Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fosil 13. Miiqaviladon kanar öhdoliklər



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə77/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   73   74   75   76   77   78   79   80   ...   124

Fosil 13. Miiqaviladon kanar öhdoliklər 
də alındığı yerin qanunu'’ kimİ subsidiar kollizion bağlanmaların da 
müəyyən şəraitdə tətbiqi göstərilmişdir. 
Dövlətlər 
arasında 
inteqrasiya 
dərinləşdikcə 
delikt 
münasibətlərin çoxtərəfli konvensiyalar vasitəsi ilə tənzimlənməsinə 
tələbat  da  artır  və  buna  müvafiq  olaraq  belə  konvensiyalann  sayı 
ildən-ilə çoxalır. 
Eyni  zamanda,  müqavilədən  kənar  öhdəliklər  üzrə  yaranan 
münasibətlərin  xeyli  hissəsi  İkitərəfli  müqavilələrlə  tənzimlənir. 
Bunu  Azərbaycan  Respublikasının  hüquqi  yardım  haqqında 
bağladığı müqavilələrin nümunəsində izah edək. Əvvəlki fəsillərdə 
qeyd  etdiyimiz  kimi  Azərbaycan  Respublikası  hüquqi  yardım 
haqqında  qonşu  dövlətlərlə  ikitərəfli  müqavilələr  bağlamışdır. 
Bildiyimiz  kimi  bu  növ  müqavilələrdə,  bir  qayda  olaraq,  mülki 
dövriyyə  ilə  bağlı  olan  məsələlərin  kollizion  hüquqi  tənzimi,  o 
cümlədən müqavilədən kənar ziyanın vurulması nəticəsində yaranan 
öhdəliklərə tətbiq edilən hüquqla bağlı məsələ öz ifadəsini tapmışdır. 
Delikt  öhdəliklərlə  əlaqədar  norma  Azərbaycan  Respublikası- 
lün hüquqi yardım haqqında bağladığı əksər müqavilələrdə çox cüzi 
fərqlə  eynİ  məzmunda  verildiyinə  görə  onlardan  yalnız  birinin 
üzərində  dayanaq.  1996-cı  ildə  mart  ayının  8-də  Tbilisi  şəhərində 
İmzalanmış Azərbaycan Respublikası ilə Gürcüstan arasında mülki, 
ailə  və  cinayət  işləri  üzrə  hüquqi  yardım  və  hüquqi  münasibətlər 
haqqında Müqavilənin 23-cü maddəsində müqavilədən kənar ziyanın 
vurulması  nəticəsində  yaranan  Öhdəliyin  kollizion-hüquqi  tənzimi 
qaydası təsbit edilmişdir. Orada deyilir
"1.Müqavilələrdən  və  digər  qanuna  uyğun  hərəkətlərdən  İrəli 
gələnlərdən  başqa,  ziyanın  ödənilməsi  haqqında  öhdəliklər 
ərazisində  ziyanın  ödənilməsi  üçün  tələbin  əsası  olan  hərəkətin, 
yaxud  halın  baş  verdiyi  Razılığa  Gələn  Tərəfin  qanunvericiliyinə 
uyğun müəyyən edilir. 
2. Əgər zərərçəkən və zərər vuran eyni Razılığa Gələn Tərəfin 
vətəndaşlarıdırsa və ya eyni Razılığa Gələn Tərəfin ərazisində 
236 


§ 3. Müqavilədən kənar öhdəliklərin beynəlxalq hüquqi tənzimi 
yaşayırlarsa,  həmin  Razılığa  Gələn  Tərəfin  qanunvericiliyi  tətbiq 
edilir. 
3.  Bu  maddənin  1-ci  və  2-ci  bəndlərində  sadalanan  işlər  üzrə 
ərazisində  ziyanın  ödənilməsi  haqqında  tələb  üçün  əsas  olan 
hərəkətin  və  ya  digər  halın  baş  verdiyi  Razılığa  Gələn  Tərəfin 
məhkəməsi  səlahiyyətlidir.  Zərərçəkən,  həmçinin  ərazisində 
cavabdehin  yaşayış  yeri  olduğu  Razılığa  Gələn  Tərəfin 
məhkəməsində də iddia təqdim edə bilər". 
Maddənin  mətnindən  göründüyü  kimi  burada  da  əsas  kollizion 
bağlanma kimi ziyanın ödənilməsi üçün tələbin əsası olan hərəkətin, 
yaxud haim baş verdiyi yerin qanununa (lex loci delicti com- missi) 
istinad  edilir.  İkinci  kollizion  bağlanma  kimi  isə  şəxsi  qanun  (lex 
personalis),  özü  də  onun  hər  iki  forması:  1)  tərəflər  eyni  Razılığa 
Gələn  Tərəfin  vətəndaşıdır!arsa  həmin  dövlətin;  2)  tərəflər  eyni 
Razılığa  Gələn  Tərəfin  ərazisində  yaşayırlarsa,  həmin  dövlətin 
qanunu göstərilir. Müqayisə üçün qeyd edək ki, “Beynəlxalq xüsusi 
hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq 
normasında yalnız "lex patria"dan söhbət gedir. 
Sitat  gətirilən  maddənin  3-cü  hissəsində  isə  bu  kateqoriyadan 
olan işlərə baxmağa səlahiyyətli olan orqan müəyyən edilmişdir. Bu 
zaman da əsas meyar kimi ziyanın ödənilinəsi haqqında tələb üçün 
əsas olan hərəkətin və ya digər halın baş verdiyi yerin məhkəməsi; 
alternativ  meyar  kimi  isə  cavabdehin  yaşadığı  yerin  məhkəməsi 
müəyyən edilmişdir. 
237 


Fəsil 14. Beynəlxalq xüsusi hüquqda 
ailə münasibətləri 
§ 1. Xarici elementli ailə münasibətləri 
sferasında kollizion məsələlər 
Beynəlxalq  xüsusi  hüququn  digər  institutlanndan  fərqli  olaraq 
ailə hüququnda baş verən kollizion məsələlərin dairəsi daha genişdir. 
Hər şeydən əwəl, bunun əsasında ayn-ayn dövlətlərin müvafiq maddi 
hüquq  normalarının  bir-birindən  ciddi  şəkildə  fərqlənməsi  dunır. 
Nəzərə  almaq  lazımdır  ki,  hər  bir  dövlətin  ailə  hüququnun 
formalaşmasında həmin dövlətdə yaşayan xalqlann milli, dini, tarixi 
xüsusiyyətləri, uzun dövr ərzində məişətdə formalaşan adət-ənənələr 
mühüm  rol  oynayır.  Bundan  irəli  gələrək  milli  ailə  hüquqlarında 
əksər  məsələlərin,  o  cümlədən  nikahın  maddi  və  formal  şərtləri, 
aİlədaxilİ  əmlak  münasibətləri,  nikaha  xitam  verilməsi,  atiment 
öhdəlikləri,  övladlığa  götürmə,  qəyyumluq,  himayəçilik  və  onlarla 
əlaqədar  olan  digər  məsələlərin  tənzimlənməsi  fərqli  qaydada  baş 
verir.  Hətta  zəmanəmizin  müasir  inkişaf  səviyyəsində  belə  bir  sıra 
inkişaf  etmiş  dövlətlərin  ailə  hüququnun  ayn-ayn  institutlarında 
tarixi,  iqtisadi,  etnoqrafik,  mədəni,  dini  xüsusiyyətlərin  qonınub 
saxlanması müşahidə edilir. 
Bəzi  dövlətlərin  ailə  qanunvericiliyində  poliqamiya  (çoxarvad- 
lılıq)  saxlanılır.  Nikah  və  ailə  münasibətlərində  irqi  və  dini 
məhdudiyyətlər,  "matəm  müddəti"  (məsələn,  Yaponiya  Mülki 
Məcəlləsinin 733-cü maddəsinə görə əvvəlki nikah xitam edildikdən 
və ya etibarsız hesab edildikdən sonra qadın ikinci dəfə nikaha altı 
aydan sonra girə bilər) və s. bu kimi hallara təsadüf edilir. Bundan 
əlavə,  hər  bir  dövlətin  ailə  hüququnda  eyni  məsələ  üzrə  (məsələn, 
nikahın  maddi  şərtləri  və  s.)  nəzərdə  tutulan  normalar  müxtəlif 
məzmuna  malikdir.  Təkcə  nikahın  aşağı  yaş  həddilə  bağlı  qeyd 
etmək  olar  ki,  bu  yaş  həddini  müəyyən  edərkən  hər  bİr  dövlət  öz 
spesifik 
238 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə