Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə74/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   70   71   72   73   74   75   76   77   ...   124

Fəsil 12. Beynəlxalq daşımalar 
avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin 
işinə dair” Avropa razılaşması bu sırada mühüm yer tutur. 
Bunlardan əlavə bu sahə ilə bağlı çoxsaylı İkitərəfli müqavilələr 
də  mövcuddur  ki,  onlarda,  bir  qayda  olaraq,  avtonəqliyyat 
vasitələrinin texniki vəziyyəti, daşıma müqaviləsinin bağlanmasının 
şərtləri, vurulmuş ziyanın ödənilməsi əsaslan, məcburi sığorta və s. 
məsələləri  tənzimləyən  müddəalar  təsbit  edilmişdir.  Azərbaycan 
Respublikasının  beynəlxalq  avtomobil  sərnişin  və  yük  daşımaları 
haqqında  Özbəkistan,  Qazaxıstan,  Gürcüstan,  Moldova,  Ukrayna, 
Rusiya,  Yunanıstan  və  s.  dövlətlərlə  ikitərəfli  müqavilələri 
mövcüddür. 
Azərbaycan  Respublikası  Hökuməti  ilə  Rusiya  Federasiyası 
Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2001- ci 
il yanvarın 9-da Bakı şəhərində imzalanmış Sazişin 1-ci maddəsinə 
görə  Azərbaycan  Respublikasında  və  ya  Rusiya  Federasiyasında 
qeydiyyata alınmış avtonəqliyyat vasitələri ilə hər ikİ dövlət arasında 
müntəzəm və qeyri-müntəzəm sərnişin daşımaları, yük daşımaları və 
onların ərazilərindən tranzit həyata keçirilir. 
Sazişin 11-ci maddəsinə görə avtobusun və ya yük avtomobilinin 
sürücüsündə  idarə  etdiyi  avtonəqliyyat  vasitəsinin  kateqoriyasına 
uyğun olan milli və ya beynəlxalq sürücü vəsiqəsi və avtonəqliyyat 
vasitəsinin  milli  qeydiyyat  sənədləri  olmalıdır.  Milli  və  ya 
beynəlxalq sürücü vəsiqəsi ve milli qeydiyyat sənədləri "Yol hərəkəti 
haqqında"  8  noyabr  1968-ci  il  tarixli  Vyana  Konvensiyasının 
müəyyən etdiyi nümunəyə uyğun olmalıdır. Sazişdə nəzərdə tutulan 
yüklərin  daşııunası  forması  ümumi  qəbul  edilmiş  beynəlxalq 
nümunəyə  uyğun  olan  qaimələr  əsasında  həyata  keçirilməlidir. 
Sazişin  müddəalarına  müvafiq  surətdə  tələb  edilən  icazə  və  başqa 
sənədlər  avtonəqliyyat  vasitəsinin  sürücüsündə  olmalı  və  Razılığa 
gələn  Tərəflərin  səlahiyyətli  nəzarət  orqanlarının  tələbi  ilə  təqdim 
edilməlidir. 
226 


§ 7. Beynəlxalq “qanşıq” daşımalar 
§ 7. Beynəlxalq “qarışıq” daşımalar 
Beynəlxalq  təcrübədə  bir  neçə  növ  nəqliyyat  vasitələrindən 
istifadə etməklə qarışıq daşımalardan geniş istifadə olunur. 1980-ci il 
“Beynəlxalq  qarışıq  daşımalar  haqqında”  BMT  konvensiyasında 
qanşıq daşımaların anlayışı nəzərdə tutulmuşdur. Həmin sənədə görə 
beynəlxalq  qanşıq  daşunalar  dedikdə,  qarışıq  daşımalar  haqqında 
müqaviləyə  əsasən  iki  və  daha  çox  nəqliyyat  vasitəsi  növündən 
İstifadə etməklə yüklərin daşınması başa düşülür. 
Qarışıq daşımalar həm milli qanunvericiliklə, həm də ikitərəfli və 
çoxtərəfli  beynəlxalq  müqavilələr  vasitəsilə  tənzimlənir.  1959-  cu 
ildə  “Yüklərin  dəmiryol-su  vasitəsilə  beynəlxalq  birbaşa  qarışıq 
daşınması  haqqında”  Razılaşma  qəbul  edilmişdir.  Razılaşmaya 
uyğun  olaraq  beynəlxalq  qanşıq  daşımaların  şərtləri  müvafiq 
nəqliyyat  təşkilatları  arasında  qəbul  edilmiş  qaydalarla  müəyyən 
olunur. Razılaşma ilə həm de beynəlxalq qanşıq daşımaların həyata 
keçirilməsi sahəsində dövlətlərin əməkdaşlığının ümumi prinsipləri 
müəyyən edilib. 
227 


Fəsil 13. Müqavilədən kənar öhdəliklər 
§ 1. Müqavilədən kənar öhdəliklər üzrə 
kollizion məsələlər 
Müqavilədən kənar əmələ gələn öhdəliklərin əsas kütləsini ziyan 
vurma  nəticəsində  meydana  gələn  öhdəliklər  təşkil  edir.  Belə 
öhdəliklərə  hüquq  ədəbiyyatında  delikt  öhdəliklər  deyilir.  Elmi- 
texniki  tərəqqinin  sürətli  inkişafı  ilə  xarakterizə  olunan  müasir 
zəmanəmizdə çox hallarda delikt öhdəliklərin meydana gəlməsi və 
onlann doğurduğu nəticələr bir dövlətin hüdudlarından kənara çıxır 
və bu zaman bu və ya digər formada onlarda xarici element özünü 
bümzə  verir.  Bəzən  bir  dövlətin  ərazisində  törədilən  hərəkətin 
nəticələri  başqa  dövlətin  ərazisində  maddiləşir.  Belə  hallar  ziyan 
vunnaq  baxımından  məqsədyönlü  xarakter  daşıdıqda  isə  çox  vaxt 
hətta sərhəd tanımayan təbiİ proseslərdən: küləyin əsməyi, çayların 
axımı,  quşların  uçuşu  və  s,  hadisələrdən  istifadə  edilir.  Məsələn, 
Azərbaycan Respublikasının ərazisinə qonşu dövlətlərdən daxil olan 
çaylara orada müxtəlif zərərli maddələr axıdılırsa, bu da öz nəticəsini 
həmin  çayların  suyundan  həm  içməli  su,  həm  də  kənd  təsərrüfatı 
məqsədi İlə istifadə edildiyi Azərbaycan Respublikasının ərazisində 
bürüzə  verəcəkdir.  Və  yaxud,  bir  dövlətin  atom  stansiyasında  baş 
vermiş qəzanın nəticələri onun sərhədlərindən çox- çox uzaqlarda öz 
təsirini göstərir. 
Xarici  elementli  delikt  öhdəliklərə  hansı  qanun  tətbiq 
edilməlidir?  Əksər  dövlətlərin  beynəlxalq  xüsusi  hüququnda  bu 
istiqamətdə  ziyanın  vunılduğu  yerin  qanununa  (lex  loci  delicti 
commissi)  üstünlük verilir. Mütəxəssislərin fikrinə görə, bu norma 
öz  başlanğıcını  Napoleon  Mülki  Məcəlləsindən  götürmüşdür.' 
Həmin  məcəllənin  3-cü  maddəsinin  1-ci  bəndində  "rifah  və 
təhlükəsizliklə 
1. 
'JncKoB 
B.n. Me*
4
yHap
0
iiHoc 
wacTHoc npaso. 
M., 2001, 
c. 
358. 
228 


§ 1. Müqavilədən kənar öhdəliklər üzrə kollizion məsələlər 
əlaqədar olan qanunlar Fransa ərazisində yaşayanların hamısı üçün 
məcburidir"  məzmununda  ifadə  olunan  birtərəfli  kollizion  norma 
sonralar Fransa beynəlxalq xüsusi hüquq doktrinasında və məhkəmə 
təcrübəsində inkişaf etdirilərək lex loci delicti formulasında ikitərəfli 
kollizion hüquq normasına çevrilmişdir. Lakin beynəlxalq əlaqələrin 
kütləsinin  daim  artması  müqabilində  delikt  öhdəliklərə  gətirib 
çıxaran  hərəkət  və  nəticələrin  rəngarəngliyi  də  aıtmış  və  bu  da 
göstərilən istiqamətdə bütün situasiyalar üçün daha ədalətli və qəbul 
edihnəli olan norma axtanşına zəmin yaratmışdır. Bununla yanaşı lex 
loci  delicti  əsas  kollizion  prinsip  olaraq  qalmaqda  davam  edir. 
Sonrakı  axtanşlar  isə  hələ  ki,  yalnız  ona  alternativ  kollizion 
normalann  yaradılmasına gətirib çıxartmışdır. Bu istiqamətdə milli 
qanunvericiliklərdə  aşağıdakı  alternativ  kollizion  bağlamnalara 
təsadüf edilir; tərəflərin vətəndaşı olduqları və ya daimi yaşadıqları 
yerin qanunu, əgər belə hallar üst-üstə düşürsə; nəqliyyat vasitəsinin 
qeydiyyatdan  keçdiyi  yerin  qanunu  (konkret  halda  ziyan  vuran 
nəqliyyat  vasitəsi  nəzərdə  tutulur);  delikt  münasibətin  daha  sıx 
əlaqədə  olduğu  Ölkənin  hüququ;  tərəflərin  seçdiyi  qanun  və  s.  Bu 
baxımdan  ayrı-ayrı  dövlətlərin  qanunvericiliyinə  müraciət  edək. 
Avstriyanın  beynəlxalq  xüsusi  hüquq  haqqında  qanununda  delikt 
öhdəliklərə  münasibətdə  əsas  kollizion  norma  kimi  ziyanın  vunıl- 
masma səbəb olan hərəkətin törədildiyi yerin qanununa istinad edilir. 
Bununla yanaşı tərəflərin daha sıx əlaqədə olduğu digər ölkənin də 
hüququnun tətbiqi mümkün hesab edilir. 
Macarıstanın  beynəlxalq  xüsusi  hüquq  haqqında  qanununda 
delikt  məsuliyyəti  ilə  əlaqədar  müxtəlif  situasiyalar  üçün  kollizion 
normalar  nəzərdə  tutulub.  Burada  da  əsas  kollizion  prinsip  kimi 
ziyanın  vurulduğu  yerin  qanunu  göstərilir.  Əgər  tərəflərin  (ziyan 
vuran  və  zərərçəkən)  daimi  yaşayış  yerləri  (domicilii)  üst-üstə 
düşürsə, yəni bir dövlətin ərazisində yerləşirsə, onda həmin dövlətin 
hüququna üstünlük verilir. Qanuna görə ziyana səbəb olan hərəkətin 
yol hərəkəti qaydalan və ya digər təhlükəsizlik normaları baxı 
229 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə