Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fosiİ 14. Beynəlxalq xüsusi hüquqda ailə münasibəllori



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə79/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   75   76   77   78   79   80   81   82   ...   124

Fosiİ 14. Beynəlxalq xüsusi hüquqda ailə münasibəllori 
lərdə mövcuddur. Onları iki qrupa bölürlər; 1) nikahın fonnasına aid 
olan  tələblər  (nikahın  fornıal  şərtləri);  2)  nİkahm  bağlanması  üçün 
maddi tələblər (nikahın maddi şərtləri). Qeyd etmək yerinə düşər ki, 
bu  və  ya  digər  tələbin  nikahın  maddi  və  ya  formal  şərti  hesab 
edilməsində  belə  milli  qanunvericiliklərdə  fərqlər  mövcuddur. 
Məsələn, İngiltərə hüququna görə yetkinlik yaşma çatmayan şəxsin 
nikaha  ginnəkdən  ötrü  onun  valideyninin  razılıq  verməsi  tələbi 
nikahın  formal  şərti  kimi  qiymətləndirildiyi  halda,  kontinental 
hüquqda bu nikahın maddi şərtİ hesab edilir. 
Xarici  elementi  i  nikahların  bağlanması  zamanı  milli 
qanunvericiliklərdə nikahın maddi və fornıal şərtləri ilə bağlı nəzərdə 
tutulanların öyrənilməsi vacibdir. Azərbaycan Respublikasının Ailə 
Məcəlləsinin  146-cı  maddəsinin  ikinci  hissəsinə  görə  Azərbaycan 
Respublikasının  ərazisində  əcnəbi  şəxs  üçün  nikahın  bağlanma 
şərtləri  onun  ölkəsinin  qanunvericiliyi  ilə  və  həmin  Məcəllənin 
nikahın  maddi  şərtləri  ilə  bağlı  12-ci  maddədə  nəzərdə  tuuılan 
tələblərə  riayət  edilməklə  müəyyən  edilir.  Bu  baxımdan  milli 
qanunvericiliklərdə nikahın  maddi və formal şərtlərinin müqayisəli 
təhlilini aparmaq əhəmiyyət kəsb edir. 
Əvvəlcə,  nikahın  maddi  şərtləri  haqqında.  Əksər  ölkələrin  ailə 
hüququnda  (bir  sıra  müsəlman  dövlətləri  istisna  olmaqla)  nikahın 
maddi  şərtlərindən  biri  kimi  monoqamiya  prinsipi  nəzərdə 
tutulmuşdur.  Azərbaycan  Respublikasının  Ailə  Məcəlləsinin  12-ci 
maddəsində  nikahın  bağlanmasına  mane  olan  hallardan  biri  kimi 
tərəflərdən  birinin  və  ya  hər  ikisinin  başqası  ilə  nikahda  olması 
göstərilir. Fransa Mülki Məcəlləsinin 147-ci maddəsinə görə birinci 
nikaha xitam verilməmiş ikinci nikahın bağlanması yolverilməzdir. 
Analoji  nomıa  əksər,  dövlətlərin,  o  cümlədən  AFR,  RF,  İsveç, 
Yaponiya və s. dövlətlərin qanunvericiliyində nəzərdə tutulmuşdur. 
Nikahın  bağlanması  ilə  əlaqədar  irəli  sürülən  ikinci  maddi  şərt 
nikah  yaşı  ilə  əlaqədardır.  Bütün  ölkələrdə  nikaha  girmək  üçün 
(nikah bağlamaq qabiliyyəti) aşağı yaş həddi müəyyən edilmişdir. La 
242 


§ 2. Xarici dcmcntli nikahlar 
kin belə yaş həddi ilə bağlı milli qanunvericiliklərin mövqeləri üst- 
üstə  düşmür.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  görə 
nikah  yaşı  kişilər  üçün  18  yaş,  qadınlar  üçün  isə  17  yaş  müəyyən 
edilmişdir.  Üzrlü  səbəblər  olduqda,  nikaha  daxil  olmaq  istəyən  və 
nikah  yaşma  çatmamış  şəxslərin  yaşadıqları  ərazinin  müvafiq  icra 
hakimiyyəti  orqanı  onlann  xahişi  ilə  nikah  yaşının  bİr  ildən  çox 
olmayaraq  azaldılmasına  icazə  verə  bilər  (Ailə  Məcəlləsinin  10-cu 
maddəsi). Fransa Mülki  Məcəlləsinin 144-cü maddəsi  nikah  yaşını 
kişilər  üçün  18,  qadınlar  üçün  15  yaş  nəzərdə  tutur.  Üzrlü  səbəb 
olduqda nikah bağlandığı yerin prokurorunun razılığı ilə daha aşağı 
yaş  həddində  bağlanıla  bilər.  Amma  bu  zaman  yetkinlik  yaşına 
çatmayan şəxsin nikah bağlaması ilə bağlı valideynlərin razılığı tələb 
olunur.  İtaliya Mülki  Məcəlləsinə  gÖrə nikah bağlamaq qabiliyyəti 
kişilər üçün 16, qadınlar üçün 14 yaşdan yaranır. Müstəsna hallarda 
müvafiq orqanın icazəsi ilə həmin yaş həddi iki il həddində azaldıla 
bilər.  Yetkinlik  yaşına  çatmayanlar  (21  yaşa  qədər)  valideynlərin 
razılığı  ilə  nikah  bağlaya  bilərlər.  İspaniya  mülki  qanunvericiliyi 
daha  aşağı  yaş  həddi  müəyyən  etmişdir  (kişilər  üçün  14,  qadınlar 
üçün  12  yaş).  AFR  və  İsveçdə  isə  nikaha  girmək  üçün  vahid  yaş 
həddi - 18 yaş qəbul edilib. İngiltərə və ABŞ-da 16 yaşdan etibarən 
hər iki cinsdən olanlar valideynlərin razılığı ilə, 18 yaşdan isə onlann 
razılığı olmadan da nikah bağlaya bilərlər. 
Nikah  bağlanması  üçün  tələb  olunan  maddi  şərtlərdən  biri  də 
nikaha  girən  şəxslər  arasında  qohumluq  münasibətləri  ilə 
əlaqədardır.  Azərbaycan  Respublikasında  yaxın  qohumlar 
(valideynlər  və  uşaqlar,  baba-nənə  və  nəvələr,  doğma  və  ögey 
(ümumi  ata  və  ya  anası  olan)  qardaş  və  bacılar  arasında  nikah 
qadağandır (Ailə Məcəlləsinin 12-ci maddəsi). Fransada yüksələn və 
enən xətt üzrə qohumlar və əmi, dayı, bibi və xala uşaqları, habelə 
qardaş  və  bacı  arasında  nikahlar  yolverilməzdir.  İspaniya  Mülki 
Məcəlləsinə görə düzünə xətt üzrə qohumlar, üç arxa yanakı xətt üzrə 
qan qohumları öz aralarında nikah bağlaya bilməzlər. ABŞ-ın  bəzi 
ştatlarında da 
243 


Fosil 14. Beynəlxalq xü.su.si hüquqda ailə münasibətləri 
yanakı  xətt  üzrə  (əmi,  dayı,  xala,  bibi  uşaqları)  nikahlar  qadağan 
edilib.  İngiltərə  qanunvericiliyinə  görə  yüksələn  və  enən  xətt  üzrə 
olan qülıumlar arasında nikah yolverilınozdir. 
Nikahın  bağlanması  üçün nəzərdə tutulan dördüncü maddi şərt 
tərəflərin  köniülülüyüdür.  Azərbaycan  Respublikasının  Ailə 
Məcəlləsinin  11-ci  maddəsinə  görə  nikahın  bağlanması  üçün 
tərəflərin yazılı razılığı tələb olunur. Fransa qanunvericiliyi də razılıq 
olmadan  nikahı  mümkünsüz  hesab  edir  (Mülki  Məcəllənin  46--ct 
maddəsi ). Bir sıra müsəlman Ölkələrində isə tərəflərin könüllülüyü 
prinsipinə əməl edilmir. 
Ayrı-ayrı dövlətlərdə nikahın sadalanan maddi şərtlərindən əlavə 
digər tələblər də müəyyən edilib. Bəzi ölkələrin qanunvericiliyində 
(ABŞ,  RF,  Azərbaycan  və  s.)  müəyyən  xəstəliklər  zamanı  nikahın 
bağlanmasına yol verilmir. Çox vaxt xəstəlik müəyyən hüquqi nəticə 
ilə 
əlaqələndirilir. 
Məsələn, 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyinə görə İkisindən biri və ya hər ikisi ruhi xəstəlik və 
ya kəmağıllılıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti 
olmayan  hesab  edilən  şəxslər  arasında  nikaha  yol  verilmir  (Ailə 
Məcəlləsinin  12-ci  maddəsi).  Bundan  əlavə,  nikaha  daxil  olan 
şəxslərdən  biri  özündə  dəri  zöhrəvi  xəstəliyinin  və  insanın 
immunçatışmazlığı  virusunun  törətdiyi  xəstəliyin  olmasını  o 
birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə 
məhkəməyə  müraciət  edə  bilər  (Ailə  Məcəlləsinin  13.3  maddəsi). 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Yaponiyada  “matəm  müddəti”nin 
gözlənilməsi nikahın maddi şərti hesab edilir. 
Nikahın  formal  şərtləri  onun qeydiyyatı ilə bağlı irəli sürülən 
tələblərlə  əlaqədardır.  Bu  məsələdə  milli  qanunvericiliklərdə 
müxtəlif  mövqelər  vardır.  Bir  qrup  dövlətlərdə  (Azərbaycan 
Respublikası, Fransa, İsveçrə, Belçika, RF, Hollandiya və s.) yalnız 
dövlət orqanlarında qeydiyyata alman nikahlar tanınır. Azərbaycan 
Respublikasının Ailə Məcəlləsinin 1.5-ci maddəsinə görə dini kəbin- 
kəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. İkinci qnıp 
244 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə