Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə68/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   64   65   66   67   68   69   70   71   ...   124

Fosil 12. Beynəlxalq daşımalar 
xalq  Dəniz  Təşkilatı,  Beynəlxalq  Mülki  Aviasiya  Təşkilatı)  BMT- 
nin ixtisaslaşmış müəssisə statusuna malikdir. 
Beynəlxalq  müqavilə  ilə  tənzimlənmə  həllini  tapmayan 
beynəlxalq daşıma münasibəti isə müvafiq milli qanunvericiliklə, bu 
zaman milli qanunvericiliyin kollizion normalan əsas götürülməklə, 
tənzimlənəcəkdir. 
Əksər  dövlətlərin 
milli 
qanunvericiliyində 
beynəlxalq 
daşımalarla  bağlı,  həmin  dövlətin  qoşulduğu  beynəlxalq  nəqliyyat 
konvensiyalara  uyğun  olan  və  onları  tamamlayan,  xüsusi  hüquqi 
aktlara  təsadüf  edilir.  Bu  istiqamətdə  Azərbaycan  Respublikasının 
qanunvericiliyində  9  fevral  1994-cü  ildə  qəbul  edilmiş  Hava 
Məcəlləni,  22  iyun  2001-ci  ildə  qəbul  edilmiş  Ticarət  Gəmiçiliyi 
Məcəlləni və s. qanunvericilik aktlarını göstənnək olar. 
Nəqliyyatın  növündən  asılı  olaraq  beynəlxalq  dəmir  yolu 
daşımaları.  beynəlxalq  dəniz  daşımaları,  beynəlxalq  avtomobil 
daşımaları,  beynəlxalq  hava  daşımaları  fərqləndirilir.  Çox  vaxt  bu 
sıraya beynəlxalq "qarışıq" daşımaları da əlavə edirlər. 
§ 2. Beynəlxalq 
daşımaların maddi-hüquqi 
və 
kollizion-hüquqi tənzimlənməsi 
Qeyd  edildiyi  kimi  beynəlxalq  daşımalar  sahəsində  maddi  və 
kollizion-hüquq  normalarını  özündə  əks  etdirən  çoxlu  sayda 
beynəlxalq  müqavilələr  qəbul  edilmişdir.  Bu  müqavilələrin 
predmeti-  ni  daşımaların  həyata  keçirilməsi  ilə  bağlı  çoxsaylı 
məsələlər  (daşıyıcının  öhdəlikləri,  tərəflərin  məsuliyyəti,  daşıma 
müqaviləsinin sənədləşdirilməsinə dair qaydalar, qəza zamanı dəyən 
ziyanın  bölgüsü  və  s.)  təşkil  edir.  Bu  baxımdan  1924-cü  il 
“Konosament haqqında bəzi qaydaların unifikasiyasına dair" Brüssel 
konvensiyası  üzərində  dayana  bilərik.  Həmin  sənəddə  aşağıdakı 
məsələlər üzrə 
208 


§ 2. Beynəixalq daşıınaların maddi-hüquqi və kolli/ion-hüquqi tənzimlənməsi 
maddi  hüquq  normaları  öz  təsbitini  tapmışdır:  konosamentin 
rəsmiləşdirilməsi  ilə  bağlı  irəli  sürülən  tələblər,  daşıyıcının  gəmini 
lazımi  vəziyyətdə  saxlaması  ilə  bağlı  vəzifələri,  dəymiş  ziyan 
haqqında 
xəbəmamənin 
göndərilməsi 
qaydası, 
daşıyıcını 
məsuliyyətdən azad edən əsaslar və s. Konvensiyaya görə nəqliyyat 
təşkilatı  yükü  aldıqdan  sonra  yük  göndərənin  tələbi  ilə  ona  tələb 
olunan  qaydada  tərtib  edilən  konosament  verməyə  borcludur. 
Konosamentdə həmçinin yükün xarici görkəmi və vəziyyəti barədə 
məlumat da öz əksini tapmalıdır. 
Digər  nəqliyyat  konvensiyalarında  da  analoji  maddi  hüquq 
normalarına  rast  gəlmək  mümkündür.  Lakin  sözü  gedən 
müqavilələrdə  beynəlxalq  daşımalarla  bağlı  meydana  gələn 
məsələlərin  heç  də  hamısı  özünün  maddi  hüquqi  tənzintlənməsini 
axıra qədər tapmadığından, kollizion hüquq normalarına da təsadüf 
edilir. 
Bir  qayda  olaraq,  beynəlxalq  daşımalar  sahəsində  aşağıdakı 
kollizion bağlanmalardan (təlıkimetmə formulları) istifadə olunur: 
1)
 
yükün (sərnişinin) göndərildiyi yerin qanunu; 
2)
 
təyinat məntəqəsinin qanunu; 
3)
 
gəmi  bayrağının  mənsub  olduğu  dövlətin  qanunu  (bayraq 
qanunu); 
4)
 
tranzit ölkənin qanunu; 
5)
 
müqavilənin bağlandığı yerin qanunu; 
6)
 
gəminin mənsub olduğu dövlətin qanunu
7)
 
daşıyıcının əsasən fəaliyyət göstərdiyi yerin qanunu və s. 
Beynəlxalq daşımaların həyata keçirilməsi zamanı tərəflərin 
“iradə  azadlığı”  prinsipindən  də  geniş  istifadə  edilir.  Bu  prinsipə 
əsasən müqavilə bağlanarkən tərəflər mübahisə yaranacağı təqdirdə 
hansı hüququn tətbiq ediləcəyini müstəqil olaraq seçirlər. 
Eyni zamanda, nəzərə airaaq lazımdır kİ, növündən asılı olaraq 
beynəlxalq  daşımaların  özünəməxsus  kollizion  bağlanmaları 
mövcuddur.  Məsəiən,  dəniz  daşımaları  zamanı  tez-tez  bayraq 
qanununa təsadüf edilir. 
209 


Fijsil 12. IJeynalxaltj daşımalar 
Beynəlxalq daşımalar sahəsində lex fori kollizion prinsipindən də 
geniş istifadə edilir. Bu prinsipə nəinki milli qanunvericilikdə, hətta 
bəzi beynəlxalq konvensiyalarda da rast gəlinir. Məsələn, 1929-cu il 
"Beynəlxalq  hava  daşımalarına  aid  bəzi  qaydaların  uni-  fikasiyası 
üçün"  Varşava  Konvensiyasına  görə  ödənilməli  olan  dövri 
ödəmələrin məbləğinin müəyyən edilməsi, məsuliyyət haqqında iddia 
ilə müraciət etmə müddətinin hesablanması qaydası kimi məsələlərin 
həllində lex fori kollizion bağlanmaya istinad edilmişdir {22 və 28-ci 
maddələr). 
Beynəlxalq daşımalar sahəsində tətbiq edilən kollizion prinsiplər 
milli  qanunvericilikdə,  çoxtərəfli  və  ikitərəfli  beynəlxalq 
müqavilələrdə  öz  əksini  tapmışdır.  Bu  zaman  kollizion  norma 
seçilərkən  tərəflər  ierarxiya  qaydasına  əməl  etməlidirlər.  Belə  ki, 
milli kollizion normalara münasibətdə beynəlxalq kollizion normalar 
daha  üstün  hüquqi  qüvvəyə  malikdir.  Məsələn,  Azərbaycan 
Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 335-ci maddəsinə görə 
"əgər  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  dövlətlərarası 
beynəlxalq  müqavilədə  müəyyənləşdirilən  nonnalar  həmin 
Məcəllədə nəzərdə tutulan normalardan fərqlənsə, "onda beynəlxalq 
müqavilənin normaları tətbiq edilir". 
Universal və ikitərəfli beynəlxalq müqavilələr arasında kolliziya 
yarandıqda  isə  müqavilələrin  ratifikasiya  və  qüvvəyə  minmə 
tarixlərinə, nonnanın ümumi və xüsusi hala şamil edilmə məsələsinə 
diqqət yetirmək lazımdır. 
§ 3. Beynəlxalq dəniz daşımaları 
22 iyun 2001-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının 
Ticarət  Gəmiçiliyi  Məcəlləsinin  "Tətbiq  edilən  hüquq"  adlanan 
axırıncı - 24-cü fəslində (324-335-ci maddələr) dəniz daşımalarında 
yaranan xarici elementli mülki hüquq münasibətlərinə tətbiq 
210 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə