Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə71/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   67   68   69   70   71   72   73   74   ...   124

§ 5. Beynəlxalq hava daşımaları 
çinin hərəkət tərkibinin, dəmiryol tikililərinin, qurğularının və digər 
texniki vasitələrin nasaz saxlanması və düzgün istifadə edilməməsi, 
müəyyən  olunmuş  reqlamentlərin  və  daşıma  prosesi  qaydalarının 
pozulması səbəbindən dəyən zərərə görə məsuliyyət daşıyır; 
6)
 
hər bir Tərəfin səlahiyyətli orqanı zərərin vurulmasına görə öz 
günahının  dərəcəsinə  proporsional  olaraq  məsuliyyət  daşıyır. 
Günahkann  müəyyən  edilməsi  mümkün  olmadıqda  Tərəflərin 
səlahiyyətli orqanları bərabər dərəcədə məsuliyyət daşıyır; 
7)
 
Tərəflərdən  hər  birinin  səlahiyyətli  orqanı  məhkəmə 
orqanlarının qərarına əsasən və ya digər Tərəfin səlahiyyətli orqanı 
ilə razılaşdırmaqla könüllü olaraq, həmin Tərəfin günahı nəticəsində 
zərərin  ödənilməsinə  məcbur  olubsa,  digər  Tərəfin  səlahiyyətli 
orqanına reqres vermək hüququna malikdir
8)
 
Ticarət-Sənaye  Palatası  və  ya  Tərəflərin  digər  səlahiyyətlən- 
dirilıniş  orqanları  tərəfindən  verilən  təsdiqləyici  sənədin  mövcud 
olduğu  halda  qarşısıalınmaz  qüvvənin  təsiri  nəticəsində  yaranan 
zərər ödənilmir; 
9)
 
zərərin  ödənilməsi  qaydası  Tərəflərin  səlahiyyətli  orqanları 
arasında razılaşdırılır. 
§ 5. Beynəlxalq hava daşımaları 
Beynəlxalq  hava  daşımalarının  həyata  keçirilməsində  1929-cu 
ildə  qəbul  edilmiş  “Beynəlxalq  hava  daşımalarına  aid  bəzi  qayda- 
lann  unifıkasiyası  üçün”  Varşava  konvensiyasının  rolu  olduqca 
əhəmiyyətlidir.  1955-ci  ildə  Haaqada  Varşava  konvensiyasının 
iştirakçısı  olan  dövlətlər  tərəfindən  bu  konvensiyaya  düzəlişlər 
haqqında  Protokol,  1975-ci  ildə  isə  eyni  məqsədlə  dörd  əlavə 
Protokol  qəbul  edilmişdir.  Konvensiyanın  100-dən  çox  iştirakçısı 
vardır.  Azərbaycan  Respublikası  9  noyabr  1999-cu  il  tarixdən 
etibarən həm Konvensiyanın, həm də Protokolların iştirakçısıdır. 
217 


Fəsil 12. Beynəlxalq daşımalar 
Varşava  konvensiyası  41  maddədən  İbarət  olub,  maddi  hüquq 
normaları  özündə  əks  etdirir.  Konvensiyada  hava  nəqliyyatı  ilə 
daşımada  tətbiq  edilən  sənədlərin  tələbləri  haqqında  normalar, 
daşıyıcının  məsuliyyət  hədləri  və  əsaslan  haqqında  müddəalar  öz 
əksini  tapmışdı.  Konvensiyada  daşıyıcıya  qarşı  iddia  müddəti  2  il 
nəzərdə tutulmuşdur. 
Beynəlxalq  daşımalarda  ən  çətin  məsələlərdən  biri  daşıyıcının 
məsuliyyət  məsələsidir.  Bu  hava  daşımalarında  da  əsas  problem 
olaraq  qalmaqdadır.  Məsuİliyyət  məsələləri  ilə  bağlı  normalar 
Varşava  konvensiyasının  3-cü  bölməsində  öz  əksini  tapmışdır. 
Məsuliyyətin əsas prinsipi daşıyıcının təqsirinin  mövcud olmasıdır. 
Konvensiyanın  20-ci  maddəsinə  əsasən  daşıyıcı  ziyanın  baş 
vennəmesi üçün bütün lazımi tədbirlərin həyata keçirildiyini sübuta 
yetirəcəyi halda məsuliyyətdən azad edilir. Varşava konvensiyasının 
21-ci  maddəsində  daşıyıcının  ziyanın  vurulmasında  zərər  çəkən 
tərətln  təqsirini  sübuta  yetirəcəyi  halda,  məsuliyyətdən  tam  və  ya 
qismən  azad  olmasını  müəyyən  etmək  üçün  kollizion  nomıalar 
nəzərdə tutulmuşdur. 
Hava  daşımalarını  tənzimləyən  normalar  dİgər  beynəlxalq 
konvensiyalarda  da  öz  əksini  tapmışdır.  Belə  ki,  1919-cu  il  “Hava 
naviqasiyası  haqqında”  Konvensiya,  1948-ci  il  “Hava  gəmilərinə 
hüququn  beynəlxalq  tanınması  haqqında”  Konvensiya,  1963-cü  il 
“Hava  gəmilərində  törədilmiş  cinayətlər  və  digər  hərəkətlər 
haqqında” Konvensiya, 1970-ci il “Hava gəmilərinin qanunsuz zəbt 
edilməsinə  qarşı  mübarizə  haqqında"  Konvensiyanı  və  1971-ci  il 
“Mülki  aviasiyanın  təhlükəsizliyinə  qarşı  yönəlmiş  qanunsuz 
hərəkətlərə qarşı mübarizə haqqında” Konvensiyanı xüsusi ilə qeyd 
etmək lazımdır. 
Sadaladığımız  konvensiyalar  bir  daha  onu  sübuta  yetirir  ki, 
dövlətlərin  mülki  aviasiya  sahəsində  qarşılıqlı  əməkdaşlığı  mühüm 
əhəmiyyət kəsb edir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı bu sahədə 
xüsusi rol oynayır. Bu təşkilat tərəfindən qəbul edilmiş standartlar və 
tövsiyələr hava daşımatan sahəsində bağlanmış ikitərəfli və çoxtərəfli 
sazişlərin əsasını təşkil edir. 
218 


§ 5. Bcynulxalq hava daşımalan 
9
 
fevral 1994-cü ildə qəbul edilmiş Azərbaycan Respublikasının 
Hava  Məcəlləsinin  VI  fəsli  (68-76-cı  maddələr)  beynəlxalq  hava 
uçuşlanm tənzimləyir. Məcəllənin 68-ci maddəsinə görə Məcəllənin 
məqsədləri  baxımından  Azərbaycan  Respublikasının  və  digər 
dövlətin sərhədlərini keçən hava gəmisinin hər bir uçuşu beynəlxalq 
uçuş sayılır. 
Azərbaycan  Respublikasının  mülki  hava  gəmiləri  beynəlxalq 
uçuşları  mülki  aviasiyam  idarə  edən  dövlət  orqanının 
müəyyənləşdirilmiş qaydada verdiyi icazəyə əsasən həyata keçirirlər. 
Azərbaycan  Respublikası  mülki  hava  gəmilərinin  beynəlxalq 
uçuşları Azərbaycan Respublikasının Dövlət bayrağı altında həyata 
keçirilir. 
Azərbaycan  Respublikasının  hava  sahəsində  xarici  hava 
gəmilərinin  uçuşları  aşağıdakı  əsaslara  və  şərtlərə  uyğun  surətdə 
həyata  keçirilir:  I)  Azərbaycan  Respublikasının  beynəlxalq 
müqavilələri; 2) birdəfəlik uçuşlar üçün müəyyənləşdirilmiş qaydada 
verilən xüsusi icazələr. 
Xarici  hava  gəmilərinin  sahibləri müntəzəm  beynəlxalq  uçuşlar 
və ya birdəfəlik uçuş başlananadək bu gəmilərin tanınma nişanlarını 
mülki aviasiyanı idarə edən dövlət orqanına bildirməlidirlər. 
Azərbaycan  Respublikasının  səlahiyyətli  orqanlan  tərəfindən 
başqa  qayda  qoyulmayıbsa,  Azərbaycan  Respublikasının  hava 
sahəsində xarici hava gəmilərinin uçuşlan yalnız müəyyənləşdirilmiş 
beynəlxalq hava yollan ilə həyata keçirilir. Beynəlxalq uçuşlar üçün 
açıq olan beynəlxalq hava yollarımn və aeroportlann (aerodromlann) 
siyahılarım  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  təsdiq 
edir. 
Xarici aviasiya müəssisələri Azərbaycan Respublikası ərazisində 
Azerbaycan Respublikasının qanunvericiliyinə, Azerbaycan Respub- 
likasınm  və  müvafiq  xarici  dövlətlərin  iştirak  etdikləri  beynəlxalq 
müqavilələrə, habelə birdəfəlik uçuşlar üçün verilən xüsusi icazələrə 
uyğun  olaraq  fəaliyyət  göstərirlər.  Xarici  aviasiya  müəssisələri 
Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq 
Azərbaycan Respublikası ərazisində nümayəndəliklər aça bilərlər. 
219 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə