Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə73/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   69   70   71   72   73   74   75   76   ...   124

§ 5. lieynəİxalq hava daşımatan 
pozulması nəticəsində dəyən zərər üçün və daşıma zamanı gecikmə 
nəticəsində dəyən zərər üçün, habelə baqajın və ya yükün itməsi, ça- 
tışmaması  və  zədələnməsi  üçün  cavabdehdİ,  bu  şərtlə  ki,  zərər 
dəyməsinə  səbəb  olmuş  hadisə  baqajın  və  ya  yükün  yerdə,  yaxud 
hava  gəmisində  daşıyıcının  mühafizəsi  altında  olması  zamanı  baş 
versin;  daşıyıcı  baqajın  və  ya  yükün  daşınması  zamanı  gecikmə 
nəticəsində  dəyən  zərər  üçün  də  cavabdehdir.  Əgər  daşıyıcı 
zərərçəkən şəxsin təqsirinin zərər dəyməsinə səbəb olduğunu və ya 
şərait  yaratdığını  sübut  edərsə,  məhkəmə  onu  nəzərdə  tutulmuş 
məsuliyyətdən  azad  edə  bilər  və  ya  bu  məsuliyyəti  məhdudlaşdıra 
bilər. 
Sərnişin daşınması zamanı daşıyıcının hər bir sərnişin qarşısında 
zərər üçün məsuliyyəti hava daşımaları zamanı məsuliyyət haqqında 
Azərbaycan 
Respublikasının 
beynəlxalq 
müqavilələrində 
müəyyənləşdirilən hədlə məhdudlaşdırılır. Zərərin ödənilməsi vaxt- 
aşın ödənişlər şəklində müəyyənləşdirilə bilər, həm də bu ödənişlərin 
kapitallaşdınimış məbləği göstərilən həddən yuxan ola bilməz. 
Baqaj  və  ya  yük  daşınması  zamanı  baqajın  və  ya  yükün  hər 
kiloqramı  üçün  daşıyıcının  məsuliyyəti  hava  daşımaları  zamanı 
məsuliyyət  haqqında  Azərbaycan  Respublikasının  beynəlxalq 
müqavilələrində 
müəyyənləşdirilən 
hədlə 
məhdudlaşdırılır, 
göndəricinin  baqajı  və  ya  yükü  daşıyıcıya  elan  olunmuş  dəyərlə 
təhvil  verdiyi  hal  istisna  edilir.  Bu  halda  daşıyıcı  elan  olunmuş 
dəyərin həqiqətdə vurulmuş zərərdən yüksək olduğunu sübut etməsə
məsuliyyət  elan  olunmuş  dəyər  məbləğində  müəyyənləşdirilir. 
Baqajın və ya yükün bir hissəsi, yaxud bunların içərisində olan hər 
hansı bir əşya itdikdə, çatışmadıqda, zədələndikdə və  ya çatdırılma 
müddəti 
ötürüldükdə 
əvəzinə 
ödənilməsi 
məbləği 
müəyyənləşdirilərkən yalnız həmin yerin və ya yerlərin ümumi çəkisi 
(kütləsi)  nəzərə  alınır.  Lakin  baqajın  və  ya  yükün  bir  hissəsinin, 
yaxud  onların  içərisində  olan  hər  hansı  bir  əşyanın  itməsi, 
çatışmaması,  zədələnməsi,  yaxud  çatdırılma  müddətinin  ötürülməsi 
eyni baqaj qəbzinə və ya yük qaiməsinə daxil edilmiş digər yerlərin 
dəyərinə təsir göstərdikdə. 
223 


Fosİl 12. Beynalxalq daşımalar 
zərərin ödənilməsi məbləği  müəyyənləşdirilərkən bütün  bu  yerlərin 
ümumi çəkisi (kütləsi) nəzərə alınır. 
Sərnişinin yanında olan əşyalann itməsi, çatışmaması və  ya zə- 
dələnməsi  üçün  daşıyıcının  məsuliyyəti  hava  daşımalan  zamanı 
məsuliyyət  haqqında  Azərbaycan  Respublikasının  beynəlxalq 
müqavilələrində müəyyənləşdirilmiş hədlə məhdudlaşdmlır. 
Baqaj və ya yük etirazsız alındıqda güman edilir ki, bunlar lazımi 
vəziyyətdə  və  daşıma  sənədinə  müvafiq  surətdə  çatdırılmışdır,  bir 
şərtlə ki, bunun əksi sübut olunmasın. Zərər vurulduqda baqajı və ya 
yükü  almaq  hüququna  malik  olan  şəxs  zərəri  aşkara  çıxaran  kimi 
dərhal  daşıyıcıya  yazılı  pretenziya  verməlidir,  lakin  bu  pretenziya 
baqajın alındığı gündən ən çoxu 7 gün və yükün alındığı gündən ən 
çoxu 14 gün keçənədək verilməlidir. Çatdınima müddəti ötürüldükdə 
pretenziya baqajın və ya yükün alıcının sərəncamına verildiyi gündən 
ən çoxu 21 gün keçənədək verilməlidir. Baqaj və ya yük İtirildikdə 
daşıyıcıya  pretenziyalar  hava  gəmisinin  mənzil  başına  çatdığı  və 
çannalı olduğu gündən, yaxud daşımanın dayandırıldığı gündən iki İl 
keçənədək  verilməlidir.  Yuxanda  göstərilən  müddətlərdə  yazılı 
pretenziya verilmədikdə daşıyıcıya iddia verilə bilməz. 
Daşıyıcıya  beynəlxalq  hava  daşımasından  irəli  gələn  iddialar 
hava gəmisinin mənzil başına çatdığı və ya çatmalı olduğu gündən, 
yaxud  daşımanın  dayandırıldığı  gündən  ən  çoxu  iki  il  keçənədək 
daşıma idarəsinin yerləşdiyi ərazidəki məhkəməyə verilir. 
§ 6. Beynəlxalq avtomobil daşımaları 
Beynəlxalq avtomobil daşımaları üçün vacib olan əsas şərtlərdən 
biri  universal  səviyyədə  vahid  yol  nişanlann  və  vahid  yol  hərəkəti 
qaydaların  müəyyən  edilməsidir.  Bununla  əlaqədar  olaraq  1949-cu 
ildə BMT-nin yol hərəkəti üzrə Cenevrədə keçirilən kon- 
224 


S 6. Beynəlxalq avtomobil daşımaları 
fransında "Yol hərəkəti haqqında" Konvensiya və "Yol nişanları və 
siqnallan haqqında" Protokol (1968-ci il redaksiyasında qüvvədədir) 
qəbul  edilmişdir.  Bu  sənədlərdə  avtonəqliyyat  vasitələrinin  texniki 
vəziyyəti,  sürücülərə  irəli  sürülən  tələblər,  sürücülük  vəsiqələrinin 
qaydaları və s. məsələləri tənzimləyən müddəalar öz əksini tapmışdır. 
Avtomobil  nəqliyyatında  yükdaşımanın  şərtləri  1956-cı  il 
“Yüklərin beynəlxalq yol daşımaları müqaviləsi haqqında’’ Cenevrə 
konvensiyası  ilə  tənzimlənir.  Həmin  Konvensiya  yüklərin  yollarla 
beynəlxalq daşınmasının vahid şərtlərini müəyyən etmək məqsədi İlə 
qəbul edilmişdir. 
Konvensiyada  əsasən  maddi  hüquq  normaları  nəzərdə 
tutulmuşdur.  Bu,  hər  şeydən  əvvəl,  qaimənin  tərtib  edilməsini 
tənzimləyən  və  tərəflərin  məsuliyyətinin  əsaslarını  müəyyən  edən 
normalara aiddir. Bununla yanaşı bəzİ fakültativ xarakterli məsələlər 
Konvensiyada  nəzərdə  tutulmuş  kollizion  normalar  vasitəsilə  həll 
edilir. Məsələn, Konvensiyanın 32-ci maddəsinin 3-cü bəndinə görə 
məhkəməyə  müraciətlə  əlaqədar  iddia  müddəti  ilə  bağlı  məsələlər 
məhkəmənin qanunu ilə müəyyən edilir. 
51  maddədən  ibarət  olan  Konvensiya  aşağıdakı  məsələləri 
tənzimləyir: 
1)
 
daşıma müqaviləsinin bağlanması və icrası; 
2)
 
daşıyıcınını, yük göndərənin, yük alanın məsuliyyəti
3)
 
daşımalar  ilə  bağlı  mübahisələrin  məhkəmə  aidiyyatmın 
müəyyən edilməsinin və pretenziyaların təqdim edilmə qaydalarının 
tənzimi. 
Avtomobil  daşımaları  sahəsində  qəbul  edilmiş  universal 
beynəlxalq konvensiyalardan başqa regional sazişlər də mövcuddur. 
Məsələn,  Avropa  ölkələri  arasında  yüklərin  daşınma  şərtlərini 
müəyyən edən 1956-cı ildə qəbul edilmiş “Yüklərin beynəlxalq yol 
daşımaları müqaviləsi haqqında” Konvensiya, 1970-ci il “Beynəlxalq 
225 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə