Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə69/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   65   66   67   68   69   70   71   72   ...   124

§ 3. Beynolxalq dəniz daşımaları 
edilən  hüququn  müəyyən  olunması  ilə  bağlı  müddəalar  öz  əksini 
tapmışdır.  Həmin  Məcəllənin  324-cü  maddəsinə  görə  xarici 
vətəndaşların  və  ya xarici  hüquqi  şəxslərin  iştirakı  ilə, o cümlədən 
mülki  hüquq  obyekti  Azərbaycan  Respublikasının  hüdudlarından 
kənarda olduqda, ticarət gəmiçiliyindən yaranan münasibətlərə tətbiq 
edilən 
qanun 
Azərbaycan 
Respublikasının 
beynəlxalq 
müqavilələrinə,  həmin  Məcəlləyə,  digər  qanunlara  və  Azərbaycan 
Respublikasının tanıdığı ticarət gəmiçiliyi adətlərinə müvafiq olaraq 
müəyyənləşdirilir. 
Məcəllənin  324.2  maddəsinə  görə  həmin  "Məcəllə  ilə  nəzərdə 
tutulmuş müqavilənin tərəfləri müqavilə bağlayarkən və ya sonradan 
razılaşma  əsasında  həmin  müqavilə  üzrə  onların  hüquq  və 
vəzifələrinə  tətbiq  edilən  qanunu  seçə  bilərlər.  Belə  razılaşma 
olmadıqda, bu Məcəllənin qaydaları tətbiq edilir; belə razılaşmanın 
mövcudluğu  sərnişinin  həyatına  və  ya  sağlamlığına  zərərin 
vurulmasına,  yükün  və  baqajın  itirilməsinə  və  ya  zədələnməsinə 
yaxud  onların  gecİkdirilmə  ilə  çatdırılmasına  görə  bu  Məcəlləyə 
müvafiq  olaraq  məsuliyyətinin  aradan  qaldınimasına  və  ya 
azaldılmasına  səbəb  olmur".  Deməli,  Azərbaycan  Respublikasının 
qanunvericiliyi müqavilə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən 
edilərkən  tətbiq  edilən  hüququn  seçilməsində  “iradə  azadlığı” 
prinsipini  əsas  tutur.  Lakin  qanunverici  həmin  prinsipin  tətbiqini 
məhdudlaşdırmış,  sitat  gətirilən  normanın  mətnindən  göründüyü 
kimi,  sərnişinin  heyatına  və  ya  sağlamlığına  zərərin  vurulmasına, 
yükün  və  baqajın  itirilməsinə  və  ya  zədələnməsinə,  yaxud  onların 
gecİkdirilmə ilə çatdınlmasına görə həmin Məcəlləyə müvafiq olaraq 
məsuliyyətinin aradan qaldırılmasına və ya azaldılmasına səbəb olan 
hallara onun şamil edilməməsini müəyyən etmişdir. 
Məcəllənin  328.2-ci  maddəsinə  görə  "tərəflərin  tətbiq  ediləcək 
hüquq barədə razılaşmaları olmadıqda, onların müqavilədən yaranan 
münasibətləri aşağıda göstərilənlərin təsis edildikləri, əsas fəaliyyət 
və ya yaşayış yeri olan dövlətin qanunu ilə tənzimlənir: 
211 


Fosil 12. Bcynoİxiılq daşımalar 
1)
 
dənizlə yük daşınması müqaviləsində - daşıyıcının; 
2)
 
dəniz  agentliyi  müqaviləsində,  taym-çarter  və  berbout-çar- 
terdə - gəmi sahibinin; 
3)
 
yedəkləmə müqaviləsində - yedəkçi gəmi sahibinin; 
4)
 
dəniz vasitəçiliyi müqaviləsində - sifarişçinin
5)
 
dəniz sığorta müqaviləsində - sığortaçının". 
Bundan  əlavə  Ticarət  Gəmiçiliyi  Məcəlləsində  dəniz 
daşımalarından  irəli  gələn  xarici  elementli  münasibətlərə  tətbiq 
edilən aşağıdakı kollizion bağlanmalar nəzərdə tutulur: 
1)gəminin  bayrağı  altında  üzdüyü  dövlətinin  qanunu  (gəmiyə 
mülkiyyət  hüququ və dİgər əşya hüquqları, habelə belə hüquqların 
əldə  edilməsi,  verilməsi  və  ya  itirilməsi;  açıq  dənizdə  batmış 
gəmilərə,  onların  yükünə  və  digər  əmlakına;  gəmi  sahibinin 
məsuliyyətinin hüdudları məsələlərinə münasibətdə); 
2)
 
gəminin bilavasitə bayrağın dəyişdirilməsindən əvvəl qeydə 
alındığı  dövlətin  qanunu  (digər  dövlətin  bayrağı  altında  müvəqqəti 
üzmək hüququ verilmiş gəmiyə olan əşya hüquqlarına münasibətdə); 
3)gəminin inşa üçün qəbul edildiyi və  ya İnşa edildiyi dövlətin 
qanunu (əgər gəminin inşa edilməsi haqqında müqavilədə başqa hal 
nəzərdə tutulmayıbsa, inşa edilməkdə olan gəmiyə münasibətdə); 
4)
 
Azərbaycan  Respublikasının  qanunu  (Xəzər  dənizinin 
(gölünün)  Azərbaycan  Respublikasına  mənsub  olan  bölməsində 
batmış  əmlaka  hüquqların  müəyyən  edilməsi  zamanı;  Xəzər 
dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına  mənsub  olan 
bölməsində gəmilərin toqquşmasından yaranan münasibətlərə); 
5)
 
ümumi qəzaya səbəb olan hadisədən sonra gəmi səfərini başa 
çatdırdığı limanın dövlətinin qanunu (tərəflərin tətbiq ediləcək hüquq 
barədə  razılaşmaları  olmadıqda,  ümumi  qəzadan  doğuran 
münasibətlərə); 
6)xilasetmə  əməliyyatının  aparıldığı  dövlətin  qanunu  (gəminin 
və  digər  əmlakın  xilas  edilməsindən  yaranan  münasibətlərə  tətbiq 
ediləcək hüquq barədə tərəflərin razılaşması olmadıqda) və s. 
212 


§ 3. Beynolxalq doniz daşımaları 
Ticarət  Gəmiçiliyi  Məcəlləsində  müqavilə  tərəfləri  arasında 
əmək münasibətlərinin tənzimlənməsi zamanı tətbiq edilən hüququn 
seçilməsi  ilə  bağlı  normalar  da  öz  əksini  tapmışdır.  Ticarət 
Gəmiçiliyi  Məcəlləsinin  326-cı  maddəsinə  əsasən  gəmi  sahibi  ilə 
gəmi  heyəti  üzvləri  arasındakı  münasibətlər,  əgər  müqavilə  üzrə 
onlar arasında başqa hal nəzərdə tutulmamışdırsa, gəmi bayrağının 
mənsub olduğu dövlətin hüququ ilə tənzimlənir. Gəmi sahibi ilə gəmi 
heyəti üzvləri arasında bağlanmış əmək müqaviləsinin şərtləri gəmi 
heyəti üzvlərinin əmək şəraitini pisləşdinnəməlidir. 
Beynəlxalq  dəniz  daşımalan  sahəsində  1978-ci  il  “Dəniz  yük 
daşımalan  haqqında”  BMT  Konvensiyası  (qısa  şəkildə  “1978-ci  il 
Hamburq qaydaları” adlandırılır) əsas hüquqi mənbə kimi çıxış edir. 
Bu  Konvensiyanın  müddəalarının  əsas  hissəsini  daşıyıcının  yükə 
görə məsuliyyəti ilə bağlı normalar təşkil edir.  Konvensiyaya  görə 
yükün salamat çatdırılması üçün bütün zəruri tədbirlərin görülməsini 
sübut  edə  bilmədiyi  halda  daşıyıcı  yükün  zədələnməsi  və  itməsinə 
görə məsuliyyət daşıyır. 
Konvensiyanın  1-ci  maddəsində  dəniz  daşımalannda  tətbiq 
olunan  aşağıdakı  əsas  anlayışların  izahı  verilmişdir:  daşıyıcı,  yük 
göndərən, yük, dəniz daşıma müqaviləsi, konosament və s. 
Hamburq konvensiyasında  yükgöndərənin  məsuliyyəti ilə bağlı 
xüsusi normalar nəzərdə tutulmuşdur. Yük göndərən yükü daşıyıcıya 
daşınmaq üçün təhvil verərkən yükün spesifik xüsusiyyətləri barədə 
dəqiq  məlumat  vemıəlidir.  Bu  xüsusi  ilə  də  tez  xarab  olan  və 
təhlükəli  yüklərin  daşınması  zamanı  mühüm  əhəmiyyət  kəsb  edir. 
Konvensiyada  həmçinin  konosamentin  məzmunu  və  rekvizitləri 
barədə  normalar  da  nəzərdə  tutulmuşdur.  Bu  normalar  olduqca 
əhəmiyyətlidir.  Çünki  konosamentin  düzgün  tərtib  edilməməsi  və 
rəsmiləşdirilməməsi  yük-  daşıma  müqaviləsinin  etibarsız  hesab 
edilməsi ilə nəticələnə bilər. 
Konvensiyanın  15-ci  maddəsinə  uyğun  olaraq  konosamentin 
məzmununa aşağıdakılar aiddir: daşıyıcının adı, yük göndərənin adı, 
yük  alanın  adı,  yükün  spesifik  xüsusiyyətləri  haqqında  məlumat, 
yükün daşmma müddəti və s. 
213 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə