Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fasİl 11. Bcynulxalq hesablaşmalar



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə64/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   60   61   62   63   64   65   66   67   ...   124

Fasİl 11. Bcynulxalq hesablaşmalar 
lik  olmaq  məqsədilə  müəssisənin  nizamnamə  kapitalına  qoyulan 
sənnayə; b) qiymətli kağızlann əldə edilməsi; e) torpaq və yerin təki 
də  daxil  olmaqla  binalar,  qurğular,  eləcə  də  yerləşdiyi  ölkənin 
qanunvericiliyi ilə daşınmaz əmlaka aid edilən digər əmlak üzərində 
mülkiyyət  hüququnun,  habelə  daşınmaz  əmlak  üzərində  başqa  hü- 
quqlann  ödənilməsi  üzrə  köçünnələr;  ç)  mallann,  işlərin  və 
xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş 
möhlətlərin  verilməsi  və  alınması;  d)  müvəkkil  banklar  tərəfindən 
valyuta  vəsaitlərinin  180  gündən  artıq  müddətə  depozitə  cəlb 
edilməsi;  f)  cari  valyuta  əməliyyatı  olmayan  bütün  digər  valyuta 
əməliyyatlan. 
Sadalanan  valyuta  əməliyyatları  üzrə  hesablaşmalar  nağdsız 
qaydada aparılır. Nağdsız aparılan beynəlxalq  hesablaşmaların  baş 
tutması  üçün  ilk  növbədə  beynəlxalq  bank  əməkdaşlığı  zəruridir. 
Ayrı-ayrı  dövlətlərin  bankları  arasında  belə  münasibətlərin 
yaranmasının  əsasında  onlar  arasında  müxbir  münasibətlərinin 
qurulması, beynəlxalq hesablaşma və ödəmə əməliyyatlarının həyata 
keçirilməsi  qaydaları  və  şərtləri  haqqında  bağlanan  razılaşmalar 
durur. 
Müasir  dövrdə  beynəlxalq  bank  əməliyyatlarının  xeyli  hissəsi 
SWİFT  (Telekommunikasiya  Şəbəkəsi  üzrə  Maliyyə  Hesablaşma- 
ian  ilə  bağlı  Beynəlxalq  Banklararası  Təşkilat)  sistemi  ilə  həyata 
keçirilir.  Hazırda  bu  təşkilat  90  ölkədə  3500-dən  çox  bankı 
birləşdirir  və  beynəlxalq  hesablaşmaların  sürətlə  həyata 
keçirilməsinə təminat verir. 
§ 2. Beynəlxalq hesablaşmaların formaları 
Beynəlxalq  hesablaşmalar  zamanı  kreditorun  xeyrinə  həyata 
keçirilən  ödənişlər  müxtəlif  şərtlər  əsasında  reallaşır.  Bununla 
əlaqədar  olaraq  beynəlxalq  hesablaşmaların  aşağıdakı  formaları 
fərqləndirilir; 1) sənədli akkreditiv; 2) inkasso; 3) ödəniş tapşırıqlan 
ilə hesablaşmalar və s. 
196 


§ 2. Bcynalxalq hcsablaşmalann formaları 
Beynəlxalq  hesablaşmanın  akkreditiv  forması  zamanı  ödəyici- 
nin  akkreditiv  açılması  haqqında  tapşırığı  və  göstərişi  ilə  hərəkət 
edən bank (emitent bank) vəsait alana vəsait ödəməyi və ya köçürmə 
vekselini  ödəməyi,  aksept  etməyi  və  ya  uçota  almağı  və  ya  bu 
səlahiyyətləri başqa banka (icraçı banka) verməyi öhdəsinə götürür. 
Sənədli akkreditiv üzrə hesablaşmada aşağıdakılar iştirak edir: 
a)
 
sənədli akkreditivin açılması xahişi ilə çıxış edən idxalçı (alıcı); 
b)
 
akkreditivi  açan  bank  -  emİtent  bank;  c)  ixrac  edəni  (satıcım) 
akkreditivin  açılması  haqqında  xəbərdar  etmək  göstərişi  alan,  ona 
akkreditivin  şərtlərini  təqdim  edən  və  pul  vəsaitini  ödəyən  icraçı 
bank; ç) ixrac edən, xeyrinə akkreditiv açılan tərəf - benefısiar. 
Sənədli  akkreditiv  xarici  iqtisadi  əqd  üzrə  hər  iki  tərəfin:  həm 
ixrac  edənin,  həm  də  İdxalçının  maraqlannı  özündə  ifadə  edir.  Bir 
tərəfdən  ixrac  edən  əqd  üzrə  ödəmənin  reallaşmasına  təminat  alır, 
digər tərəfdən əmtəənin ixracı ilə əlaqədar bütün sənədlər alındıqdan 
sonra  ödəmə  yerinə  yetirilir.  Ödəmə  benefısiar  tərəfindən 
akkreditivdə  nəzərdə  tutulan  hərəkətlər  icra  edildikdən  sonra  baş 
verir. 
Beynəlxalq hesablaşmanın sənədli akkreditiv fonnası Beynəlxalq 
Ticarət Palatası tərəfindən hazırlanan sənədli akkreditivlər üçün uni- 
fikasiya  olunmuş  Qayda  və  Adətlər  (1993-cü  il  redaksiyasında) 
əsasında aparılır. İşgüzar dövriyyə adətləri adlanan bu növ nonnalara 
.Azərbaycan  Respublikasının  qanunvericiliyində  də  istinad  edilir. 
Belə ki. Mülki Məcəllənin 977.2-ci maddəsində birbaşa göstərilir ki
akkreditiv üzrə hcsablaşmalann həyata keçirilməsi qaydası qanunla, 
habelə  ona  uyğun  müəyyənləşdirilmiş  bank  qaydalan  və  bank 
praktikasında tətbiq edilən işgüzar adətləri ilə tənzimlənir. 
Sənədli  akkreditivə  əsasən  emitent  bankın  üzərinə  götürdüyü 
öhdəlik tərəflərin xarici iqtisadi əqd üzrə yaranan münasibətlərindən 
asılı  deyildir.  Tərəflər  arasında  bağlanmış  xarici  iqtisadi  əqdin 
akkreditivi  icra  edən  banka  heç  bir  aidiyyəti  yoxdur.  Bu  mənada 
sənədli  akkreditiv  üzrə  bağlanan  əqd  müstəqil  xarakter  daşıyır. 
Amma  hesablaşmanın  akkreditiv  forması  xarici  iqtisadi  əqdin 
özündə 
197 


Fəsil 11. Beynəlxalq hesablaşmalar 
Ödəmənin  şərti  kimi  nəzərdə  tutula  bilər.  Bu  zaman  idxalçı  (alıcı) 
xarici iqtisadi əqddə razılaşdırılan müddətdə öz bankına akkreditivin 
açılması  haqqında  göstəriş  verir.  Akkreditivi  açan  bank  (emi-  tent 
bank) benefısiarın bankına (icraçı bank) bu barədə xüsusi məktubla 
müraciət edir, eyni zamanda, akkreditivin icrası üçün onun hesabına 
müəyyən pul məbləği köçürür və ona benefisian bu haqda xəbərdar 
etməyi tapşırır, tcraçı bank da öz növbəsində benefisian onun xeyrinə 
akkreditivin açılması və icranın şərtləri haqqında .xəbərdar edir. 
İxrac edən əmtəəni yola saldıqdan və ya işi gördükdən sonra bu 
barədə akkreditivdə göstərilən zəruri sənədləri rəsmiləşdirir və onları 
icraçı banka təqdim edir. İcraçı bank sənədləri akkreditivin şərtlərinə 
uyğunluğunu  tam  yoxladıqdan  sonra  ödəməni  həyata  keçirir,  bu 
barədə emitent bankı xəbərdar edərək, təqdim olunmuş sənədləri ona 
göndərir. Emitent bank sənədlərin düzgünlüyünü yoxladıqdan sonra 
icraçı banka olan borcunu ödəyir və sənədləri xarici ticarət üzrə yükü 
almaqdan ötrü idxalçıya təqdim edir. Əgər icraçı bank akkreditivin 
şərtlərinə müvafiq surətdə ödənişi icra etmiş və ya başqa əməliyyatı 
aparmışdırsa, emitent bank ona akkreditivin icrası ilə bağlı çəkdiyi 
xərclərin  əvəzini  ödəməlidir.  Göstərilən  xərclərin  əvəzi,  habelə 
akkreditivin  icrası  ilə  əlaqədar  emitent  bankın  bütün  başqa 
xərclərinin əvəzi ödəyici (idxalçı) tərəfindən ödənilir. 
İcraçı bank zahiri əlamətlərinə görə akkreditivin şərtlərinə uyğun 
gəlməyən  sənədləri  qəbul  etməkdən  imtina  edərsə,  bu  barədə  o, 
imtinanın  səbəblərini  göstərməklə  vəsait  alana  (benefısiara)  və 
emitent banka dərhal məlumat verməlidir. 
Əgər icraçı bankın qəbul etdiyi sənədləri aldıqdan sonra emitent 
bank  onları  zahiri  əlamətlərinə  görə  akkreditivin  şərtlərinə  uyğun 
gəlməyən  hesab  edərsə,  onların  qəbulundan  imtina  edə  bilər  və 
akkreditivin  şərtləri  pozulmaqla  vəsait  alana  ödənilmiş  məbləği 
icraçı  bankdan  tələb  edə  bİlər,  ödənilməmiş  akkreditiv  üzrə 
ödənilmiş məbləğlərin əvəzini ödəməkdən imtina edə bilər. 
198 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə