Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 1. Beynəlxalq hesablaşmaların və valyuta əməliyyatlarının hüquqi əsaslan



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə63/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   59   60   61   62   63   64   65   66   ...   124

§ 1. Beynəlxalq hesablaşmaların və valyuta əməliyyatlarının hüquqi əsaslan 
nəlxalq kredİt ödəmələri haqqında” 1992-ci il Nümunəvi Qanun və 
s.) tövsiyə xarakterli aktlan da bu sıradandır. 
Beynəlxalq hesablaşmaların apaniması ilə əlaqədar “Beynəlxalq 
Valyuta Fondu haqqında” Razılaşma da mühüm əhəmiyyət kəsb edir. 
Razılaşmada  beynəlxalq  hesablaşmaların  apanimasının  əsas 
prinsipləri  Öz  əksini  tapmışdır.  Azərbaycan  Respublikası  1992-ci 
ildən  etibarən  Beynəlxalq  Valyuta  Fondunun  üzvüdür.  Bununla 
əlaqədar  olaraq  Azərbaycan  Respublikasının  qanunvericiliyi  bu 
istiqamətdə 
mövcud 
olan 
beynəlxalq 
standartlara 
uyğunlaşdmimışdır. Bundan irəli gələrək. Respublikanın yeni Mülkİ 
Məcəlləsində ilk dəfə olaraq mülki dövriyyənin iştirakçıları arasında 
hesablaşmalarla  əlaqədar  xüsusi  fəsil  (53-cü  fəsil)  nəzərdə 
tutulmuşdur.  Mülki  məcəllənin  972-ci  maddəsinə  görə  “nağdsız 
hesablaşmalar  aparıtarkən  ödəniş  tapşırıqları  ilə,  akkreditiv  üzrə 
hesablaşmalara,  inkasso  üzrə,  çeklərlə,  ödəniş  kartları  ilə,  elektron 
şəklində  hesablaşmalara,  habelə  qanunla,  qanuna  uyğun 
müəyyənləşdirilmiş bank qaydaları  ilə və bank praktikasında tətbiq 
olunan  işgüzar  dövriyyə  adətləri  ilə  nəzərdə  tutulmuş  digər 
formalarda hesablaşmalara yol verilir”. 
Azərbaycan Respublikasında valyuta əməliyyatlarının aparılması 
prinsipləri 21 oktyabr 1994-cü il tarixli “Valyuta tənzimi haqqında” 
Azərbaycan Respublikası Qanununda öz əksini tapmışdır. Qanunun 
1-ci  maddəsində  valyuta  əməliyyatları  ilə  bağlı  bir  sıra  anlayışlara 
aydınlıq  gətirilmişdir.  Qanuna  görə  valyuta  əməliyyatlan  dedikdə 
valyuta  sərvətlərinə  mülkiyyət  hüququnun  və  digər  hü-  quqlann 
keçməsi ilə əlaqədar əməliyyatlar, o cümlədən ödəniş vasitəsi kimi 
xarici  valyutadan  və  xarici  valyutada  ödəniş  sənədlərindən  istifadə 
edilməsi;  valyuta  sərvətlərinin  Azərbaycan  Respublikasına 
gətirilməsi və göndərilməsi, eləcə də Azərbaycan Respublikasından 
çıxarılması və göndərilməsi; beynəlxalq pul köçünnələ- rinin həyata 
keçirilməsi başa düşülür. Valyuta sərvətlərinə aşağıdakılar aid edilir; 
1)  xarici  valyuta;  2)  xarici  valyutada  qiymətli  kağızlar  -  xarici 
valyutada İfadə edilmiş ödəniş sənədləri (çeklər, akkre 
193 


Fosil 11. Beynəlxalq hesablaşmalar 
ditivlər 
VƏ 
s.),  fond  sərvətləri  (səhmlər,  istiqrazlar)  və  digər  borc 
öhdəlikləri; 3) qiymətli metallar; 4) xam və emal edilmiş təbii daş- 
qaş. Xarici valyutaya da öz növbəsində müvafiq xarici dövlətin və ya 
dövlətlər  qnıpımun  ərazisində  tədavüldə  olan  və  qanuni  ödəniş 
vəsaiti sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxanlan, lakin 
həmin  ərazidə  tədavüldə  olan  pul  nişanlarına  dəyişdirilə  bilən 
banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları, habelə 
xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma 
vahidlərində hesablarda olan vəsaitlər aid edilir. 
Qanun valyuta əməliyyatlarının subyektlərini rezident və qeyri- 
rezidentlərə  ayırır.  Rezidentlər  Azərbaycan  Respublikasında  daimi 
yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikası hüdudlann- 
dan  kənarda  müvəqqəti  qalan  fiziki  şəxslərə,  Azərbaycan 
Respublikası  qanunvericiliyinə  müvafiq  surətdə  yaradılmış  hüquqi 
şəxslərə  və  hüquqi  şəxs  statusuna  malik  olmayan  müəssisə  və 
təşkilatlara,  onların  Azərbaycan  Respublikasının  hüdudlarından 
kənarda  yerləşən  filial  və  nümayəndəliklərinə,  Azərbaycan 
Respublikası  hüdudlarından  kənarda  yerləşən  Azərbaycan 
Respublikasının  diplomatik  və  digər  rəsmi  nümayəndəliklərinə 
deyilir. Qeyri-rezidentlər dedikdə isə aşağıdakılar nəzərdə tutulur: 1) 
Azərbaycan  Respublikasının  hüdudlanndan  kənarda  daimi  yaşayış 
yeri olan, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti qalan 
fiziki şəxslər; 2) xarici dövlətlərin qanunvericiliyinə müvafiq surətdə 
yaradılmış  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda 
yerləşən  hüquqi  şəxslər  və  hüquqi  şəxs  olmayan  müəssisə  və 
təşkilatlar, onlann Azərbaycan Respublikasında yerləşən fıliallan və 
nümayəndəlikləri  (büro  və  agentlikləri);  3)  Azərbaycan 
Respublikasında  yerləşən  xarici  diplomatik  və  digər  rəsmi 
nümayəndəliklər,  habelə  beynəlxalq  təşkilatlar,  onlann  fıliallan  və 
nümayəndəlikləri. 
Azərbaycan 
Respublikasında 
valyuta 
sərvətləri 
həm 
rezidentlərin,  həm  də  qeyri-rezidentlərin  mülkiyyətində  ola  bilər. 
Rezidentlər Azərbaycan Respublikasında müvəkkil banklarda xarici 
valyuta he- 
194 


^ 1. Beynəlxalq hesabiajmalarin və valyuta oməliyyatlannın hüquqi əsaslan 
sablanna malik ola bilərlər. Azərbaycan Respublikasının Milli Bankı 
tərəfindən  başqa  hal  müəyyən  edilmədikdə  rezident  müəssisə  və 
təşkilatlar  əldə  etdikləri  xarici  valyutanı  məcburi  şəkildə  müvəkkil 
banklardakı öz hesablanna köçürməlidirlər. Rezidentlər Milli Bankın 
müəyyən etdiyi hal və şərtlər daxilində Azərbaycan Respubli- kasınm 
hüdudlanndan kənarda xarici valyuta hesabı aça bilərlər. 
Rezident  və  qeyri-rezidentlərin  Azərbaycan  Respublikasının 
müvəkkil banklarmdakı xarici valyuta hesablarının rejimi Milli Bank 
tərəfindən təsdiq edilən 25 iyun 1997-ci il tarixli Qaydalara əsasən 
müəyyən edilir. 
Qeyri-rezidentlər gömrük qaydalarına əməl etmək şərtilə valyuta 
sərvətlərini  Azərbaycan  Respublikasına  köçürmək,  gətirmək  və 
göndərmək hüququna malikdir. 
Xarici valyuta ilə və xarici valyutada qiymətli kağızlarla əməliy- 
yatlan iki qrupa bölürlər:  1) cari valyuta əməliyyatları; 2) kapitalın 
hərəkətilə  bağlı  valyuta  əməliyyatları.  Cari  valyuta  əməliyyatlarına 
aşağıdakılar aiddir: a) mallann, işlərin və xidmətlərin ixracı və idxalı 
üzrə  hesablaşmalann,  eləcə  də  ixrac-idxal  əməliyyatlarının  180 
gündən  artıq  olmayan  müddətə  kreditləşdirilməsi  ilə  əlaqədar 
hesablaşmalann  həyata  keçirilməsi  üçün  xarici  valyutanın 
Azərbaycan  Respublikasına  və  Azərbaycan  Respublikasından 
köçürülməsi;  b)  180  gündən  artıq  olmayan  müddətə  maliyyə 
kreditlərinin  alımıiası  və  verilməsi;  c)  əmanətlər,  investisiyalar, 
kreditlər  və  kapitalın  hərəkəti  ilə  bağlı  başqa  əməliyyatlar  üzrə 
faizlərin, 
dİvidendlərin 
və 
digər 
gəlirlərin 
Azərbaycan 
Respublikasına  və  Azərbaycan  Respublikasından  köçürülməsi;  ç) 
Azərbaycan  Respublikasına  və  Azərbaycan  Respublikasından 
qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən əmək haqqı, pensiya, 
aliment  və  mİras  üzrə  məbləğlərin  köçürülməsi,  eləcə  də  digər  bu 
kimi əməliyyatlar. 
Kapitalın  hərakəti  ilə  bağlı  valyuta  əməliyyatları  isə  aşağıdakı 
əməliyyatlar  hesab  edilir:  a)  birbaşa  investisiyalar,  yəni  gəlir  əldə 
etmək və müəssisənin idarə edilməsində iştirak etmək hüququna ma 
195 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə