Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə93/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   89   90   91   92   93   94   95   96   ...   124

S 4. Ai'orbaycan Respublikası vətəndaşlanmn xarici ölkolərə əmək miqrasiyası 
təşkilatlann,  eləcə  də  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 
Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş 
qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət  göstərən iş  yerlərində 
heç bir şərt qoyulmadan tətbiq edilir. Bu qayda xarici ölkənin hüquqi 
şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını 
Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  müəssisədə  yerinə 
yetirən əcnəbilərin əmək fəaliyyətinə şamil edilmir, 
§ 4. Azərbaycan Respublikası vətəndaşlarının 
xarici ölkələrə əmək miqrasiyası 
Azərbaycan  Respublikasının  vətəndaşları  xarici  dövlətin 
ərazisində  əmək  fəaliyyəti  ilə  məşğul  ola  bilərlər.  Xaricdə 
Azərbaycan  vətondaşlannın  iştirakı  ilə  meydana  gələn  əmək 
münasibətləri,  bir  qayda  olaraq,  xarici  dövlətin  qanunvericiliyi  ilə 
tənzimlənir.  Lakin  bəzi  hallarda  belə  münasibətlərə  Azərbaycan 
Respublikasının əmək qanunvericiliyi də tətbiq edilə bilər. Məsələn, 
Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsinin  4-cü  maddəsində 
birbaşa  göstərilir  ki,  həmin  məcəllə  həmçinin  Azərbaycan 
Respublikasımn  hüdudla-  nndan  kənarda  fəaliyyət  göstərən 
Azərbaycan  Respublikasının  səfirliklərində,  konsulluqlannda, 
beynəlxalq sularda Azərbaycan Respublikasının bayrağı altında üzən 
gəmilərdə  tətbiq  edilir.  Azərbaycan  Respublikasının  müəssisələri 
tərəfindən  xaricə  ezam  olunanların,  orada  təhsilini  artırmağa 
göndərilmiş şəxslərin də əmək fəaliyyəti Azərbaycan qanunvericiliyi 
ilə tənzimlənir. 
Azərbaycan Respublikası vətəndaşları xarici hüquqi və ya fiziki 
şəxslərin  birbaşa  dəvəti,  Azərbaycan  Respublikasında  dövlət 
qeydiyyatından  keçmiş  hüquqi  şəxslərin  vasitəçiliyi  ilə  və  ya  fərdi 
yolla  xarici  ölkələrdə  işə  düzələ  bilərlər.  Qüvvədə  olan 
qanunvericiliyə əsasən dövlət qeydiyyatmdan keçmiş xüsusi hüquqi 
şəxslər  də  vətəndaşlann  xarici  dövlətlərdə  işə  düzəlmələrində 
vasitəçilik  edə  bilərlər.  Hüquqi  şəxslərin  bu  sahədə  fəaliyyət 
göstərmələri üçün 
285 


F;>sil 16, Beynəlxalq xüsusi hüquqda əmək münasibətləri 
onlar  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  xüsusi  razıhq 
almalıdırlar. Belə hüquqi şəxslərin xarici ölkələrin hüquqi və ya fiziki 
şəxsləri  ilə  bağladıqları  müqavilələr  Azərbaycan  Respublikasının 
müvafiq  icra hakimiyyəti  orqanı  tərəfindən təsdiq edildikdən sonra 
onlar həmin müqavilələr əsasında vətəndaşları xarici ölkələrdə haqqı 
ödənilən əmək fəaliyyətinə cəlb edə bilərlər. Bu zaman təklif olunan 
əmək  müqaviləsinin  bir  nüsxəsini  əməkçi  miq-  rant  Azərbaycan 
Respublikasını tərk etməzdən əvvəl almalıdır. 
Vasitəçilik  fəaliyyətini  həyata  keçirən  hüquqi  şəxslərin  xarici 
ölkələrin hüquqi və fiziki şəxsləri ilə bağladıqları müqavilələrdə və 
təklif  olunan  əmək  müqavilələrində  Azərbaycan  Respublikasının 
vətəndaşlarının  sosial  müdafiəsinin  beynəlxalq  normalara  müvafiq 
təmin  olunması  nəzərdə  tutulmalıdır.  Həmin  hüquqi  şəxslər  xarici 
ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb etdikləri vətəndaşlar 
haqqında  müvafiq  icra  hakimiyyəti  orqanına  da  məlumat 
verməlidirlər. Əməkçi miqrantlara göstərilən belə xidmətə görə haqq 
alınmasına isə yol verilmir. 
1999-cu il Əmək miqrasiyası haqqında Azərbaycan Respublikası 
Oanununa  görə  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda 
Azərbaycan  Respublikası  vətəndaşlarının  xarici  ölkələrə  əmək 
miqrasiyasına  ayrı-ayrı  İxtisaslar  üzrə  müvəqqəti  məhdudiyyətlər 
qoyula bilər. 
Qanunvericiliyə  görə  Azərbaycan  Respublikası  vətəndaşlan 
xarici  ölkələrdə  haqqı  ödənilən  əmək  fəaliyyəti  ilə  məşğul  olduqda 
bir  ay  müddətində  Azərbaycan  Respublikasının  həmin  ölkədəki 
diplomatik  nümayəndəliklərində  qeydiyyatdan  keçməlidirlər.  Belə 
nümayəndəlik  olmadıqda  isə  onlar  bu  barədə  müvafiq  icra 
hakimiyyəti  orqanına  rəsmi  sənəd  göndənnəlidirlər.  Bu  prosedura, 
hər  şeydən  əwəl,  Azərbaycandan  olan  əməkçi  miqrantlann 
hüquqlarının  müdafiəsinin  dövlət  səviyyəsində  təşkil  edilməsinə 
yönəlmişdir. 
286 


III
 
B Ö L M Ə  
B E Y N Ə L X A L Q   M Ü L K İ   V Ə  
A R B İ T R A J   P R O S E S İ  
Fəsil 17. 
Beynəlxalq 
mülki 
proses 
§ 1. Beynəlxalq mülki prosesin anlayışı 
Ümumi  yurisdiksİyah  məhkəmələrdə,  arbitraj  və  münsillər 
məhkəmələrində xarici elementli mülki işlərə baxılarkən bu iş- lərin 
ümumi  və  xüsusi  əlamətlərini  özündə  əks  etdirən  məhkəmə  icraatı 
əmələ  gəlir.  Xarici  elementli  mülki  işlər  üzrə  məhkəmə  icraatının 
xüsusi məsələləri beynəlxalq mülki prosesi təşkil edir. 
Beynəlxalq  mülki  proses  -  xarici  elementli  mülki  hüquq 
münasibətlərindən  irəli  gələn  mübahisələrin  məhkəmə  baxışı 
xüsusiyyətləri və qaydaları ilə bağlı kompleks məsələləri özündə 
birləşdirən ümumiləşdirilmiş anlayışdır. 
Beynəlxalq  mülki  proses  mövzusunda  öyrənilən  məsələlərə 
aşağıdakılar aiddir: 
1) tətbiq edilən xarici hüququn məzmununun müəyyən edilməsi 
qaydası; 
2)
 
əcnəbi vətəndaşlann, əcnəbi hüquqi şəxslərin və vətəndaşlığı 
olmayan  şəxslərin,  xarici  dövlətlərin,  beynəlxalq  təşkilatların, 
hökumətlərarası  və  xarici  dövlət  nümayəndəliklərinin  prosessual 
hüquq və vəzifələri; 
3)
 
beynəlxalq  məhkəmə  aidiyyətinin  anlayışı  və  proroqasiya 
sazişinin bağlanma qaydası; 
4)
 
məhkəmə  və  ədliyyə  idarələrinin  tapşmqlanmn  icrası  qayda- 
lan və üsullan; 
5)
 
xarici dövlətin ərazisində məhkəmə qərarlannın tanınması və 
icrası əsaslan; 
6)
 
xarici elementli mülki işlərdə məhkəmə siibutlan; 
287 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə