Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə70/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   66   67   68   69   70   71   72   73   ...   124

Fəsil 12. Ucynəlxalq daşımalar 
Dəniz  daşıma  müqaviləsinin  tərəfləri  arasında  mübahisə 
yarandıqda  onlar  iddia  ilə  məhkəməyə  müraciət  edə  bilərlər. 
Konvensiyanın  20-ci  maddəsində  iddia  müddəti  ikİ  il  nəzərdə 
tutulmuşdur. 
1978-ci  il  Hamburq  konvensiyasından  başqa  dəniz  daşımaları 
sahəsində  “Xətt  konfranslannın  davranış  məcəlləsi  haqqında’* 
1974-cQ il Konvensiyası da mühüm yer tutur. Həmin Konvensiyanın 
qəbul  edilməsində əsas  məqsəd gəmi sahibinin,  daşıyıcının  və  yük 
göndərənin  maraqlarını  daha  yaxşı  qorumaqdan  ibarətdir. 
Konvensiyada  müəyyən  coğrafi  istiqamətlərdə  daşımaları  həyata 
keçirən  müxtəlif  dövlətlərin  milli  gəmiçilik  xətləri  arasında 
münasibətləri tənzimləyən nomıalar, onların xüsusi xətt konfransları 
adlı qnıp təşkil etmə hüquqları və gəmiçilik xətləri ilə yük göndərən 
arasında münasibətləri tənzimləyən normalar nəzərdə tutulmuşdur. 
Konvensiyada 
tərəflər 
arasında 
yaranan 
mübahisələri 
tənzimləyən  müddəalar  xüsusi  bölmədə  öz  eksİni  tapmışdır.  30-cu 
maddəyə  müvafiq  olaraq  beynəlxalq  dəniz  nəqliyyatı  sahəsində 
təcrübəli  ekspertlərdən  ibarət  Beynəlxalq  banşdıncılar  qrupu  təsis 
edilir. Tərəflərin razılığı ilə barışdırıcılar Qrupu mübahisənin həllİ ilə 
bağlı tövsiyə qəbul edir. 
Dəniz  nəqliyyatı  vasitəsilə  yüklərin  daşınması  zamanı 
müqavilənin  çarter  fonnasından  genİş  istifadə  olunur.  Beynəlxalq 
təcrübədə  çarterin  aşağıdakı  fonnaları  mövcuddur:  reys  çarter, 
taym-çarter,  dimayz-çarter,  deli-çarter.  Çarter  müqaviləsi  üzrə 
daşımalan  həyata  keçirərkən  yaranan  kollizion  məsələlər  tərəflərin 
çarter müqaviləsində göstərdikləri hüquq ilə tənzimlənir. 
§ 4. Beynəlxalq dəmiryol daşımalan 
Beynəlxalq  dəmiryol  daşımaları  sahəsində  1980-ci  ildə  qəbul 
edilmiş “Beynəlxalq dəmiryol daşımalan haqqında” Sazişi xüsusi ilə 
qeyd etmək lazımdır. Bu Saziş mahiyyət etibarilə l890-cı il 
214 


§ 4. Beynəlxalq dəmiryol daşımaları 
“Yüklərin dəmiryol daşımaları haqqında” Bern konvensiyasının və 
1923-cü il “Sərnişinlərin və baqajın dəmiryol daşımaları haqqında” 
Bern konvensiyasının birləşmiş variantıdır. 
1980-ci  il  Sazişinin  iştirakçıları  əsasən  Avropa  ölkələridir. 
Sazişdə daşınmanın maksimal müddətləri, dəmir yolunun məsuliyyət 
hədləri və yük sahibinə dəymiş ziyanın ödənilməsi şərtləri nəzərdə 
tutulmuşdur. 
Beynəlxalq dəmiryol daşımaları sahəsində daha bir mühüm saziş 
1994-cü ildə qəbul edilmiş “Dəmiryol nəqliyyatının texniki təchizatı 
və  yenilənməsi  sahəsində  əməkdaşlıq  haqqında”  Sazişdir.  Qeyd 
etdiyimiz  Saziş  dəmiryol  nəqliyyatında  daşımaların  həyata 
keçirilməsini  tənzimləyən  normalan  nəzərdə  tutmur.  Bu  yalnız 
dəmiryol  nəqliyyatınm  mütəmadi  fəaliyyətinin  təmin  olunmasına 
həsr edil mişdir. Saziş 6 maddədən ibarətdir. Sazişin qəbul edİlməsİ 
olduqca  mühüm  əhəmiyyət  kəsb  edir  və  12  dövlət  bu  sazişin 
iştirakçısıdır. 
Bu  istiqamətdə  mövcud  olan  beynəlxalq  müqavilələrdə  maddi 
hüquq nonnalan ilə yanaşı kollizion nonualara da {məsələn, daşıma 
üçün  yükün  qəbul  edilməsi  yük  göndərən  dəmir  yolu  təşkilatının 
qanunu ilə,  yükün  gecikdiril  məsinə görə cərimələr  yükü müşayiət 
edən dəmir yolu təşkilatının qanunu ilə müəyyən edilir və s.) təsadüf 
edilir. 
Beynəlxalq  dəmiryol  daşımalarından  irəli  gələn  məsələlərin 
əksəriyyəti  çox  zaman  tərəflər  arasında  bağlanmış  sərnişin  və  yük 
daşımaları  haqqında  iki  tərəfli  sazişlər  vasitəsilə  tənzimlənir. 
Azərbaycan  Respublikasının  da  beynəlxalq  dəmir  yolu  əlaqələri 
sahəsində qonşu dövlətlərlə (Gürcüstan, Özbəkistan və s.) İkitərəfli 
müqavilələri  mövcuddur.  "Azərbaycan  Respublikası  Hökuməti  İlə 
Gürcüstan Hökuməti arasında dəmir yolu nəqliyyatının fəaliyyətinin 
əlaqələndirilməsi  haqqında"  2004-cü  il  iyunun  14-də  Tbilisi 
şəhərində imzalanmış Sazişin 2-ci  maddəsinə görə Tərəflər hər  İki 
ölkə  arasında  dəmir  yolu  daşımalarının  daha  da  inkişaf  etdirilməsi 
məqsədilə bir-birlərinə lazımi kömək göstərir və əməkdaşlıq edirlər 
və beynəlxalq sərnişin və ya yük daşımalarının təkmİlləşdiril 
215 


Fəsil 12, Beynəlxalq daşımalar 
məsi  üzrə  zənıri  tədbirlər  görürlər.  Tərəflər  dəmir  yolu  nəqliyyatı 
sahəsində  müntəzəm  olaraq  istehsal-texniki,  iqtisadi  və  elmi 
əməkdaşlıq etməyi məqsədəuyğun hesab edirlər. Tərəflərdən hər biri 
öz dövlətlərinin qanunvericiliyi və qüvvədə olan beynəlxalq-hüquqi 
normalar çərçivəsində istər hər iki dövlət arasında, istərsə də tranzitlə 
onların ərazisindən üçüncü ölkələrə səmİşin daşımalarma, yüklərin, 
baqajın  və  poçtun  nəql  edilməsinə,  nəqliyyat  tərkibinin  keçməsinə 
lazımi şərait təmin edirlər. 
Sazişin I2-ci maddəsi ilə dəmir yolunda baş verən bədbəxt hadisə 
nəticəsində yaranan maddi məsuliyyətin aşağıdakı prinsipləri rəhbər 
tutmaqla həlli müəyyən edilmişdir: 
1)Tərəflərdən birinin xidməti heyətinin dİgər Tərəfin ərazisində 
xidməti borcunu yerinə yetirərkən dəmir yolunda baş verən bədbəxt 
hadisə nəticəsində dəyən zərəri, zərərçəkən işçinin təmsil olunduğu 
və  əmək  müqaviləsi  bağladığı  səlahiyyətli  orqan  milli 
qanunvericiliyinə uyğun olaraq həmin heyətə ödəyir
2)Tərəflərdən birinin xidməti heyətinin digər Tərəfin ərazisində 
xidməti borcunu yerinə yetirərkən dəmir yolunda baş verən bədbəxt 
hadisə nəticəsində dəyən zərərə görə məsuliyyəti, ərazisində hadisə 
baş  vermiş  Tərəfin  səlahiyyətli  orqanı  öz  milli  qanunvericiliyinə 
uyğun olaraq daşıyır; 
3)daşıma  prosesi  zamanı  baş  verən  bədbəxt  hadisə  nəticəsində 
sərnişinə  dəyən  zərərə  görə,  əgər  zərər  qarşısıalınmaz  qüvvə 
nəticəsində  və  ya  sərnişinin  öz  günahı  üzündən  baş  verməyibsə, 
məsuliyyəti  dövlətinin  milli  qanunvericiliyinə  uyğun  olaraq 
ərazisində  bədbəxt  hadisə  baş  vermiş  Tərəfin  səlahiyyətli  orqanı 
daşıyır; 
4)
 
müəyyən  edilmiş  qaydada  daşınmaya  qəbul  edilmiş  yükün 
sahibi, həmçinin baqaj, poçt sahibi yükü alanadək yük itməsinə görə 
məsuliyyəti ərazisində hadisə baş vermiş Tərəfin səlahiyyətli orqanı 
daşıyır; 
5)
 
Tərəflərdən  birinin  səlahiyyətli  orqanı  digər  Tərəfin 
səlahiyyətli orqanı qarşısında öz xidməti heyətinin günahı üzündən, 
həm 
216 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə