Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 2. Beynolxalq hesablaşmaların formaları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə65/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   61   62   63   64   65   66   67   68   ...   124

§ 2. Beynolxalq hesablaşmaların formaları 
Hesablaşmanın  inkasso  forması  zamanı  bank  ixrac  edənin 
tapşırığı  ilə  idxalçıdan  onun  ünvanına  göndərilən  əmtəəyə  görə 
ödənişin  alınması  və  onun  ixrac  edənin  hesabına  köçürülməsi 
əməliyyatlarını apanr. İnkasso hesablaşması zamanı meydana gələn 
münasibətlərdə  aşağıdakılar  iştirak  edir:  a)  öz  bankına  inkasso 
əməliyyatının  apanimasını  tapşıran  tərəf,  ixrac  edən  -  müştəri;  b) 
müştəridən  inkasso  əməliyyatının  aparılması  tapşınğını  alan  bank 
(remi-  tent  bank);  c)  inkasso  tapşınğını  yerinə  yetirmək  üzrə 
əməliyyatda  iştirak  edən  bank  (inkasso  edən  bank);  ç)  ödəyici 
(idxalçı). 
İnkasso  üzrə  hesablaşmalar  Beynəlxalq  Ticarət  Palatası 
tərəfindən hazırlanan inkasso üçün unifıkasiya edilmiş Qaydalar üzrə 
(1996-cı il redaksiyasında) apanlır. Həmin sənəd, onun tövsiyəedici 
xarakter daşımasına baxmayaraq İşgüzar dövriyyə adəti kİmi tətbiq 
edilir.  Azərbaycan  Respublikasının  Mülki  Məcəllənin  984.2-ci 
maddəsinə  görə  inkasso  üzrə  hesablaşmalann  həyata  keçirilməsi 
qaydası qanunla, qanuna əsasən müəyyənləşdirilmiş bank qaydaları 
və  bank  praktikasında  tətbiq  olunan  işgüzar  dövriyyə  adətləri  ilə 
tənzimlənir. 
İnkasso əməliyyatında bank ixrac edənlə idxalçı arasında bir növ 
vasitəçi  qismində  çıxış  edir.  Əmtəənin  xarici  iqtisadi  əqd  üzrə 
göndərilməsi  zamanı  sənədlər  ödəyİciyə  bank  vasitəsilə  təqdim 
edilir. İnkasso edən bank (İcraçı bank) ödəyicidən ödənişi aldıqdan 
sonra  onu  remitent  bankın  hesabına  köçürür.  Sonuncu  da  öz 
növbəsində onu müştərinin hesabına ötürür. 
İnkasso üzrə bütün sənədlər təlimata tam uyğun olmalıdır. Hər 
hansı  sənəd  otmadıqda  və  ya  sənədlər  zahiri  əlamətlərinə  görə 
inkasso tapşınğma uyğun gəimədikdə icraçı bank inkasso tapşınğını 
aldığı  şəxsə  bu  barədə  dərhal  məlumat  verməlidir.  Göstərilən 
qüsurlar aradan qaldırıImadıqda bank sənədləri icra etmədən qaytara 
bilər. 
İnkasso  üzrə  Qaydalarda  hesablaşmanın  bu  fonnası  zamam 
istifadə  edilən  sənədlərin  ikİ  növü  fərqləndirilir:  1)  maliyyə 
sənədləri; 2) kommersiya sənədləri. Maliyyə sənədlərinə veksel, çek, 
ödəmə  qəbzləri,  kommersiya  sənədlərinə  isə  hesablar,  yükün 
göndərilməsi ilə əlaqədar, mülkiyyət haqqında sənədlər aid edilir. 
199 


Fosil 11. Heynəlxalq hesablaşmalar 
Sənədlər  alındıqlan  formada  icraçı  bank  tərəfindən  ödəyiciyə 
təqdim  edilir,  amma  inkasso  əməliyyatının  rəsmiləşdirilməsi  üçün 
zəruri  olan  bank  qeydləri  və  yazıları  istisna  edİlİr.  Əgər  sənədlər 
təqdim  olunduqda  ödənilməlidirsə,  icraçı  bank  inkasso  tapşırığını 
aldıqdan  dərhal  sonra  sənədləri  ödənişə  təqdim  etməlidir.  Əgər 
sənədlər  başqa  müddətdə  ödənilməlidirsə,  icraçı  bank  ödəyicinin 
akseptini  almaq  üçün  sənədləri  inkasso  tapşırığını  aldıqdan  sonra 
dərhal  akseptə  təqdim  etməlidir,  ödəniş  isə  sənəddə  göstərilmiş 
ödəniş müddətinin çatdığı gündən gec olmayaraq tələb olunmalıdır. 
Alınmış  məbləğlər  icraçı  bank  tərəfindən  dərhal  remitent  bankın 
sərəncamına  verilməli,  həmin  bank  isə  bu  məbləğləri  müştərinin 
hesabına salmalıdır, 
İnkasso  əməliyyatı  komission  xarakter  daşıdığına  görə  əvəzli 
hesab  edilir.  İcraçı  bank  inkasso  edilmiş  məbləğlərdən  ona  çatan 
muzdu və xərclərin əvəzini tuta bilər. 
İnkasso  hesablaşma  forması  daha  çox  idxalçının  mənafeyinə 
uyğundur. Belə ki, bu hesablaşma zamanı ödəmə əməliyyatı faktiki 
olaraq  ixrac  edən  tərəfin  üzərinə  düşən  bütün  hərəkətlər  yerinə 
yetirildikdən sonra baş verir vo son ana qədər ödəyicinin ödəmədən 
imtina etmək imkanı ilə bağlı risk mövcud olur. Bununla əlaqədar 
olaraq təcrübədə inkasso əməliyyatı, bir qayda olaraq, əlavə şərtlərlə 
müşayiət olunur. 
Bank  köçürmələri  fomıasında  (Ödəniş  tapşırığı  ilə) 
hesablaşmalar  əsasən  milli  qanunvericiliklə  nizama  salınır. 
Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsində  bu  institut  973  - 
976-cı maddələrlə tənzimlənir. 
Ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı 
iiə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və 
ya  başqa  bankda  ödəyicinin  göstərdiyi  şəxsin  hesabına  qanunla 
nəzərdə  tutulmuş  və  ya  qanuna  uyğun  təyin  edilmiş  müddətdə 
köçürməyi öhdəsinə götürür, bu şərtlə ki, bank hesabı müqaviləsində 
daha qısa müddət nəzərdə tutulmasın və ya bank praktikasında tətbiq 
olunan  işgüzar  dövriyyə  adətləri  ilə  daha  qısa  müddət  müəyyən 
ləşdiril məsin. 
200 


§ 3. Bank tominaiı 
Bu  növ  hesablaşmanın  həyata  keçirilməsi  qaydası  qanunla, 
habelə  ona  uyğun  müəyyənləşdirilmiş  bank  qaydaları  və  bank 
praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə tənzimlənir. 
Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  ilə  bank  tərəfindən 
ödəniş  tapşırığının  yerinə  yetirilməsi  şərtləri,  tapşırığın  İcrası, 
tapşırığın icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə 
məsuliyyət məsələləri müəyyən edilmişdir. 
§ 3. Bank təminatı 
Xarici iqtisadi əlaqələrdə bank təminatı (qarantiya) müqaviləsinə 
də tez-tez rast gəlinir. Bu zaman ödəmə qabiliyyəti etibarlı olan bank, 
bir qayda olaraq, vəkalət alan kimi çıxış edir və o, zəmanət- çi bank 
kimi öz müştərisi üçün zamin durur. 
Bildiyimiz kimi xarici iqtisadi əqd üzrə tərəflərin hər biri əqdin 
icrası  ilə  əlaqədar  müəyyən  risk  daşıyır.  Öhdəliyin  lazımi  qaydada 
icra olunmaması və ödəmənin vaxtında yerinə yetirilməməsi ilə bağlı 
olan  belə  riskdən  qorunmaq  üçün  istifadə  edilən  vasitələrdən  biri 
kimi  də  bank  təminatı  müqaviləsi  çıxış  edir.  Bu  o  deməkdir  ki, 
müştəri  öz  borcunu  vaxtında  verə  bilməsə,  bank  həmin  borcu  öz 
hesabına ödəyəcəyini öhdəsinə götürür. 
Bank  təminatı  ilə  bağlı  hüquqi  məsələlər  Azərbaycan 
Respublikasının yeni Mülki Məcəlləsində öz əksini tapmışdır. Mülki 
Məcəllənin  478-ci  maddəsinin  tələbləri  baxımından  bank  təminatı 
(qarantiya)  müqaviləsinə  görə  qarant  (bank)  digər  şəxsin 
(prinsipialın)  xahişi  ilə  prinsipialın  kreditoruna  (benefisiara) 
qarantiya  öhdəliyinin  şərtlərinə  uyğun  olaraq  benefisiar  pul 
məbləğinin  ödənilməsi  barədə  yazılı  tələb  təqdim  etdikdə  həmin 
məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. 
Mülki  Məcəllənin  bank  təminatı  ilə  (qarantiya)  bağlı  normalan 
(478-490-cı  maddələr)  beynəlxalq  hesablaşmalarda  tətbiq  edilən 
müvafiq  işgüzar  dövriyyə  adətlərinə  uyğundur.  Həmin  normalar 
Beynəl 
201 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə