Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə72/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   68   69   70   71   72   73   74   75   ...   124

Fəsil 12. Beynəlxalq daşımalar 
Xarici  hava  gəmilərinin aşağıdakılan etmək hüququ  yoxdur: 1) 
hava  əlaqəsi  haqqında  Azərbaycan  Respublikasının  və  müvafiq 
xarici  dövlətlərin  iştirak  etdikləri  beynəlxalq  müqavilələrdə  və  ya 
birdəfəlik uçuşlar üçün verilən xüsusi icazələrdə nəzərdə tutulmadığı 
hallarda  xarici  dövlətin  ərazisinə  daşımaq  üçün  Azərbaycan 
Respublikası ərazisində sərnişin, baqaj, yük və poçt götürmək və ya 
xarici  dövlətin  ərazisindən  bunları  Azərbaycan  Respublikası 
ərazisinə  gətirmək;  2)  Azərbaycan  Respublikasının  mülki 
aviasiyasını  idarə  edən  dövlət  orqanının  xüsusi  icazəsi  olmadan 
Azərbaycan Respublikası ərazisindəki başqa bir məntəqəyə daşımaq 
üçün Azərbaycan Respublikası ərazisində sərnişin, baqaj, yük, poçt 
götürmək. 
Mülki aviasiyanı idarə edən dövlət orqanı hərbi zərurəti, ekoloji 
təhlükəsizlik mülahizələrini nəzərə alaraq müəyyən zonalarda uçuşu 
məhdudlaşdıra  bilər.  Uçuşun  məhdudlaşdınidığı  zonalann  sahəsini 
mülki aviasiyanı idarə edən dövlət orqanı müvafiq orqanlarla dəqiq- 
ləşdimıəli, müvafiq təşkilatlara və dövlətlərə məlumat verməlidir. 
Azərbaycan Respublikasına gəlib-gedən hava gəmilərinə, onlann 
heyətlərinə  və  sərnişinlərinə,  habelə  hava  gəmisi  ilə  Azərbaycan 
Respublikasına  gətiri  lib-apani  an  əmlaka,  müvafiq  olaraq  pasport, 
gömrük,  valyuta,  sanitariya,  karantin  qaydalan  və  Azərbaycan 
Respublikasına  gəlib-getmək,  əmlak  gətirib-aparmaq,  Azərbaycan 
Respublikasınm  ərazisi  üzərindən  tranzit  haqqında  başqa  qaydalar 
şamil edilir. 
Azərbaycan  və  xarici  hava  gəmilərinin  Azərbaycan 
Respublikasından  qalxması,  habelə  Azərbaycan  Respublikasına 
gəldikdən  sonra  enməsi  beynəlxalq  uçuşlar  üçün  açıq  olan  sərhəd 
qoşunlarının nəzarət-buraxılış məntəqələrinin və gömrük idarələrinin 
yerləşdiyi  aeroportlarda  (aerodromlarda)  həyata  keçirilir.  Hava 
gəmilərinin  qalxmasının  və  enməsinin  başqa  qaydasına  yalnız 
Azerbaycan Respublikasının səlahiyyətli orqanlarının icazəsi ilə yol 
verilir. 
Xarici  mülki  hava  gəmisinin  gəmi  sənədləri  hava  gəmisini 
qeydiyyata  götürmüş  dövlətin  qanunvericiliyinə  uyğun  olduqda 
Azərbaycan Respublikası erazisində etibarlı sayılır. Azərbaycan Res- 
220 


§ 5. Beynəlxalq hava daşımaları 
pubiikasının ərazisində enmiş xarici mülki hava gəmiləri beynəlxalq 
uçuşlar üçün zəruri olan bütün sənədləri İlə birlikdə yoxlanıla bilər. 
Xarici  mülki  hava  gəmisində  beynəlxalq  uçuşlar  üçün 
müəyyənləşdirilmiş sənədlər olmadıqda və ya hava gəmisinin texniki 
avadanlığını  və  vasitələrini  nasaz  hesab  etməyə  əsas  olduqda 
Azərbaycan  Respublikasının  mülki  aviasiyasını  idarə  edən  dövlət 
orqanı həmin hava gəmisinin uçuşunu qadağan edə bilər. 
Hava 
gəmiləri 
Azərbaycan 
Respublikası 
ərazisindən, 
Azərbaycan 
Respublikası 
ərazisinə 
və 
ya 
Azərbaycan 
Respublikasının  ərazisi  üzərindən  tranzitlə  beynəlxalq  uçuşlar 
keçirən aviasiya müəssisələri belə uçuşlar zamanı mülki aviasiyanın 
fəaliyyətinə qanunsuz müdaxilənin qarşısını almaq üçün lazım olan 
bütün  tədbirləri  gönnə-  lidirlər.  Bu  tədbirlər  Azərbaycan 
Respublikasının  ərazisində  qüvvədə  olan  müvafiq  qanunlar  və 
qaydalar nəzərə alınmaqla tətbiq edilir. 
Hava  Məcəlləsinin  VIII  fəslİ  ()23-)43-cü  maddələr)  beynəlxalq 
hava  yolu  ilə  sərnişin,  baqaj,  yük  və  poçt  daşıma  məsələlərini 
tənzimləyir. 123-cü maddədə beynəlxalq hava daşımasının anlayışı 
verilmişdir:  "Yenidən  yükləmə  və  ya  daşımada  fasilənin 
olub-olmamasından  asılı  olmayaraq  yoladüşmə  yeri  və  təyinat  yeri 
aşağıda göstərilən ərazidə olduqda, hava gəmiləri ilə hər cür daşıma 
beynəlxalq hava daşıması sayılır: l) iki dövlətin ərazisində; 2) eyni 
dövlətin  ərazisində,  lakin  başqa  dövlətin  ərtızisində  dayanmaq 
nəzərdə tumlduqda". 
Məcəllənin  127-ci  maddəsinə  görə  beynəlxalq  hava  yolu  ilə 
sərnişin daşımaq haqqında müqavilə və onun şərtləri biletlə, baqajın 
təhvil verilməsi baqaj qəbzi ilə təsdiq olunur. Beynəlxalq hava yolu 
ilə yük daşımaq haqqında müqavilə, onun şərtləri və daşıyıcının yükü 
qəbul etməsi yük qaiməsi ilə təsdiq olunur. Biletin, baqaj qəbzinin və 
ya  yük qaiməsinin olmaması, yanlış olması və ya itirilməsi daşıma 
müqaviləsinin nə mövcud olmasına, nə də etibarlığına təsir göstərir. 
Yükün  çəkisi  (kütləsi),  ölçüsü  və  qablaşdırılması  haqqında, 
habelə yerlərin sayı haqqında yük qaiməsində yazılan məlumat, əgər 
221 


Fəsil 12. Beynəlxalq daşımalar 
daşıyıcı  bunun  əksini  sübut  etməsə,  doğnı  sayılır.  Yükün  miqdan, 
həcmi və vəziyyəti haqqında məlumat ancaq o halda doğru sayılır ki, 
daşıyıcı göndəricİnin iştirakı ilə onları müəyyənləşdirilmiş qaydada 
yoxlayıb yük qaiməsində göstərsin, yaxud bu məlumat yükün zahiri 
görünüşünə aid olsun. Göndərici yükün alıcıya verilməsindən əvvəl 
gömrükxana  rəsmiyyətlərinin  və  digər  rəsmiyyətlərin  icrası  üçün 
lazım  olan  məlumatı  verməyə  və  bütün  sənədləri  yük  qaiməsinə 
əlavə  etməyə  borcludur.  Daşıyıcının  təqsirli  olduğu  hallar  istisna 
edilməklə,  göndərici  bu  məlumatın  və  sənədlərin  olmaması, 
çatışmaması və ya yanlışlığı üzündən dəyə biləcək bütün zərər üçün 
daşıyıcının qarşısında cavabdehdir. 
Beynəlxalq  hava  yolu  ilə  yük  daşımaq  haqqında  müqavilədən 
irəli  gələn  bütün  öhdəlikləri  yerinə  yetirmək  və  yük  qaiməsini 
daşıyıcıya  təqdim  etmək  şərtilə  göndərici  yükü  göndərmə 
məntəqəsində  və  ya  təyinat  məntəqəsində  geri  almaq,  aralıq  enmə 
məntəqələrində  yubatmaq,  qaimədə  göstərilən  alıcını  dəyişdirmək, 
yükün göndərmə məntəqəsinə qaytarılmasını tələb etmək hüququna 
malikdir. Göndəricİnin bu hüquqdan istifadə etməsi nə daşıyıcıya, nə 
də  digər  göndəricilərə  zərər  vurmamalıdır.  Göndərici  bundan  irəli 
gələn  xərcləri  ödəməlidir.  Göndəricİnin  sərəncamlarını  yerinə 
yetirmək mümkün olmadıqda, daşıyıcı bu barədə ona dərhal məlumat 
verməlidir.  Əgər  göndəricidən  digər  sərəncam  alınmayıbsa,  yükün 
təyinat  məntəqəsinə  gəldiyi  andan  alıcının  yükü  və  yük  qaiməsini 
ona verməyi daşıyıcıdan tələb etmək hüququ vardır. Alıcının yükü və 
yük qaiməsini ona verməyi tələb etmək hüququnun meydana gəldiyi 
andan göndəricİnin hüququna xitam verilir. Lakin alıcı  yükü qəbul 
etməkdən  imtina  edirsə  və  ya  yükü  ona  vermək  mümkün  deyilsə, 
onda göndərici yenidən yük barəsində sərəncam vermək hüququ əldə 
edir. 
Daşıyıcı zərərin qarşısını almaq üçün lazım olan bütün tədbirləri 
gördüyünü və ya belə tədbirlər görməyin mümkün olmadığını sübut 
etməsə, hava daşıması zamanı sərnişinin ölməsi və ya səhhətinin 
222 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə