§ 5. Beynəlxalq hava daşımaları
çinin hərəkət tərkibinin, dəmiryol tikililərinin, qurğularının və digər
texniki vasitələrin nasaz saxlanması və düzgün istifadə edilməməsi,
müəyyən olunmuş reqlamentlərin və daşıma prosesi qaydalarının
pozulması səbəbindən dəyən zərərə görə məsuliyyət daşıyır;
6)
hər bir Tərəfin səlahiyyətli orqanı zərərin vurulmasına
görə öz
günahının dərəcəsinə proporsional olaraq məsuliyyət daşıyır.
Günahkann müəyyən edilməsi mümkün olmadıqda Tərəflərin
səlahiyyətli orqanları bərabər dərəcədə məsuliyyət daşıyır;
7)
Tərəflərdən hər birinin səlahiyyətli orqanı məhkəmə
orqanlarının qərarına əsasən və ya digər Tərəfin səlahiyyətli orqanı
ilə razılaşdırmaqla könüllü olaraq, həmin Tərəfin günahı nəticəsində
zərərin ödənilməsinə məcbur olubsa, digər Tərəfin səlahiyyətli
orqanına reqres
vermək hüququna malikdir;
8)
Ticarət-Sənaye Palatası və ya Tərəflərin digər səlahiyyətlən-
dirilıniş orqanları tərəfindən verilən təsdiqləyici sənədin mövcud
olduğu halda qarşısıalınmaz qüvvənin təsiri nəticəsində yaranan
zərər ödənilmir;
9)
zərərin ödənilməsi qaydası Tərəflərin səlahiyyətli orqanları
arasında razılaşdırılır.
§ 5. Beynəlxalq hava daşımaları
Beynəlxalq hava daşımalarının həyata keçirilməsində 1929-cu
ildə qəbul edilmiş “Beynəlxalq hava daşımalarına aid bəzi qayda-
lann unifıkasiyası üçün” Varşava konvensiyasının rolu olduqca
əhəmiyyətlidir. 1955-ci ildə Haaqada Varşava konvensiyasının
iştirakçısı olan dövlətlər tərəfindən bu konvensiyaya düzəlişlər
haqqında Protokol, 1975-ci ildə isə eyni məqsədlə dörd əlavə
Protokol qəbul edilmişdir. Konvensiyanın 100-dən çox iştirakçısı
vardır. Azərbaycan Respublikası 9 noyabr 1999-cu il tarixdən
etibarən həm Konvensiyanın, həm də Protokolların iştirakçısıdır.
217
§ 5. Bcynulxalq hava daşımalan
9
fevral 1994-cü ildə qəbul edilmiş Azərbaycan Respublikasının
Hava Məcəlləsinin VI fəsli (68-76-cı maddələr) beynəlxalq hava
uçuşlanm tənzimləyir. Məcəllənin 68-ci maddəsinə görə Məcəllənin
məqsədləri baxımından Azərbaycan Respublikasının və digər
dövlətin sərhədlərini keçən hava gəmisinin hər bir uçuşu beynəlxalq
uçuş sayılır.
Azərbaycan Respublikasının mülki hava gəmiləri beynəlxalq
uçuşları mülki aviasiyam idarə edən dövlət orqanının
müəyyənləşdirilmiş qaydada verdiyi icazəyə əsasən həyata keçirirlər.
Azərbaycan Respublikası mülki hava gəmilərinin beynəlxalq
uçuşları Azərbaycan Respublikasının Dövlət bayrağı altında həyata
keçirilir.
Azərbaycan Respublikasının hava sahəsində xarici hava
gəmilərinin uçuşları aşağıdakı əsaslara və şərtlərə uyğun surətdə
həyata keçirilir: I) Azərbaycan Respublikasının beynəlxalq
müqavilələri; 2) birdəfəlik uçuşlar üçün müəyyənləşdirilmiş qaydada
verilən xüsusi icazələr.
Xarici hava gəmilərinin sahibləri müntəzəm beynəlxalq uçuşlar
və ya birdəfəlik uçuş başlananadək bu gəmilərin tanınma nişanlarını
mülki aviasiyanı idarə edən dövlət orqanına bildirməlidirlər.
Azərbaycan Respublikasının səlahiyyətli orqanlan tərəfindən
başqa qayda qoyulmayıbsa, Azərbaycan Respublikasının hava
sahəsində xarici hava gəmilərinin uçuşlan yalnız müəyyənləşdirilmiş
beynəlxalq hava yollan ilə həyata keçirilir. Beynəlxalq uçuşlar üçün
açıq olan beynəlxalq hava yollarımn və aeroportlann (aerodromlann)
siyahılarım Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq
edir.
Xarici aviasiya müəssisələri Azərbaycan Respublikası
ərazisində
Azerbaycan Respublikasının qanunvericiliyinə, Azerbaycan Respub-
likasınm və müvafiq xarici dövlətlərin iştirak etdikləri beynəlxalq
müqavilələrə, habelə birdəfəlik uçuşlar üçün
verilən xüsusi icazələrə
uyğun olaraq fəaliyyət göstərirlər. Xarici aviasiya müəssisələri
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
Azərbaycan Respublikası ərazisində nümayəndəliklər aça bilərlər.
219