
kənarda baş verən ziyan vuran hərəkət və ya hərəkətsizlik və onun 
nəticələri  isə  nəqliyyat  vasitəsinin  qeydiyyatdan  keçdiyi  ölkənin 
hüququna  tabedir.  Macarıstan  qanunu  ilə  qeyri-hüquqi  hesab 
edilməyən hərəkətlər, habelə Macanstan hüquq qaydasına  yaramna 
əsası məlum olmayan hallar məsuliyyətə səbəb ola bilməz. 
İsveçrə beynəbcalq xüsusi hüquq haqqında qanunu zİyan vurma 
nəticəsində  əmələ  gələn  öhdəliyi  tərəflərin  adi  yaşayış  yerləri  üst- 
üstə  düşdüyü  halda  həmin  ölkənin  hüququna  tabe  edir.  Əgər 
tərəflərin  adi  yaşayış  yerləri  müxtəlif  dövlətlərin  ərazisindədirsə, 
onda  ziyanın  vunılmasına  səbəb  olan  hərəkətin  törədildiyi  ölkənin 
hüququna  üstünlük  verilir.  Belə  hərəkətin  zərərli  nəticələri  digər 
ölkədə  baş  verərsə  və  ziyan  vuran  bunu  görməli  olduğu  halda, 
ziyanın baş verdiyi ölkənin hüququ tətbiq edilir. 
AFR-də  bu  sahədə  tarixən  ziyanın  vurulduğu  yerin  qanununa 
istinad edilib.' Bununla yanaşı alman hüququ "hərəkətin baş verdiyi" 
və  "ziyanın  vurulduğu  yer"  anlayışlarını  bir-birindən  fərqləndirir. 
Onlar  bir  dövlətin  hüdudları  ilə  məhdudlaşmadıqda  məhkəmə 
zərərçəkənin mənafeyinin müdafiəsi baxımından daha əlverişli olan 
hüququ tətbiq etməlidir. Bu zaman zərərçəkən tərəf özü də həmin iki 
qanundan  birini  seçə  bilər.  Tərəflərin  ziyan  vurulan  zaman  adi 
yaşayış  yerləri  üst-üstə  düşdükdə  isə  həmin  ölkənin  hüququ  tətbiq 
edilməlidir. 
Yaponiya  qanunvericiliyinin  müvafiq  normalannm  əsasında  da 
lex  loci  delicti  commissi  prinsipi  durur.  Lakin  həmin  normanın 
xaricdə baş verən və Yaponiya qanunlarına əsasən hüquqa zidd hesab 
edilməyən əməllərə tətbiqinə yol verilmir. 
I Paiiiie /I. Moıuıyuapoaııoc sacTHoe npaeo. M., 1960, c. 525. 
230 


§ 2 AR-in qanunvericiliyində müqavilədən kənar öhdəliklərin kolib.ion tənzimi 
İngiltərədə  bu istiqamətdə ənənəvi  olaraq məhkəmənin qanunu 
(lex fori) tətbiq edilmişdir. Keçən əsrin 90-cı illərindən etibarən isə 
delikt  münasibətlərin  digər  Avropa  dövlətlərində  olduğu  kimi 
tənzimlənməsinə  üstünlük  verilməyə  başlanmış,  ziyanın  vurulduğu 
yerin  qanunu  əsas  prinsipə  çevrilmişdir.  Yalnız  delikt  münasibətin 
daha sıx əlaqəli olduğu hüquq istisna təşkil edə bilər ki, belə hallara 
da tərəflərin adİ yaşayış yerlərinin üst-üstə düşməsi, onlar arasında 
müqavilə münasibətləri və s. aid edilir. 
§ 2 Azərbaycan Respublikasının qanunvericiliyində 
müqavilədən kənar öhdəliklərin kollizion tənzimi 
Azərbaycan  Respublikasının  qanunvericiliyində  müqavilədən 
kənar  öhdəliklərin  kollizion-hüquqi  tənzimi  ilə  əlaqədar  əsas 
normalar  “Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Qanunda  və 
Azərbaycan  Respublikasının  İştirakçısı  olduğu  hüquqi  yardım 
haqqında bİr sıra müqavilələrdə öz əksini tapmışdır. Bundan əlavə 
delikt öhdəliklərin bir sıra növləri ilə əlaqədar yaranan məsuliyyətin 
tənzimlənməsi ilə bağlı sahəvi normativ aktlara da rast gəlinir. 
“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası 
Qanununun  IV  fəsli  bütövlükdə  müqavilədən  kənar  öhdəliklərlə 
bağlı  kollizion  normalardan  ibarətdir.  Qanun  müqavilədən  kənar 
öhdəliklərin aşağıdakı üç növü üzrə yaranacaq kollizion situasiyanın 
həlli ilə əlaqədar tətbiq edilməli olan hüququ müəyyən edir: 1) ziyan 
vurma nəticəsində əmələ gələn öhdəliklər (delikt öhdəliklər); 
2)
 
istehlakçıya dəyən ziyana görə məsuliyyət; 3) əsassız varlanma. 
Delikt  öhdəliklərlə  bağlı  tətbiq  edilməli  olan  hüququ  müəyyən 
etməkdən ötrü qanun əsas prinsip kimi "lex loci delicti commis- si"yə 
istinad edir: "Ziyan vurma nəticəsində əmələ gələn öhdəliklər üzrə 
tərəflərin hüquq və vəzifələri ziyanı  ödəmək haqqında tələbin  irəli 
sürülməsi üçün əsas olan hərəkətin və ya digər vəziyyətin baş verdiyi 
ölkənin hüququ ilə müəyyən edilir" (Qanunun 26.1- 
231 


Fosil 13. Müqavilotlon kanar öhdoliklar 
ci  mtıddəsi).  Qeyd  ediiəıı  norma  ziyan  vurma  nəticəsində  əmələ 
gələn  öhdəliyə  tətbiq  edilməli  olan  hüququ  seçməkdən  ötrü  deiikt 
öhdəliyə  səbəb  olan  hərəkətin  baş  verdiyi  yeri  onun  nəticələrindən 
(tlkrimizcə,  normada  işlədilən  "digər  vəziyyət"  ifadəsi  altında  belə 
hərəkətin  doğurduğu  nəticə  başa  düşülməlidir)  ayırsa  da,  onlar 
arasında "və ya" ifadəsini işlətməklə bərabərlik işarəsi qoyur. Əgər 
deiikt öhdəliyə səbəb olan hərəkətlə belə hərəkətin doğurduğu nəticə 
məkan baxımından üst-üstə düşmürsə və ayrı-ayrı dövlətlərin ərazisi 
ilə  bağlıdırsa,  yəni  hərəkət  bir  ölkədə,  nəticə  başqa  ölkədə  baş 
verirsə, onda hansı dövlətin hüququ tətbiq edilməlidir? Qanunverici 
bu məsələnin həllini normanı tətbiq edən orqanın ixtiyarına buraxır 
və  normanın  mətnindən  belə  görünür  ki,  həmin  orqan  qeyd  edilən 
hüquqlardan hər hansı birini seçib tətbiq etməkdə azaddır. 
Qanunda  deiikt  öhdəliklərə  münasibətdə  tətbiq  edilməli  olan 
hüququ  müəyyən  etməklə  bağlı  alternativ  kollizion  bağlanma  da 
nəzərdə tutulmuşdur. Əgər tərəflər eyni dövlətin vətəndaşları və ya 
hüquqi şəxsləridirsə, onda xaricdə vurulan ziyan nəticəsində əmələ 
gələn  öhdəliklər  üzrə  həmin  dövlətin  hüququ  tətbiq  edilir.  Nəzərə 
almaq  lazımdır  ki,  həmin  nomıa  yalnız  xaricdə  vurulan  ziyan 
nəticəsində  əmələ  gələn  öhdəliklərə  şamil  edilə  bilər.  Azərbaycan 
Respublikasının  ərazisində  baş  verən  deiikt  üzrə  tərəflərin  hər 
ikisinin  eyni  xarici  dövlətə  mənsub  olması  həmin  dövlətin 
hüququnun  tətbiqinə  səbəb  ola  bilməz.  Bu  zaman  işə  baxan 
Azərbaycan  məhkəməsi  əsas  kollizion  prinsipinə  əsasən  (lex  loci 
delicti commissi) Azərbaycan hüququnu tətbiq etməlidir. 
"Beynəlxalq xüsusi hüquq haqqında” Qanun müqavilədən kənar 
öhdəliklərin  bir  növü  olan  istehlakçıya  dəyən  ziyana  görə 
məsuliyyətin  müəyyən  edilməsi  zamanı  hansı  hüququn  tətbiq 
edilməsi  məsələsinə  də  aydınlıq  gətirmişdir.  Qanunun  27-ci 
maddəsinə  görə  malın  alınması  və  ya  xidmətin  göstərilməsi  ilə 
əlaqədar  istehlakçıya  dəyən  ziyanın  ödənilməsi  haqqında  tələbə 
istehlakçının  seçimi  əsasında  aşağıdakı  üç  kollizion  bağlanmadan 
biri tətbiq 
232 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə